Yadigar Türkel. Nəriman Nərimanovun «Moskvada, Azərbaycandakı durumdan danışaraq verdiyi bilgilərin yazısından»

29 sentyabar 1919-cu il

«Azərbaycan. Parlament ancaq Müsəlmanlardan oluşub. Ermənilərin də elçiləri var (deyəsən 8 adamdır), bugünlərdə qatılıblar. Ağa partiya «Müsavat»dır. Ondan başqa «Əhrar» [Türk dilində özgürlük], «İttihad» [Türk dilində birlik] burjua-ulusalçı partiyaları, eləcə də, çoxu «Hümmət Partiyası»ndan olan «Sosialistlər Fraksiyası» vardır.
«Sosialistlər Fraksiyası» «Bütün ölkələrin proletarları birləşin!» «Çarpışaraq qazanarsan, öz hüququnu!» çağırışları ilə çıxan həftəlik «Zarya» [Türk dilində Dan yeri] qəzetini yayımlayır. Qəzet genəlliklə sovetyönlüdür, ancaq çox ardıcıl yox.

Ağalıq qəzeti – «Azərbaycan»dır.

Son günlərdə günün konusu Denikin qorxusu idi. Bu il iyunun başlarında İngiltərə Komandanlığı Denikinlə Azərbaycan arasında yetki bölgələrini bəlirləyən ayırma-demarkasiya cizgisi çəkmişdir.

O, Petrovskinin [Mahaç Qala] 5 vers güneyindən keçirdi. Bununla da Temir-Xan Şura ilə Dənbənd [Dəmir Qapı] Azərbaycanın əlində idi. Denikinin gerçək yetkisi Samur çayınadəkdi.

Azərbaycanın sınır postu Yalama idi (Bakıdan üçüncü dayanacaq). İngilis Komandanlığı son günlərdə ayırma cizgisini gələcəyinə söz vermədən Samur çayına keçirmişdir.

Birinci ayırma cizgisi bildiriləndən sonra Azərbaycan Ağalığı Denikinlə İngilis Komandanlığına Denikinin Dərbəndi boşaltması üçün nota verdi. Ancaq cavab gəlmədiyindən iş bitdi.

Azərbaycanla Gürcüstan Denikindən birlikdə qorunmaq üçün anlaşma bağlayaraq Ermənistana bu anlaşmaya qoşulmağı önərsələr də, sonuncu İngilis havası ilə oynayıb, Denikinə də istəkli olduğundan qatılmayıb.

Anlaşma sonucu olaraq bir sıra gömrük yasaqları qaldırıldı, Gürcüstandan Azərbaycana subaylar, orduçu uzmanlar,  bütün çeşiddən çoxlu yaraq göndərildi.

Azərbaycan nefti Gürcüstana neft borusu, eləcə də dəmir yolu ilə arasıkəsilmədən verir.

Güneydoğu Qafqazla «Könüllü» arasında poçt, dəmir yolu işləyir.

Dövlət qəzetləri «Denikin sorunu» ilə bağlı «barmaq silkələyirlər». Ancaq sonunun çatdığını duyan Ağalıq Sovet Rusiyasındansa Denikinə sığınmağı üstün sayır.

Komunistlər «Azərbaycan Sovet Respublikası» çağırışını bildiriblər. «Hümmət»in sol qanadı – komunist-bolşeviklər (doğruçular) Denikinlə savaşa başlamağa çağırırlar.

Görünür, Denikinin savaş başlamayacaqdır, Güney Doğu Qafqazı diplomatik yolla, propaqanda ilə ələ keçirmək istəyir.  Denikinin Bakıdakı devrim qarşısı ocağı Podşibyakinin başçılıq etdiyi «Russovet»dir.

Denikin Batumda «Yerlilərin Korpusu»nu oluşdurmağa çalışsa da, ancaq qurucu Notiyev öldürüldü.

Denikinin elçisi knyaz Baratov Bakıda, Tiflisdə olmuşdur. Azərbaycanın Baş bakanı Yusifbəyovla Gürcüstanın Diş İşləri Bakanı Gegeçqori də ora gəlmişlər. E.P. Baratov Azərbaycan Parlamentində çıxış edərək, «Könüllü Ordu»nun Güney Qafqaza saldırqan tutumunun olmadığını, Qafqaz sorununun gələcək Rus Ulusal Toplantısının işi olduğunu düşündüyünü, bolşevizmin Qafqazda yer almaması koşulu ilə Sovet Rusiyasının blokadasının sürdürülməsini istəyir.

Danışıqların sonucu bəlli deyildir.

Yusifbəyov yetkilitək dəmir yolu-poçt ulaşımının başlandığını bildirmişdir.

Deyilənlərə görə, Gürcüstan Denikinlə dil tapammayıb, Azərbaycansa nəsə edib. Denikin donanmasının guya onarım üçün Bakı limanına gələcəyi gözlənir.

General Baratov Tiflisdə ağır yaralanıb, son soraqlara görə ölüb. Gürcüstanın onunla birlikdə gedən Savunma bakanı general Odişelidze də yaralanıb.

Bakıda Denikinin İngilis Komandanlığındakı elçisinin ştabı partladılıb.

Denikin Azərbaycandakı Rus subaylarını Ağalığın yarıgizli yardımı ilə toplamışdır. Buna baxmayaraq, Ağalıq Denikinlə savaşmaqdan danışır.

Parlamentin «Sosialistlər Fraksiyası» Denikin qorxusu ilə bağlı sorğu vermişdir. Yusifbəyovun verdiyi  açıqlamanı «Müsavat» yetərli saymışdır.

«Hümmət», eləcə də bütün «Sosialistlər Fraksiyası», «Əhrar Partiyası» ona qarşı olduqlarını bildirdilər. Sonucda Yusifbəyovun kabineti dağıldı.

Deyilənlərə görə, yeni kabinəyə Xan Xoyski, doktor Sultanov (Qarabağın indiki qubernatoru) girəcəklər.

Yemək-içmək işi yaxşıdır, yemək-içmək boldur. Çörək 3 rubldan 6 rubladəkdir, yetərincədir. Qəndin funtu 30-40 rubldur. Başqa yemək-içmək şeylərini almaq bir az çətindir, ancaq yetərincədir. Kartof bahadır. Vitrində manufaktura çoxdur, ancaq bu söyləncədir. O, ucuz satılsaydı, çatmazdı.

Mallar İrandan [Qacarlar dövləti] alınır. Bütün malları satanın dəyərləndirdiyi alverçilik çox geniş yayılıb.

Azərbaycana giriş-çıxış özgürcədir.

Koperativlər işləyir. Orada daha çox menşeviklərlə eserlər ağalıq edirlər. Komunistlərin onları ələ keçirmək üçün gerçək gücü (insanları) çatmır. Koperativ jurnalı yayımlanır.

Bütün yönlü qəzetlər çap olunur. İngilis tipli basın özgürlüyü yasası işləyir. Çoxlu bulvar qəzetləri vardır.

Denikinçi, bir də komunist basını sıxışdırılır. Denikin propaqandasını «Russovet»lə orqanı «Yedinaya Rosiya» [Bir, bölünməz Rusiya], «Qolos Rosii» [Rusiyanın səsi], «Rusiya» (Adlarını dəyişmiş bir qəzetlərdir) sürdürür.

Eserlərin «Znamya truda» [Türk dilində Əmək bayrağı], Menşeviklərin «İskra»  [Qığılcım] qəzetləri də yayımlanır. Qızıl Ordunun böyük uğurlarından sonra ikisi də onların da qatılması ilə birgə sosialist cəbhəsindən, Sovet Ağalığından dəm vurur.

Menşeviklər gürcülərikindən daha solçudurlar.

Eserlərin Güney Qafqaz qurultayı bildirişində bolşeviklərlə savaşmağın gərəksizliyini deyib, devrimin normal axara düşəcəyini düşünərək, sonda üyələrinə Denikinin kənd dumaları ilə Sovetlərdə (Q. Saakyanın çıxışına dayanaraq) çalışmağı önərir. İşçilər arasında sayğıları yoxdur.

«Znamya truda»nın sayı 2.000-dir, «İskra»nınkı azdır.

Denikinin adamları ilə «Russovet» 200 manat yolpulu verərək könüllüləri Denikin Ordusuna toplayırlar.

Əməkçi yaşamı. İşçilərin düşüncəsi ən yüksək düzəydə devrimçi, bütünlüklə bolşevikyönlüdür.

İşçilər Həmkarlar birliklərində, İşçi konfranslarında (bütünlüklə Sovetlərdir), İşçi klublarında qurumsallaşmışlar.

Əmək bağlaşmaları vardır. Ən aşağı donluq 600 rubldur. Uzman işçilərinki 1500 manatadəkdir. Oxumuşların əməyi yaxşı dəyərləndirilir…

Neft anbarları dolub-daşıb, neft ocaqları bağlandığından 30.000-dək işçi işsiz qalıb.

Kənd yönətimində əmək birjası vardır. Həmkarlar Birliyi Şurası onun həmkarlara verilməsinə çalışır.

İşçi qurumları komunistlərin əlindədir.

Komunist Partiyası gizlindədir, ancaq üyələri açıqca, dönmədən işləyirlər. Tez-tez bağlanan, ancaq ertəsi gün sorumlu redaktoru (yalançı) ilə adını dəyişərək sayı dörd minə çatan qəzet çap olunur.

İşçilər onu birlikdə oxuyurlar, yoxsa sayını çoxaltmaq gərəkərdi.

Bir az gerçək güc çox olsaydı, bütün işçi qurumlar Rusiya Komunist Partiyasının əlinə keçərdi.

Tanınmış komunistlərə qarşı repressiyalar sürür, onları tez-tez Denikinə göndərirlər. Ən çox götürülən ölçü Azərbaycandan çıxarılmaqdır.

Zavod-fabriklərin qulluqçuları, demək olar, bolşeviklərtək köklənmişlər, ancaq oxumuşluqdangəlmə qorxaqdırlar.

Oxumuşların əməyi yüksək dəyərləndirilir. İşçi müsəlmanlar «Hümmət Partiyası»nın ardınca gedirlər. Onların düşüncəsi Erməni, Rus, eləcə də başqa işçilərə baxanda elə də devrimçi deyildir. Bu, «Hümmət Partiyası»na soxulmuş bir neçə menşevikin şovinist tutumundan, gerilik, oxumamışlıqdandır. Ulus, din baxışları da önəmlidir.

Avqustun 5-i, 14-də olan uğursuz işəçıxmamalardan sonra işçilərə sayğı bir az azalmışdır. Bu qırılmada araqarışdırıcılığa daha tez Müsəlmanlarla «Elektrik gücü»nün «Seçkinlər»i uydular. Ancaq Müsəlman yoldaşlar içində devrimçilik axını güclənir.

Paravozsürənlər içində Denikinçi, Eser axınları vardır.

«Hümmət»in liderlərindən biri, yoldaş Musəvilə komunist Haşım Əliyevin öldürülməsi Müsəlmanlar üçün böyük itkidir.

Bütün işçiləri öfkələndirib, Ağalığın bir çıra sürgünlərinə nədən olmuş bu öldürməni Azərbaycan dəmiryolçuları qurublar.

Hümmətçi komunistlər, bir də başqa uluslardan olub, Türk dilini bilən komunistlər vardır. Onlar bütün yerlərdə çalışırlar.

Türk dilində «Qolos truda» [Əməyin səsi]  qəzeti yayımlanır. O, İşçi Konferensiyasının orqanıdır, komunistlər başçılıq edirlər.

Bir sözlə, Bakı proletarları Sovet Ağalığının qurulmasına bütünlüklə sağlanmışdır. Sovet Ağalığı onda gərəkən dayağı bulacaqdır.

Burjuaziya ilə Ağalığın durumu umudsuzdur. Mən, Ulusal Egitim bakanının  yardımçılarından birinə bolşeviklərin gəlməsindən qorxan bakanların, ağalıqda olanların, başqalarının qaçmaq üçün pul topladıqlarını dediyini eşitmişəm.

Bakanların, ayda 17.000 manat alan bu bəyciklərin, üstəlik də bütünlüklə bakansayaq sağlanmış ev almalarına baxmayaraq, rüşvətçiliyilə fırıldaqçılığı bütün sınırları keçmişdir.

Bölgələrdə jandarmla polisin (əski Nikolayınkı) özbaşınalığı sürür. Ermənilər yaşayan sancaqlarda qırğın gedir (Qarabağ, Qazax). Aradan qaldırılmasından ötrü çalışılır.

Azərbaycan Ağalığını tanımayan, Rusiyaya birləşmək istəyən Müsəlman, Erməni, Rus köyləri vardır.

Yaşayanlar tüfənglə yaraqlanıblar. Bir çox yerdə köylülər topraqdan sarı bəylərlə Alman kolonistlərini (Anenfeld [Şəmkir], Yelenendorf [Göygöl]) döyürlər.

Ermənistanda Müsəlmanlarla çatışmalar savaşa keçmişdir. Müsəlmanlara Türkiyə subayları başçılıq edirlər (Xəlil bəy, eləcə də b.).

Barış Konfransı Ermənistana Amerikalı üst komisar, polkovnik Qaskeli göndərib.

İlgincdir, bütün Güney Qafqaz respublikaları ilə «Gönüllü»lər bir-birinin dəmir yolu vaqonlarını oğurlayır, gerblərini boyayıb, özünkülərini taxırlar.

Bölgələrdə komunist axını gücsüz olsa da, vardır.

Ordu. Ordu işlərinin başında Rus qulluğunun generalları deneyimli, enerjili qurucular sayılan Mehmandarovla Şıxlinski durur. Baş görəvləri Nikolayın Müsəlman subayları tuturlar. Ştab görəvlərində Rus subaylarıdır. Çoxlu Rus uzmanlar vardır.

Yaya, minaaxtaran, atlı, artileriya okulları vardır. Yaya Okulu 4 aylıqdır, ancaq Müsəlmanlar alınırlar. Bir neçə buraxılış olmuşdur.

Yenicə bitirmiş subaylar heç nəyə gərək deyillər.

Ordunun quruluşu, düzüklər, eləcə də b. Nikolayın ordusundakı kimidir. Subaylarla kiçik subaylar dərslərə tatarı ilə gəlirlər.

Dərslər pis keçirilir, çoxlu kobudluqlar var, sonuclar yaxşı deyildir.

Dissiplin vardır. Orduda ancaq Müsəlmanlardır. Ayaqqabı, geyim çatmır. Əskər ayda 100 rubl alır. Əskər çalışqan, sözəbaxandır. Ordunun döyüş gücü aşağıdır.

Yaya alayları 12 olub, uyğun  injener, atlı, artileriya qoşunlarından bir az çoxdur.

İngilislər Azərbaycana 35.000.000 rubla min qatır, bir neçə yüz də çox yaxşı artileriya atı satıblar.

Atların bir bölümü Atlı qoşuna verilib, ancaq oraya yaramırlar. Pulları Azərbaycan Ağalığının bonları ilə ödənib.

İngilislər İranda onun dəyərini qaldırıb, xammal alıblar.

Önəmli gücləri Muğanda, Bakıda, Gəncədə (Yelizavetpol), Erməni sınırında yerləşmişdir.

Əskərlərin yemək-içməyi yaxşıdır, çörək iki funtdur. Subaylarla əskərlərdən bolşeviklərin «Hümmət» Partiyasının üyələri vardır. Əskərlərin kefi mənə bütünlüklə bəlli deyildir…».

Azərbaycanı gəlişmiş demokratik ölkəyə çevirəcək yurdsevər yaşıl, politik! Hüquqda «danos» işverənlik, satqınlıq, şeytanlıq – dövlət cinayətidir. Nəriman Nərimanovun Rus dilindəki «İzbrannıye proizvedeniya» [B., 1989] bitiyinin 220-225-ci səhifələrindən alıb Türk dilinə çevirdiyim, kiçicik uyğunsuzluqlar olan, bu «danos»unu açıqlamasız düzgün anlamanı istərdim. Ancaq özlərini Azərbaycana qurban verib, «Çəkilməm ey hərifan bən, bu meydan-i şücaətdən, bütün aləm bənə derkən: çəkil bir yanə, sakitləş» deyərək, Azərbaycan ideyasını politik düzəyə çatdırmaqla «yoxdan bir bayraq qaldırmış» Məhəmməd Əmin Rəsulzadəni, arxadaşları – Əlimərdan bəy Topçubaşını, Fətəli Xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi… «bağımsız Türk dövləti qurmağa çalışmaqda» suçlayan [1917-ci il 28 may], özəllikldə də uca Nəsib bəyi ara arvadları kimi söyüb aşağılayan, lağa qoyan Nəriman Nərimanovun dedikləri, törətdikləri, etdiklərilə bağlı bir neçə  açıqlama verməsəm, Azərbaycana, onun bütün uca şəhidlərinə sayğısızlıq edərəm!!!

Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə Azərbaycan türklərinin 200 ildən sonra qurduqları ulus dövlətini yağıların gücü ilə dağıdan bolşevik satqınlarımızın kimliyini göstərmişdir: «Ağalıq başçısı Nəriman Nərimanov əskidən Azərbaycanda bir az tanınmış adam idisə də, o biri arxadaşları bütünlüklə törəmə idilər» [Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015, 110-cu s.].

«Uca taxtın sapına mirvari düzən» Nizami Gəncəli çağında bu törəmələr «Rus divi» idi, 1800-cü illərdə general sisianovlar, Cümhuriyət dönəmində Nəriman Nərimanov başda olmaqla Rusun yetirdiyi satqınlar, bu gün də onların törəmələri… Sən bunu anlamalı, düzgün geopolitika yürüdüb Azərbaycanı «Rus divi»ndən qurtarmalısan!

«Bizim tək bir yolumuz vardır – böyük yolgöstərənimiz Leninin göstərdiyi yol!» – deyib, bütün dünya proletarlarını birləşdirməklə ağ günə çatdırmaq istəyən Nəriman Nərimanovun Ermənilərin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Göyçayda, Qubada, Salyanda, Biləsuvarda, Lənkəranda, Azərbaycanın başqa bölgələrində törətdiyi soyqırımından sonra da ayılmayıb, Şaumyan, Caparidze… qardaşları ilə Tiflisə «Bakıda olubsa, ancaq sinfi savaş olub» yazması, aprelin 15-də soyqırımdan başını götürüb ora-bura qaçmış Bakı öyrətmənlərini qırğının «uluslar yox, siniflər savaşı olması propaqandası» yapmağa çağırması, 1920-ci il mayın 16-da Bakı vağzalında böyük qardaşı, yolgöstərəni lenintək törənlə qarşılanması, Rus-erməni-sovet-mason bolşefaşistlərinin 11-ci Ordusunun ayaqyalın, çılpaq, əynində təkcə trusı olan əskərlərinin onu kresloda oturdub başları üstünə qaldırmalarını göstərən foto, tibb universitetini bitirsə də özünə axmaqlar, fırıldaqçılartək «psixoloq» deməsi, 20 yaşına yenicə girmiş yeniyetmə ikən «Böyük Pyotrun yenidənqurmasının dəyəri» adlı inşa yazısında «böyük insan» adlandırdığı «Dəli Petro»nu öyərək: «Rus ulusunun xoşbəxtliyindən böyük Pyotr doğulub, ulusunu cahilliyin qaranlığından işığa çıxararaq, istəklərinə çatması üçün getməli olduğu düzgün yolu göstərdi» yazması, onun erkən çağdan «özünüböyütmə» xəstəliyinə tutulduğunu göstərir.

Belə, aşırı huylu, psixi-radikalist insanlar içlərindəki tükənməz görünən enerjinin sosial gücünün kiçikliyini anlamayıb, toplumda böyük işlər görə biləcəklərini düşünürlər. Gerçək sosial-politik yaşam isə onların düşüncəsinin olaylara illüzion yanaşma, ilğım, psixi radikalizm, fantaziya olduğunu ortaya qoyur.

Nəriman Nərimanovun Rus-erməni-sovet-mason qardaşları ilə üzləşmələrdə duruya çıxmaq üçün tez-tez adlarını çəkdiyi, onlarınsa, bilmədiklərindən heç bir önəm vermədikləri «Nadir şah», «Bahadır və Sona» romanlarının da psixi-radikalist duyğulardan yarandığını düşünmək olur. Düşüncəmizin düzgünlüyünü Leninin «Doğunu özgürlüyə qovuşdurmaq ideyanız bizə yolgöstərən uluduzdur» sözlərini bayraq edib, Rus politiklərini bolşevizmin «Doğu politikası»nı – Orta Doğuya, Hindistana çıxmaq planını yarıda kəsmələrinə görə suçlamasından da görmək olur.

Doğrudur, bir çağlar «sosial-demokrat» axınına qoşulmuş Nəriman Nərimanovun İrandakı «Anayasa Devrimi»nə yardım edən Azərbaycanlılarla birlikdə olduğunu düşünsək, bolşevizmin Doğu politikasını durduranları suçlamasında bəlkə də, Azərbaycan türklərinin müsəlman geriçiliyindən qurtulub, kültürəl yüksəlişə keçib birləşəcəyini düşündüyünü gözə almaq olar. Ancaq gerçəklər bu düşüncəmizin quşqulu olduğunu deyir. Nəriman Nərimanovu bu yöndə  açıqca doğrulayan yazı, bəlgə, tutalqa yoxdur.  Tərsinə, o, 1918-ci il mayın 26-da, Gürcülər Rusiyadan bağımsızlığını bildirdiyi gün keçirdikləri «Bakı sancağı köylü elçilərinin qurultayı»nın başçısı kimi Caparidze, Şaumyanla birgə qolladığı qərarda: «Qurultay öz adından Sovet Ağalığını devirməyə çalışan, devrim qarşısı mülkədarlara, xanlara, bəylərə, ağalara son yumruqları vurub, Sovet ağalığının Güneydoğu Qafqazda güclənməsinə çalışacağına söz verdiyini bildirir».

Nəriman Nərimanovun bu bolşefaşist, köylü elçiləri – Caparidze, Şaumyan… eləcə də başqa 26-lar idi.

«Danos»dakı Denikinin elçisi general N.N.Baratovun Azərbaycan Parlamentində çıxış etməsi sözü yalandır. Klassik İngilis parlamentarizmi uyğulanan Azərbaycan Parlamentinin «İç düzüyü»nə görə hansısa general Baratov Ağalığın işi olan bu sorunlarla bağlı Parlamentdə çıxış edəmməzdi! Parlamentin «Gündəlik»lərində belə yazı yoxdur. Azərbaycan Cümhuriyətində demokratik ilkələrə uyğun güclər ayrılığı bölgüsü vardı, yasama, yürütmə, yarqı gücləri bir-birindən ayrılmışdı, basınla dövlətdənqıraq qurumlar özgürcə çalışır, yönətimdəki pozuntular, toplumun sorunları Parlamentə çıxarılır, çəkişilir, ulusa çatdırılırdı.

Məhəmməd Əmin Rəsulzadə «Azərbaycan Cümhuriyəti» bitiyində dövlətin politik quruluşunu belə açıqlayıb: «Bağımsız Azərbaycan dövlətinin politik quruluşu demokratiya idi.  Parlamentarizmə, sorumlu ağalıq quruluşuna bütünlüklə uyulurdu. Söz, basın, toplaşmaq özgürlüyü də başdan-ayağa yaradılmışdı. Birsıra ələşdiricilər bu yöndə, bəlkə, aşırı liberalism göstərildiyini də yazırlar».

Nəriman Nərimanovun «danos»unda yağılara ötürdüyü bilgilər də Məhəmməd Əmin bəyin dediklərini doğrulayır. Azərbaycana «ədalət ölçüsü» Nizami Gəncəlinin «Rus divi»nin təpəgözlərinin ağlasığmaz dövlət quruluşunu gətirən Nəriman Nərimanovun Rus-erməni-sovet-mason totalitar rejimində isə parlamentə, ulusal, insan hüquqlarına yox, sürgünə, öldürməyə, asmaya, insanları bir-birinin üstünə saldırıb suçlamağa yer vardı!

Denikinin elçisi general N.N.Baratovun 1919-cu il avqustun 6-da Tiflisdən Azərbaycan Respublikasının Baş bakanı Nəsib bəy Yusifbəyliyə bildirişi vardır. Bildirişdə generalın bütün – «ordu, politik, ekonomik» sorunları danışmaq üçün Bakıya gəlmək istədiyi bildirilir.

Nəsib bəy sentyabrın 10-da,  Tiflisdə, «Vozrojdeniye» [Dirçəliş] qəzetinə danışığında soruları yüksək geopolitik düşüncə ilə cavablandırmışdır. Bundan başqa Baş bakan Nəsib Yusifbəyli, eləcə də Dış İşləri bakanı Məhəmməd Yusif Jəfərov Parlamentə bir-birilə uyumlu açıqlamalar vermişlər.

Azərbaycan Cümhuriyətinin təklikdə Denikini yenməyə gücü olsa da, İngilis Komandanlığının yürütdüyü geopolitikaya qarşı çıxmaq gücü yoxdu. Məhəmməd Əmin Rəsulzadə bunu «Azərbaycan Cümhuriyəti» bitiyində yazmışdır: «Düşünsək: güc olsa belə, Almaniyanın, Türkiyənin yenildiyi bir gücə qarşı Azərbaycanın savaş açması ağla belə gəlməzdi. Buna görə sorun yalnız diplomatik yolla çözüləcəkdi».

Sayğılı yaşıl yurdaş, Nəriman Nərimanovun «Mən, Ulusal Eyitim Bakanının- yardımçılarından birinə bolşeviklərin gələcəyindən qorxan bakanların, ağalıqda olanların, eləcə də b. qaçmaq üçün pul topladıqlarını dediyini eşitmişəm», «Bakanların, ayda 17.000 manat alan bu bəyciklərin, üstəlik də bütünlüklə bakansayaq sağlanmış ev almalarına baxmayaraq, rüşvətçiliyilə fırıldaqçılığı bütün sınırları keçmişdir», «Bizim əlimizdə olan bəlgələr bu başabəla ağaların hər birinin Azərbaycandan qaçmazdan qabaq 20.000.000 rubl götürdüklərini deyir» sözləri atasından dolanacaq pulu alan, devrimdən sonra Tiflisə gedərkən, yolda, Rus-erməni-sovet-mason bolşefaşistləri agentlərinin öldürdüyü, çantasındakı tək kostyumunun cibindən 2 qızıl onluq pul çıxan [Bax: Manaf Süleymanov. «Eşitdiklərim, oxuduqlarım, gördüklərim». B.,1989, 365-ci s.], şəhid Nəsib bəyə bilə-bilə atılan qaradır!

Bu Rus «danosçu»sunun belə suçlamalarına cavab verən Məhəmməd Əmin Rəsulzadə demişdir: «Devrimin ilk günlərində [16 may 1920] Rus Ordusunun ona yapdığı görkəmli qarşılama törənilə Moskvadan Bakıya dönən Nəriman [Nərimanov]  «Təzə Pir» məscidi alanında ulusa üz tutaraq söylədiyi çıxışında deyirdi: «Ayrıca bir komisiya yaratdıq. Bu komisiya əski Ağalığın bəlgələrini araşdırır. Bir kaç gün sonra sonucu bildirəcək. O çağ siz də görəcəksiniz, nə kimi satqınlar sizi yönətirmiş! Kaç gün deyil, kaç il keçdi, o komisiya bu sonucu indiyədək açıqlamamışdır. Edəmməz də! Axı, ölkəni İngilislərə satdı deyə suçlanan Ağalığın ulusun hüququndan bir buğda dənəsi olsun yadlara verdiyini bir Nəriman [Nərimanov] deyil, bütün Bolşeviklər bir araya gəlsələr də doğrulayammazlar!» [Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015, 128-ci s.].

«Danos»dakı «Dissiplin vardır. Orduda ancaq müsəlmanlardır. Ayaqqabı, geyim çatmır. Əskər ayda 100 rubl alır. Əskər çox çalışqan, sözəbaxandır. Ordunun döyüş gücü aşağıdır» sözləri yenicə yaradılıb, «hər yürüşü ilə ulusuna tükənməz sevinc yaşadan» [Məhəmməd Əmin Rəsulzadə] Azərbaycan Ordusu az sürədə ulusun gözünün işığına dönmüşdü. Erməni ayaqlanmasını yatırmaq üçün Qarabağa göndərilmiş Azərbaycan Odusunun bir çağlar and içdiyi Rus çarına qarşı vuruşmaq istəməyən bir neçə dönük, ən yüksək subayından başqa əksər generallarla orta komandirlər, əskərlər Gəncə, Tərtər, Ağdam, Zaqatala, eləcə də başqa ayaqlanmalarda 11-ci Ordu ilə yaraqları tükənənədək vuruşmuş, yağının ayrı-ayrı alaylarını bütünlüklə yox etmişlər.

Nərman Nərimanovun gətirdiyi Rus-erməni-sovet-mason bölşefaşist rejimi Azərbaycan Ordusunu da acımadan dağıtdı, generalları, başqa subayları öldürdü, gülləyə qıymayıb şaqqaladı, repressiya etdi.

1920-ci il avqustun 1-də böyük qardaşına sevinclə «Azərbaycan Ordusunun bütün subayları tutulmuşdur» yazan Nərman Nərimanovu saysız Azərbaycan generalı, polkovniki, əskəri güllələnəndən sonra Səməd bəy Mehmandarla Əlağa Şıxlinskini «Gəncə ayaqlanması ilə bağlı olub-olmadıqları dərindən öyrəniləndən sonra» Leninin tapşırığına göndərməsini bayraq edib gözə soxmağa da heç gərək yoxdur!!!

Sayğılı yaşıl yurddaş, Azərbaycan SSR-in «dövlət adamları»ndan Həsən Seyidov «Anılar»ını yazmışdır. Dəyərli yurdsevər Teyub Qurbanın 2015-ci ildə yayımladığı «Düşmənlərindən güclü şəxsiyət» bitiyindən Həsən Seyidovun anılarındakı bir tarix olayını doğrulamaq, Nəriman Nərimanovun gətirdiyi Rus-erməni-sovet-mason bolşefaşistlərinin ulusumuza etdiyi soyqırımı daha yaxşı bilməyin üçün ata-babamın başına gətirilənlərdən qısaca yazıram. Bunu özünü göstərmək kimi yox, nərimanovların ulusuna verdiyi bitməz ağrı-acını çatdırmaqtək anla.

Həsən Seyidov yazıb: «1942-ci ildə Krım cəbhəsində Baş Qərargahın nümayəndəsi Lev Zaxaroviç Mexlis idi. O, Cənub cəbhəsinin komandanı, ordu generalı İ.Y.Petrovun bilgisi olmadan, Taman yarımadasında yerləşən Azərbaycan diviziyasının iki min əskərini barjlara doldurmuş, Kerç boğazını keçərək Krıma keçməyi əmr etmişdi. Düşmən uçaqları bir bomba ilə barjı nişan almış, azərbaycanlı əskərlərin hamısı dəniz sularında batmışlar. Bu acı olaydan Mexlisə bilgi veriləndə, o, ələ salıb demişdir: «Qoy bu «yeldaşilər» Krımda döyüşsünlər».

Baş Qərargah nümayəndəsinin əmrilə daha iki barj göndərilmiş, dənizdə batırılmışdır. M.C.Bağırov soydaşlarımızın başına gətiriləni bilən kimi Stalinə zəng vurmuş, azərbaycanlıları öldürdəni çaparaq geri çağırtdırmışdır».

Rəhmətlik Həsən Seyidovun hansı qaynağa dayandığını bilmirəm. Ancaq bu çəkilməz dərdi atam Sahibəli İbrahim oğlu Əzizxanlının adından doğrulamaq istəyirəm: «Bizi cəbhənin ən gücsüz yerinə Krıma yerləşdirmişdilər. Yaraq yox idi. Əlində tüfəng olan əskərin ardınca tüfəngsiz əskər gedir, irəlidəki əskər öləndə, arxasındakı onun tüfəngini götürürdü.

Bizi, biri əskər, o biri yaraq, üçüncüsü yemək-içmək aparan 3 gəmiyə [atam barj yox, gəmi deyib] yığıb, Kerçi keçməyi buyurdular. Mən komandirin yançısı idim. Əlimdə uzaqgörən-durbin, göyərtədə gəzir, izləyirdim. Qıyıya çatmağa çox az qalmışdı. Birdən bir izləyici uçaq gəldi, uzaqdan dolanıb getdi. Tez komandirə bildirdim. 10 dəqiqə keçməmiş «Mister Şmidt» qırıcı uçaqları gəlib bizi bombaladı. Gəminin ancaq üst qatında olan çox az əskər qurtuldu. O biri gəmilər də batırıldı».

Sayğılı yaşıl yurddaş, Azərbaycandan II Dünya Savaşına 650 mindən çox yurddaş gedib, onun 350 minindən çoxu qayıtmayıb. Kerçdə böyük əmim Heydər ölmüş, qardaşı Cahangir savaşdan sonra Sibirin Badaybo kəndinə getmiş, 50-ci illərin sonunda Biləsuvara qayıtmışdır. Kerçdə Almanların əlinə keçən atam konslagerdə Fətəlibəyli Düdənginskinin başçılığındakı Azərbaycan Legionunun yaradılmasında çalışıb. SSRİ-yə qayıdandan sonra tutulub «vətən xaini», 30 il – güllələnmə kəsilmiş, 5 il «səs hüququ» alınmaqla, tutsaq kimi Komi daş kömür ocaqlarında işləməyə göndərilmiş, İosif Stalinin ölümündən sonra buraxılmışdır. Ailəmiz 1970-ci illərin sonuna kimi «xalq düşməni» damğası ilə, qorxa-qorxa yaşayırdı. Bu, bolşefaşist «xalq düşməni» damğası 1980-ci illərdə unuduldu. Azərbaycandan sürülmüşlərin yaşamından isə son 25-30 ildə yazılmış olduqca acı anıları oxumalısan!

Nəriman Nərimanovun Rus-erməni-sovet-mason bolşefaşist qardaşlarının «çistka»çıları ana babamı güllələmiş, ata babamı tutub Salyanda türməyə salmışlar. Atamın dediklərindən: «Cahangirlə Salyana getdik. Cahangir evimizdəki, atamın dediyi bir kisə qızılı götürüb, onu öncə köylü, sonra yoxsul köylü, daha sonra muzdur yazdıraraq buraxdırdı». Nənəm deyirdi: «Baban dözmədi, tezliklə ürəyi partladı, öldü».

Nəriman Nərimanovun bolşefaşistlərinin ərini, qardaşını öldürdükləri, yaxın qohumlarından bir çoxunun başını götürüb Güney Azərbaycandakı Biləsuvara, Ərdəbilə qaçmış nənəm Fatma Bəydilinin danışdığından tükürpədən, düşündürücü bir ağrı-acı: «Sovet var-yatırımızı TORQA qoymuşdu… Puşkinə, bazara getmişdim. Birdən gördüm, mənim xalçamı satırlar. Bir Rus kişisi satırdı. Dedim, bunu satma, bu mənim ərimin xalçasıdır, onu ərim mənə alıb, gedim pul gətirim, mən alım! Satıcı xalçanı büküb qoydu qırağa. Qaçaraq evə getdim, pul götürüb gəldim, ərimin xalçasını, ərimin yadigarını aldım!».

Bax, burdur,  bundan milyon qat da çox başqa ağrı-acılardır Nəriman Nərimanovun, Mirzə Davud Hüseynovun, Əliheydər Qarayevin, Həmid Sultanovun, Dadaş Bünyadzadənin, Çingiz İldırımın…, gətirdiyi «Rus divinin» bolşefaşist görüntüsü – «çistkaçı» pankratovların, mikoyanların, mirzoyanların, sumbatların… «qırmızı terror»unun Azərbaycanı çatdırdığı «BOLŞEVİK AĞGÜNLÜYÜ!».

Nəriman Nərimanov 1918-ci il yanvarın 5-də saat 13-də «İsmailiyə»də «İndiki andan» [O tekuşem momente] iki saat leksiya oxuyub. Başına yığdığı satqınların Petroqrada, böyük qardaşlarına göndərdiyi teleqrama baxın: «Bu gün, yanvarın 5-i, həftənin 5-ci günü, 300 müsəlman, doktor Nəriman Nərimanovun leksiyasını dinləyərək, Xalq Ağalığını qutlamaq, İşçi Soldat Deputatları Sovetinə gərəkən bütün yardımları etmək qərarına gəldik…»

Nəriman Nərimanovun  «danos»undakı «Koperativi ələ keçirmək üçün bolşeviklərin gücü çatmır», eləcə də bu yönlü başqa sözləri də Azərbaycandakı Türk-müsəlman bolşeviklərin sayının 300-dək olduğunu yazmış Məhəmməd Əmin Rəsulzadə ilə Əlimərdan bəy Topçubaşının  söylədiklərinin düzgünlüyünü bir daha göstərir.

Rus-erməni-sovet-mason bolşefaşistlərini Azərbaycana Azərbaycan türkləri yox, nərimanovkimilərin içindəki aşırı «ağalıq» duyğusundan, politik korluğundan, satqınlığından yararlanan yadellilər: Ruslar, Ermənilər, Yəhudilər, eləcə də başqa masonlar gətirmişlər!

Masonların insanlığın doğal axarına qarşı yaratdıqları utopik komunizm quramasının Azərbaycana vurduğu yaraları yaxşı bilməyənlərə Nəriman Nərimanovun yoldaşları Dadaş Bünyadzadə, Əliheydər Qarayevlə 1920-ci il noyabrın 10-da çıxardığı «YASA»ya baxın: «Musiqi alətlərinin dövlətləşdirilməsi dekreti». Komunizm barbarlarının 6 düzüklü bu «yasa»sının sonuncu düzüyündə ona uymayanların «Devrimçi tribunal məhkəməsi»nə veriləcəyi bildirilir.

Nəriman Nərimanovun 12 noyabr 1920-ci ildə, «Azdevrimkomun işçilərə mənzillərin verilməsilə bağlı» verdiyi buyuruğa baxın:«Vağzalarxası, eləcə də Qaraşəhərə yaxın rayonlardakı, eləcə də dəniz qırağındakı evlər, ancaq fiziki əməklə uğraşan işçilərə verilmək üçün bütünlüklə boşaldılır!».

Nəriman Nərimanovun bu buyuruğu ilə böyük, varlı Bakı kəndinin bütün gözəl, yararlı yerlərinə Rusiyadakı aclıq üzündən «yeni basdırılmış ölüləri qəbirdən çıxarıb yeyən» ruslar, yeri-yurdu bilinməyən ac-yalavac ermənilər, kimlər, kimlər yerləşdirildilər.

Budur, Nəriman Nərimanovun Azərbaycanı çatdırdığı «PROLETAR AĞGÜNLÜYÜ», «İŞÇİ DEVRİMİ»!!!

Nəriman Nərimanov «padşah» olmaq yox, ancaq proletarları ağ günə çatdırmaq istəyirdisə, böyük qardaşının evindən Bakıya dönəndən sonra neft ocaqlarında çalışan işçilərin yaşadığı evlərin yanında yaşayaydı, Deburun Bakının ən gözəl yerlərindən birindəki – filarmoniya bağının günbatanındakı mülkündə yerləşməyəydi, 1920-ci il aprelin 27-də Azərbaycanı tutmağa çağırdığı böyük qardaşının 11-ci Ordusunun «Rus divi»indən biri M.Q.Yefremova «Azərbaycanın Müsavat Ağalığının ürəyinə ildırımhızlı öldürücü saldırısına görə» qırmızı bayraq ordeni verməyəydi.

Bakıda olmayan bir adamın adından qabaqcadan yazılmış bu çağırışlar, teleqramlar, adreslər rus-erməni-sovet-mason bolşefaşistlərinin Nəriman Nərimanov kimi «psixoloq» politikinin kimliyiniı göstərir.

1920-ci il mayın 17-də Bakıdakı mitinqdə çıxışında «Azərbaycan Respublikasının ağgünlüyü sonsuzadək Rusiya ilədir» çığırıb, «Moskvada, Leninin yanında bir neçə yol Azərbaycan Respublikası sorununu» danışmağı ilə öyünən «danosçu» Nəriman Nərimanov mayın 20-də böyük qardaşına teleqramında deyirdi: «Mən on altısında Bakıya çatdım, yaşayanların törənilə qarşılaşdım. Ortam devrimçidir. Qızıl Ordu özünü çox gözəl apardı».

Nəriman Nərimanovun başda Rus-erməni-sovet-mason  bolşefaşistlərinin böyüyü, böyük qardaşı Lenin olmaqla onu doladıqlarını anlamaması «özünüböyütmə» düşüncəsindəndir!

Rus-erməni-sovet-mason bolşefaşistlərinin 11-ci Ordusunun ayaqyalın, çılpaq, əynində təkcə trusı olan əskərlərinin onu kresloda oturdub başı üstünə qaldırmalarına yol verən bu adama Serqo Orconikidzenin Nəriman Nərimanovun RK(b)P MK-ya yazdığı məktubla bağlı qurulan üzləşmədə: «Nərimanov Güneydoğu Qafqazda diktator olmaq istəyir» sözlərinin anlamı olduğunu deyir.

«Psixoloq» politik Nəriman Nərimanovun bu aşırı duyğusunun Azərbaycana gətirdiyi adamyeyən, totalitar Sovet rejiminin Türk ulusuna, bütün azərbaycanlılra çox böyük ağrı-acı gətirib insanları bir-birinin üstünə saldıraraq üzləşdirən, suçlayan, öldürən yaramazlıq quruluşu olduğunu indi bütün uyqar dünya bilir.

   «Bakı proletarları Sovet Ağalığının qurulmasına bütünlüklə sağlanmışdır. Sovet Ağalığı onda gərəkən dayağı bulacaqdır», «Mən, neftkoma özüm, bütün nefti Rusiyaya göndərmək buyuruğunu  vermişəm» deməsilə bahadırlıq etdiyini düşünən Nəriman Nərimanov Rus-erməni-sovet-mason bolşefaşistlərinin Azərbaycanın var-yatırını yağmaladığını görəndən sonra, 1921-ci il martın 24-də böyük qardaşına teleqramında «Bu gün, çox böyük ordunu doqquz ay yedirtmiş Azərbaycanın, işçiləri, nə yığmaq, nə də maldəyişmək yolu ilə yemləmək gücü yoxdur…» zarısa da, 1920-ci il oktyabrın 17-də AK(b)P-nin II Qurultayında ancaq avantüristlərin dilindən çıxa biləcək: «Biz artıq üçüncü ildir aclıq keçiririk, buna baxmayaraq yağıdan qorxmuruq, biz aclığa öyrənmişik» kimi sözlər deyir.

«Şəxsiyətin ikiləşməsi» görünən Nəriman Nərimanovun oçağkı Azərbaycan tarixinin ən əksik satqını olduğu 1921-ci il sentyabrın 15-də böyük  qardaşına yazdığı «Azərbaycanda sovet quruculuğunun sonuclarından» məktubunda dediklərinə baxın: «Azərbaycanın bu sürədəki bütün etdiklərinə dərindən, düşünərək baxılsa, böyük bacısı – Sovet Rusiyasının ona verdiyi bütün tapşırıqları yerinə yetirdiyini ürəklə demək olar!… Mən, bir daha bildirirəm: Mən, Sovet Rusiyasının boynuma qoyduğu bütün tapşırıqları gərgin əməklə yerinə yetirmişəm. Sovet Rusiyası Sovet Azərbaycanından arxayın ola bilər, Azərbaycan öz neftinin Rusiyanın malı olduğunu bütünlüklə anlamışdır!».

XXI yüzilin 15-ci ilində bizə Nəriman Nərimanovun I Pyotra dediyi öyücü sözlərin qarşılığıtək: Azərbaycan türklərinin Nəriman Nərimanov adlı bir satqınının doğulması acınacaqlıdır! – demək qalır!!!

Azərbaycanın yurdsevər yaşılı, politiki, az qala bütün Qafqazı, bütün Tarixi-coğrafi-politik Azərbaycanı tutmağa çalışan Erməniləri 9 min kv. km-ə sıxışdırıb, Gürcülərlə Borçalı sorununu Arbitraj məhkəməsinə çıxaran Məhəmməd Əminlərə, Nəsib bəylərə politika dərsi keçən, bolşefaşist qardaşlarının basqısından canını qurtarmaq üçün: «Rusiyada özgürlük üçün heç kim Erməni ulusutək çalışmamışdır» deyərək, 1920-ci il dekabrın 1-də, Azərbaycan topraqlarını atasının malı kimi, 3 gün öncə yaradılmış Ermənistan SSR-ə bağışlamışdır: «Zəngəzur, Naxçıvan sancaqları topraqlarının Sovet Ermənistanının ayrılmaz parçası olduğu bildirilir! (Ura!…), Dağlıq Qarabağın köylülərinə özünübəlirləmə hüququ verilir! Zəngəzur toprağındakı bütün savaşlar kəsilir, Sovet Azərbaycanının qoşunları oradan çıxarılır! (Alqışlar). Sovet Azərbaycanı özünün türkənməz neft, kerosin, eləcə də başqa var-yatır qapılarını Sovet Ermənistanının üzünə geniş açır (Gurultulu alqışlar) – deyib Azərbaycan topraqlarını atasının malı kimi Ermənilərə verən Nəriman Nərimanovu kim saymalısan, necə dəyərləndirməlisən, ozün düşün.

1990-cı illərdə də belə oldu, «Rusluq» yenə ortaya çıxdı, əldən getmiş Qafqazı, Azərbaycanı qarışdırmaq üçün yanlış yol tutan Ermənilərdən yararlandı,  özünüqoruma mexanizmləri olmayan ulusumuzu, ana yurdumuzu olmazın ağrı-acıya soxdu.

Azərbaycan Respublikasının sayğılı Prezidenti İlham Əliyev, siz Azərbaycanda politologiyanın bölmələrindən biri – uluslararası ilişkilər ixtisasından universitet bitirmiş ilk adamlardan, politologiyanın ilkələrini yaxşı bilən politiklərdənsiniz. Soyunuzdan, uruğunuzdan, çoxlu bilimçilər çıxıb, babanız, ananız, əmiləriniz, bibiniz, dayınız akademikdir, başqa elmi adları olan qohumlarınız da çoxdur, «Bolşoy neft Kaspiya» adlı bir bitik də yazmısınız. Buna görə də AMEA-nın bilimsəl, sosial-mənəvi durumu sizə yaxşı bəlli olmalıdır. Tarix boyu bütün dövlət başçıları bilimçilərin, bilginlərin yolgöstərmələrindən yararlanıblar. Bunu ən azı, 30 il Böyük Səlcuqlular dövlətinin Baş bakanı olmuş Nizamülmülk yazıb. Rusiya İmperatoru Yekaterinanın Fransa bilginlərilə yazışması bilinir. Çağdaş dünyada dövlətlərinin bilimsəl strateji araşdırma qurumları vardır. Bunu gözə alıb, son 25 ildə politologiyanın obyektindən, predmetindən, ulustək getməli olduğumuz demokratiyanın ilkələrindən bir neçə söz öyrənmiş, sizdən 15 yaş böyük bilimçinin bir neçə sözünü eşitməyinizi diləyirəm.

Sayğılı Prezident, 2 ildir AMEA-nın Fizika İnstitutunda işləyən professor Elman Şahverdiyev sizə oradakı yasa pozuntularından, yerliçilikdən, işbirlikçilikdən, korrupsiyadan… hər gün məktub yazır. Görünür, son günlərədək  yazılarında sayğısını itirməyən professor yorulub,  «Azadlıq» qəzetinin 26 may 2015-ci il sayında «Niyə susursunuz, cənab prezident!» çağırışı yazmışdır.

Sayğılı Prezident, demokratik dövlətdə yurddaşın sorğusuna cavab verməmək olarmı? Azərbaycan Respublikası anayasasının 50-ci düzüyündə «Hər kəsin istədiyi bilgini yasal yolla axtarmaq, əldə etmək… özgürlüyü vardır» deyilir. Ancaq nədənsə, prof. Elman Şahverdiyevin məktublarından, çalışmalarından sizə bilgi verilmir, buna görə də o, son məktubunda belə yazmalı olub.

Prezidentin sorulara, sorğulara cavab vermədiyini, ölkədə yasaların işləmədiyini görən başqa yetkililər də arxayınlaşıb yurddaşları incidər, sayğısızlıq, özbaşınalıq edərlər!

Siz Elman bəylə, eləcə də başqaları ilə görüşüb, AMEA-da olan sorunları dinləyib, ölkənin ən demokratik olmalı qurumunda ağıllı, bilimsəl, demokratik yenidənqurma başlatsanız, son illərdə «öldürülmüş» AMEA bilimçilərinin, eləcə də başqa yurddaşların sevgisini qazanar, ölkənin çox önəmli qurumlarının birində  işlər yoluna düşər.

Sayğılı Prezident, çağdaş demokratik dövlətlərdə basın özgürlüyü toplumun canıdır. Azərbaycanda demokratik siyasi quruluş yaratmış ulusal ideoloq  Məhəmməd Əmin Rəsulzadə 1911-ci ildə yazdığı, «Basın özgürlüyü» [Mətbuat azadlığı] araşdırmasında deyir: «O millət, o ölkə xoşbəxt, azaddır, onların mətbuatı azad, xoşbəxt olsun!». «Bu məsələni lazımınca dərk etmək, anlamaq istəyiriksə» basının «xalqın milli nümayəndəliyini öhdəsinə götürən, onun görüşlərini ifadə edib yayan ictimai nəzarət olduğunu» anlamalıyıq!

Basın «hökuməti nalayiq işlərindən çəkindirən, onun fəaliyətini bir an belə gözdən qoymayan, ciddi, əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən»dir. Basının qayəsi məşrutə [anayasa] hökumətidir. Ancaq bilmək lazımdır ki, bu hökumətin də qanun-qaydası nə qədər düz olsa da, o, xalqın müstəqil hissiyatını lazımınca anlaya bilməyəcəkdir. Bu mənada, mətbuat mütləq və müstəqil iqtidarlardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə  ictimaiyəti həyəcana gətirir, camaatın təlimini, zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlikləri, yaraları sağaldıb aradan qaldırır».

Çağdaş demokratiyanın basın özgürlüyü prinsipi Azərbaycan Respublikasının anayasasında vardır. Ancaq bu gün Xədicə İsmayıl, Seymur Həzi… kimi jurnalistlərin tutulması dış politik yolu «avrosentrizm, atlantizm, regional perimetr» olan demokratik Azərbaycan Respublikasına yaraşmır, onu avtoritar dövlətlərlə bir sıraya qoyur. Bunu gözə almaq, Azərbaycan Respublikasının bugünü, gələcəyi üçün önəmlidir.

Avropaya yönəlməli Azərbaycan Ağalığı «düz söz söyləyən» Nizami Gəncəlinin: «Adamlıq bəkləməz bir kimsə Rusdan, O, bənzər insana ancaq baxışdan» dediyini anlamalı, Rusiya ilə politik, ekonomik, kültürəl ilişkiləri düzgün qurmağa çalışmalıdır. Azərbaycan Respublikasının Rusiyadakı elçisi bir çağlar kültür alanında etdiyi bütün yaxşı işlərə baxmayaraq, hansısa bir oxuyan, oynağan yox, yönətim, hüqüq, ordu… qurumlarında çalışmış ağıllı, yurdsevər olmalıdır.

Sözardı: «Danos»da Baratovun adı-soyadının yanlış olaraq E.P. gedən baş hərfləri N.N., polkovnik Qeskelin adı Qaskel edilmişdir.

Düz ayrıcdakı [  ] açıqlamalar Yadigar Türkelindir.

 

Yadigar Türkel

 

10 iyun 2015-ci il

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv