Archive for the ‘Türk Dünyası’ Category

Xaliq Bahadır. Müxalifətin demokratiya gözləntiləri

  ABD-də aday çevrilişi baş verdi: prezident C.Bayden yerini yardımçısı Kəmalə Harrisə verdi. Gözlənilməz qərar oldu, vur-tut bir neçə gün öncə jurnalistlərin, bir sıra politiklərin adaylıqdan geri çəkilmə çağırışlarına qarşılıq olaraq, dostumuz Bayden dirəşib dururdu: “sonadək gedəcəm”. Birdən belə bir gözlənilməz qərar. Bayden bunu “Amerikanın, demokratiyanın qurtuluşu üçün” etdiyini bildirir.  Nə bilək, bəlkə də, onu […]

Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək

  Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı […]

Xaliq Bahadır. Dürdanə

1972- ci il… 2024-ün yayı. Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək-  içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir […]

Soylu Atalı. Türk Boyda Dərdimiz

Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir […]

Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi

Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa […]

Asif Ata. İnsan Sığmazlığı

Ölüm ölümə sığmır. Arzu ömürə sığmır. Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır. Günlər illərə sığmır. Heyrət hörmətə sığmır. Səcdə izzətə sığmır. Siqlət xislətə sığmır. Qanad göylərə sığmır. Ayaq yerlərə sığmır. Məslək həvəsə sığmır. Qeyrət qorxuya sığmır. Məna sözlərə sığmır. Fikir yazıya sığmır. Hicran kədərə sığmır. Vüsal sevincə sığmır. Dahi zamana sığmır. İgid cürətə sığmır. Ölmək […]

Xaliq Bahadır. Alternativsizlik

Alternativsizlik. O necə yaranır? Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir. Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə […]

Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir

(Amaldaşlarla dialoq silsiləsindən) … Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq […]

ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN

Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv