QAYDA
Dünya dəyişkəndir, ancaq Dəyişkənliyin özü Dəyişməzdir.
Dünyadakılar ötəridirlər, ancaq Ötəriliyin özü Əzəlidir.
Dünyadakılar keçicidirlər, ancaq Keçiciliyin özü Əbədidir.
Dünyadakılar sonludurlar, ancaq Sonluluğun özü Sonsuzdur.
DİALEKTİKAYA QARŞI
1
Ziddiyyət – əslində Mənasızlıqdır.
Dünyanın Mənasız əsası ola bilməz.
Dünyanın əsası – Bütövlükdür.
2
Ziddiyyətin həlli – Bütövlük əsasında baş verir.
Ziddiyyəti – Ziddiyyət aradan qaldırmır, Bütövlük aradan qaldırır.
DİALEKTİKAYA QARŞI
Əgər Hərəkətin əsası Ziddiyyətdirsə, onda Hərəkət əsassızdır.
14 Mərhəm günü, Çiçək Ayı, 16-cı il. Bakı.
DİALEKTİKAYA QARŞI
Əgər Dünyanı Ziddiyyət irəli aparırsa, deməli, Dünya irəli getmir.
18 Arzu günü, Çiçək Ayı, 16-cı il. Bakı.
ƏSASLAR
Nikbinliyin əsası – Mütləqilik.
Bədbinliyin əsası – Nisbilik.
HƏQİQƏT
Kamillik – Naqislikdən azad olmaqdır.
Naqislik – Kamillikdən məhrum olmaqdır.
Kamillik – Azadlıqdır.
Naqislik – Əsarətdir.
YOXLUQ
İslam mədəniyyəti yoxdur – çünki İtaət mədəniyyəti olmur.
İslam ölkəsi yoxdur – cünki İtaət ölkəsi olmur.
İtaət dünyası yoxdur – çünki İtaət – Dünyasızlıqdır.
HAQSIZLIQ
Ağalıq Dairəsindən İnsan Haqqı – Haqsızlıqdır.
Nökərlik Dairəsində İnsan Haqqı – Haqsızlıqdır.
Təbəqəlik Dairəsində İnsan Haqqı – Haqsızlıqdır.
Özgələşmə Dairəsində İnsan Haqqı – Haqsızlıqdır.
Cəmiyyət Dairəsində İnsan Haqqı – Haqsızlıqdır.
HƏQİQƏT
Bütün cinayətlər Pulu Məqsəd saymaq cinayətindən başlanır.
19 Dözüm günü, Xəzan Ayı, 16-cı il. Bakı.
ÜMİD SƏSİ
Nə qədər musiqi var – Ümid var.
Musiqi – Ümid səsidir.
25 İnam günü, Sərt Ayı, 16-cı il. Bakı.
DUYĞU
Gördüm ki, Tərpənə bilmirəm, bildim ki, ölürəm;
Ölüm – Mütləq Haqsızlıqdır.
Dağlar aşmaq istədim; bildim ki, ölməyəcəyəm.
16-cı il. Bakı. (1994)