Yadigar Türkel. Bəhram Zahidovla Solmaz Tohidinin erməni sevgisi

Sayğılı yurddaş, dünyadakı uluslararası savaşdan ağılla, ünlə çıxmaq, sonsuzadək var olmaq üçün bütün uluslar durmadan çalışmalı, yaşam enerjilərini ən yüksək düzəyə çatdırmalıdırlar. Politik, ekonomik, elm, kültür yaşamını çağauyğun, strateji  qurub durmadan çalışmayan uluslar bu savaşda batır, illər keçdikcə yer üzündən silinib gedirlər. Bu kəsilməz savaşdan üzüağ çıxmaq üçün böyük uluslar dövlət qurur, insan haqlarına, demokratik dəyərlərə uyğun yaşatmağa çalışırlar. Bu yöndən ulusal dövlət ideyası bütün ideoloji baxışların üstündə durub, ulusu, toplumu qorumağa yönəlir.

Azərbaycan türkləri 1991-ci il oktyabrın 18-də, 1920-ci il aprelin 27-də Rus-erməni-sovet-mason güclərinin devirdiyi – Azərbaycan Demokratik Respublikasını bərpa edib 25 ildir bağımsız yaşasa da, bir çox ideoloji işlərini indiyədək strateci quramamışdır.

Azərbaycan toplumu başdan-başa kimlərisə yalandan öymək sevgisilə XXI yüzilin demokratiya düşüncəsindən Sovet İttifaqındakı Orta cağ fetişizminə yönəldilmişdir. Azərbaycan xalqı bu yanlış yoldan qurtulmalıdır.

2013-cü il aprelin 22-də AMEA FSHİ institutunda uydurma, qondarma «Erməni soyqırımı» ilə bağlı «konfrans» keçirilmişdir. İnstitut direktorunun elmi işlərdən sorumlu yardımçısı Bəhram Zahidov politologiya şöbəsinə gəlib «Erməni soyqırımı» ilə bağlı çıxış etmək üçün alimlər çağırdıqlarını, buna görə toplantı otağına gəlməyimizi istədi. FSHİ-də bu gərəkli ideoloji işi uğurlu qurmadığımızdan kimsə getmək istəmirdi.

Dedim gedəyin, bəlkə bir şey öyrəndik.

FSHİ-nin direktoru İlham Məmmədzadə konfransı açıb qonaqları tanıtdı, çağırılmış qonaq Solmaz Tohidini bir az öyəndən [İlham Məmmədzadə Tohidini tanımasa da mən onun kimliyini, bilimsəl düşüncəsini bilirdim] sonra sözü ona verdi.

AMEA FSHİ-nin filosof, hüquqçu, politoloq alimlərinin qatıldığı konfransda «yarımrus düşüncə» ilə, ideoloq yox, dağınıq cümlələrlə, tarixçidək çıxış etməyə başlayan xanımın çıxışı konfransdakı alimlərdə ona quşqu doğurmağa başladı, ancaq qadın olduğundan dolayı, davranış ölçülərini gözə alıb, kimsə ona yerindən bir söz demədi.

Belə durumlarda toplantının sunucusu çıxışçıların danışığındakı ola biləcək çatışmazlıqları, düzgün anlaşılmayan sözləri sayğı ilə bildirib toplantını, çıxışları axarında saxlamalıdır. Ancaq rusca oxuyub, rusca böyümüş «yarımrus» İlham Məmmədzadə konu ilə bağlı şeyləri yaxşı bilmədiyindən belə etmədi.

Solmaz Tohidinin uzun sürən «Erməni tarixçiliyi», «Erməni vəkilliyi»ndən sonra söz istədim. Direktor konfransın «Gündəlik»inin qabcadan yazıldığı bildirib qonaqlardan Rauf müəllimə söz verdi. Rauf müəllimin də danışığından «yarımrus» olduğu görünsə də, o, ulusalçı kimi danışmağa başladı, erməni ideoloqları ilə uğursuz savaşdığımızı dedi.

Rauf müəllim Tiflisdə bir konfransda olmasından, QHT –Dövlətdənqıraq Qurum yolu ilə ora çağırılmış birisinə təpindiyini sözsüz söyüşlə bizə çatdırdı: «Deyirəm aya, ay…».

Mən yerimdən «Kozyol!» –  çığırdım. Rauf müəllim, «eşyo xuje!» deyib sözlərini bitirdi.

Sonra söz üçüncü qonaq, Azərbaycanın dəyərli alim, yurddaş, ömrünün bir parçasını erməni saxtakarlıqlarının, açılmasına, ayıblanmasına vermiş İsrafil Məmmədova verildi. Toplantının elmi-tarixi düzəyinin aşağılığını görən İsrafil bəy bir neçə genəl sözlə çıxışını qurtardı.

Qonaqlardan sonra söz «estetika ilə uğraşan» Adil Əsədova verildi. Adil Əsədov danışarkən mənim yanımda oturmuş bir yaşıl (gənc) öz-özünə deyinməyə başladı: «bu nə deyir ə…, bun ə danışır ə…».

Sonra üzünü mənə çevirib sordu: «Bu kimdir? Bu alimdirmi, bizim institutda işləyirmi?».

Dedim toxda, yüksək elmi adı var, ancaq ağlına gələni danışandır. Boşla getsin, kiçik gücdür…

Bu çıxışlardan sonra  söz alıb Solmaz Tohidiyə qadın olduğuna görə bacardıqca sayğı ilə yanaşaraq, bir də konfransın alim yığıncağı olmasını gözə alıb, aşağıdakı kiçik çıxışı etdim: «Siz çıxışınızda Türkiyə Ermənistanı sözünü işlətdiniz. O çağda Osmanlı dövlətində belə bir inzibati bölgə olmayıb. Mən sizin bunu rusdilli qaynaqların etkisilə dediyinizi anlayıram. Gələcəkdə belə deməsəniz daha yaxşı olar.

Siz 1905-1906-cı illərdə Bakıda ermənilərdən üstün olduğumuzu, çoxlu erməni öldürdüyümüzü dediniz. Buna nə gərək? Belə bir bilgi yoxdur. Bizim 1905-1906-cı illərdə Bakıdakı üstünlüyümüz sayımızın ermənilərdən olduqca çox olmağında, Azərbaycan varlılarının Rus dövlətinin yazıq günə qoyub başlı-başına buraxdığı ulusuna yardımda idi. O çağlar Bakı ruslarla, ermənilərlə çox doldurulmamışdı.

Siz çıxışınızda ermənilər Fətəli Xan Xoyskini Bakıda «Erməni qırğınının qarşısını almadığına görə öldürüblər».

Bu, Azərbaycan yolunda şəhid olmuş Fətəli Xana sayğısızlıqdır. Fətəli Xan «üç gün Badamdarda durub gözləyib», deyirsiniz. Bunu deməyə bir tutalqanız varmı?

Fətəli Xan rəhmətlik kim idi, onun nəyi vardı? Ordusu vardı, polisi vardı? Bakını Türk Ordusu tutmuşdu, ordunun başçısı da Fətəli Xanın qarşısında sorumlu olmayan Nuru Paşa idi.

Fətəli Xan Azərbaycan Ağalığının gücünün çox az olduğunu, Bakıya girəndən sonra altı ay qabaq mart ayında Rus-erməni-sovet-mason bolşefaşistlərinin Bakıda ağalığı günlərində soyqırıma uğradılmış insanların pis işlərinin qarşısını almaq üçün yüz adamı asdırdığını, Parlament üyəsi olan erməni ulus elçilərinin sorğusuna Azərbaycan Parlamentində  cavab çıxışında da demiş, Azərbaycan Ağalığının belə özbaşınalıqların qarşısını kəsinliklə almağa, yurddaşlarını toxunulmaz etmək üçün durmadan çalışdığını bildirmişdir.

Siz Bakıda ermənilərin öldürüldüyünü sənədlərə dayanaraq dediyinizi söylədiniz? Hanı onlar?“

Yenidən söz verilən Solmaz Tohidi tutumunu dəyişmək, erməni qazını azaltmaqdansa, yağıların deyə biləcəyi boş sözləri savunmağa başlayıb, «qırmızı cizgini» keçdi.

İlham Məmmədzadə: Dokumentlər var. Alman generalının yazdıqları var.

Yadigar Türkel: Nə dokument ola bilər? Bakıya alman generalı girməyib! Almanlar onların kiçik bir zabit dəstəsinin Bakıya girməsini istəyiblər. Bizimkilər qoymayıblar. Bunu mən demirəm, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı deyir.

Sayğılı yurddaş, dediklərimi doğrulamaq üçün Əlimərdan bəyin 1918-ci ildə yazdığını yenidən işləyib 2013-cü ilə çap etdirdiyim «Azərbaycan Cümhuriyətinin yaradılması» kitabından bir parçanı sənə çatdırıram: «Türkiyənin keçmiş savaş ortağı Almaniyaya gəlincə, bu Ağalığın yardımı bir başqa biçimdə göründü. Almaniya yalnız Gürcüstanın bağımsızlığını tanıyıb, Azərbaycanla Ermənistanın bağımsızlığının tanınmasını açıq buraxdı. Düzünü desək, Qafqazda bulunan Almaniya yetkililərinin Azərbaycana yanaşmasına dostyana demək də çətindir. Bunlar Bakının qurtuluşunu yubatdılar, Bakı alınarkən kiçik də olsa bir alman subay dəstəsinin bu işə qatılması üçün dirəndilər. Azərbaycan Ağalığı almanların bu istəyinə kəsinliklə yox dedi. Bir də almanlar Bakı alındıqdan sonra Azərbaycan Ağalığının bilgisi olmadan özəl bir qatarla bu kəndə girmək istədilər. Vaqonlarda alman əskərlərini görüb şaşıran yaşayanlar Şəmkir stansiyasında qatarı saxlayıb almanları geri qaytardılar» (Əlimərdan bəy Topçubaşı. Azərbaycan Cümhuriyətinin yaradılması. B., 2013, 53-ci s.).

Bundan sonra konfransda gərginlik çox artdı. İlham Məmmədzadə onun qurtardığını bildirdi.

P.S.: Konfransda olanlardan, politologiya şöbəsinin elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun Solmaz Tohidinin konfransdakı çıxışından yazdığından: «1915-ci ildə Ənvər Paşa əmr verdi ki, erməniləri Türk Ordusuna qəbul etməyin. Bu Türkiyədə qısqanclığa səbəb oldu. 600 nəfər də həbs olundu. Genosid adı altında ermənilər bunu bütün dünyaya car çəkməyə başladılar: ermənilərin intellektual səviyəli adamları qırılır! Bunun önündə gedənlər Türkiyədə yaradılmış Erməni Komitəsinin işçiləri idi. Soyqırım anlayışı da bundan başladı. Həmin ermənilər Zəngəzura, Gümrüyə, Azərbaycanın bir çox yerlərinə səpələndilər və burada qırğınlar törətməyə əl atdılar.

1918-ci ildə Azərbaycanda həyata keçirilən soyqırma da ermənilər buna görə əl atdılar.

Fakt: ermənilərin özünün tarixində belə fakt var ki, Rus Ordusunun və Avropa qoşunlarının tərkibində 50.000 nəfər erməni XX əsrin əvvəllərində türklərə qarşı vuruşmuşlar».

Sayğılı yurddaş bu yazını yazmaqla sənin ideologiya, ulusal kimlik savaşına kiçik qatqıda bulundum. Mən bu tarixcikciyin kimliyini araşdırmaq istəmirəm, sən də bu kiçik yazıdan onu tanıdın. Suç onu dövlətin birinci ideologiya institutuna gətirib elmi konfrans keçirənlərdədir.

Biz belə  olaylardan hansı dərsi almalıyıq:

Birinci, dövlətin ideologiya qurumlarının başına rus, ya başqa dillərdə oxumuş, eyitilmiş adamlar qoyulmamalıdır.

Toplumda doğal gəlişmə yaratmaq üçün Ordu, polis, polisdən başqa bütün dövlət qurumlarındakı yönətim görəvləri seçki yolu ilə tutulmalıdır.

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv