Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir.
Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir.
Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur.
Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır.
O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və həyata həyatın gözüylə baxmaq həvəsinin – hər ikisinə özünü təsdiq imkanı verir.
Bəşər – müqəddəsdir, çünki insanlığın ruhani mahiyyətində həyata sığmayan, ondan kənara çıxan, yüksəyə qalxan Mütləq Xeyir, Gözəllik, Kamillik yaşayır. Ardını oxu »
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Talıboğullarının qovuşma günü
Talıblı – 100 …Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək […]
İnamlı Atalı. Özümləşmə Yönündə Axtarışlar
Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
İyul 9th, 2026
admin
Ədalət, İnsanlaşma qonusunda söhbət
İyul 9th, 2026
admin (Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır)
Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi nə itirirsə sevinci də, bütünlükdə həyatı da puç olur, sarsılır. Çünkü onun nəyi varsa maddi əldə etdiyidir. Ondan başqa içində onu ayaqda tutan heç bir şey yoxdur.
xxx
Məna – dünyanın yenilənmək imkanıdır.
Ata deyir, dünyadakılar ölür, dünya ölmür. Niyə ölmür, – çünkü Məna daim təzahürlərlə yenilənir. Ardını oxu »
Asif Ata. Saflıq – Günah
İyun 27th, 2026
admin İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır.
Yırtıcılığıyla barışır – günaha batır!
Zorakılığıyla barışır – günaha batır!
Zəlilliyiylə barışır – günaha batır!
Qəddarlığıyla barışır – günaha batır!
Şöhrətpərəstliyiylə barışır – günaha batır!
Süniliyiylə barışır – günaha batır!
İnamsızlığıyla barışır – günaha batır!
Nankorluğuyla barışır – günaha batır!
Bədxahlığıyla barışır – günaha batır!
Qorxuyla barışır – günaha batır! Ardını oxu »
Talıboğullarının qovuşma günü
İyun 24th, 2026
admin Talıblı – 100
…Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək bağlantılar daha da genişlənəcəkdir.
May ayının 30-da Qazağın İkinci Şıxlı kəndində yaşayan Talıblılarla görüşdük, qohumluq bağlantılarımızla bağlı geniş söhbətlər apararaq kitabın tanıtımını gerçəkləşdirdik. Bu işi təşkil elədiyinə, eləcə də yüksək qonaqsevərlik etdiyinə görə Fikrət əmioğluna dərin sayğılarımı bildirirəm.
İyunun 17-də bu cür qovuşma addımlarını Qaraçöp mahalında gerçəkləşdirdik. Aşağı-yuxarı 20 adam Kəpənəkçidən Qaraçöp Talıblılarının qonağı oldu. Orada da kitabın tanıtımını edib geniş söhbətlər apardıq. Bizə göstərdikləri yüksək qayğıya görə Qaraçöplü qohumlarımıza dərin sayğılarımı bildirirəm. Özəllikcə Mikayıl Qara oğluna (çox yüksək hazırlığa, qonaqsevərliyə görə) sevgilərimi sunuram. Ardını oxu »
İnamlı Atalı. Özümləşmə Yönündə Axtarışlar
İyun 20th, 2026
admin Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım!
İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək.
İnsan – işıqdır – qaranlıqları yaran!
Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar olub. Bu inamlarda insanın təbiəti, kimliyi bitkin, tam şəkildə açılmamış, ruhani İmkanları düşüncədən uzaq tutulmuş, başlanğıcdan məhdudlandırılmışdır. Bütün hallarda insan ya fövqəltəbii qüvvələrdən, ya da ictimai münasibətlərdən asılı duruma salınmışdır. Bununla da İnsan öz Mənasından ayrılmış, özünü itirmiş, Mənanı təsdiq etməli olan fitri imkanlarını Mənanın təkzibinə yönəltmişdir. Bu Qüdrətli Varlıq zəlil ğünə salınmışdır. İnsanın duyğuları, düşüncələri, əməlləri yanlış istiqamətlərə yönləndirilmişdir. İnsan özünüdərkin başlanğıcından yalanlar burulğanında yaşamağa alışmışdır. Özü öz yaratdıqlarının qurbanı olmuş, quluna çevrilmişdir. Ardını oxu »
Asif Ata. Gözəllik – Eybəcərlik
İyun 12th, 2026
admin Həyatda tam, bütöv, Mütləq gözəllik yoxdur, həyatdakı gözəllik nöqsanlıdır, eybəcərlikdən xali deyil, eybəcərliklə yanaşı yaşayır, onunla döyüşür, lakin onu dünyadan həmişəlik poza bilmir.
Eybəcərlik həyatda demək olar ki, həmişə gözəlliyin üstünə kölgə salır, onun kamilliyinə xələl gətirir, ümumi ahəngini pozur.
Həyatdakı gözəllik demək olar ki, həmişə özündə eybəcərlik gəzdirir.
Bu səbəbdən də o, Mütləq Gözəllikdən aşağı olur, ona çatmır.
İnsanın cismani gözəlliyində naqislik özünü demək olar ki, həmişə göstərir.
Üzdə gözəlliklə yanaşı, qeyri-gözəllik, bədəndə gözəlliklə yanaşı, qeyri-gözəllik həmişə olur.
Digər tərəfdən, cismani gözəlliklə mənəvi gözəllik arasında tam uyğunluq səviyyəsinə həyat heç vaxt çatmır. Çox vaxt zahiri gözəlliyin arxasında daxili naqislik dayanır və əksinə, kamillik cismani naqisliklə birgə mövcud olur.
Bu cəhətdən, zahiri gözəllik bir çox hallarda daxili eybəcərliyi gizləyir. Ardını oxu »
Önder Sav. ‘Partimize sahip çıkmalıyız’
İyun 5th, 2026
admin Eski CHP Genel Sekreteri Önder Sav, “Genel Merkez binasının demir kapılarının camlarının kırarak binayı adeta işgal etmeleri, asla affedilemez. Aradan yıllar geçse de bu vahşi ve üzücü görüntüler asla belleklerden silinemez” dedi. “Dönen dönsün ben dönmezem yolumdan direnci ve kararlılığı ile partimize sahip çıkmalıyız” diyen Sav, “Her türlü işgali püskürtüp en kısa zamanda yapılacak kurultay ile partimizi gerçek sahiplerine teslim etmeliyiz” ifadelerini kullandı.
Eski CHP Genel Sekreteri Önder Sav, CHP’ye ilişkin verilen “mutlak butlan” kararına ve CHP Genel Merkezi’ne yönelik polis müdahalesine sert tepki gösterdi.
Sav, “Genel Merkez binasının demir kapılarının camlarının kırarak binayı adeta işgal etmeleri, asla affedilemez. Aradan yıllar geçse de bu vahşi ve üzücü görüntüler asla belleklerden silinemez” dedi. Ardını oxu »
Asif Ata. Xeyir – Şər
İyun 5th, 2026
admin Həyatda Xeyirlə Şər yanaşı yaşayır, bir-biri ilə döyüşür, lakin biri digərini məğlub edə bilmir, həyat Xeyiri Şərin qalibi etmir, düşməni edir.
Xeyir Şəri həyatdan silmək istəyir, silə bilmir. Şər bəzən geri çəkilsə də, ölmür, itmir, yenidən meydana atılır, öz fəaliyyətini davam etdirir.
Şər yalnız Ali Həyatda tam məğlub olur, həyatda isə o, başlıca keyfiyyət rolu oynayır. Həm də burada İnsan Xeyiri təsdiq etmək üçün bir çox hallarda Şərə arxalanır, Xeyirə Şər vasitəsi ilə nail olur və bu dəhşətli dərəcədə yanlış yol olsa da, həyat onu haqq sayır və qəbul edir.
Bir sözlə, həyatda dünya Xeyirə məxsus olmur, o öz qoynunda həm Xeyirə, həm də Şərə yer verir. Bu səbəbdən də Xeyir Şərlə toqquşmalı olur, lakin bu toqquşmada Şər ölmür, yaşayır. Şəri həyatdan silirlər, o silinmir. Şər ağacının köklərini həyat həmişə hifz edir. Bu baxımdan, Şərsiz həyat yoxdur. Eyni zamanda, Xeyirsiz də həyat yoxdur.
Həyat – Xeyirlə Şərin qoşa mövcudluğu və döyüşüdür. Həyat zülm adlanan Şərə öz qoynunda yer verir. Həyat həm də ədalət adlanan Xeyirə öz qoynunda yer verir, onları döyüşdürür. Ardını oxu »
Mansur Yavaş’tan mutlak butlan açıklaması.
İyun 2nd, 2026
admin “Cumhuriyet Halk Partimizle ilgili mutlak butlan kararı verilmiş olması; Türkiye’de hukukun, demokrasinin ve millet iradesinin nasıl ağır bir baskı altında bırakıldığının en açık göstergelerinden biridir.
Üstelik burada en dikkat çekici ve en vahim noktalardan biri şudur… Henüz ceza davaları sonuçlanmamışken, mahkemenin fiilen “seçime hile karıştırıldığı” yönünde bir kanaat ortaya koyması; ceza mahkemesinin yerine geçerek hüküm tesis etmesi anlamına gelmektedir. Oysa hukuk devletinde hiç kimse, hiçbir kurum; kesinleşmemiş bir yargılama sürecinin yerine geçemez.
Anayasa’nın 79. maddesi açıktır. Seçimlerin yönetimi ve denetimi Yüksek Seçim Kurulu’nun yetkisindedir ve YSK kararları kesindir. Ardını oxu »
Asif Ata. 28 May
May 28th, 2026
admin XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.
Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı… Ardını oxu »




