Bugün tez-tez işlətdiyimiz “bir millət, iki dövlət” şüarı başqa türk toplumlarına niyə şamil edilmir? Niyə “bir millət,7 dövlət”, ya da bir millət 20 dövlət” deməyə dilimiz gəlmir? Niyə Avropanın göbəyində yerləşən Macarıstana münasibət fərqlidir? Birdəfəlik bilməliyik ki, türkü parçalayan, onu özü ilə üz-üzə qoyan, hətta aşırı düşmənə çevirən dinin yaratdığı təriqətçilik, məzhəbçilikdir. Məsələ burasındadır ki, Amerika və Avropanın yüzillərdir Türk Dünyasına qarşı apardığı siyasətin başında türklüyə, türkçülüyə qənim kəsilmiş İslam dini əsas silah kimi qullanılır. Məzhəbçilik, təriqətçilik işə yaramayanda ülgüçülük,ümmətçilik dövriyyəyə buraxılır. Neçə yüzildir müsəlman türklərin, balkanlardan tutmuş Rusiya Federasiyasına, eləcə də, Türküstana kimi böyük bir ərazidə yaşayan xristian və şaman türklərinə qarşı biganəliyi də əsas amillərdəndir. Təsadüfi deyildir ki, zamanında dünyanın iki qüdrətli – Səfəvi və Osmanlı dövlətlərini bir-birinə patoloji düşmən eləyən elə bu dini məzhəblər idi. Durum o yerə çatmışdır ki, zamanında türkmənlərin ata-baba yurdları olmuş, bugünkü İraqın və Suriyanın ərazilərinə çevrilmiş, Azərbaycan torpaqlarında. (Bugünkü Türkiyənin güney bölgələri Diyarbəkir, Şanlı Urfa…) Osmanlı dövləti kürdləri yerləşdirmişdi. Onların gücündən can-qan qardaşlarına qarşı qullanırdı. Elə faciələrimiz də bundan sonra başladı. Çaldıran savaşından sonra gücdən düşmüş Azərbaycanın, elə Osmanlının da torpaqlarını ruslar zaman-zaman işğal etməyə başladı. Bu parçalanmalar Azərbaycanın ikiyə bölünməsi, Osmanlının isə böyük ərazilərinin itirilməsi ilə sonuclandı. Böyük Atatürkün hakimiyyətə gəlişi ilə bu siyasətə son qoyulsa da, sonradan bu utancverici sürəc yenidən davam etməyə başladı. Bu gün Türkiyənin bölünməsinə və parçalanmasına hesablanmış siyasətin sonucudur ki, bir çox bölgələrin, özəllikcə İstanbulun ciddi-cəhdlə ərəbləşdirilməsi prossesi gedir. Başqa bir məqam, hələ də torpaqlarımızı işğal eləyən ruslara bel bağlamağımızdır. Öz dövlətçiliyini türklərin torpaqları üzərində quran ruslar 200 ildir bu siyasəti həyata keçirməkdə davam edirlər. Ruslar anlayır ki, bu gün yiyəsi olduqları dövlət onlara türklərdən qalmadır. Bu dövləti qoruyub saxlamaq isə türkü əzməkdən, onu parçalayıb, hökm sürməkdən keçir. İslam türkün məişətinə soxulmasaydı, nə bugünkü Rusiya, nə də türklərə düşmən kəsilən imperialist güclər olardı…
Sonuc: İlk bəlamız, türklərin, onları boğan yad bir ideologiyanın əsirinə çevrilməklə cahilliyin pəncəsində məhv olmasıdır. Bu aqibət, türkün, məzhəb savaşlarında özünün özünə düşmən kəsilməsindən gəldi…