Ümidlisən, məhəbbətlisən, səmalısan, baharlısan, müjdəlisən, bərəkətlisən, səxavətlisən, cavanlısan, gözəllisən, bulaqlısan, səslisən, rənglisən, musiqilisən, sözlüsən, mərhəmətlisən, məlahətlisən, paklısan, nurlusan, qəhrəmanlı – fədakarlısan, torpaqlısan, çaylısan, mehirlisən, vüqarlısan! Körpəlikdə – ana səsi, ilk günəş şüası, gecə ənginliyi, meşələrin ilk qüssəsi, əllərin əllərə mehri, sədalarla dolmuş təbiət, ilk gül, ilk mehr, doğmaların istisi, kəndinə, şəhərinə, evinə heyrət, ilk qar, […]