Asif Ata. Tarixə çatmaq. Cəhalət və Yadlıq (V hissə)

«Köhnə cəhaləti» görürlər yazıçılar, «Təzə Yadlığı» görmür­lər: mədrəsə, molla, moizə, məscid səfalətini görürlər; – «uşqola» özgəliyini görmürlər; kütləvi naşılığı görürlər – kütləvi yadlaşmanı görmürlər; İslamçılıq Xurafatını görürlər – Qərbçilik Xurafatını görmürlər; Allahçılıq fəlakətini görürlər – çarçılıq fəlakətini görmür­lər; «Vəhşi zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq məzlumluğunu» görürlər – Qərb Fitnəsini görmürlər; Qəflət Hiyləsini görürlər – Siyasət Hiyləsini görmürlər; İdraki Maarifçiliyi görürlər – özülsüzlüyü görmürlər – Əslində isə Cəhalətlə Yadlıq – mahiyyətcə Birdirlər;

YadlıqCəhalətdən xilas yolu deyil, Cəhalətin bəhrəsidir: Cəhalətkorluq, YadlıqRuhsuzluqdur.

Yadlıqda cəhalət inkar olunmurtəzələnir; Yadlıqla barış­maq – mənəvi iflasdır – cəhalətə bərabər; özündən ayrılma – ruhani məğlubiyyətdir – cəhalətə bərabər; «köhnə cəhalətdən» «təzə cəha­lətə» keçid olur yadlaşma.

Bu səbəbdən də «ölü duası, fatihə surəsi, namaz qaydaları, oruc, xüms, zəkat»la1 – «İmperator I Nikolayın şəxsən Qafqaz canişini general-qubernator Voronsovla Bakıxanova hədiyyə göndərdiyi bril­yant üzüyün şərəfinə Abasqulu ağanın Bayramı»2 mənaca bir bəladır – birincidə Göz tutulur, ikincidə milli ləyaqət tapdanır; mahiyyətcə ikinci birinci qədər dəhşətli cəhalətdir; – ancaq o, cəhalət sayılmır – mədəniyyət sayılır, onu bilmək, görmək üçün dövrandan üstün ol­malısan;

İntibah görürdülər Avropalaşmada, pənah gətirirdilər özgələş­mə­yə dövrün qabaqcılları, mahiyyətcə Yönsüzləşirdilər, Yolsuz­laşırdılar.

 

«Məğribdə var maarif, məşriqdə var cəhalət,

Məğribdə hürrdür xalq, Məşriqdə var əsarət.

Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,

Məğribişıqlı yerdir, Məşriq zəminizillət» –

 

yazırdı Hadimiz – təzadlaşdırırdı, qarşılaşdırırdı Şərqlə Qərbi Qərbin Xeyrinə: Qərbdən İşıq Gözləyirdilər – maarifçilər Şərqdə zülmətdən başqa heç nə görmürdülər; Təqlidçilik Uçurumundan xəbərsiz idilər – çünki zamanlarından üstün deyildilər, Şərqin Daxili Mahiyyətindən uzaqlaşmışdılar, özündənayrılmada qabaqcıl idilər, Məşriqdən üz çevirmişdilər – üzlərini Məğribə tutmuşdular.

Avropa Şərqin təzə Məkkəsi olmuşdu.

 

«Avropa anlamışdır əlbət rəhinicatı,

Var çünki əhliQərbin yol göstərən dühatı»  (Hadi).

 

Təqlidçilikdən böyük bəla yoxdur – bunu bilmədilər, özlərinin Xəlqi, Şərqi mahiyyətlərinə söykənmədilər, İfrata qurşandılar və nəticədə süni, quraşdırılmış Həyat yarandı – Hadilərin, Sabirlərin əvvəldən görə bilmədikləri…

Özündən kənara sıçramaqda qabaqcıl olduq…

Dəhşətli, heybətli Güc yaşayır Cəhalətdə:

«Qorxunc, gün tutulmasında çıxarılan mis səsləri kimi dəh­şətli gurultu qopdu, hamamın günbəzinə, divarlarına düşüb əkssəda verirdi:

Mütrüf köpək qızı!

Birinci arvad satılını ikincisinə, o üçüncüsünə beləliklə Güllübəyimə çatanacan birbirinə vurmağa, ona çatanda zər­bələri gücləndirməyə başladılar.

Turnalar ilan kimi onun bədəninə sarılır, zolzol izlər qoyurdu; o, elə bir yanıqlı fəryad qoparıb səndələdi ki, sıx duran arvadların üstünə yıxılmasaydı, yerə dəyib daş döşəmədə başını yaracaq idi».1

Müsibət, bəla gətirir Xurafat adamların başına; ancaq Yadlaş­manın gətirdiyi bəla daha həqarətlidir: «Vəhşi xalqa» sədəqə kimi verilirdi maarif «möhtəşəm Qüdrət» tərəfindən, Siyasətə – Ağalığa xidmət eləyirdi; Xalqın itməsi, yox olması Təhlükəsi yaşayırdı Rəsmi Mərhəmətdə; – siyasi xətt idi «Mənəvi İntibah» – ardıcıl, qəddar.

«Mədrəsələşmə»ylə «Uşkollaşma» bir nöqtədə birləşirdi. Hər ikisi xalqı özündən ayırırdı; birincidə xalq – müsəlmanlaşırdı; ikin­cidə Avropalaşırdı, hər ikisində İtirdi, İtirilirdi.

Birinci Fəlakət göz qabağındaydı, onu hamı görürdü, ikinci Fəlakəti görmək üçün zəmanə həşirinə uymamalıydın, Zamandan yüksəkdə dayanmalıydın; özgələşmədə İşıqlı Sabah görməməliydin.

«Əlahəzrət imperatorun himayəsi altında kiçik xalqlar da inamla mədəni xalqlar sırasına tərəf addımlayır»1 – deməyəydin.

Özgələşmə Yadlığa xidmət eləyən, Yadlıqla qürrələnən Ziyalı İrsi yaratdı: Paqonlaşan, vəsiqələşən, vəzifələşən, rütbələşən; Yad­laş­ma – adətləşdi.

Cəhalət dəhşətli İnsansızlıq, İnsafsızlıq, Mütilik, Ölülük ya­radır:

«Əyinlərinə diri ikən kəfən geyinmiş, ayaqlarını qızmar qumlar, başlarını od yağdıran günəş yandırayandıra, ciyərlərini «əff» ümidi parçalayaparçalaya ləhləyən, ibadət edən müsəl­manlar».2

Ancaq Yadlaşma daha müdhiş ölüm yaradır: Ruhaniyyat ölü­mü, Ənənə ölümü, Tarixdən təcrid olunmaq ölümü, Doğmalıq ölümü, Özül ölümü.

Cəhalətdə Mənlik boğulur, Zor həddini aşır, həqarət adamlara meydan oxuyur:

«Başsız kütlə onu sıxsıx dəmir məngənə içərisində imiş kimi sıxıb, dar qapıdan başmaq çıxarılan dəhlizə saldı. Canavar nəfəsi qulağının dibində, dodaqlarının ucunda xırıltı ilə səslənir, Seyid Əzimin nəfəsi kəsilirdi».

Ancaq Yadlaşma daha dəhşətli Bəla – Xalqsızlaşma, Ruhani Yetimləşmə Təhlükəsi yaradır: Yadlaşma bahasına maariflənmək – fəlakətdir; Cəhalətdə xalq maarifdən ayrılır, yadlaşmada özündən.

Cəhalətdə İdrak sönür, şiddətli idraksızlığa sürükləyir adamları Xurafat:

«Onlar narın süpürgə kimi topa bağlanmış zəncir dəstə­sinin metal dəstəyindən yapışıb mərsiyənin ahənginə uyğun halda zənciri kürəklərinə çırpırdılar».3

Ancaq Yadlaşmada, Təqlidçilikdə – Təbiilik, özünəməxsusluq məhv olur – Ruhsuzluq törəyir məşəqqətli.

«Cəhalət və səfalət»  Boyunduruğu Təqlidçiliklə qırılmır – təzə boyunduruq yaradır daha Fəlakətli; Özgələşmək boyunduruğu – təzə Cəhalət və Səfalət yaradır – Daha Zülmətli Cəhalət, Fəryadlı təklik yaradır, Şəxsiyyətlə Mühit arasında Uçurum törəyir, Cəhalət sədd çəkir ləyaqətə:

«Canlı ölülərin nəhəng qəbiristanlığı».

«Yalançı müqəddəslik paltarına bürünənlər, əli quranlı, qılınclı quldurlar, lotular, şarlatanlar, fırıldaqçılar».

«Bilirəm ki, burda məni heç bir ocaq, heç bir süfrə göz­ləmir».1

Ancaq Yadlaşmada, Özgələşmədə Xalq tək qalır, təklənir; özgə İşığıyla İşıqlanan öz İşığını itirir; Kiməsə qoşulandahəmişə itirmişikelə şey yaradaq ki, bizə qoşulsunlar.

İslam Şərqin belini əydi, Avropalaşma belini qırdı: Cəha­lətdən Yadlıq törəyir, Yadlıqdan Cəhalət – bu həqiqəti biz Taleyi­mizdə, Tariximizdə bildik – hərtərəfli, qəti.



1 Bax: Əzizə Cəfərzadə. “Şirvan trilogiyası”.

2 Bax: Əlisa Nicat. “Mirzə Şəfi”.

3 Bax: Əzizə Cəfərzadə. “Şirvan trilogiyası”. 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv