Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif […]