Posts Tagged ‘ASİF ATA. SİYASƏT YALANI’

ASİF ATA. SİYASƏT YALANI


1. Əxlaqdan keçən Ölkələr, xalqlar, təbəqələr arasında münasibətdə İnsaniyyət itir. Siyasət Əxlaqdan keçir. Riyaya söykənir – Həyalı görünür. Qətlə çatdırır – Xilaskar görünür. Yalana tapınır – Doğruçu görünür. Zalımdır – Adil görünür. Qəsbkardır – Hami görünür. Yırtıcıdır – Məsum görünür. Yaddır – Doğma görünür. Bulanıqdır – Saf görünür. Məkrlidir – Şəfaqətli görünür.