HƏQİQƏT
Ziddiyyətsiz Mahiyyət, Ziddiyyətli Gerçəklik – Gerçəkliklə Mahiyyət arasında Ziddiyyət – Dünya budur.
HƏQİQƏT
Ziddiyyətli Gerçəklik – Mahiyyətə Zidd olan Gerçəklik.
ƏLAQƏ
Dəyişən Mahiyyət olmur.
Dəyişməz Təzahür olmur.
HƏQİQƏT
Mütləqilik – Nisbidən üstün, Nisbilərdən üstün; Nisbilər bir yerdə Mütləq deyillər.
Sonsuzluq – Sonludan üstün, Sonlulardan üstün; Sonlular bir yerdə Sonsuz deyillər.
Əbədilik – Keçicidən Üstün, Keçicilərdən üstün; Keçicilər bir yerdə Əbədiyyət deyillər.
Kamillik – Qeyri-kamildən üstün, Qeyri-kamillərdən üstün; Qeyri-kamillər bir yerdə Kamil deyillər.
Mahiyyət – Gerçəklikdən üstün, Gerçəkliklərdən üstün; Gerçəkliklər bir yerdə Mahiyyət deyillər.
ZİDDİYYƏT
Ziddiyyət – Mahiyyətə Ziddir.
Gerçəklik – Mahiyyətə Ziddir, çünki Ziddiyyətlidir.
2 Murad günü, İşıq Ayı, 14-cü il. Bakı.
İMKANLAR
Elin çiynində hakimiyyətə gəlmək olar.
Elin çiynində Qəbrə getmək olar.
Eli çiynində Ruhaniyyata Yüksəltmək olar.
11 Arzu günü, İşıq Ayı, 14-cü il. Bakı.
HƏQİQƏT
“Otello”da bir Günahsız İnsan var – Dezdemona.
Yaqo – Murdardır; Otello – günahkardır, çünki Axmaqlıq – Günahdır.
13 Dözüm günü, İşıq Ayı, 14-cü il. Bakı.
HƏQİQƏT
Kantçılıq – Həqiqətsizlikdir, çünki İdrakın Həqiqəti dərk etməyinə inanmır.
Hegelçilik – Mütləqsizlikdir, çünki Mütləqi Gerçəkliklə bərabərləşdirir.
Pozitivizm – Mahiyyətsizlikdir, çünki Mahiyyəti Gerçəkliklə eyniləşdirir.
HƏQİQƏT
Kəmiyyətin Keyfiyyətə keçməsi İdeyası – cəfəngiyyatdır.
Əslində Keyfiyyət Kəmiyyətə keçir, çünki Keyfiyyət – Mahiyyətdir, Kəmiyyət – Təzahür.
Kəmiyyət Dəyişiklikləri Keyfiyyət Dəyişikliklərindən yara¬nır əslində.
Əksliklərin Birliyi İdeyası – cəfəngiyyatdır.
Birləşən əksliklər – əkslikdən məhrum olardılar.
İnkarı İnkar İdeyası – cəfəngiyyatdır.
Əsil İnkar – İnkarolunmazdır, İnkar olunan İnkar İnkar deyil; Nisbi İnkar, yarıminkar – İnkar deyil.
24 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı.
HƏQİQƏT
Sokrat Gerçəkliyi Zəkanın məhkəməsinə çəkdi və məhkum etdi; ancaq Zəkanı məhkəməyə çəkmədi; çəksəydi – Zəkanı da məhkum etməli olardı.
HƏQİQƏT
Platon İdeyalar aləmini Zəka üzərində qurdu – bu səbəbdən də Mənaya çatmadı, çünki Məna Zəkadan böyükdür, yüksəkdir, artıqdır.
30 Murad günü, İşıq Ayı, 14-cü il. Bakı.
FƏRQ
Mosart – Musiqi; Bethoven – Musiqinin Ruhu.
8 Arzu günü, Şölə Ayı, 14-cü il. Bakı.
HƏQİQƏT
İnsan Gerçəkliyi dərk edir, Mahiyyətə qovuşur.
11 Mərhəm günü, Şölə Ayı, 14-cü il. Bakı.
MÜDRİKLİK
Mənanı anlamaq, Mənanı duymaq, Mənalı yaşamaq.
1 Dözüm günü, Od ayı, 14-cü il. Bakı.
ƏLAQƏ
Bəşərin Məzmunu – Xalq.
Xalqların Biçimi – Bəşəriyyət.
6 Ümid günü, Od Ayı, 14-cü il. Bakı.
MÜTALİYƏ
Boşluğa düşürəm və Boşluğu Fikirlərimlə doldururam.
19 İnam günü, Od Ayı, 14-cü il. Bakı.
HƏQİQƏT
Fəlsəfə Tarixi – İçməli Suyu olmayan Nəhəng Dəniz
20 Arzu günü, Od Ayı, 14-cü il.Bakı.
OLAN – OLMAYAN
Olum – Ölüm Təzadında İnsan Olumu seçir, çünki Ölüm onsuz da labüddür – İnsan olmayanı seçir əslində.
6 Ümid günü, Od Ayı, 14-cü il.Bakı.
HAL
İnamlıyam, çünki bütün Xülyalardan azad olmuşam.
HAL
Qorxu İt kimidir. Qabağından qaçırsan – arxanca düşür; qaçmırsan – geri çəkilir.
7 Murad günü, Yağış Ayı, 14-cü il.Bakı.
ÖLÇÜ
Əxlaq – Təmənnasızlıq.
Həqiqət – Mütləqilik.
Ədalət – İmtiyazsızlıq.
ƏLAQƏ – ƏLAQƏSİZLİK
Ağa – Nökər Əlaqəsi olmur,
Ağa – Nökər Əlaqəsizliyi olur.
10 Ümid günü, Yağış Ayı, 14-cü il.Bakı.
HƏQİQƏT
Əslində konkret nə varsa – Qeyri-müəyyəndir – dəyişkəndir, nisbidir, keçicidir, sonludur.
Əslində Ümumi müəyyəndir – sabitdir, mütləqdir, əbədidir, sonsuzdur.
Dəyişkən – müəyyən deyil, Sabit – müəyyəndir.
Nisbi – müəyyən deyil, Mütləq – müəyyəndir.
Keçici – müəyyən deyil, Əbədi – müəyyəndir.
Sonlu – müəyyən deyil, Sonsuz – müəyyəndir.
KANTÇILIĞA QARŞI
Fəlsəfə İdrakın Tədqiqi deyil, Özüdür.
Fəlsəfəni İdrakın Tədqiqi saymaq onu özgələşdirməkdir.
HƏQİQƏT
Gərək biləsən ki, Hadisə Mənadan əmələ gəlib, Məna Hadisədən Yox.
Gərək biləsən ki, Konkret Ümumidən əmələ gəlib, Ümumi Konkretdən Yox.
Gərək biləsən ki, Sadə Mürəkkəbdən əmələ gəlib, Mürəkkəb Sadədən Yox.
Gərək biləsən ki, Gözün səni aldadır.
HƏQİQƏT
Elm Təbiət Qanunlarını kəşf edir; Təbiət Qanunları Məna deyil – onun Təzahürüdür; bu səbəbdən də Elm əslində Təzahürü kəşf edir.
HƏQİQƏT
Fizika Dünyanı öyrənir, Dünyanın Mənasını öyrənmir.
Biologiya Həyatı öyrənir, Həyatın Mənasını özrənmir.
Antropologiya İnsanı öyrənir, İnsanın Mənasını öyrənmir.
Dünyanın, Həyatın, İnsanın Mənasını Fəlsəfə öyrənir; İnam – Mənaya qovuşur.
Fəlsəfə Mənanı İnsana çatdırır; İnam İnsanı Mənaya çatdırır.
HƏQİQƏT
Şüur – Materiyanın xassəsi deyil, Materiya vasitəsiylə Məna ifadəsidir.
HƏQİQƏT
Əgər Şüur Materiyanın məhsuludursa, onda Materiya – şüurludur – fikirlidir, ideyalıdır… Qəribə bir idealizm törəyir materialist monizmdən (vəhdətdən).
MƏNA YOLU
İdrak – Mənalandıran.
Əxlaq – Mənalanan.
Həqiqət – Məna.
HEGELÇİLİYƏ QARŞI
Dialektik Üsul (Metod) əslində Nisbilik Kultudur; Mahiyyətcə o, Mütləq tanımır, yəni Həqiqət tanımır.
HƏQİQƏT
Dünyanın Dünyalıq boyda Mənası var.
Həyatın Həyatlıq boyda Mənası var.
İnsanın İnsanlıq boyda Mənası var.
ƏMƏLLƏR
Elm İnsanı Məna Yoluna çatdırır.
Fəlsəfə Mənanı dərk edir.
İnam İnsanı Mənaya qovuşdurur.
VƏZİYYƏT
İnsanlığın Sonundan danışırlar, İnsanlıq nə vaxt başlayıb ki, qurtarsın?
HƏQİQƏT
Duyğunu Beyin yaratmır,
Beyindən kənardakı Məna yaradır;
Fikri Beyin yaratmır,
Beyindən kənardakı Məna yaradır;
İdeyanı Beyin yaratmır,
Beyindən kənardakı Məna yaradır.
Beyindən kənardakı Məna Beyin vasitəsiylə ifadə olunur.
Yəni Fikir – Məna İfadəsidir,
Beyin – Fikir Vasitəsi.
Duyğu – Məna İfadəsidir,
Beyin – Duyğu Vasitəsi.
İdeya – Məna İfadəsidir,
Beyin – İdeya Vasitəsi.
12 Mərhəm günü, Yağış Ayı, 14-cü il.Bakı.
FƏRQLƏR
Həyat Adamı – Güzərançı.
Cəmiyyət Adamı – Siyasətçi.
Amal Adamı – İnsançı.
16 Arzu günü, Yağış Ayı, 14-cü il.Bakı.
HƏQİQƏT
Əgər İnsan – ictimai heyvandırsa, cəmiyyət heyvanlıqdır.
HƏQİQƏT
İctimai Əlaqə – Ruhani Təcriddir.
Ruhani Əlaqə – İctimai Təcriddir.
İNSAN FACİƏSİ
İnsan müstəqil olmaq istəyiylə Təbiətdən ayrıldı, cəmiyyət yaratdı, – cəmiyyət onun müstəqilliyini əlindən aldı.
17 Ümid günü, Yağış Ayı, 14-cü il.Bakı.
HƏQİQƏT
Din İnamsızlığı.
İnam Dinsizliyi.
13 Murad günü, Köçəri Ayı, 14-cü il.Bakı.
RUHANİ SAY
Məna – Birdir, Təzahür – Min.
Bir – Mindən Artıqdır.
18 Mərhəm günü, Köçəri Ayı, 14-cü il.Bakı.
KANTA QARŞI
İnsan – əyri ağac deyil, əyrilmiş ağacdır – onu düzəltmək gərək.
23 Ümid günü, Köçəri Ayı, 14-cü il.Bakı.
HƏYAT HALI
Həyat ölmür.
Ölüm Həyatı qoruyur.
24 Dözüm günü, Köçəri Ayı, 14-cü il. Bakı.
HAL
Şeirin ölümünü gördük – ağlamadıq, güldük.
HƏQİQƏT
Adamlar Allahdan özlərinə Ata düzəltdilər – Yetim qaldılar.
Cəmiyyətdən özlərinə Ata düzəltdilər – Yetim qaldılar.
Adamlar özlərinə Atalıq edə bilmədilər – Yetim qaldılar.
1 Arzu günü, Günəş Ayı, 15-ci il. Bakı.
HƏQİQƏT
Ateizm Dinin qənimi olmadı, rəqibi oldu.
HƏQİQƏT
Din –Varlını qoruyur; Yoxsula rəhm eləyir.
HƏQİQƏT
Dini Dualar –Mənəvi Dilənçilik.
HƏQİQƏT
İslam Təməlçiliyi – Yeni Xəlifətçilik.
HƏQİQƏT
Dinçilik – Qismətçilik, Xofçuluq, Yalançılıq.
İnam – Özümçülük, Qorxmazlıq, Həqiqətçilik.
HƏQİQƏT
Din – əslində İnamsızlığa İnamdır.
9 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
FƏRQLƏR
Dinçilik – Allahçılıq.
Ateizm – Maddiyyatçılıq.
İnamçılıq – İnsançılıq.
10 Dözüm günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Soyuq Ağıl olmur – çünki Sönük Ağıl olmur.
HƏQİQƏT
Od – yandığı dərəcədə Oddur; Od sönəndə Od olmur, Kül olur.
HƏDD
Od – sönmək üçün Yanmır, Yanmaq üçün yanır, ancaq Sönməyə bilmir.
Varlıq – ölmək üçün Yaşamır, Yaşamaq üçün Yaşayır, ancaq Ölməyə bilmir.
Odun Sönmək adlı Həddi var.
Varlığın ölmək adlı Həddi var.
HƏQİQƏT
Kül Oddan törəmir – Odun Ölümündən törəyir;
Odun Ölümündə Od olmur.
“Od olmasaydı – Kül olmazdı!” – deyirlər.
“Od olsaydı – Kül olmazdı!” – deyirik.
Ölüm Varlığın Yoxluğundan törəyir; Yoxluqda Varlıq olmur.
“Varlıq olmasaydı – Yoxluq olmazdı!” – deyirlər.
“Varlıq olsaydı – Yoxluq olmazdı!” – deyirik.
HƏQİQƏT
Yaz Yazlığını tam İfadə edə bilmir – Yaya keçir.
Yay Yaylığını tam İfadə edə bilmir – Payıza keçir.
Payız Payızlığını tam İfadə edə bilmir – Qışa keçir.
Qış Qışlığını tam İfadə edə bilmir – Yaza keçir.
Ömür Ömürlüyünü tam İfadə edə bilmir – Ölümə keçir.
11 Mərhəm günü, Günəş Ayı, 15-ci il.Bakı.
FƏRƏH
Qabaqdan Qocalıq adlanan Ucalıq gəlir.
16 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Məscidlər, Kilsələr – Sənət İşığı, Din Qaranlığı.
HƏQİQƏT
Köləlik adlı Müqəddəslik Yoxdur – bu səbəbdən də Din Müqəddəslik tanımır.
Ağalıq adlı Mütləqilik Yoxdur – bu səbəbdən də Din – Mütləqilik tanımır.
FƏRQ
Misirlilər – Hökmdarları Allah sayırdılar;
Semitlər – Allahı Hökmdar saydılar.
HƏQİQƏT
Din – Ruhani Əsarət.
HƏQİQƏT
Dinçilik – Köləlik Yoluyla xilas.
HƏQİQƏT
Azadlıq – Vicdan Hakimliyi.
HƏQİQƏT
Din – Allahçılıq.
İnam – İnsançılıq.
HALLAR
Din Zülmü.
İnam Azadlığı.
FƏRQ
Din – Adamı Qul eləyir; İnam – Adamı İnsan eləyir.
HƏQİQƏT
Allaha Qul olmaq – əslində Cəmiyyətə Qul olmaqdır.
Din – əslində cəmiyyətçilikdir.
18 Mərhəm günü, Günəş Ayı, 15-ci il. Bakı.
İNSANSIZLIQLAR
Dində İnsan yoxdur – Allah var.
Marksizmdə İnsan yoxdur – İstehsalat var.
Freydizmdə İnsan yoxdur – Cinsiyyət var.
Nitsşeçilikdə İnsan yoxdur – Yırtıcılıq var.
NƏTİCƏ
Adam Dinə yaradı, Sosializmə yaradı, Faşizmə yaradı, Kapitalizmə yaradı – İnsaniliyə yaramadı.
HƏQİQƏT
Özünə inanmadığın dərəcədə Allaha inanırsan.
Özünə inandığın dərəcədə Mənaya inanırsan.
HƏQİQƏT
İnsan Dünyanı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan Dünyanı Bildiyi dərəcədə Mənaya inanır.
İnsan Həyatı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan Həyatı Bildiyi dərəcədə Mənaya inanır.
İnsan İnsanı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan İnsanı Bildiyi dərəcədə Mənaya inanır.
6 Ümid günü, Günəş Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Din – əlacsızlıq.
İnam – əlac.
HƏQİQƏT
Adam İnsan olmasa – Azad olmaz.
Adam Azadlığı – əslində Əsarətdir.
7 Dözüm günü, Çiçək Ayı, 15-ci il. Bakı.
YAŞAYIŞ
Cəmiyyətdə Ağalıq eləyə bilmir – Ailədə Ağalıq eləyir.
Cəmiyyətdə Xanımlıq eləyə bilmir – Ailədə Xanımlıq eləyir.
Ağalığı yaşadır.
Xanımlığı yaşadır.
ƏLAQƏ
Varlı Yoxsulun Hesabına Varlı olur.
Yoxsul Varlının Hesabına Kasıb olur.
Varlı Yoxsulluq yaradır əslində.
Yoxsulluğu Var yaradır əslində.
ƏLLƏR
Yoxsulluğu yaradan Varlı Yoxsula əl uzadır.
Varlılığı yaradan Yoxsul Varlıya əl açır.
HƏQİQƏT
Varlı Ölkə olmur.
Varlı Dövlət olur, Varlı Təbəqə olur.
Yoxsullar olmasa – Varlılar olmaz.
FƏRQ
Din – Yalançılıq.
İnam – Həqiqətçilik.
HƏQİQƏT
Dini yaşadan – İnamsızlıqdır.
Allahı yaşadan – Mütləqsizlikdir.
8 Mərhəm günü, Çiçək Ayı, 15-ci il. Bakı.
İNAMSIZLIQ YÖNÜ
Dinə Qayıtmaq İnamsızlığı.
Kapitalizmə Qayıtmaq İnamsızlığı.
Qərbçiliyə Qapılmaq İnamsızlığı.
FƏRQ
Göy Dərinliyi var – İşıqlı.
Quyu Dərinliyi var – Qaranlıq.
9 Qismət günü, Çiçək Ayı, 15-ci il. Bakı.
FƏRQ
Həya – Qorxusuzluq.
Həyasızlıq – Qorxu əvəzi.
HƏQİQƏT
Adam – Var olmadığından Qorxur;
Yox olmaqdan Qorxur.
Adam – özünü Var olan saymır və Allahdan Qorxur;
Yox olmaq istəmir və Ölümdən Qorxur.
HƏQİQƏT
Adamda Cəsarət Qorxuyla qoşalaşır.
Həqiqətçilik Cəfəngiyyatçılıqla qoşalaşır.
Doğmalıq Yağılıqla qoşalaşır.
Heyrət Həsədlə qoşalaşır.
Ləyaqət Qəbahətlə qoşalaşır.
Bütöv Adam olmur əslində – Bütöv İnsan olur.
TƏKƏBBÜR
Sifəti çirkləndirən Ağalıq.
Sifəti çirkləndirən Xanımlıq.
HƏQİQƏT
Ağalıq – Adamda İnstinkt səviyyəsindədir.
Nökərlik – Adamda İnstinkt səviyyəsindədir.
Yırtıcılıq – Adamda İnstinkt səviyyəsindədir.
Cəfəngiyyatçılıq – Adamda İnstinkt səviyyəsindədir.
Qorxu – Adamda İnstinkt səviyyəsindədir.
Həsəd – Adamda İnstinkt səviyyəsindədir.
Şəhvət – Adamda İnstinkt səviyyəsindədir.
Özüylədöyüş – İnstinktlərlə döyüşdür – bu səbəbdən də əsil Ruhani Hünərdir.
12 Arzu günü, Çiçək Ayı, 15-ci il. Bakı.
YARANIŞ
Dünyadakılar Dünyadan yaranıb.
Dünya özündən yaranıb.
Dünyanın Mənası özündədir.
13 Ümid günü, Çiçək Ayı, 15-ci il.Bakı.
ÜMİDSİZLİK İNAMI
“Əlac Allaha qalıb” Sözündən Ümidsiz Söz yoxdur əslində.
HƏQİQƏT
İnsan Dünyanı Bilmədiyi dərəcədə Allaha inanır.
İnsan Dünyanı Bildiyi dərəcədə Mütləqə inanır.
17 Murad günü, Çiçək Ayı, 15-ci il.Bakı.
HƏQİQƏT
Allaha üz tutmaq – Özgəyə üz tutmaqdır.
Mütləqə üz tutmaq – Özünə üz tutmaqdır.
19 Arzu günü, Çiçək Ayı, 15-ci il.Bakı.
DİNİ POZĞUNLUQ
Cəfəngiyyatçılıq Pozğunluğu.
Qismətçilik Pozğunluğu.
İtaətçilik Pozğunluğu.
Cənnətçilik Pozğunluğu.
Cəhənnəmçilik Pozğunluğu.
20 Ümid günü, Çiçək Ayı, 15-ci il. Bakı.
(ardı var)