Ulusal kimliyimizi qoruyaq

Ürəyinizdə Günəş olsun!

Bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Bakı şəhərində məktəb öyrənciləri və öyrətmənləri ilə görüş keçirmişdir. Görüşdə Azərbaycançılıq-Türkçülük mahiyyətini özündə daşıyan dəyərlərimizdən bəhs edilmişdir. Dünənimizin, Bugünümüzün uğurlu, uğursuz hadisələri, cəhətləri izah və şərh edilərək, milli fəlakətlərimizi doğuran səbəbləri dərk edib dərs götürməyin gərəkliyi vurğulanmışdır. Çağdaş dönəmdə gəncliyimiz milli şüuru sıradan çıxarmağa yönələn fəaliyyətlərə qarşı ayıq olmalı, gərəkliyində dirəniş göstərməyi özünə borc bilməlidir: “Bu gün varlığımızı əsaslandıran milli dəyərlərimizə qarşı dışarıdan və içəridən aşağılama və gözdən salınma əməlləri işə salınmışdır. Gözə görünməyən qüvvələr sapı bizdən olan baltalarla birbaşa milli kökümüzə zərbə endirir və gələcəyimizi təhlükə altına alırlar. Bu tip əməllər bir neçə yöndə icra olunur. Məsələn, xalqı ümumbəşər ailəsində ayaqda tutan mənəvi-ruhani dəyərlərimizi – Babəkçiliyi, Nəsimiçiliyi, Füzuliliyi və b.k. ləkələyir, sevgimizdən, ümidimizdən ayıran əməllər davamlı həyata keçirilir. Eləcə də dövlətçiliyimizin təməl prinsiplərini sıradan çıxaran yeni tarixquraşdırma oyunları icra olunur. Güney Azərbaycanla Quzey Azərbaycanın etnik, mədəni, tarixi bağlılığına qarşı atılan addımlar da xalqımız üçün zərərli təbliğatın bir cəhətini təşkil edir. Son çağlarda ortaya çıxan kürəsəlləşmə oyunu ilə gəncliyin ağlında vətən obrazı uçulub dağıdılır. Belə ki, “sınırlar gec-tez aradan qalxacaq” təbliğatı ilə şüurlarda vətənin gərəksizliyi sindromu möhkəmləndirilir. Çoxları düşünr ki, əgər sınırlar ortadan qalxacaqsa, vətən öz analmını itirir. Ancaq bilmək gərəkdir ki, bu təbliğatı quranların milli dövlət sınırları daha da möhkəmləndirilməkdədir. Qonşu ailələrin özünəməxsusluğunu qoruyan divarların aradan qalxmasını heç kəs təsəvvür edə bilməz. Çünki fiziki anlamda iç-içə yaşamaq sürüləşmək demək olardı ki, bu da mümkün deyil. Eləcə də dövlətlərin iç-içə girməsi, xalqların özünəməxsusluğunun aradan qalxması mümkün deyil. Millət əbədi hadisədir. O, ləğv ola bilməz. Belə olduqda isə onun özünü ifadə eləməsi və özəlliklərini qoruması bəlli sınırların içərisində mümkündür. Bu sınırları qapsayan məkan qutsaldır – onun adı Vətəndir. Vətən – xalqın dəyərlərinin yaşadığı dünyadır. Bu dünyanı qorumaq isə hər bir vətən övladı üçün şərəf və başucalığııdır”.

20141120_125856 20141120_123656 20141120_123642 20141120_130359

Görüş iştirakçılarına Asif Atanın ideyaları və ölçüsü öyrədilərək, onlara Ocaq ədəbiyyatları bağışlanmışdır. Görüşü Ocaqçılar – Güntay və İnamlı Atalılar təşkil etmiş və özləri də qatılmışlar. Bu, Ocaqçılıq əməlidir, xalqlaşma hünəridir. Bu hünər Asif Ata tələbinə bağlı olduğu üçün təqdirə layiqdir.

Atamız Var olsun!

 

Mütləqə İnam Ocağı

Yağış Ayı, 36-cı il. Atakənd.

(noyabr, 2014. Bakı)

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv