Yadigar Türkel. Siyasi təşkilatların ideoloji baxışları və milli ideologiya

Azərbaycanın siyasi partiyalarının ideoloji baxışları mürəkkəbdir. «Milli azadlıq hərəkatı»nın 80-ci illər dövrünün ilk ictimai-siyasi təşkilatı olan AXC ideoloji baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını dirçəltməyə çalışır, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasına əsaslanan milli özünütəsdiq-azərbaycançılıq yolu ilə gedirdi. XX yüzilliyin başlanğıcında demokratik prinsiplərin qoyuluşu və çözümünə görə Avropa dövlətlərinə də örnək ola biləcək Azərbaycan Xalq Cümhuriyyətində «millətçilik, türkçülük, vətənçilik. azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» ideyalarını «siyasi millətçilik, istiqlalçılıqazərbaycançılıq» səviyyəsinə qaldırıb milli ideologiyaya çevirmişdilər. O zaman «müsavatçılıq adlanan Azərbaycan milli məfkurəçiliyinin millətin iliyinə qədər işləmiş bir iman olduğuna əlamət» idi [30, s. 9].
Heydər Əliyevin 1993-cü ildə hakimiyyəti ələ keçirəndən sonra cəmiyyətdə yaratdığı milli psixologiya böhranını görən Arif Rəhimoğlu yazır: «Milli müstəqilliyimizin qorunması, milli təhlükəsizliyimizin təmin olunması, dövlətimizin gerçək müstəqilliyə və insanlarımızın rifaha qovuşa bilməsi üçün ideologiyanın rolu dərindən dərk edilməli, özəlliklə cəmiyyətimizdə milli ideologiyamızın-müsavatçılığın geniş yayılması üçün siyasi təbliğata (o sıradan siyasi reklamçılığa), təşviqata və əks təbliğata ciddi önəm verilməlidir» [6, s. 19].
AXC-dən sonra hakimiyyətə gələn YAP azərbaycançılıq ideyasını təbliğ edir. Partiyanın sədri Heydər Əliyev çıxışlarında  bu barədə fikirlərini bildirmişdir. Onun fikrincə, «Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir» [33].
YAP-çılar Ramiz Mehdiyev, Abbas Piriyev, Nizami Cəfərov, Səlahəddin Xəlilov və başqaları Heydər Əliyevin azərbaycançılıqla bağlı fəaliyyətini araşdırmışlar [32;34;37;40;41]. Ramiz Mehdiyevin fikrincə, azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur. O real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün mühüm vasitədir. Bu gün azərbaycançılıq milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir [32].
Bəzi müəlliflər azərbaycançılıq ideologiyasının başlanğıcını YAP-nın yaranması ilə bağlayırlar. Abbas Piriyev yazır: «Müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı, xalqımızın xilaskarı Heydər Əlirza oğlu Əliyev həm də azərbaycançılıq ideologiyasının banisidir» [34]. Başqa YAP-çılar azərbaycançılığın tarixi ilə bağlı da kəsindirlər: «Heydər Əliyevin 16 dekabr 1991-ci ildə Naxçıvanda təməlini qoyduğu azərbaycançılıq ideyası Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmasına və dövlətçiliyimizin sonrakı inkişafına yol acdı» [19, s.138].   Səlahəddin Xəlilovun fikrincə isə «ölkəmizin, xalqımızın ən böyük filosofu Heydər Əliyev tərəfindən  milli ideologiyamızın bütöv və mükəmməl konsepsiyası işlənib hazırlanmışdır» [40, s. 80].
Qeyd etdiyimiz örnəklərdən azərbaycançılıq ideologiyasından danışan Heydər Əliyevdən tutmuş bütün YAP-çı müəlliflərin azərbaycançılıq ideyası ilə ideologiyasını bir-birindən fərqləndirməkdə çətinlik cəkmələri, sinonim kimi işlətmələri, istiqamət, xətt saymaları aydınlaşır: «Milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir» [40, s. 85]. Bu onların məsələni üzdən bilmələrindən başqa bitkin bir ideologiya yaratmadıqlarını, milli ideologiya barədə ancaq sözsöhbətlər etdiklərini göstərir. Heydər Əliyev antimilli, antitürkçü olduğundan milli ideologiya yarada bilməz. Onun adına cıxılan azərbaycançılıq «ideyasıideologiyası» isə millifəlsəfi özünütəsdiq mexanizmi, millətləşmə yolu yox, kütlələrə təsir edib hakimiyyətdə qalmaq üçün ortaya atılmış psixoloji vasitə, siyasi gedişdir. Azərbaycan fəlsəfə tarixini yazan alimlər azərbaycançılığın miladın VIII-X yüzilliklərində formalaşmağa başladığını deyirlər [52, s. 56].
Zaman Heydər Əliyevin «baş məddah»larından Sirus Təbrizlinin «simasız quldurlar partiyası» adlandırdığı YAP-ın başçılarının doğrudan da şəxsi mənafelərini azərbaycançılıqdan cox üstün tutan «simasız quldurlar» olduğunu göstərdi.
Azərbaycanın bütün siyasi partiyalarının nizamnamələrində müəyyən  ideologiyalarının olması bildirilir. Onların bəzilərinin ideoloji baxışlarını qısaca göstərək. Azərbaycanın ən «yaşlı» partiyası AMİP özünü mühafizəkar, mərkəzçi, AXCP millətçi-demokrat, Müsavat – «türkçülük, islamçılıq, müasirlik» – azərbaycançılıq, ADP demokratik, ALP liberal dəyərlərə əsaslanan partiya olduğunu elan edir. AKP marksizmə, ASDP sosial-demokrat ideyasına əsaslanır. Qanundankənar islamçı qruplaşmalar islam dini dəyərlərinə əsaslandıqlarını bildirirlər. Qalan partiyaların hansısa bir ideologiyaya kəsin söykəndiyini demək çətindir.
Yaxın dövrlərdə Azərbaycanda, kommunistlərlə islamçıların hakimiyyətə gəlmək ehtimalı az olsa da, təhlükə həmişə vardır. Hökumət toplum bu haqda ciddi düşünməlidir. Biz millətimizin inkişaf yolunun tutulmasına, zamanın geriyə döndərilməsinə yol verməməliyik.
AMİP, AXCP, Müsavat, ADP-nin isə milliyətçitürkçüazərbaycançımühafizəkar partiyalar kimi formalaşdığını görürük. Azərbaycanın yaxın tarixini azərbaycançılıq ideologiyası ilə böyümüş şəxsiyyətlərlə milliyətçitürkçüazərbaycançımühafizəkar siyasi partiyalar yaradacaqlar.

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv