( Asif Ata Ocağının “İnam Evi Günü” mərasim-törənində deyilmiş fikirlər)
Bir sıra köklü bəşər xalqları kimi bizi də çətin duruma salıblar. Kapitalizm gələndən sonra durumumuz daha da çətinləşdi. Bizi milli-mənəvi süquta, iqtisadi asılılığa uğradıblar. Milli-ideoloji, öyrədici (maarifləndirici) aydın işi yox kimidir.Yeniyetməni, gəncliyi Avropa təbliğatının əsirinə çevrirlər. Bunun üçün “Avrovision” kimi, qış və yay olimpiada oyunları kimi fərqli adlarda musiqi və idman yarışları keçirilir. Əsas məqsədə çatmaq üçün demoqrafik vəziyyət nəzarətdə saxlanılır, insanları əyləncələşdirmək yönündə təsir vasitələri düşünülür.
Xalqların özünəməxsusluğunu itirməsi üçün onlara öz tarixi törələrini unutdurub, “Yeni Dünya Düzəni” siyasətinə uyğun əxlaq və mənəviyyat “norması öyrətməklə vahid “mədəniyyət”də birləşməyi təlqin edirlər.
Avropa–ABŞ siyasətinin yeriməsini bu cütlüyün dünya ölkələrindəki səfirlik və konsulluqları, Qeyri Hökumət Təşkilatları özəl proqramlarla həyata keçirirlər.
Təssüf ki, Azərbaycanımızın idarəçilik boşluğundan media qurumlarımız Avropa sionizminin nəzarətinə düşüb. Açıq-aydın “Radio Antenn 101 FM” , “SPACE” Teleradiosu” , Mədəniyyət və Turizm Nazirliyi masonların nəzarətinə düşüb. Nəzarətdə olanlar xalqın əxlaq və milli-mənəvi dəyərlərinin yavaş-yavaş sıradan çıxarılması yönündə verilişlər hazırlayıb, filmlər çəkib yayımlayırlar.
İqtisadi, siyasi boşluğa düşən, torpaqları parçalanan xalqımız indi də Pulçu, sionist Avropanın işğalına uğrayıb.
Genefondu gözgörəki Avropaya qurban verirlər. Xalqı öz gözündən salırlar.Yüksək siyasi dairələrdən aldığı tapşırıqlarla TV kanallar, Radiolar hər gün xalqı təhqir edir. Durumumuzu günü-gündən çətinləşdirirlər.
Bu çıxılmaz durumdan nicatımız hesab edirəm ki, Asif Atanın Milli-Bəşəri-İnsani ruhani məktəbi olan Mütləqə İnam Ocağında birləşməkdədir.
İstəkli soydaşlarım, balalarınızı Avropa kosmopolitizmindən qorumaq üçün Ocağa gətirin, İnam Evinə (İnam Məbədinə) gətirin. Lütfən milli durumumuzu ciddi qiymətləndirin!
Ocağımız bir olmayınca, dərdimiz min olacaq !
Yağış Ayı, 35-il.
(Noyabr, 2013).