Belə bir deyim var: itik bir yerə gedər, güman min yerə. London Azərbaycan elçiliyinə bir qrup azğın dinçinin saldırısı çox keçmədən çoxlu versiyalar doğurdu. Bir qrup qarageyimli-islamçı əliyalın olaraq çox asanlıqla Azərbaycan elçiliyində, belə desək, hakimiyəti ələ keçirdi. Sonra da azacıq, ötəri olsa belə dirənişlə qarşılaşmadan üçboyalı Azərbaycan bayrağını çıxarıb, yerinə qara islam bayrağını asdılar. […]