ASİF ATA. İNSAN – CƏMİYYƏT

İnsanı cəmiyyətin məhsulu sayırlar.
Əslində isə cəmiyyəti Adam yaradır.
Cəmiyyət Adamlıq səviyyəsindən yaranıb – bu səbəbdən də İnsan Cəmiyyətdən artıqdır; onun İnsaniliyə Yetmək İmkanı Var, ancaq bu imkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; cəmiyyətə qarşı dura bilmir; onunla bərabərləşir, barışır; cəmiyyət İnsana Hakim olur, onu əsarətə salır.
Cəmiyyət Ağalıq əsasında qurulub – İnsanilik Ağalığa Ziddir.
İnsanın Ağalığa qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; Ağalığa qarşı dura bilmir, onunla barışır; ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Nökərlik əsasında qurulub – İnsanilik Nökərliyə Ziddir.
İnsanın Nökərliyə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; Nökərliyə qarşı dura bilmir, onunla barışır; ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Təbəqələşmə əsasında qurulub – İnsanilik Təbəqələşməyə Ziddir.
İnsanın Təbəqələşməyə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; Təbəqələşməyə qarşı dura bilmir, onunla barışır; ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Özgələşmə əsasında qurulub – İnsanı özgələşdirir – İnsanilik Özgələşməyə Ziddir.
İnsanın Özgələşməyə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir; Adam İnsaniliyə Yetmir; Özgələşməyə qarşı dura bilmir, onunla barışır; ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Nisbilikdən yaranıb.
Bu səbəbdən də İnsan cəmiyyətdən Artıqdır.
Ancaq Adam İnsanilik İmkanına Yetmir, Nisbiliklə barışır, Nisbiliyə Təslim olur, onu yaşadır.
Cəmiyyət Ötərilikdən yaranıb.
Bu səbəbdən də İnsan cəmiyyətdən Artıqdır.
Ancaq Adam İnsanilik İmkanına Yetmir, Ötəriliklə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Keçicilikdən yaranıb.
Bu səbəbdən də İnsan cəmiyyətdən Artıqdır.
Ancaq Adam İnsanilik İmkanına Yetmir, Keçiciylə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Sonludan yaranıb.
Bu səbəbdən də İnsan cəmiyyətdən Artıqdır.
Ancaq Adam İnsanilik İmkanına Yetmir, Sonluyla barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Qeyri-Kamildən yaranıb.
Bu səbəbdən də İnsan cəmiyyətdən Artıqdır.
Ancaq Adam İnsanilik İmkanına Yetmir, Qeyri-Kamillə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət İnamı – Ağalığa xidmət edən İnamdır – əslində İnamsızlıqdır; İnsanilik – İnamsızlığa ziddir; bu səbəbdən də İnsanın cəmiyyət İnamına qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam İnamsızlıqla barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət İdrakı – Ağalığa xidmət edən İdrakdır – əslində İdraksızlıqdır; İnsanilik – İdraksızlığa ziddir; bu səbəbdən də İnsanın cəmiyyət İdrakına qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam İdraksızlıqla barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Mənəviyyatı – Ağalığa xidmət edən Mənəviyyatdır – əslində Mənəviyyatsızlıqdır; İnsanilik – Mənəviyyatsızlığa ziddir; bu səbəbdən də İnsanın cəmiyyət Mənəviyyatına qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam Mənəviyyatsızlıqla barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət İradəsi – Ağalığa xidmət edən İradədir – əslində İradəsizlikdir; İnsanilik – İradəsizliyə ziddir; bu səbəbdən də İnsanın cəmiyyət İradəsinə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam İradəsizliklə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Xeyiri – Ağalığa xidmət edən Xeyirdir – əslində Şərdir; İnsanilik – Şərə qarşıdır; bu səbəbdən də İnsanın cəmiy-yət Xeyirinə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam Şərlə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Ədaləti – Ağalığa xidmət edən Ədalətdir – əslində Ədalətsizlikdir; İnsanilik – Ədalətsizliyə qarşıdır; bu səbəbdən də İnsanın cəmiyyət Ədalətinə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam Ədalətsizliklə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Həqiqəti – Ağalığa xidmət edən Həqiqətdir – əslində Həqiqətsizlikdir; İnsanilik – Həqiqətsizliyə ziddir; bu səbəbdən də İnsanın cəmiyyət Həqiqətinə qarşı durmaq, onu rədd etmək İmkanı Var, ancaq bu İmkan gerçəkləşmir, Adam Həqiqətsizliklə barışır, ona Təslim olur, onu yaşadır.
Cəmiyyət Əsarətindən qurtarmaq üçün – İnsaniliyə Yetmək gərək – İnsan olmaq gərək.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv