Xaliq Bahadır. Haray

Bu Ölkənin varından, yoxundan qazanc güdür,

Qarabağı satanlar Qaziləri öldürür!

Bütün ölkə ayağa qalxmalıdır bugünlər,

Azərbaycan Bakıya axmalıdır bugünlər!

Bəsdir! Bu hakimiyət bu Millətə yağıdır,

Bəsdir! Bu quldurları durdurmağın çağıdır!

Getməlidir bir belə xortum prezidenti,

Əlli iki metrlik tortun prezidenti!

 “Bu Ölkənin yiyəsi bizlərik!” deyilməli,

Haray! Haray! Milləti yenənlər yenilməli!

Qoşqarı, Savalanı yardıma çağırmalı,

Bəsdir! Zülmün binası dibindən dağılmalı!

Sabirabad, Saqatlı, Şirvan qalxsın ayağa,

Azərbaycan boyunca Vicdan qalxsın ayağa!

Təpər topa çevrilsin, Namus süngüyə dönsün,

Yurdun İşığı sönüb, söndürən özü sönsün!

Haray! Haray! Mən Türkəm – türklüyüm darda qalıb,

Bilmirəm başım harda, ayağım harda qalıb!

Ölkəm param-parçadır, ürəyim dağım-dağım,

Yağılar yağmalamış – yaralanmış torpağım…

Bu Ölkənin varından, yoxundan qazanc güdür,

Qarabağı satanlar Qaziləri öldürür!

Bütün Ölkə ayağa qalxmalıdır bugünlər,

Azərbaycan Bakıya axmalıdır bugünlər!

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv