Rejimin bütünlüklə rüşvət-korrupsiya bataqlığına batırdığı bir ölkədə yaşayırıq. Rüşvət-korrupsiya qanunçuluğu içində bütün hüquqlarımız tapdansa da, bizə yalnız susmaq, susaraq dözmək hüququ tanınır. Birbaşa hakimiyətin başından qaynaqlanan özbaşınalıq-hüquqsuzluq siyasətlərinə dözməyənlərə, dözmək istəməyənlərə əlüstü “erməni dəyirmanına su tökən”, “erməniqanlı” kimi “adımı sənə qoyaram…” seriyasından damğalar vurulur. Yanlışlarını düzəltmək, düz yola gəlmək yerinə doğrunu deyəni, düzgünlüyə çağıranı topa […]