Sosial-siyasi xarakterindən asılı olmayaraq dələduzluq faktı istənilən rejimdə ola bilir. Ancaq onun azlığı, çoxluğu, ötəri, xarakterik olması var. Demokrarik rejimlərdə dələduzluq az-az, o da ötəri olur. Bu isə demokratik rejimlərin xarakterindəki açıqlığa, qanunçuluğa, ən önəmlisi, hakimiyətin bölünməsi prinsipinə bağlıdır. Bütün bunlara görə demokratik rejimdə tək-tək görsənən dələduzluq faktı geniş yayıla bilmir, ortaya çıxınca ortadan qaldırılır. […]