İnsan başqaları ilə birgə yaşamağa can atdı: o, kiminsə əlindən tutmalıydı, kiməsə həmdəm olmalıydı, həm də öz gücünü artırmalıydı. İnsan belə hesab edirdi ki, cəmiyyətdə onun ruhani qüdrəti daha parlaq şəkildə meydana çıxacaq. Bir sözlə, insan cəmə qovuşdu, cəmin içindən özünə başçı seçdi, onu fərqləndirdi, yüksəltdi. Ona inandı. Hamılıqla təbiət üzərində qələbə çaldılar, dünyaya sahib […]