Biz nədənsə, rusların kürd siyasətinə, saxta kürd tarixinə daha çox üz tuturuq.Tarixdə kürd adlı millət, dövlət, mədəniyyət olmayıb. Kürd sözünün etimalogiyası da türkcədir. Daha öncədən iki yerə ayrılan, Aranda (ovalıq bölgələrdə) yaşayanlar türk, dağlıq yerlərdə köçəri həyat keçirən, maldarlıqla uğraşan kəsimi isə kürd adlanırdı. Dağlıq yerlərdə yaşayan kürdlərin dili arıca türk dili idi. Hətta XVI-XVII yüzillərdə dağlarda yaşayan avşarlara belə kürd avşarı deyilirdi. Elə buna görədir, bu ad milli musiqimizdə “Kürd ovşarı” kimi bugün də yaşayır. Orta Asiyada, Orta Doğuda türklərin kürd boyu bu gün də öz varlığını yaşadır. Göytürklərin, hunların, macarların on boyundan biri də kürd boyu idi. Avropada, Balkanlarda, Rusiya Federasiyasında yaşayan bir çox türk xalqları, bolqar(bulqar), avar, bosnak, hunqar, ermənilər kimi kürdlər də assimilyasiyaya uğramışdır. Assimilyasiya edilmiş bugünkü kürdlərin 65-70 %-i türklərdir. Türk qövmlərini parçalamaq üçün Rusiyanın, Amerika ilə Avropanın özəl yardımı ilə əldəqayırma kürd etnosu “düzəldiblər”. Dilçi alimlərin araşdırmalarına görə bugünkü kürdlərin leksikonunda olan sözlərin 80%-i, Türküstandan, Altaylardan tutmuş Balkanlara, Doğu Avropayadək yaşayan ayrı-ayrı türk xalqlarının leksikonunda işlənən sözlərdir. 20% sözlər isə ərəb, fars kökənlidir. Azərbaycanda sovetlərin qurulmasıyla, guya azsaylı xalqlara diqqətin göstərilməsi önəmə çəkilir, dağlarda yaşayan kürdlərə təsərrüfat yardımları etməyə “çalışılır”. Öncədən seçilmiş kürdlərin, plan əsasında, 2 baş inək,10 baş qoyunla, atla geri döndüyünü görən qonşular onlardan bunları necə əldə etdikləri ilə ilgilənir, bəlli olur ki, kim özünü kürd hesab edirsə,”mən kürdəm” deyirsə, onlara bu sayda mal-qara “bağışlanır”. Belə bir durumu görən, bir kəlmə kürd dilindən anlayışı olmayan qonşular, beləcə, yardım almaq üçün kütləvi şəkildə özlərini kürd yazdırmağa başlayır. Məqsəd isə, sovetlərin adının tez-tez halandırdığı “qırmızı kürdüstan”ı yaratmaq idi. Bunu yaratmaq üçün bəlli say olmalıydı. Nə qədər süni artım “yaratsalar” da, bu məsələ sonda öz çözümünü tapmır. Sonralar ruslar başladıqları kürd məsələsinin, PKK-nı yaratmaqla, çözümünə varmağa çalışdılar. Bugünkü mənzərə isə hər kəsə bəllidir. Türkiyədə kürdlərlə söhbət edəndə, “ən arı türk kürddür”, söyləyirlər. PKK, eləcə də başqa terrorçu kürd təşkilatlarının 80%-i adını, soyadlarını dəyişərək, kürd kimi tanınan yunan, ərəb, erməni kökənli olan bölücülərdir.
Bugünkü duruma düşməyimizin nədəni, bütün bu bəlaların suçu, heç bir siyasətə qarışmayan, ölkənin ictimai-siyasi həyatında rol almağa çalışmayan, işini camelərdə, məscidlərdə ərəb yönünə sitayiş edən, boyun əyən türklərin özündədir…