Müstəqillik arzuladıq. Arzularımızda müstəqil olduq. Ümumi axara qoşulduq, tarixi şəraitlə yetərləndik. Özümüz Yol yaratmadıq, şəraitin göstərdiyi yol ilə getdik. Şəraitin göstərdiyi yol tarixin dolanbaclarında qırılır, bir yana çıxmır. Bir yana çıxa bilmədik. Asılılığın girdabından dartındıq, dairəsindən çıxa bilmədik. Başımızın altına yastıq qoyanlara güvəndik. Ağlımızı aldadanlara inandıq.