Bütün dinləri, peyğəmbərləri və siyasi xadimləri lağa qoyan, toxunulmaz mövzu yoxdur deyən, Danimarkanın “Jullandes Posten” qəzetinin Məhəmməd peyğəmbərin, böyük qalmaqala səbəb olan, karikaturasını təkrar yayımlayan “Charle Hebdo” jurnalı terror basqısına uğradı: 12 jurnalist öldürüldü, 11-i yaralandı.
Ərazini tərk edərkən “Məhəmməd peyğəmbərin qisasını aldıq!” – deyən Fərid və Şerif Kuaşi qardaşları bir polisi də atəşə tutub qaçdılar.
Niyə terror məhz İŞİD-in rəhbəri Əl-Bağdadinin karikaturası çap olunan və “2022-ci ildə Fransada prezident seçkisində bir nəfər müsəlmanın qalib olacağı” yazılan günü baş verdi?! Niyə peyğəmbəri öncə ələ salan “Jullandes Posten”ə hücum olunmadı?!
Faciədən sui istifadə edib, dünyanı qarışdırmaqla yönləndirənlər, ipə-sapa yatmayan jurnalistləri gülləbaran etməklə, fransız xalqını və bütün Avropanı İslam dininə qarşı sayğısız yanaşmaya yönləndirmək addımı atırlar. Bununla da dunyanı qorxu altında saxlamağa çalışan, özlərinin yaratdığı, lakin artıq onlara yararlığını itirən İŞİD-i sıradan çıxarmağa yönələn siyasət yürüdürlər.
İnsanı öldürən cani bəşəriyyətə qarşı çıxmış kimidir.
Mən də bu faciədən acıyıb üzülürəm. İnsanlığa və bəşəriyyətə hüzn diləyirəm.
Jurnalistə atılan güllə – azad sözə atılan güllədir. Jurnalistlərə də davranış mədəniyyətini hər zaman qorumaq diləyirəm. Azad söz o demək deyil ki, jurnalist nə gəldi, necə gəldi yazıb cəmiyyəti və dünyanı qarışdıran fəlakətlərə nədən olsun.
xxx
Müharibə yaxın Şərqdən, Avropanın uzaq şərqinə – Ukraynaya keçdi.
Terror da Doğudan, Avropanın ortasına – terrorun ideologiya ocağına qayıdır. İnsanlıq naminə heç arzulamazdım…