Soylu Atalı. SİYASİ DÜNYANIN ERMƏNİSİ

Tanrıçılıq – Türkün Təbiətlə doğmalığından, birliyindən yaranan inancdır. Türk Tanrıçılığı dünya üçün müqəddəs bir nizam idi. Təbiət sevilirdi, bəslənirdi, qorunurdu. “Tanrı türkün həm balası idi, həm babası”(Asif Ata). Balasını əzizləyirdi, babasına arxalanırdı türk. Türk təbiət sevgisindən, Tanrı səsindən saz yaratmışdı. Sazı sinəsinə sıxanda Tanrının səsini eşidirdi – duyğuları təmizlənirdi, ürəyi saflaşırdı. Təbiəti saflıq ahəngi qoruyurdu. Türkün Tanrısını əlindən aldılar. Qəddar, qorxunc, dəyişkən, adamlaşan, hökmdarlaşan Allaha tabe etdilər türkü. Dünya Tanrısızlaşdı, təbiətə qarşı münasibət vəhşiləşdi, qan-qada dünyanı bürüdü. Göylər yerin tüstüsünə bələndi, Yerin Göyü qaraldı.

 Türk də təklənib, təbiət kimi. Tənhalıq aqibəti seçilib ona. Tanrısını itirən türk tənhalığını dərk eləmir sanki. Dünyayla bir olmağa çalışır, dünya onun arzusunu gözündə qoyur. Dünya azğındır, pozğundur, dağınıq, pərakəndə olan türkü udmağa çalışır. Türk öz dünyasını yaratmasa Dünyayla birliyi baş tutmaz. Öz dünyasını yaradan türk, dünyaya yeni ahəng, nizam gətirər. Dünyayla birliyi Türk Dünyasının nizamı əsasında qurular. Bu gün Dünya türkü sevmir, onun gücünün böyüməsindəndən, qüdrətinin özümləşməsindəndən qorxur. Ona görə türkün öz qüdrətini bərpa eləməsini əngəlləyir. Təbiəti azğıncasına qamarlayan dünyaya türk gərək deyil, erməni gərəkdir. Erməni dünyanın ermənisidir, türkün ləyaqətinə qarşı yaşayır, onun rahatlığına qənim kəsilir.

 Türk dünyanın ona qarşı birləşməsindən usanır, birləşə bilmir, döyüşə bilmir, erməniyə bac verir. Erməninin könlünü almağa çalışır. Anlamır ki, ermənin könülü yoxdur. Divin canı şüşədə olan kimi, ermənin könülü də azğın dünyanın ovucundadır. Azğın dünyanın əməllərini dərk eləmədikcə türkün içinə xəyanət axıb dolacaq, xəyanətkarlar böyüyəcək və dünyanın qarşıında türkün qəddini əyməyə çalışacaq. Zatən bu baş verir.

 Dünya içimizdə xəyanətkarlar bəsləyir, onların əliylə bizi erməniylə barışdırmağa sövq edir. Əslində ermənini qoruyur. Türkü erməninin qarşısında zəif saxlayır, bununla da içimizdə parçalama əməllərini davam etdirir.

 Azərbaycandan millət vəkilləri “Ermənistan”a yollanır, jurnalistlər göndərilir. Guya xalqlararası düşmənçiliyi yumşaltmaq istəyirlər, Qərbin diktəsiylə demokratiya oyunu quraşdırırlar. İndi də Azərbaycandan “Ermənistan”a getmək üçün həvəsli elm adamları, jurnalistlər var. Başa düşmürlər ki, bu gün Azərbaycan müharibədə uduzmuş durumdadır. Erməni səni məğlub (etdiyi) ölkənin nümayəndəsi kimi qəbul edir. Dünya erməni üçün “qalib psixologiya” halı yaradır. Bizə uduzmağımızla barışmağın “gərəkliyini” aşılayır. Bütün bunlar – Qarabağdan əl çək deməkdir. Rusiya erməninin arxasında durub Azərbaycanı təslimçilik durumunda saxlayır. Ə. Əylisli kimi adamlarla isə Azərbaycanı söymək, ermənini öymək təxribatı həyata keçirir.

 Qardaş Türkiyənin başqanı da qanlı erməni prezidentini təbrik edir. Guya diplomatiya işlədir, gözdən pərdə asır. Anlamaq olmur ki, erməniyə bac vermək adlı diplomatiya nəyə xidmət edir?!

 Nə qədər ki, soyqırım hoqqası ortadan qalxmayıb, Qarabağ problemi həllini tapmayıb erməni ilə ünsiyyət qurmaq gərəksizdir. Onsuz da ermənini nəyəsə razı salmaq mümkün deyil, onun ixtiyarı başqalarının əlindədir. Bu səbəbdən də, erməni ilə deyil, onun arxasında duran həmin “başqalar”la masa arxasına oturmaq gərəkdir. Səni erməninin ayağına aparanlarla məsələni həll etmək gərəkdir…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 

28 Köçəri Ayı, 34-il. Atakənd.

(fevral, 2013. Bakı.)

You can leave a response, or trackback from your own site.

One Response to “Soylu Atalı. SİYASİ DÜNYANIN ERMƏNİSİ”

  1. Yasin Türksoy dedi ki:

    “Qardaş Türkiyənin başqanı da qanlı erməni prezidentini təbrik edir” – ona görə ki Tayyip-Gül birliyi sionist örgütlərin agentləridir. Özünüzdə bilirsiniz ki, onlar Türkiyəni parçalamağa gətirilib!

    “Türkiyə Cümhuriyyətinin sonu gəldi”, “Yeni Dünya Düzənində Türkiyənin yeri” deyən Gülün nə yapacağı bəllidir zatən.

    Bu da linklər:

    abdullah gül Cumhuriyet Bitti-
    http://www.youtube.com/watch?v=sZ0RPfahhpI

    illuminati abdullah gül yeni dünya düzeni –
    http://www.youtube.com/watch?v=fhvyqF6KWtE

    Abdullah Gül, “Yeni Dünya Düzeni’ne Hazır Olun” Diyor !!!
    http://www.youtube.com/watch?v=e1a8xaGaC_s

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv