“Redaksiyadan” Redaksiya polkovnik İsrafil Bəydən aşağıdakı məktubu almışdır: Sayğılı redaktor bəy, 1920-ci ildə bolşeviklər Azərbaycanı tutandan sonra mən İran, Ərəbistan, Hindistan, Misirdə iki il avaratək dolaşıb sonda İstanbula gəldim. Burada, 1923-cü ilin başlarında Azərbaycan Ulusal Qurumunun başçısı Məhəmməd Əmin bəy Rəsulzadə məndən onun üçün Azərbaycan Cümhuriyəti Ordusundan anılarımı yazmağı istədi. Mən bu istəyi yerinə yetirdim. […]