TARİXİ HADİSƏ
Rus hakimiyyəti – Rus xalqının Müsibəti.
MÜASİR SSRİ
Xalqlar Oyunxanası.
ŞƏR TƏZƏLİKLƏRİ
1. Təzə sosializm – “Xeyirləşən” Şər.
2. Təzə sosial xətt – “Doğmalaşan” Şər.
3. Təzə xarici siyasət – Şər xilası.
4. Təzə seçki – Şərtəhər.
5. İcarəçilik – Şər kirayəsi.
6. Kooperasiya – Şər artığı.
7. Qeyri-formal Təşkilatlar – Şəraltılar.
ŞƏR MƏQSƏDLƏRİ
“Vətən” cəmiyyəti vasitəsiylə Vətəndən kənardakıları Şərləşdirmək.
“Qayğı” cəmiyyəti vasitəsiylə Şəri xalqa mərhəmləşdirmək.
ŞƏRİN MİLLİ İSLAHATI
Üstündə milli naxış çəkilmiş Boyunduruq.
6 Murad günü, İşıq Ayı, 11-ci il. Bakı.
MİTİNQ AZADLIĞI
Əsarəti möhkəmləndirən.
AVROPA PARLAMENTARİZMİ
Atasızlıq.
KOMMUNİSTLİK
Yer cənnəti uğrunda döyüş – Əqidəsizlikdir.
OLMAYAN – OLAN
Yoldaş – Cənab deyən oldu.
Mərkəzi Komitə – Saray deyən oldu.
Baş Katib – Çar deyən oldu.
Kolxoz – Dövlət təhkimçiliyi deyən oldu.
SSRİ – Rus İmperiyası deyən oldu.
Müttəfiq Respublikalar – koloniyalar deyən oldu.
Birlik – Ağalıq deyən oldu.
Qardaşlıq – Mütilik deyən oldu.
Çiçəklənmə – İflas deyən oldu.
Sıçrayış – Uçurum deyən oldu.
İNQİLABIN NƏTİCƏSİ
Sosializm Rus imperiyasını süqutdan xilas etdi:
Milli azadlıq Hərəkatlarının qarşısını aldı.
Oktyabr İnqilabı – İmperiya xilaskarı adlandırılmalıdır.
ÖZÜNÜALDADAN
Qorbaçov Qərbi aldadır ki, “Kommunizmi sarsıdıram”.
Şərqi aldadır ki, “Kommunizmi möhkəmlədirəm”.
Özünü Qərbin və Şərqin fövqündə hiss edir: – Əslində isə özünü aldadır – çünki hər ikisindən aşağıdır.
7 İnam günü, İşıq Ayı, 11-ci il. Bakı.
MİLLİ ÖZÜNÜDƏRKETMƏ
Antikommunizm.
TƏZƏ ƏQİDƏSİZLİK
“Əqidədən ötrü ölməyə dəyməz!” inamı.
ƏFQANISTAN FƏLAKƏTİ
Hamilik Zülmətinə qərq olmaq.
ŞƏRİN TƏZƏ LATIN AMERİKA SİYASƏTİ
Latın Amerikasını Təzə Sosializmin sınaq meydanına çevirmək.
ŞƏRİN TƏZƏ AVROPA SİYASƏTİ
Avropadan bəhrələnmək vasitəsiylə – Avropanı Şərləşdirmək.
ŞƏRİN TƏZƏ ASİYA SİYASƏTİ
Asiyayla “mərhəmlik” vasitəsiylə Asiyanı Şərləşdirmək.
TƏZƏ SOVET–ÇİN MÜNASİBƏTLƏRİ
Müştərək Hakimlik oyunu.
9 Ümid günü, İşıq Ayı, 11-ci il. Bakı.
MÜSAVAT PARTİYASI
Milli Dövlət Fədaisi.
MİLLİ YAS GÜNÜ
28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmiləlçi şərçilər tərəfindən devrilməsi.
SƏNƏTDƏ PARTİYA PRİNSİPİ
Şəri doğrultmaq.
FƏRQ
Amerikadan bəhrələnib Yaponiya olmaq olur.
SSRi-dən bəhrələnib Çin olmaq olmur.
QARABAĞ ƏHVALATI
Qorbaçovşinadan bəhrələnən, Qorbaçovşinanı bəhrələndirən.
İSRAİL TƏHLÜKƏSİ
Ərəb Birliyinə qarşı düzəldilmiş Şər Fitnəsi.
ŞƏR ƏMƏLİ
Türk birliyi yaranmadı – SSRİ qoymadı.
Ərəb birliyi yaranmadı – SSRİ qoymadı.
Şərq birliyi yaranmadı – SSRİ qoymadı.
FƏRQ
Amerika xalqları özündən asılı eləyir, SSRİ – özgələşdirir.
QONŞULUQ FƏLAKƏTİ
Türkiyənin ən böyük fəlakəti ondadır ki, SSRİ ilə qonşudur.
İranın ən böyük fəlakəti ondadır ki, SSRİ ilə qonşudur.
Əfqanıstanın ən böyük fəlakəti ondadır ki, SSRİ ilə qonşudur.
TƏZƏ SİYASİ TƏFƏKKÜR ŞƏRİ
“Yaşamaqdan böyük əqidə yoxdur!” – həqarəti.
10 Dözüm günü, İşıq Ayı, 11-ci il. Bakı.
AMERİKA–SOVET
münasibətləri gedişatı
Amerika – Sovetlərə: Birinci Mərhələ –
Mənim kimi ol – Dostlaşaq.
İkinci Mərhələ –
Mənim əlaltım ol – Dostluğumuzu saxlayaq.
Sovetlər – Amerikaya: Birinci mərhələ –
Sənin kimi oluram – Dostlaşaq.
İkinci mərhələ –
Mənim kimi ol – Dostluğumuzu saxlayaq.
SINDIRMA
Cavanları abırsızlıqda sındırırlar.
Camaatı güzəranda sındırırlar.
Xalqları “milliləşmədə” sındırırlar.
Sındırırlar ki, Boyunduruq sınmasın!
MİLLİ DÖVLƏT DİLLƏRİ SİYASƏTİ
Respublikalara edilən güzəşt – Boyunduruğu saxlayan, ikidillilik Məngənəsinə yarayan.
MİLYONÇUYA EHTİRAM
Hacı Zeynalabdin Tağıyev Hoqqası xaricdəki Azərbaycan milyonçularının sovetyönləşməsi üçündür.
11 Mərhəm günü, İşıq Ayı, 11-ci il. Bakı.
SOVET PEDAQOQİKASI
Sürüdə, sürüylə birgə tərbiyə.
SOVET PSİXOLOGİYASI
İnsanı Hayvan vasitəsiylə dərk etmək.
TƏZƏ SEÇKİLƏRİN NƏTİCƏSİ
Eynilik “müxtəlifliyi”.
BİRLİK OYUNU
Pribaltika Qorbaçovun ətəyindən yapışır ki, rus hakimiyyətiylə döyüşsün.
Qorbaçov ətəyini Pribaltikadan çəkmir ki, rus hakimiyyətini möhkəmləndirsin.
SAXAROV BOŞLUĞU
Pünhandı – Dolu görünürdü,
Aşkarlandı – Boş bilindi.