Göz. Azərbaycan dilinin açıqlama sözlüyündə göz anlayışı ilə bağlı 12 səhifəlik açıqlama verilir. Başla bağlı 9, ürəklə bağlı 6 açıqlama. Görəsən, bu nədəndi belə? Nə üçün gözlə bağlı açıqlama belə geniş yer tutur. Sözsüz, bu, dilçilərdən, dilçi yaradıcılığından gəlmə bir iş-görsəniş deyil; xalq yaradıcılığından, xalqın gözə gözgörəsi, belə desək, daha sıcaq yanaşmasından, ola bilsin, daha […]