Bu ayın 24-də “Türkel Araşdırma Qurumu”nun nümayəndələri bir araya gəldilər. Şəxsi qayğılarla bağlı yaranan fasilədən sonra bir araya gələn aydınlar işin zəruriliyinin artdığını və önəmini xüsusi qeyd elədilər. “Bu gün həqiq sözə, maarifçiliyə daha böyük ehtiyac var. Dünya hər gün qarışır. Bu qarışıqlığın Azərbaycana zərərli təsiri də artır. İran-Azərbaycan münasibətləri Azərbaycanın müstəqil varlığını həzm eləməməkdən dolayı pisləşməkdə davam edir. Dünya güclərinin belə bir münasibətdən Azərbaycanın zərərinə yararlanacaqları qabarmaqdadır”.
Başqa bir məsələ gəncliyin oyunlara cəlb edilməsi və aktivləşdirilməsiylə bağlıdır. Eyni halda Türkçülüyün inkişafına mane olan gedişlər və s. aydınları qayğılandıran mövzulardan idi. Türkel Araşdırma Qurumunun maarifçilik işinə diqqətlərin artması da arada yaranan fasilənin yanlış olduğunu üzə çıxartdı. Bu mövzuya Ağşın Ağkəmərli daha ətraflı münasibət bildirdi: “Biz istəsək də, istəməsək də atılan addımlar, ortaya qoyulan fikirlər geri durmağımızı istisna edir… Müəyyən yaş həddində adam Yurdu ilə bağlı nisbi istəklərlə barışmır”.
Sonra İran-Azərbaycan münasibətləriylə bağlı mövqe ortaya qoymaq üçün mövzu ilə bağlı toplantının vaxtı dəqiqləşdirildi.
Türkel Araşdırma Qurumunun Mətbuatla Əlaqə Odası