Yasin Türksoy (Türkel Araşdırma Qurumunun mətbuat sorumlusu)

Beynəlxalq güclərin erməni oyunu (II yazı)
Daha çox rusun əmri ilə qızışdırılan ermənilərin qətliam, soyqırım törətməklə əsl məqsədi türkü məhv etmək,  Azərbaycan və Türkiyə torpaqları hesabına dənizdən-dənizə  “Böyük Ermənistan” imperiyası qurmaqdır.
Qondarma  “Erməni soyqırımı”nı  inkar edənlərə cəzanı nəzərdə tutan qanunlar türk sındırmaq planıdır.  Beynəlxalq siyasi birliklərin oyunlarında oyunçudur ermənilər.
“Erməni Şərə  yalmandı, şər vaxtını, məqamını seçdi,  buna onun ağlı çatdı, Ruhu çatmadı” –   Asif Ata.

 “Böyük  Ermənistan” avantüristlərinə:

–  İrəvan tarixi torpaqlarınızdırsa, dövlət qurumunuza paytaxt etmək müraciətilə icazə istəmək (may, 1918) dahə nəyə gərək ?
–  Əgər Qarabağ iddia etdiyiniz əzəli torpağınızdırsa, buraya köçürülmənin il dönümünə abidə qoymaq nəyə gərək?!
(1987-ci ildə Ağdərə rayonunda ermənilərin bu rayona köçürülməsinin 150 illiyinə  abidə qoyulmuşdu).
–  Əgər Qarabağ ermənilərin dədə torpaqlarıdırsa nə səbəbə dədələrinə xəyanət etdilər?
(İşğal olunmuş Qarabağ torpaqlarından 13 min km2- dən çox ərazini xarabazara çevirdilər).
Çünki yaxşı bilirdilər ki, işğalçıdırlar!

 ***

 “Sovet Ensiklopediyası”  redaksiya heyətinə türk düşməni  S. Şaumyanın oğlu  (L.C. Şaumyan, baş redaktorun I müvini) gətirildikdə şüurlara “erməni xəstəliyi”nin  “qanunauyğunluğu” yeridilməyə başladı.
Ermənilərin yalvarmaları, imperatorlara elçi göndərmələri, ənam-bəxşişləri, xahiş-minnət etmələri sadiqlik görüntüsü yaradan qulluqları Rusiya siyasətinin Azərbaycan torpaqlarında öz istəyinə uyğun planının həyata keçirilməsini yetişdirdi. Köçürülmə prosesində erməni keşişləri və millətçilərinin xüsusi canfəşanlığı olmuşdur.  Kilsə dünyaya səpələnmiş erməniləri şirnikləndirmə, zor, xof, qorxu gücünə  “vəd edilmiş torpaqlar”da birləşdirdi. Eynən yəhudi praktikasıdır:  “Vəd edilmiş torpaqlar” bəhanəsi ilə bir mərkəzə toplanma, dövlət qurmaları kimi. Ermənilər rus imperiyasının siyasi və hərbi elitasında kök salmaq üçün hər zaman düşünmüşlər.   Ermənilər daim  Azərbaycana soxulan rus qoşunlarına  bələdçilik və yerli əhaliyə xəyanət etmişlər. Erməni xalqının tarixi taleyində Rusiyanın rolu isə əvəzsizdir. Rusiya erməni təşkilatlanmasına daim yuva olmuşdur.

Erməni diasporlarının yaranma, yayılma, təşkilatlanma, öyrədici mərhələsini biz hələ indi keçirik. Erməni milyonçuları, xeyriyyəçiləri bir amala xidmət edib – “Böyük Ermənistan” ideyasına. Yox yerdən özlərinə dövlət qurdular.  (Bizdə isə varı olanlar nəsil-nəcabətlərinə varidat toplamaq və öz şəxsi məsələlərinin həlli üçün çalışıblar).
Bildiyimcə erməni terror təşkilatlarının öldürdükləri şəxslərin siyahılarında həmçinin öz milli nümayəndələri çoxluq təşkil edir. Bunun səbəbi sadə ermənilərin  təşkilatlardan gələn məxfi tapşırıqları, sifarişləri yerinə yetirməmək istəyidir.  Təşkilatların maliyyə bazalarını iş adamlarının, mesenatların aylıq və ya dövrlük ayırımı, silah ticarəti, narkotik alveri, qadın biznesi təşkil edir.

Türkü türkün üstünə göndərmək

Türklə türkün davasını (Səlim–İsmayıl) dərsliklərdə fəxrlə bölüşdülər, Rusiya – Osmanlı savaşlarında Çar ordusunda çiyinlərində rus  nişanları (poqon) daşıyan Azərbaycan türklərini qardaşlarının üstünə göndərdilər, döyüşdə fərqlənənləri təltif etdilər, Vətən torpaqlarının bölünməsində  A. Bakıxanovun  timsalında tərcüməçi kimi fəxrlə istifadə etdilər.  Türkü türkün əli ilə öldürdülər.  Türk torpaqlarının işğalını türk şəhəri Bişkəkdə təsdiq elətdirdilər.

***

Qafqazdakı rus qoşunlarının komandanı  general Sisianov da burada öldürülüb,  ermənipərəst, antiazərbaycan  Qriboyedov da boş yerə öldürülməyib,  Sovet Rusiyasının diktator lideri Stalin də burada həbsdə oldu – Bayılda. SSRİ imperiyasının dağılmasının əsası da burada başladı – 1990-cı ilin yanvarında. Kreml irticaçılığı bu incə məqamı gərək unutmasın.
Rusiya irticaçılığının “maarifçilik” adı altında  Azərbaycana vurduğu yaraları indiyədək Azərbaycanın başına gətirilən total müsibətləri fars şovinizmi, “islam möminliyi” ilə müqayisəyə gəlimlidir:
Fars şovinizmi –
açıq şəkildə assimiliyasiyaya uğratdı. Midiyanı da farsçılıq çökəltdi, Səfəviləri də, Güney Azərbaycanın azadlıq mücadilələrini də!
İslam möminliyi –
türk yurdunda zorakılıq yaydı, itaət boyunduruğuna saldı insanları.  Milliliyi “ümmət” kosmopolitizmi ilə əvəzlədi.
Rus maarifçiliyi –
170 ildən çox bir dövrdə savadlanma adıyla manqurtlaşdırma siyasəti yürütdü.
Hər üç manqurtlaşdırma siyasəti özgəlikdən başqa heç nə vermədi yurdumuza…
Parçalanan, kiçildilən Vətən – Azərbaycan!   Sonda “biz beləyik, bizim millət düzələn deyil” adlı bölücülük,  inamsızlıq sindromu yayıldı.

 Erməni dayıların Azərbaycandakı bacısı uşaqları, sapı özümüzdən olan baltalar.

Qarışıq nikahlar və onun hakimiyyətdəki bəlaları.

Hakimiyyətin erməni komandası, erməni elektoratı.

Qarabağ məsələsi niyə həll olunmur?!

 Daxili İşlər Nazirliyi  2008-ci ilin aprel ayında Azərbaycanda  50 min  ermənin yaşadığını  rəsmən açıqladı.    Həmin ildə dövlət mövqeyini bildirən  prezident saytının1999-cu ildə əhalinin siyahıya alınma məlumatlarına əsasən” statistik məlumatlarında  Azərbaycanda yaşayan ermənilərin sayı 120,7 min nəfər (1,5 % ) olduğu göstərilir.
Sonuncu işğalda torpaqlarının  20%-ni itirəsən, 1 milyon qaçqın-köçkünün ola, əhali işsiz-gücsüz, yarı ac, yarı tox gün keçirə, dünyaya səpələnə,  Vətənində də 120 mindən çox erməni yaşaya!!! Adamın bətəni ürpəşir!
Keçən il Ermənistanın 2012-ci il üçün parlament seçkilərini təhlil edən erməni sosioloqu Aqaron Adıbekyanın fikirlərindən: “…Azərbaycanın yüksək eşelonunda hər 5 nəfərdən biri mənşəcə gizli ermənidir və ya erməni qadınla nikahdadır. Deməli, biz ermənilər matryoşka kimi onların içində gizlənmişik”.

Mövqelərini möhkəmləndirmək, qarşı tərəfin sıralarında kök salmaq üçün nikah məsələsindən tarixən məharətlə yararlanıblar. Nikah diplomatiyasını Pyotr  da varislərinə vəsiyyət etmişdir.
Anaları, arvadları, gəlinləri, dayıları  ermeni olan məmur əhatəsinin ermənilərlə iş birliyi də olar,  gediş-gəlişləri  də.  Qarabağ məsələsini ermənilərin xeyrinə həll olunması üçün  məmurların erməni arvadları ərlərinə təsir də göstərər, dayılarının toyda iştirakı üçün şənliklərini  Gürcüstanda keçirən bacıuşaqları da torpaqların azad olunmasına mane olar.

Hakimiyyət, Vəzifə, İmtiyaz, Səlahiyyətlərdən məhrum olmamağı qabaqlayan erməni mənşəli məmur iyerarxiyası  hər cür cinayət işlədir, zor gücünə manevrlər edərək harın yaşayışını təmin edir. Əhalinin diqqətini  Qarabağın işğalından yayındırır. Bu səbəbdən Qarabağın azad olunması Xalqın gələcəyindən uzaqlaşdırılır.

***

Dövlət hesabına məcburi köçkün ailələrinə hər il növbəli və mərhələli evlər tikilirsə, torpaqların azad edilməsi daha hansı məntiqə əsaslanır?!
  Məcburi köçkünlər üçün çadır şəhərciklərini qəsəbələrə dəyişməklə nə dəyişəcək?!

***

 Qarabağ münaqişəsinin BMT-ləşdirilməsi, ATƏT-ləşdirilməsi Qarabağı ermənilərin xeyirinə əbədiləşdirməkdir.
“Xalqda İnam yaratmaq, Xalq haqqında bilik verməkdən çətindir”. İndi Xalqın özünə dönməsi, özündə təpər tapması üçün Xalqda İnam yaradılmalıdır, Mütləqə İnam! Mütləqləşən Xalq Böyüklüyə, Bütövlüyə qadirdir.

 Qar və Köçəri ayları, 33-il

(Yanvar-Fevral, 2012).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv