Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (II hissə)

Sual: Biznesə münasibətiniz.
Cavab: Biznes əslində əşyaları alıb, əşya satmır. Biznes adam alıb, adam satır mahiyyətcə.

Sual: Asif Ata, Bozqurd cəmiyyəti və eyni zamanda Bozqurd totemi haqqında, zəhmət olmasa, qısa məlumat.
Cavab: Bozqurdlar təxminən 20-ci illərin sonunda, əgər səhv eləmirəmsə, ona görə belə ehtiyatla danışıram ki, onlar haqqında hədsiz dərəcədə çox az bilikliyik. Düzdür, onlar bizim haqqımızda heç nə bilmirlər, biz yenə azdan-çoxdan bilirik. Amma az bilirik. Bozqurdların məqsədi əla idi – bütün türkləri birləşdirmək. İndi onları sevməyənlər deyirlər ki, bu imperiya deməkdir, nə bilim, faşizm deməkdir. Cəfəngiyyatdır. Hələ bilinmir bu nə olacaq. Siyasi bir struktura kimi söhbət getmir ondan. Söhbət mənəvi, ruhani birlikdən gedir. İndi hansı bir siyasi birlik olacaq, o sonranın söhbətidir. Və bunun başında müasir Türkiyənin, mənim zənnimcə, bir nömrəli şəxsiyyəti olan Alp Arslan Türkeş durur. O, polkovnik olmağına baxmayın, əsil türkçüdür. Ziya Göyalpdan da artıq türkçüdür, Əli bəy Hüseynzadədən də artıq türkçüdür. Ömrünü buna həsr eləyib, əqidəli bir adamdır. Köhnə tipli bir kişidir, birsifətli. Bu siyasi aləmdə o necə yaşayır, necə onun bağrı çatlamır, onu deyəmmərəm. Mənim üçün üç Türkiyə var: Birinci, Türkiyə – Anadolu kəndlisi, Kamal Atatürkün əsgəri. Ona böyük hörmətim var. O, köhnə kişidir. O, birsifətlidir, diplomatiya bilmir. Bu saat birsifət­lilik lazımdır. O qədər çoxsifətlilik əmələ gəlib ki, indi birsifətlilik özü bu saat qəhrəmanlıqdır. Zaman Həmzələr zamanıdır. İndi Koroğlular lazım olacaq. Bəlkə indi hiss olunmur o qədər, bu saat Koroğluya ehtiyac var. Birsifətliliyə ehtiyac var. Hamı minsifət olub, hamı diplomat olub, hamı ingilisləşib. Mənim ümidim, türk ümidim birinci Anadolu türküdür, kəndlisidir. Köylü deyirlər onlara.
İkinci, Bozqurd. Həmin o kəndlinin ifadəsi. O ki qaldı Turqut Ozal möcüzəsinə, onu mən sevmirəm. Açıq da deyirəm sizə. Bilirəm ki, sizin çoxunuz mənimlə razılaşmayacaqsız bəlkə də, çox təəssüf. Lakin mən, Qərbləşmədə Türkün xilasını görmürəm. Beş gün olacaq, on gün olacaq… Türk kapitalist ola bilmir. Şükür ki, ola bilmir. Yenə də yevrey gələcək, yenə də erməni gələcək. Başqa paltarda paşa olacaq və yenə də Anadolu türkünü istismar eləyəcək, – erməni, cuhud. Bəlkə mən səhv eləyirəm. Hələ ki, mən səhv eləməmişəm.

Sual: Ata, Alp Arslan Türkeşə münasibət.

Cavab: Böyük, yüksək. Böyük və yüksəkdir mənim ona münasibətim.

Sual: Ali Ehtiram, Müqəddəs Ata. Bozqurdçuların əsas səhvləri nədədir?

Cavab: Bozqurdçuların əsas səhvləri ondadır ki, özlərinin bəzi açıq-saçıq işlərindən ötrü hissə qapılırlar. Kimi öldürüblər ki, onlar? Artırırlar. Hər halda terror olub. Lakin unudurlar ki, onların terroru dünyaya necə təqdim olunacaq. Hər halda onların səhvi ucundan Bozqurdlar faşizm kimi təqdim olunur dünyaya. Bu, onların yeganə səhvidir. Əvvəl ki, mən onu oxudum, – Bozqurdlar haqqında kitab, başdan-ayağa faşizm. Faşizm sözü ilə doludur. Faşizm hara, Bozqurdlar hara?! Gərək mahiyyətə enək. Faşizm nədir? Faşizm almanların dünya üzərində ağalığıdır. Burda məqsəd almanları xilas eləmək deyil. Xilas eləmək, 14-cü ilin versalı məsələsi deyil bu. O başlanğıcdır. Faşizm – dünya üzərində Avropa irqinin iki böyük nümayəndəsi: almanlar və italyanlar. Əsasən almanlar hakimiyyə­tidir: “Dünya ona görə pis günə düşüb ki, biz almanlar ona hakim olmamışıq. Ağa olmamışıq. Bütün dünyanın başı üstündə bir qartal olmalıydı”. Bozqurdlarda belə şey yoxdur. Bozqurd türkü xilas eləyir. Bozqurd gəlir dünyaya hakim olmur, türkləri birləşdirir ki, türk məhv olmasın. Tamam ayrı-ayrı şeylərdir bunlar.
Vaxta var hələ?

Əsil Atalı: Var.

Sual: Müqəddəsimiz Asif Ata, Azərbaycan Bozqurd Partiyasına münasibətiniz.

– Dedim.

Sualın davamı: Əlaqəniz… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Əlaqə deyəndə, ruhani əlaqə başqa şeydir, siyasi əlaqə başqa bir şey. Təbiidir ki, bizim Bozqurdlarla ruhani əlaqəmiz var. Azərbaycan Bozqurdlarıyla yox, əgər Azərbaycanda varsa, onlar niyə özlərini Atadan gizlədirlər? Nə səfehlikdir? Məndən səfehlər gizlənər.

Sual: Ziya Göyalpın Turançılıq ideyaları haqqında.

Cavab: Ziya Göyalpda Turançılıq ideyası hamısı əladır. Yeganə bir şüardan və bir cümlədən başqa. Şüar: “İslam ümmətindənəm, türk millətindənəm, Avropa mədəniyyətindənəm”. Bu, nə deməkdir? Demək, türkün özünün mədəniyyəti yoxuymuş? Sonra ümmət nə olsun, millət olan yerdə ümmət nə olsun? Ümmət milləti əvəz eləyir. Xristian dövləti yoxdur. Xristianlıq Avropada hakimdir. Almaniya var, Fransa var, İngiltərə var, İspaniya var. Bizdə isə Azərbayan yox idi son vaxta qədər. Müsəlman vardı və müsəlman ölkələri vardı. Necə türkə xeyir verə bilər bu ideya ki, necə sən millətçi ola bilərsən, müsəlmançılıq səni özündən ayırır, ümumi bir müsəlman eləyir. Beynəlmiləlçi. Müsavatın da, o barədə söhbətimiz oldu, səhvi bundan ibarət idi. İkinci, Avropalaşma hara, Türkləşmə hara?! Avropalaşmanı gördük. Kamal Atatürk kimi dahi bir adam səhv elədi. Hələ hiss eləmirlər. Avropalaşma bizə nə ziyan verdi, onu bilmirlər. Hələ ki, konservatoriya açdı, akademiya açdı, hələ ki, yaxşı şeylər. Konservatoriyanın əvəzini nə ilə çıxdı? Akademiya olmasaydı, nə olacaqdı? Ondan yaxşı bir şey olacaqdı. Çox təəssüf ki, hələ Şərq aləmini təhlil eləmirik, ümumiləşdirmirik. İkinci, bir cümlə ki, Avropa işığı türk qaranlığını yaracaq. Avropa işığı türk qaranlığını artırdı, qatılaşdırdı. Qalan məsələlərdə Ziya Göyalpa da, Əli bəy Hüseynzadəyə də mənim çox böyük hörmətim var. Vaxtilə onlardan çox şeyi əxz eləmişəm, öyrənmişəm, bəhrələnmişəm. Bax, mənim, şüar bizdə olmaz, mənim carım: Türkəm, Şərqliyəm, İnsanam.
Hələ Nazim Hikmət lap ağ eləmişdi: “Mən əvvəl kommunistəm, sonra bəşərəm, sonra türkəm”. Kommunistsənsə nə təhər türksən sən. Türkdən kommunist olmaz. Türkün sifəti birdir. Siz elə bilməyin ki, mən Nazim Hikmətin yaxşı şeylərini inkar eləyirəm. Onun beş-altı yaxşı şeiri var. Lakin onun Türkiyəyə elədiyi pisliklər şeirlərindən qat-qat artıqdır.

 Sual: Asif Ata, Atam mənim. (Mahir bəy Özcanın sualı: Demək, orda ki, familiya var, ad var onu Ata oxuyur). Ziya Göyalpın Türkçülük və tanrıçılıq ideyaları reallaşa bilərmi?

Cavab: Əgər reallaşmasa, türkçülük məhv olacaq. Belə getsə, təsəvvür eləyin, vəziyyət… Milyonlarla Uyğur var. Uyğur öz türklü­yünü qəti bilmir. İnanmır. Başqa türklərlə danışa bilmir. Çünki o, Çində yaşayır. 20 milyondan çox Cənubi Azərbaycan türkü var. Onlar öz dilini yavaş-yavaş itirməkdədir. O gün Ərdəbil haqqında kinoya baxdım. Gecə mən yatammadım. Mənim kimi iradəli bir adam. Hər cümlənin yalnız son fe’li türk sözüdür. Qalan hamısı fars sözüdür. Uyğurla çuvaş çox yaxındır bir-birinə. İkisi də gərək rusca danışsın. Hamısı adlarını dəyişib İvanovlaşıb. Türk demək olar ki, 40% azaddır. Birləşməyib nə qayıracaq?

Sual: Asif Ata, əsrimizin ən böyük aşıqlarından olan Aşıq Veysəl bir şeirində “səhvimizdir şərqi bəzək, türkük, türkü çağırarıq” deyir. Burada həqiqi Şərqə düşmənçilik, yoxsa İslam düşmənçiliyi vardı? Ümumiyyətlə, Aşıq Veysələ münasibətiniz.

Cavab: Aşıq Veysələ münasibətim yüksəkdir. Çox böyük bir aşıqdır. Bəlkə Türk Dünyasının iki, ya üç aşığından biridir. O ki qaldı bu şeir, Osmanlı ədəbiyyatına qarşıdır bu şeir. Hərçənd Osmanlı ədəbiyyatında da gözəl əsərlər var. Onu inkar eləmirik. Amma hər halda divan əsərlərinin fəlakəti onda idi ki, fars, ərəb sözləriylə o qədər dolurdu ki, onun özünü tərcümə ilə oxumaq lazım olurdu. Amma qoşmalar, hətta Yunis İmrənin dahiyanə qoşmaları belə, hədsiz dərəcədə aydın və hədsiz dərəcədə şəffafdır. Bax, bu şəffaflıq üçün o deyirdi. Türkü, yəni türk üslubu, yəni heca. Türkiyənin ən böyük səhvi onda oldu ki, özünü tanıyandan, yəni Osmanlı dövründən indiyə qədər Azərbaycana əhəmiyyət vermir, Qərbə üz tuturdu. Onlar başa düşmürdülər ki, Azərbaycan Anadolu və Orta Asiya türkləri arasında körpüdür. Azərbaycan türkün mərkəzidir. Bu proses hələ indinin özündə də ləng gedir. Mən razıyam. Burda mənim fikrimlə sizin fikriniz üst-üstə gəlir. Yeganə onu əlavə eləmək istəyərdim ki, türkün səhvi təkcə bu deyil. Amma ən böyük səhvlərindən biri budur. İntəhası, bəs bizim səhvimiz deyilmi?! Axır vaxta qədər türkə biz ağız büzmürdükmü?! Hüseyn Cavidə biz gülmürdükmü, ona lağ eləmirdikmi?! Əsərlərində onun sözü hamısı Osmanlı-türk dilindədir. Gəlin, məsələni belə qoyaq. Biz də Osmanlıya qarşı çox nanəcib olmuşuq. Özümüzü də qınayaq. Bircə əlavəm odur. Qalan fikirlərlə razıyam.

 Sual (Yenə Mahir bəy Özcanın sualı): İndiki Türkiyəyə və Türkiyə siyasətinə münasibətiniz necədir?

Cavab: İndiki Türkiyənin siyasətini mən belə başa düşürəm. Qərbləşmə yolu ilə 5-10 il parlamaqdan sonra sönmək. Təki mən səhv eləyim. Qərb heç kəsə balaca bir qırıntı çörəyini elə-belə vermir. Çox gözəl bilir ki, Turqut Ozala neyləyir. Necə gözəl bilir Qorbaçova neyləyir. Ona mükafatı verəndə də bildi, onu qaldıranda da bildi. SSRİ ona lazım deyildi. Millətlər ona lazımıydı. İndi də başqa həvəsi var Qərbin. Qərb bir şey istəyir, bütün dünya Qərbə qərq olsun. Bunu qafiyə xatirinə demirəm. Turqut Ozala bir şey lazım idi ki, biz kasıb idik, indi gəlib görürsünüz hər şeyi var. Hər şeyi var, indi onu Anadolu kəndlisi ala bilirmi? Bir zaman zəhmətkeşdən istifadə eləyirdilər, orden verirdilər, işlədirdilər. İndi zəhmətkeş yoxdur, – nə televiziyada, nə qəzetdə. Zəhmətkeş olmalı­dır. Zəhmətkeşsiz olmaz bu dünya. Marksın inhisarına vermək olmaz zəhmətkeşi. Sonra baha başa gələr. Orda da həmçinin. Milyoner üçün gözəldir, bəli. Bəs fəhlə üçün necədir? Çox pis.
Pul artdıqca fəhlənin günü azalır, pul 5% adam üçündür. 95%-in ölümüdür kapitalizm. Ölüm! Tox ölüm də ola bilər. Dünya bir dairəyə düşmüşdü, ağa-nökər dairəsinə. Bu dairədən çıxmaq istəyir, çabalayır. Marks kimi avantüristlər ondan istifadə eləyirlər. Ancaq bu, o demək deyil ki, o dairədə qalmalıdır. Məsələ bundadır. Mənim ən böyük arzum fəhlələrlə görüşməkdir.

Sual: Sizin fikrinizcə, türkün öz dini olmalıdır, yoxsa İslamı təbliğ eləməlidir?

Cavab: Mənim fikrimcə, türkün təzə İnamı var – Mütləqə İnam. Gələn dəfə biz onu sizə deyəcik. Bu, onunkudur. Bu, türkün canından çıxıb, Zərdüştdən gəlir, Babəkdən gəlir, Dədə Qorquddan gəlir, Sazdan gəlir, Muğamdan gəlir, Füzulidən gəlir.

Sual: Hörmətli Asif Ata, “Türkçülük, İslamçılıq, Müasirlik” şüarlarının bir-birinə zidd olduğunu biləndə özünü türkçü adlandıran Zəka deyir ki, Alp Arslan Türkeş özü də İslamçıdır. Bu haqda və müəllif haqqında…

Cavab: Mənim Rafiq Zəka kimi adamlara münasibətim hədsiz dərəcədə mənfidir. Ola bilsin siz mənimlə razı deyilsiniz. Öz işiniz­dir. Yalnız və yalnız onun bir cəhəti var: yaxşı hafizəsi var, türk şeirlərini əzbər bilir. Qalan hamısı avantüra, bütün onun mənası da bir dağarcıq çirk. Əsərlərinin də 80%-i Lenin, partiya.

 Sual: Müqəddəs Ata, mənfur Marksist tarixçilər bunu əsaslandırırlar ki, Şərqdə inqilabçılar, üsyançılar din tərbiyəsi altında olub.

Cavab: Bu tamamilə yanlışdır. Şərqdə milli azadlıq üsyanları olub. Onun başında isə türkçülük durur. İndi İslam fundamen­talizmini ortaya atırlar. Çünki türkdən qorxurlar. Türkçülük sürətlə artır. Doğrudan da dünyaya türk gücü lazımdır.
Onu da qeyd edək ki, türkün türkdən başqa dostu… Tamam razıyam. Bir-iki kəlmə İslam fundamentalizmi haqqında ki, biləsiniz Atanın bu haqda fikrini. Fundament təməl sözündəndir. İslamda guya hər şey həll olunub, bütün məsələ həll olunub. Nə siyasət xüsusi, nə mənəviyyat xüsusi, nə astronomiya, nə elm… Hamısı burda var. Ona görə də bütün dünyanın təməli İslam əsasında qurulmalıdır. Təməli ha. Tam başdan-ayağa İslamlaşmalıdır. İslamın qadına münasibə­tindən dəm vururlar. Qəribə bunların sifəti var. Qadının siması Hürufilərdə Allahın Quranıdır. Onu niyə bağlayırsan? Düzdür, sifətə pis gözlə də baxmaq olar, pişik gözüylə də, tülkü gözüylə də. O başqa məsələ. Canavar gözüylə. Eyni zamanda heyrətlə də, aşiq gözüylə də. Sən sifəti gizlədirsən. Sən göyü gizlədirsən. Hələ bunun­la da durub fundamentalizmdən dəm vurursan. Mən sənin estetikanı qəbul eləsəm, gərək mən qadının sifətini gizlədəm və bütün ədəbiyyatı ləğv eləyəm. Ədəbiyyatın dahiyanə əsərləri, Füzulinin dahiyanə əsərlərinin 90%-i sifətə həsr olunub. Sifətdəki ilahiliyə. Kimi aldadırlar bunlar, neyləyirlər, camaatı nə günə salıblar?! İslam fundamentalizmi bəşəriyyətin üz bükülməsi ola bilər yalnız. Mən yalnız estetikadan danışdım burda. Sonra sən niyə qorxursan axı, o sifətdən? Sən kişisənsə, səni sevirlərsə, sən niyə qorxursan ki, o sifət başqasına qismət ola bilər, nə kişilikdir bu?! Bir də sənin dörd arvadın varsa, niyə onun dörd kişisi olmasın! Əgər sən humanist­sənsə?! Görürsüz, hamısı başdan-ayağa cəfəngiyyat. Beş günlük də eşq olar? Beş gündə doğulan uşaq nə olar?! Hələ mən xəlifətdəki bazarları demirəm, qul bazarlarını. Qadınları da satırlar humanist İslamçılar. Bilirsinizmi, bunları bilmirlər. Camaat yəqin ki, bilmir bunu. Ya da ki, mən məəttəl qalıram. İslamda bəzi sanitariya məsələ­ləri, üzr istəyirəm sizdən, sanitariya problemlərindən başqa heç nə yoxdur. Sanitariya kimi istifadə eləmək olar onu, bədii səviyyədə. Yaxşı işdir, təmizlikdir. Mən bunu, burda həkimlər olduğu üçün çox ciddi deyirəm. Sanitariyaya aid bəzi işlər gördülər. Əgər Məhəmməd olmasaydı, ərəblər heç onu da görməyəcəkdilər.

Sual: Peyğəmbərimiz Asif Ata, Atatürkün Qərbə üz tutmasını necə qəbul eləyirsiniz?

Cavab: Atatürk öz fəlsəfəsini yaratmadan, cavan bir vaxtda tarix onu saldı meydana. Türkü qurtarmalısan. Artıq bölürlər. İtaliyaya nə düşəcək, nə bilim, Fransaya nə düşəcək, və bu zaman hardaydı onun vaxtı ki, filosofluq eləsin. Görsün hara gedir. Tez bir vaxtda. Şahmat kimi, vaxt çox az idi. Kamal Atatürkü mən qınamıram. Çox pis vaxtda elə bəsdir. Gəlin, biz böyüklərimizin gördüyü yaxşı işə görə qiymət verək. Böyük adamdır, fəxrimizdir. O, olmasaydı, batacaqdı. Türk getmişdi əldən. Bir var sən filosof olasan, vaxtın olar, durub fəlsəfi konsepsiya da yazasan. Bir də var, sən döyüşə gedirsən. Sabah parlamentdə danışmaq. Ona görə nə var idi tez götürürsən. Parla­ment, ondan sonra Qərbçilik. Əlin altında varsa onu, real nə varsa. Gerçəkliyi ötmək burda mümkün deyil. O da belə oldu. Misirin əvvəlki prezidenti kimi. Bir də sonradan öyrənirlər. Çoxusu sonradan hakim olurlar. Yazıq 36 yaşında üsyan eləyir, cavan bir adam. Hələ heç nə də bilmir. Sonra başlayır yavaş-yavaş artmağa. İndi yazıq xalq buna görə ya səhv eləyir, ya artır. Onun taleyini mən belə görürəm. Və o cür ölümünü də. Bilmirdi nə qayırsın. Gah o rusa, gah…

Sual: Hörmətli Asif Ata, mən bütün varlığımla türkçülüyə bağlıyam. Sizcə pasporta türk yazılmaq vaxtı gəlib çatmayıb ki?

Cavab: Pasportu böyük şey hesab eləmirəm. Pasport balaca işdir. Mənim balalarımın pasportu da var, Evlad nişanəsi də. Evlad nişanəsini gözlərinin üstünə qoyub saxlayırlar. O birisini də yeşikdə.

Sual: Azərbaycanı ikinci qaçqın fəlakəti gözləyir. O da Gürcüstanda yaşayan azərilər məsələsidir. Buna sizin münasibətiniz.

Cavab: Düzdür, əvvəl vardı, mən də getmişdim, görüşlərim oldu Borçalıda. Deyəsən, bir az azalıb. Bir az, deyəsən, qeyrətə gəliblər. Əgər onlar Borçalını buraxıb bura gəlsələr xəyanətdir. Çünki Borçalı əslində Qazax mahalıdır. Necə ki, Atanın anadan olduğu Qaraqo­yunlu Ermənistanın deyil. Heç vaxt da Ermənistanın olmayıb. Sonradan qatılıb. Aşıq Ələsgərin vətəni olan Göyçə qətiyyən Ermənistanın deyil. Hərçənd Ermənistan adlanır. Bunlar hamısı köhnə türk elləridir. Birləşməlidir bunlar.

Sual: Türkiyədəki türklərə münasibətiniz.

Cavab: Mən bu suala, məncə, hərtərəfli cavab verdim. Üç Türkiyə ideyası: Anadolu türkü, Bozqurdlar, bir də Turqut Ozal Qərbçiliyi.

 Sual: Sizin təsəvvürünüzdə Türk Dünyasının gələcəyi.

Cavab: Birləşəcəksə, Şərqin başında durmalıdır mütləq. Mən sizin üçün Türkiyəylə bağlı bütün ideyaların bir hissəsini gətirmiş­dim. Gələn dəfə ondan başlayarıq.

 

VI kaset

Ata: Mən belə başa düşürəm, türk gərək birləşsin. Farsa qarşı yox, fars şovinizminə qarşı. Farsa qarşı yox, tata qarşı yox. Şərq birləşməlidir. Şərq irqi yaranmalıdır. Necə Avropa irqi var, ondan da yaxşı. Ona görə gərək çox müdrik olasan.
Gərək bir tərəfdən türkü birləşdirəsən, bir tərəfdən türkü Şərqə qarşı qoymayasan. Türkü ərəb şovinizminə qarşı, İslamçılığa qarşı qoyasan. Ərəb aləminə qarşı qoymayasan. Çünki Şərq birliyi durur qabaqda.

Əsil Atalı: 20 yanvardan… (Demək istəyir ki, Atanın “20 Yanvar”dan danışmasını rica edirlər – S.A.)

 Ata: Bizim bugünkü mövzumuzdan əl çəkməmişik. “20 yanvar” haqqında Atanın ideyaları onun içindədir. Onları mən sizə indi oxuyacam. Bir dəfə də gəlin ayağa qalxaq. Aqibətimizdir. (20-25 saniyə ayaqda olurlar – S.A.) Əyləşin.

 “20 yanvar”

(Vaxt üçün yalnız. Mən şifahi nitqi qat-qat yazılı nitqdən artıq hesab eləyirəm. İntəhası, vaxt azdır).

“Qərb erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü, doğrudan da, müstəqil saydı və mərkəzə diş qıcatdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat blokadaçılarına atıldı balalarımıza atılan güllə. Cəlila­bad­lılara atıldı, Naxçıvanlılara atıldı, Lənkəranlılara atıldı, tətilçilərə atıldı. Gəncə adına atıldı. Xətai adına atıldı.
Balalarımızı ordunun üstünə göndərənlər balalarımızla bir yerdə ölməli idilər. Onda günahlarını yuya bilərdilər. Hökumət camaata bildirməliydi ki, müstəqildir. Bu səbəbdən də, Kirovabadı Gəncə adlandırdı. Hökumət mərkəzə bildirməliydi ki, qeyri-müstəqildir. Bu səbəbdən də, ordunu köməyə çağırdı. Azərbaycan hökuməti, qeyri-formallar özlərini və xalqı tələyə saldılar. Bir-birinin ardınca kalca­sına tədbirlər gördülər və mərkəzə müdaxilə imkanı yaratdılar. Şərə xeyir verdilər. Balalarımıza gülləni rus imperiyası atdı, erməni daşnakları atdı. Azərbaycan hökuməti atdı, qeyri-formallar atdı. Ərin­dən küsən xanım qətiyyəti vardı, Azərbaycan hökumətinin ayrılmaq haytasında.
Dünya bizi ağlamır, çünki bizim vətəndən başqa dünyamız yoxdur. Bakıdan qaçanlara ağlayır dünya. Bakıda qırılanlara ağlamır. Dünyanın balalarımıza ağlamaq ləyaqəti çatmadı.
Hökumət əvvəl mərkəzə hayqırdı, sonra rus əhalisinə yalvardı. Öz haykırtısından diksindi. Əvvəl ayrılmağa dartındı, sonra qardaşlıq ailəsindən beşəlli yapışdı.
Azərbaycana beynəlmiləlçilik gülləsi dəydi.
Balalarımızın qırılması Azərbaycan hökumətini qorxutmadı. Rusların qaçması qorxutdu.
Ölənlər qalanların əcdadı oldular. Qalanlar ölənlərin varisi olmalıdırlar.
Göylər balalarımıza ağladılar, muğam yaşıyla.
Balalarımızı əvvəl rus gülləsi qırdı, sonra şaxsey-vaxsey naləsi.
Tənha ağlayarlar, birgə gülərlər.
Stalinin quraşdırdığı xalqlar dostluğundan Qorbaçovşinanın yenidən qurduğu yağılıq.
Qurmaçı əslində millətlərə deyir: bir-birinizi qırın ki, sizi təzədən qurum.
Erməni məsələsi: Erməninin Türkiyə daxilində milli dövlət yarat­ması əslində Rusiyanın və İngiltərənin Türkiyəyə daxil olması demək idi. Türkiyə özünü qorumalıydı və erməni məqsədini rədd etməliydi. 15-ci ildə, Erməninin Böyük Ermənistan iddiası əslində dünyanın bir hissəsinin zəbt edilməsi deməkdir. Dənizdən-dənizə şüarı təzə reyx kimi bir şeydir, cəfəng və qəddar.
Erməni kapitalizmi sərmayəçiliyi təmsil eləyir. Kapitalizm isə antiinsanidir. O cümlədən Yenidənqurma kapitalizmi. Erməni mənə­vi eybəcərliyə təbii surətdə qovuşur. Ruhani həqarətdən çəkinmir. Xəyanətdən bəhrələnir (İndi bu, sübut oldu 20 yanvarda). Bu səbəbdən də, erməninin sabahı yoxdur. Erməni dirilmir, ölür. Haytalı, riyakar, pozğun ölüm gözləyir ermənini.”
Bu yazı yazılıb fevralda. 1990-cı ildə, Bakıda. İndi bu yaxınlarda bir qəzet üçün yazdığımı da sizə oxuyuram. Qəzetdə çıxmışdı. Onun dəxli yoxdur.
“20 yanvarda “Demokratik Qorbaçovşina” azərbaycanlılara qarşı qanuni diktatura törətdi. Bakı zəbt olundu, şəhərimiz qana qəltan oldu. Total zorakılıq tüğyan elədi. Qorbaçovşina demokratiyasının mahiyyəti aşkara çıxdı. Demokratik diktaturadan zülm, qan havası çökdü aqibətimizə. Demokratik 28 aprel, 37-ci il göründü. Qorbaçovşina dişini üstümüzə qıcadı. Bizə demokratik divan tutdular. Demokratiya tüğyanı yeridi üstümüzə. Mahiyyətcə “tak dalşe jit nelzya” sözündən başqa tarixdə heç bir söz deyə bilməyən Qorbaçovşina bizdə öz qanlı sözünü deyə bildi. Məlum oldu ki, Qorbaçovşina, mahiyyətcə, azğın diktaturadır. Xaos, gərginlik, anar­xiya  demokratiyanın nicatı və silahı oldu. Totalitarizm zindanından demokratiya cəngəlliyinə düşən xalq yenə bədbəxtdir. Dünya siyasətində dişsiz olan Qorbaçovşina azərbaycanlılara münasibətində dişsiz deyil. Onun dişi dəmirdəndir. Məlum oldu ki, Qorbaçovşinaya bel bağlayanın beli sınır. Məlum oldu ki, demokratiyanın üzü hərc-mərclikdir, içərisi zorakılıq. Məlum oldu ki, xalqın üzərinə demokratik diktatura qalxır, xalq bunu bilməlidir, buna hazır olmalıdır.”
Bundan artıq bizim matəmimiz haqqında demək də lazım deyil. Söz fikri üstələsə, biz böyüklüyümüzü xırdalayarıq.
Beləliklə də, fərəhimizi də gördük, kədərimizi də. Matəmimizi də gördük, İşığımızı da. Məqsəd matəmin üstündən adlayıb böyüklüyü­müzə qayıtmaqdır. Buna biz nail olmalıyıq. Yoxsa bizim ömrümüzün heç bir mənası yoxdur.
Saat neçədir?
Get o camaata, onların başçılarına de ki, qoy qalaq da. Ondan nə gedir?! (Fikir Evi “Bilik” Cəmiyyətində keçirilirdi. Vaxt az verirdilər. Ata ona görə tez-tez soruşur ki, vaxt qurtarırmı – S.A.)

 Əsil Atalı: Hə, çatacaq yəqin ki.

Ata: Bundan sonra artıq biz Azərbaycanımızın nə olduğunu bildik. Onun mahiyyətinə qovuşduq. İndən sonra Təzə İnamın mahiy­yə­tinə hərtərəfli qovuşacıq. Mütləqə İnama, Özüylədöyüşə, Ruhani Birliyə, Müstəqil Vətənə, Özümlü Şərqə.
İndi yenə sualınıza cavaba keçirəm.

Sual: Hörmətli Asif Ata, siz inanırsızmı Azərbaycanda yeni yaranmış Xürrəmilər hərəkatı Bozqurddan da yüksəkdə duracaq, hər cəhətdən?

Cavab: Mən sizə uğurlar arzulayıram. Əlimdən gələn köməyi də sizdən əsirgəmərəm.

Sual: Müqəddəs Ata, hal-hazırdakı vəziyyətdə Azərbaycan xalqı yeni yaradılmış Milli Şuraya inana bilərmi?

Cavab: Yeni yaradılmış Milli Şura bütün fikrini versin Qarabağ məsələsinə. Bu saat döyüşməsin. Mitinqdə bu saat hökumətlə döyüşməsin. İndi ki, bu işi başlayıb, hələlik hökumətlə döyüşməsin. Hökumətlə döyüşə-döyüşə Qarabağla döyüşə bilməz. Qüvvəsini birləşdirsin, vaxtı var onun. O söhbəti saxlasın sonraya. Hakimiyyət uğrunda döyüşməsin. Qarabağda bir nəfər də əzazil erməni qalmamalıdır. Burda mən bütün azərbaycanlılardan türk zalımlığı tələb eləyirəm. Kim nə deyir desin. Bu saat onlar fikirləşirlər ki, təzə fantaziyasından nə yaratsın. Bu saat orda oturub erməni fikirləşir.

Sual: Asif Ata, Azərbaycanın yenidən Ermənistana müharibə elan etməsinə necə baxırsınız?

Cavab: Elan eləməyin, hay-küy salmayın, bütün hamısı olsun. Parlamentin bütün məsələlərini, hamısını Ata qəbul eləyir. Bir hərbi elandan sonra. Lazım deyil bağırmaq. Elan niyə, elə də. Bir işi elə. Niyə elan eləyirsən ki?! Ağıllı adamlar işi görər, sonra ona ad tapar. Ad tapırıq, sonra iş görürük.

Sual: Müqəddəs Ata, telestudiyanın qabağından (?) düşən avtobuslarına münasibətiniz.

Cavab: Çox yaxşı, yüksək. Arzum odur ki, onlara heç bir xətər toxunmasın. Yaxşılarımız ölür, pislər qalır. Bu olmasın.

Sual: Asif Ata, ayın 26-da keçirilən sessiyada prezidentin çıxışına münasibətiniz.

Cavab: Yaxşı qulaq asammadım. O qədər əsəbi idim ki, yaxşı, axıra qədər qulaq asa bilmədim. Mənim zənnimcə, sazişə qol çəkəcəklər, – hər ikisinə. Mən də bunun əleyhinəyəm. Lakin bu saat heç kəsi tənqid eləmirəm. Qarabağı xilas eləyin, sonra söhbətimizi eləyərik. Vaxtı deyil. Gəlin, bu saat heç bir söhbət eləməyək Qarabağdan başqa. Muxtariyyətin ləğv olunması ikiəlli ürəyim­dəndir, çoxdan mən bunu deyirdim. Çoxdan deyirdim. Demokra­tiyanı dəyişin deyirdim. Deyirdilər ki, bunu eləsək, bizi qıracaqlar. Eləmədik və qırdılar.

 Sual: Müqəddəsimiz Asif Ataya Ali Ehtiram! Bunu İlkin bəy yazır.

(Burada Ata sualı oxumağı unudur, birbaşa cavab verir – S.A.)

Cavab: Bizim üçün Azərbaycan tarixi antiazərbaycan tarixi şəklində yazılıb.
Çünki Azərbaycan SSRİ-nin daxilində olub. Çünki millətlərin bir-birinə qovuşması ideyası təsdiq olunub. Nə tafotu var Azərbaycan, nə tafotu var erməni, – hamı bir millət olacaq. Belə incə genatiz məsələsi olmayıb. Böyüyürsən, artırsan, heç nə itirmirsən. Nə tafotu var Azərbaycan, ya başqası. Bu pis şeydir. Millət kapitalizmdən ötəri bir keyfiyyətdir. Kapitalizm məhv olan kimi, o da məhv olacaq. Budur ha, görürsüz, fəlsəfə necə antifəlsəfə. Hələ deyirsiz ki, bu nə fəlsəfədir. Marksizm antifəlsəfədir. Marksizmin canı elə budur. Millətlər bir-birinə qovuşacaq. Gözəl də səslənir. Lakin kim nə düşünür? Bakıda ruslar var. Mən ona durum deyim ki, sən Tolstoyu öyrənmə, mənimki bəsdir. Mən murdar adam olaram. Onun Tolstoyu var. Öyrənsin. Tolstoy dahidir. Dahi bütün bəşəriyyətə aiddir. Mən bunu deyim ki, yox gəl mənimlə birləş, dilini də unut. Nəyinə lazımdır? Qoy elə bir yerdə olaq. “Tak udobnoe”. Belə fəlsəfə olar? Bax, Marksizm elə “tak udobnoe” fəlsəfəsidir. Özüm onu rusca dedim. Çünki onu sonra bizə rusca çıxartdılar. Alman dilində biz Marksı oxumamışıq.

Sual: Ata, nə üçün Azərbaycan tarixi… (sualı axıra qədər oxumur – S.A.)

Cavab: Bu sualınıza, Elçin bəy, cavab verdim.

Sual: Şumerləri Turanlılar hesab etmək olarmı?

Cavab: Olar. Çünki şumerlər turanlılardır. Bunu tək Ata demir. Turanlılar da türkdür. Hamıya məlumdur Şumer Yevropoid deyil. Hamıya məlumdur ki, şumer semit deyil. Hamı deyir ki, semitlər gəldilər Şumerliyi əlindən aldılar. Bunu tək mən demirəm. Hamı deyir. Tək İsa Hüseynov demir. Bəs nə qalır orda? İki irq qalır: Monqoloidlər, bir də zəncilər. Hamıya aydındır ki, Şumer zənciyə heç oxşamır. Çünki şumerin antropologiyası da var. Boyu, buxunu, sifəti bizə oxşayır. Məsələ tək onda deyil. Turanlılar kimdir? Oğuzlardır. Oğuz kimdir? Türkdür. Türkün də azər qolu bizik. Tam inanıram. Bizə deyirlər ki, sonra heç nə eləmədiz. Sənə nə ə, heç nə eləmədim? Bəs Füzuli, bəs Cəlaləddin Rumi? Elə ikisi bəsdir də. Nə eləmədim? Hər şeyi də elədim. Sən nə elədin? Sən paravoz yaratdın. Paravoz pis şey deyil. Paravoz heç kəsi xoşbəxt eləmir. Çətin məqamda adama adam lazım olur. Bir dənə yaxşı bir insani təbəssümü sən necə paravozla əvəz eləyərsən? Bir dənə yaxşı bir hal ilə, sakit bir əl çətin məqamda gəlir sənin çiyninə qonur. Həyat budur. Sən məni niyə aldadırsan? Ümumiyyətlə, soykökümüz haqqında Atanın bir neçə kəlməsi: deməli, kökümüzün ən dərin qatı şumer. Şumer Midiyada özünün başqa bir ifadəsini tapdı. Şumer – Midiya. Midiya – Səlcuqlar. Kökümüzün üç şaxəsi var: Birinci, Şumerlilər, ikinci, Midiyalılar ki, fars deyillər, onlar da türkdürlər, intəhası prototürklər. Onlar xüsusi türklər, ilk türklər, əcdadları­mızdır. İndiki türkə tam bənzəmirlər, təbiidir. Ulu babalarımızın ulu babası bizə necə oxşayırsa, fərq var hər halda. Şumer də bizə o cür oxşayır. Amma ulu baba hər halda ulu babadır. Və Səlcuq. Üç yerə şaxələnən böyük bir budaq. Soruşa bilərsiz, təxminən türk nə qədərdir. Əgər belə yığsan, əməlli-başlı 300 milyon. Və hansı ərazini tuta bilər? İndiki SSRİ-dən iki dəfə, üç dəfə artıq.

 Sual: Müqəddəs Ata, dərdimiz, ağrımız hamımıza məlumdur. Siz çıxış yolunu nədə görürsünüz? Doğma Azərbaycanın işıqlı sabahı naminə biz gənclər nə etməli?

Cavab: Siz gənclər indi bu saat əlinizdən gələni eləyirsiz ki, Qarabağ problemi həll olunur. Heç olmasa beşgünlük də olsa, Qarabağ bu saat, bu dəqiqə, bu saniyə Atanın sizə tapşırığı budur. Sonradan döyüşürsünüz yalançı müstəqilliyə qarşı, yalançı yenidənqurmaya qarşı. Ondan sonra eyni zamanda Azərbaycanda Müqəddəs İnam üçün də əlinizdən gələni verirsiniz. Zorla yox. Azərbaycanda, burda biz Təzə İnam yaradırıq. Bu İnam bütün dünyaya işıq saçır və dünya bizdən öyrənməyə başlayır. Bax, bunu arzulayıram sizə.

Sual: Müqəddəs Ata, siz bayaq belə bir ifadə işlətdiniz ki, gənclərimiz yetimdir. Mən o fikirlə razıyam. Sizdən xahiş edirəm deyəsiz, bu yetim gənclər Ataya evlad olmaq üçün özlərində hansı keyfiyyətlər axtarmalıdır? Ümumiyyətlə, Azərbaycan gəncləri hal-hazırda özlərini hansı keyfiyyətlərə qarşı qoymalıdır?

Cavab: Birinci, ya heç nəyə inanmayın, ya da inamınız Mütləq olsun. Deməyin ki, əşi, bu inamdır da, bunun bir tərəfi də qoy elə cəfəngiyyat olsun. İnanmayın. Sizin hələ bu saat öyrənmək vaxtınızdır. Deyin ki, əgər cənnət varsa, demək, inam yoxdur. Əgər cəhənnəm varsa, inam yoxdur. Məni aldadırlar. Əgər bu mollalar ölümdən də bəhrə götürürlərsə, ölüm gününü özlərinə bayram eləyirlərsə, “ya hər şey, ya heç nə” qoy sizin deviziniz olsun. Özü də bunu tək romantika kimi qəbul eləməyin. Ömür yönü kimi qəbul eləyin. Çünki bu ağır işdir. Bu birinci. İkinci, çalışın həqiqətiniz tam olsun, ya da olmasın. Yarı şübhə, yarı inam olmasın. İdrakın özü tam olsun, bütöv olsun. Həqiqətinizi tapmasanız, xoşbəxt ola bilməyə­cəksiz. Bilin və agah olun, ömür həyata həsr olunanda mənasız olur, – ən yaxşı ömür belə, ən gözəl ömür yoldaşı belə ən gözəl balaların belə, ən gözəl evin, eşiyin belə. Gərək ömür Amala həsr olunsun ki, o ev-eşik də işıqlansın Amalla. Bu ikinci. Üçüncü, mənəviyyatınızda da qoymayın, deməyin ki, əşi bu mənim kiçik nöqsanımdır. Marksa inanmayın, bir az həyəcanlanıram, bağışlayın. Marksa inanmayın o deyəndə ki, insanda nöqsan olmalıdır. Axmaq fikirdir, mən də elə bilirdim cavanlıqda. Nə olsun ey, mən filan adamı aldatdım. Mən ondan ötəri aldatmıram ki, ümumiyyətlə, bir dəfə aldatdınsa, aldatdın. Gərək sonra özünü çox ciddi döyəsən, tənbeh eləyəsən. Dördüncü, iradənizi elə eləyin ki, kollektiv sizə, kollektiv deyəndə ki, sizin üzərinizdə ağa olmasın. Zaman ağalığı olmasın. Bax, onda siz xoşbəxt olacaqsız. Əgər bunları eləməsəniz, yalandan xoşbəxt olacaqsız. Elə biləcəksiz ki, xoşbəxtsiz. Əslində bədbəxt olacaqsız.

 Sual: Asif Ata, sizin Qərbin eybəcərliyini Azərbaycana gətirən gənclərə münasibətiniz…

Cavab: Yazıq adamlardır onlar. Amma o yazıqlar murdar iş görürlər. Ona görə daha yazıq olurlar. Bir var ki, bu adam açıq-saçıqlığa baxır, erotika dərsi keçir və ona yevrey başa salır ki, erotika özü də elə dərsdir. Sizdən min dəfə üzr istəyirəm. Sual elədir ki, bunu… bir də mən sizin atanızam. Mən deyə bilərəm. Mənim yaşım da, saçım da ona imkan verir. Erotika, açıq-saçıqlıq, seksomaniya, bunları bizə belə yedirdirlər ki, bu da bir mədəniyyətdir. Guya bizim babalarımıza bu lazım olub və analarımız dərs keçməsəydilər Nəsimi kimiləri doğmayacaqdılar. Köpəklər! Xüsusi dərs keçirlər. Bəli, bu dərs keçənləri adam saymaq olmaz. Məhəbbət lazımdır. Orda hər şey var. O da dərslə deyil. Onun mənası çox böyükdür. Məncə, sualınıza cavab verdim. Bundan artıq demək olmazdı.

 Sual: Siz noyabr ayının 24-də Qarabağa diktor Çingizin çağırışı ilə gedən 5 maşın könüllülərin ayaqyalın getməsinə necə baxırsız? Atanın fikrincə bu əzrayıl oğulları… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Bəli, çox pis baxıram. Çox narahatam. Getmələrinə yaxşı baxıram. Ayaqyalın getmələrinə pis baxıram və sizin kimi mən də narahatam. İndi bunu kim yaratdı? Erməni. Ona görə ermənini məhv eləmək lazımdır. Bizi belə narahat günə salan da odur. Çünki dişinə qədər silahlanıb. Ona görə hərb elan eləmək düz deyil. Yenə mən deyirəm. Ona görə bizim balalarımızı qorumaq üçün yəqin ki, orda əsgər olmalıdır. Əgər qorumayacaqlarsa, “20 yanvar” ola bilər. Mən də sizin kimi narahatam. Bir tərəfdən sevinirəm ki, mənim gör necə oğullarım var. Bir tərəfdən ağlayıram. Sizin kimi iki hal arasında­yam. Hərçənd mən ikiliyi sevmirəm. Mənim fəlsəfəm vəhdəti-vücud fəlsəfəsidir, Nəsiminin fəlsəfəsidir. Neyləyəsən, bu da bir haldır. İnanmıram “20 yanvar” təkrar olsun. Çox fikirləşmişəm bu haqda. Qorbaçovun indi elə vaxtı deyil, Yeltsin üçün bu tezdir, “20 yanvar”. Belə hesab eləyirəm.

Sual: Asif Ata, xahiş eləyirəm, mənim  yazıma öz sözünüzü deyəsiniz.

Cavab: (Bunu Nazim bəy Odər yazıb) Şeirdir. Bunu oxumamışdan əvvəl, Vəli bəy, deyəsən, burda yoxdur. O, şeiri mənə vermişdi. Oxudum, öz fikrimi də ona yazdım. Qoy şeirini davam elətdirsin. Uğurlar arzulayıram ona və gəlsin gələn dəfə şeirini Atadan da alsın.

 (şeiri oxuyur – S.A.)

Ax, yenə beynimdə qəzəb qaynayır,
Saxla bu havanı, bu dərd, vərəmi.
Başımda dəli bir şimşək oynayır
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Bu hava könlümü yumşaltmaz daha,
Bu hava gözümü yaşartmaz daha,
Bu eşqi ürəyim yaşatmaz daha,
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Gəlmə, əsirlərlə başlandı işlər,
Bizə tor toxudu gəlmə keşişlər.
Yedi beynimizi, yedi bu eşqlər,
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Sazı yandırdıqca o, pərdə-pərdə,
Çəkdi gözümüzə qara bir pərdə,
Yatırdı axşam da, bizi səhər də,
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Oyandıq günün düz günorta çağı,
Baxdıq üstümüzə od tökür yağı,
Zəhərlə yanmış bir eşq çırağı,
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Axı yar kitablar ana tapılmaz,
Bir yardan ötəri vətən atılmaz,
Divan ki, satılmaz, soy ki satılmaz,
Aşıq, bir də çalma Yanıq Kərəmi.

 Mən Nazim bəyin bu şeirinə tamam şərikəm. Yaxşı şeirdir, bu cür duyğuları qəlbində saxla. Vaxt gələcək ki, Yanıq Kərəmimizi çala­cıq. Vaxt gələcək ki, Yanıq Kərəminin özü­nün Əslisi olmayacaq. Onun özünün türk balası olacaq. Onda təzədən Yanıq Kərəmi çala­cıq. Gün o gün olsun. Xoşbəxt ol, oğul, yaxşı duyğularla.

 Əsil Atalı: Bunu bir başqası yazıb. Adı yoxdur.
Kimdirsə?..

Ata (gülür): Neyləyək? Asif Ata həm də tənqidçidir də. Və bu tənqid söhbəti deyil. Bu duyğudur.

Sual: Asif Ata, dövrümüzün Koroğlusu kim ola bilər?

Azərbaycanı indiki ağır vəziyyətdən kim çıxara bilər?

Cavab: Mən elə bilirəm ki, hamı bir yerdə bir Koroğlu olmalıdır. İndi Koroğlu vaxtı deyil, Koroğlu bir nəfər idi, qılıncla döyüşürdü. Qılınc var idi. Özü də düşmən də ən çox açıq idi. Topla, tüfənglə döyüşmək üçün bütün xalq Koroğlu olmalıdır. Mənim fikrim belədir.

(Sual verənin şeirini oxuyur – S.A.)

Harda qalıbsan, ay qoç Koroğlu,
Sənsiz başımıza kül ələndi, gəl.
Artdı Xan Eyvazın dərdi, məlalı,
Qəm yükü çiyninə şələləndi, gəl.

(Əsildən soruşur: bu nədir?)

Çağır dağından………
Tap Bəlli Əhmədi, Dəli Hasanı,
Bağla qılıncını, götür qalxanı,
Dəlilər meydanda güllələndi, gəl.

 Dəmirçioğluna tez xəbər eylə,
Qan içən yağılar qurdular hiylə.
Ərşə dirək oldu çəkilən nalə,
Qanımız daşlara çilələndi, gəl.

 Kəsiblər yolları tora düşmüşük,
Durublar min yerdə, yara düşmüşük.
Ara dərdimizi qara düşmüşük,
Çaqqal Aslan üstə təkələndi, gəl.

 Yaxşı şeirdir. Türk ruhundadır. Mən belə hesab eləyirəm ki, bütün xalq hamısı bir Koroğlu olmalıdır. Onda biz qalib gələcəyik. Qalib gəlməyimizə inanıram.

(ardı var)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv