Ocağın yeni bölgə səfərləri

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün yurdumuzda milli yöndən boşluqlar daim dərinləşir, ideoloji ziddiyyətlər getdikcə kəskinləşir. Sərbəst fəaliyyət göstərən yüzlərlə fərqli dünyagörüş daşıyıcısı olan qurumlar milli mühitin formalaşmasına ciddi əngəl olurlar. Onlar hər yerdə söz deyir, iş aparırlar. Onların basın (mətbuat) imkanları geniş, televiziyaya çıxmaq istəkləri qarşısıalınmazdır.Milli dəyərlərimizə qarşı təbliğat qurulur, gəncliyin vətənə, millətə olan münasibəti kökündən sarsıdılır. Bu gün insanlarımız Güney Azərbaycanın səsinə səs verməliykən, Qarabağın taleyini və başqa milli sorunların yönünü düşünməliykən çaşdırıcı təbliğatların qarşısında dayanıb baş sındırırılar: – görəsən Babək, Şah İsmayıl, Koroğlu… dəyərimizdir, yoxsa ləkəmiz?! Əgər bunlar ləkədirsə, bəs onda dəyər nədir, hardadır dəyərlər?! Bu dəyərlərimizi qaralayıb şüurlardan silməyə çalışanlar ərəb dünyagörüşünü yeganə milli dəyər kimi təbliğ edirlər. Sonucda milli dəyərləri tanımayan gəncliyin böyük bir kəsimi vəhabiçilik, nurçuluq kimi təriqətlərə qoşulub milli kimliklərini itirirlər, öz vətənləri, dövlətləri üçün potensial təhlükəyə çevrilirlər. Gəncliyi məhv edilən yurdun gələcəyi sual altına düşür.

Bütün bunları dərk edərək Asif Atanın Mütləqə İnam Ocağı bacardıqca bu təbliğatlara qarşı dirəniş göstərir, imkan düşdükcə səfərlər edib görüşlər keçirir, gəncliyi milli varlığımızı dərk eləməyə çağırır.
Elə bu günlərdə Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşları Göylü və İnamlı Atalılarla, eləcə də Ocaqsevər İlham Mustafa ilə Sabirabad rayonuna ruhani səfər etmiş, beş ünvanda üst-üstə yüz qırx nəfərə qədər insanlarla görüş keçirmişdir. Bu görüşləri İnamlı Atalı təşkil etmiş, Göylü Atalı görüşün gedişini lentə almışdır. İlham bəy öz avtomobili ilə Ocaqçıları görüş ünvanlarına çatdıraraq işin uğurla başa çatmasını təmin etmişdir.
Görüşdə üstünlük gənclərdən ibarət idi, bu söhbətlərdə Asif Atanın “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemi izah edilmiş, Mütləqə İnam Dünyagörüşü haqqında bilgi verilmişdir. Azərbaycanın qədimliyi, milli dəyərlərə sahib çıxmağın önəmi gənclərə aşılanmış, onlar yabançı təriqətlərin, dövlətçiliyimizə qarşı olan qüvvələrin etkisinə uğramamağa çağırılmışdır.
Hər bir görüşdə gənclərə çoxsaylı Ocaq ədəbiyyatları da bağışlanmışdır.

Mütləqə İnam Ocağı

16 Qar Ayı, 36-cı il. Atakənd.

20150115_115110

20150115_114752

IMG_0096

20150115_114812

20150115_114718

IMG_0130

IMG_0104

IMG_0131

IMG_0110

IMG_0134

IMG_0136

IMG_0108

IMG_0117

IMG_0145

IMG_0152

IMG_0147

20150115_113313

20150115_113159

20150115_090503

20150115_090544

20150115_092859

IMG_0086

IMG_0155

IMG_0162

IMG_0163

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv