Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Kim kimdir?

(Türkiyə Bermud üçbucağında) Natanyahu guya Ərdoğanın təpkisiylə “yaraqları buraxmış” YPG-yə dəstək verəcəklərini bildirdi. YPG lideri Abdi Şahin tezcə İsrailə yanıt verdi: “Dəstəyinizə açığıq”. “Suriya fatehi”, “dünya lideri” Ərdoğan nə edəcək? 23 il boyunca olduğu kimi,ulusa yeni-yeni yalanlar söyləyəcək. “Suriya fatehi” adlandırdığınız Ərdoğan Suriyadan qaçan 10 milyondan artıq ərəbi Türkiyəyə dolduraraq onlara Türk ölkəsində Türklərdən qat-qat […]

Asif Ata. Xalq

Xalq ruhani xilqət olduğundan kamildir, əbədidir, sonsuz­dur. Bu səbəbdən də o, fərdlərin adi cəmi deyil, yalnız məkan birliyinə əsaslanan birlik deyil, keçici hadisə deyil. Bu səbəbdən də xalq həyatı hadisəsi var. Xalq mənəviyyatı hadisəsi var. Xalq idealı hadisəsi var. Xalq idrakı hadisəsi var. Xalq ölməzliyi hadisəsi var. Xalq həyatı – ruhaniliyi,  Mütləqi ifadə edən həyatdır. […]

Soylu Atalı. Yüzilin (əsrin) “saziş” oyunu

   İkinci Qarabağ savaşı 2020-ci ilin noyabrında başa çatmış sayıldı. Ancaq biz onda yazdıq ki, Qarabağ sorunu hələ çözülməyib. Baxın, üstündən 5 il keçir, hələ də “barış bağlaşması” (sülh sazişi) ortada yoxdur. Düşünürük ki, olmayacaq da. Bizi yüzil öncə çözülməsi zor olan bir oyunun içinə soxublar. Torpaqlarımızda Ermənistan dövləti yaratmaqla bizi onun varlığı ilə barışmağa […]

Xaliq Bahadır. Demokratik qüvvələrin Milli şurası, yoxsa bunun tərsi

Türkiyədə Atatürkün qurduğu Ulus dövlətinin gələcəyi ilə bağlı gərgin durum yaşanmaqdadır. Bu durumla, bütünlükdə Türkiyə ilə bağlı baş verənlərdən dönə-dönə yazmışam. Mən də yazıram, Demokratik qüvvələrin Milli şurasını oluşduranlar da yazırlar. Bilməyənlər belə deyə bilərlər: nə yaxşı. Di gəl ortada yaxşı olmaqdan uzaq nəsnələr var. Demokratiya ideallarına, eləcə də Ulusalçı ideyalara bağlı olaraq mən qabaqcıl […]

Ölügötürmənin milli yönü

Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız. Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir. Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif […]

Xaliq Bahadır. Ərdoğanın iftar çıxışı

Düzünü bilmək istəsəniz, Ərdoğanın çıxışları məndən ötrü çoxdan, lap çoxdan dəyərini itirib. Yutub onun 23 illik yalançı çıxışlarıyla doludur. Buna baxmayaraq, onun dünən İstanbulda etdiyi iftar çıxışına baxmaq istədim. Niyəsi gizli deyil, Türkiyədə son günlər baş verənlərlə bağlı deyəcəklərini bilmək gərəkirdi- dinçi prezidentin çıxışı olaraq. Sizi sevindirə bilməyəcəm: yeni nəsə yox idi- yenə çoxlu yalanlar, […]

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı ünlü folklorşünas Elxan Məmmədlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin.  Balalarında yaşasın. Yurdu, Ulusu var olsun. 

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək […]

Soylu Atalı. Babək Özgürlük Simqəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Babəki verən xalqın özünü balaca sayması günahdır

(Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür)  Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv