İki körpə uşaq atası, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını şərləyib tutduran Gülər Əhmədova özü indi dustaqdır. Əvəz Zeynallı sevmədiyi rejimin dustağıdır, Gülərsə bir könüldən min könülə aşiq olduğu, qurulmasında, bərkinməyində ayrıca rol oynadığı rejimin dustağı! Olduqca ilginc görsənişdir. Əvəz Zeynallı dustaqlıqda da dediyindən dönmür, bu rejimlə döyüşür, rejimin iç üzünü açıb tökən çıxışlarda bulunur.