(Azerbaycan Respublikasının YÜZ İLLİYİNƏ) BÖYÜK ORTADOĞU PROjESİ

ABŞ-la  sionistlərin yaxın, eləcə də Orta Doğuda yeritdikləri işğalçılıq, yeni imperializm, mason siyaseti. XX yüzilliyin 80-ci illərində «Dünya Kilselər Birliyi»nin strateqləri yaradıblar. Kökləri eskiləre gedir. 2001-2003-cü illərdən daha kəskin yeridilir. Ortalama cizgiləri Afrikanın quzeyindeki müsəlman ölkələrindən tutmuş İraq, İran, Türkiyə, Suriya, Əfqanıstan, Orta Asiya, Qafqazın müsəlman dövlətlərini parçalamaq, xristian ermənilərə yeni topraqlar vermək, müsəlmanları bir-birinin üstünə saldırmaq, İsraillə Avropanın xristian ölkələrinin bu yerlərin neft, qaz, başqa  enerji qaynaqlarını ələ keçirməsi, müsəlmanları xristianlaşdırmaqdır.BOP-un ideoloji əsaslarını cızanlardan biri, Roma papası XVI Benediktin dediyinə görə, miladın birinci minilliyində Avropa, ikincisində Amerika ile Afrika xristianlaşdırılmışdır, üçüncü minillikdə Asiya xristianlaşdırılacaqdır!
BOP-da Ortadoğunun 22 müsəlman dövlətinin sınırlarının dəyişdirilməsi nəzərdə tutulub. İsrail 1982-ci ildə İraqın 3 yerə bölünməsi ideyasını irəli sürüb. BOP İsrail üçün yaşamaq strategiyasıdır!
Dünyanın neft-qaz qaynaqlarının 2/3-si Ortadoğu bölgəsində toplanmışdır. Afqanıstanı işğal edəndən sonra İraq Respublikasını dağıdıb ölkədə milli-dini savaş törədən, nefti özü ilə İsrail şirkətləri arasında bölən, dövlətin  quzeyində Kürdüstan «dövləti» yaradıb ərəblərlə kürdləri yenidən düşmən edən, İraq türklərini vətənlərində «milli azlığa» çevirməyə çalışan ABŞ-la sionistlər istəklərinə yeterince çatıblar. Ermənilərin Azərbaycan Respublikasının topraqlarını tutması da BOP-un bir parçasıdır.
BOP-un yaxın amacları İraq, İran, Türkiyə, Suriya dövlətlərini dağıtmaqdır. 2008-ci ilin fevralında Türkiyə Respublikası Yarqıtayının baş savcısı hakimiyətdə olan AKP-yə açdığı davanın siyasi bölümündə partiyanı BOP-u həyata keçirməy çalışmaqda suçlamışdır.
İraqda yaşayan kürdlər bu siyasətin kiçik oyunçusuna çevriliblər. Bu işdə yezidi kürdlərdən də çox yararlanırlar.
Biz, bir çağlar dünyanın ədalət ölçüsü olmuş türklər, yaranışdan, tanrıdan hamının haqqının olduğunu qəbul etdiyimizdən, kürdlərin İraq dövlətinin sınırlarında muxtar yönetim yaratmalarına garşı deyilik. Ancag onların bəlli son 1400 ildə türklərlə, ərəblərla birgə yaşadıqları tarixlərini unudub, yəhudi Primakovların yaratdığı PKK terrorçularının yardımı ilə İraq, Türkiyə, Suriya, İran dövlətlərini parçalayıb türklərin Kərkük bölgəsini ələ keçirməklə dövlət qurmaq istəyinin İslam birliyini dağıtmağa yönəlmiş düşmənlərin işinə yarayan böyük tarixi səhv, aldanış, siyasi macəra – avantüra olduğunu deyirik! Bax: Bilderberq klubu; Sionizm; Masonluq; Erməni mifi.

*Yazı fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkelin “Politologiya (açıglamalarla sözlük, ya da milli kimlik dersləri)” bitiyinin B., 2008, 183-185-ci sehifesinden köçürülmüşdür. Yazıda bir sıra sözlər daha düzgün Türk sözlərile deyişdirilib.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv