Sual: Asif Ataya salam və ehtiram.
Ata, istəyirdim ki, siz yevrey məsələsinə bir az fikrinizi söyləyəsiz.
Cavab: Bundan artıq da nə deyim? Yevrey xalqına, heç bir xalqa Ata, onun Evladları, düşmən deyil. Yevreyizm ayrı şeydir, Yevrey ayrı, hardasa.Amma bunlar arasında da sən deyən göylə-yer qədər fərq ola bilməz axı. Bu yevreyizmi də yevrey yaradıb. Bilirsizmi, deyirlər pis xalq yoxdur. Pis xalq yoxdur söhbəti hardan gəlir. Pis xalq nədir? Pis xalq kütləvi pislik yaradan xalqdır. Adi xalqlarda pislər olur. Amma kütləvi olmur. Biz uşaq deyilik. Yevreyizmin mahiyyəti üç ideyayla bağlıdır. Birinci, Allah tərəfindən seçilən xalq. Demək, Yevrey öz Allahını – İaqovanı seçir. O birisi Allah, o Xristos Allahları deyil. Bir. İkinci, Allah da onları seçib. Belə “yaxşı” bir harmoniya yaranıb. Təbiidir ki, Allah tərəfindən seçilən xalqın da xüsusi bir missiyası olmalıdır. Ona görə xalqa ağıl verməlidir və mahiyyətcə bu xalq hakim olmalıdır. Bax, budur fəlakət, birinci fəlakət. Yevreyizm. İkinci, intiqam. Yenə bayaqkı söhbətimizi təkrar eləyirəm, bir dişini çıxardırlar, ikisini çıxart. İkisini çıxardırlar, üçünü çıxart. İki gözünü çıxardırlar, sən də onun iki gözünü çıxart. Bu da gətirir bütün o inqilabi amansızlığın yevreyizm fəlsəfəsini. Üçüncü, hədsiz dərəcədə ticarət mahiyyətli olması. Pulçuluq, pula pərəstiş, tacirlərin ən böyüyü.
Pulçuluq nə deməkdir? Sənin sifətin var, sənin ağlın var, sən dahilər dahisisən. Amma mənim də pulum var. Mənim pulum sənin dahiliyinə nəinki bərabərdir, artıqdır. Nə olsun sən dahilər dahisisən, mənim pulum səndən artıqdır. Belə çıxır ki, ruhaniyyatın qiyməti maddiyyatdır. Bəşəriyyət, bax, ona görə bu günə düşdü. Ruhaniyyatın maddiyyat adlı qiyməti yoxdur. Ruhaniyyatın qiyməti elə ruhaniyyatdır. Dünyanın ən yoxsul adamı ən böyük adam ola bilər. Hakim gərək ən kasıb olsun.
Mənim idealıma görə gələcək başçı ən kasıb və ən halal olmalıdır. Onda o imtiyazsız olmalıdır, əzab çəkməlidir. Hamıdan çox əzab çəkməlidir o, fədakar… Çünki o yük gəzdirməlidir çiynində. Əgər mənim fədakarlığıma pul verirlərsə, nə fədakaram mən?! Mən əsər yazıram, mənə diplom verirlər. Mən əsər yazmalıyam ki, insan dəyişilsin. Məgər o insanın dəyişilməsindən aldığım nəşə mənim diplomdan aldığım nəşədən azdırmı? Hələ bu səviyyədə deyilik. Açıq deyək. Mən də bütün imtiyazlar ala bilərdim. Hamıdan çox idi mənim imkanım. Mən indiki Ata ola bilməzdim, bu sözləri deyə bilməzdim. Mənim dilim bunu deyəmməzdi onda. Bax, üç şeyə görə yevreyizm bəladır. İndi özümüzdən də yaranacaq yevreyidlər. Bəlkə də var indi. Nə qədər biznesdən danışmaq olar? Nə qədər ticarət? Zəhmətkeş qalıb o tərəfdə. Səhərdən axşama kimi konqres, ondan sonra biznesmen. Ondan sonra hamısı gəlir söz danışırlar, hamısını həll eləyirlər. A balam, işçi harda qalır, yazıq işçi neyləyəcək burda?! İşçiyə yer yoxdur. Karl Marks fəhlə sinfini aldadıbdır. Fəhlə sinfini unutmaq olar?!
Sual: Hörmətli Asif Ata, masonlara münasibətiniz.
Cavab: Ümumiyyətlə, masonlara münasibətim çox müsbətdir. İntəhası, indi siyasiləşibdir. İndi “Massonskaya Loja” başlayıb siyasətlə məşğul olmağa. Hər şeyi siyasətə çəkib, parlamentə adam düzəldib, pul alır, pul verir. İndi çox pis bir zamandı. Din ki, siyasiləşdi, əxlaqsızlaşır. O dəqiqə.
Sual: Hörmətli Asif Ata, astrologiya, fizoqonomiya, xromantiya və başqa insan elmləri… (sualı sona çatdırmır – S.A.)
Cavab: Çox yaxşı sualdır. Başlayaq, fizoqonomikadan. Bunların hamısının az-çox əsası var. Az-şox. Doğrudan da həyəcanlı sifəti oxumaq olur. Narahat sifətdə ağrı görmək olur. Lakin bu fizoqonomikadan bunu götürüb fəlsəfə icad eləyirlər. Sifətdə tale axtarırlar. Burda əsası olan bir şeyi bayağılaşdırırlar, onu satın alırlar, sensasiyalaşdırırlar, onu Qərbləşdirirlər. Ona görə elm kimi buna mən inanmıram. Amma mənim özüm də inanıram ki, sifət çox şey deyə bilər və bir az birtəhər çıxmasın, mən cavan vaxtı sifətlərə çox baxırdım. Bəzi qızlar özləri haqda yüksək fikrə düşürdülər. Deyirdilər ki, yəqin bu mənə baxır ki, mən bundan ötrü ölürəm az qala. Onda mən deyirdim, a bala, mən elmi nöqteyi-nəzərdən baxıram ey. Ağzını turşutma (Ata və zaldakılar gülür) bir az da bunu zarafat kimi. Amma, doğrudan da olan şeydir. Ağzını turşutma, mənim antropoloji cizgilər nəzərdən həvəsim var buna.
Astrologiya. Astrologiyada yəqin ki, insan çətin məqamda üzünü göyə tutmalıdır. O nəsə ona verməlidir. O göy bizi təmizləyə bilər. Gözəl şeylər yazmaq olar. Sizin burda oturan dostunuz Paşa. Xahiş eləyirəm onu görün. Yaxşı bir şey yazıb, məsəlçün göylə bağlı. Paşa Qəlbinur. Orda Göy var. Əslində göy deyil ki. İnsanın göylə… qoy səni görsünlər. (Ata onun ayağa durmasını istəyir – S.A.).
Bax, bu şeirdir. Çox yaxşı bir şeirdir. Bunlar hamısı öz yerində. Amma ayların bizim taleyimizə müdaxilə eləməsi həmin o Allahdır, yeri-göyü yaradan Allah ideyası. Yenə Qismətçilik, cəfəngiyyat. Bütün hamısı. Heç bir cəfəngiyyata inanmayın. Göyə inanıram. Səmaya inanıram. Hədsiz dərəcədə müqəddəsliyə inanıram. Çox belə, məndə güclü vəhy var, vəcd var. Amma mənim vəhyimdə, vəcdimdə yalan yoxdur. Nə cənnət var, nə cəhənnəm var, nə astrologiya var. Nə bilim, göydən gəlib bizi xilas eləyəcəklər. Nə Krişnaizm var. Heç biri yoxdur. Amma vəhy də var, vəcd də var, müqəddəslik də var, peyğəmbərlik də var.
Sual: Müqəddəs Ata, (bunu Nəsimi bəy yazır) səma cisimləri, xüsusən ay haqqında…
Cavab: Səma cisimləri haqqında və ay haqqında onu deyə bilərəm ki, nə ay, nə səma heç biri elə-belə kletkaların vəhdəti deyil. Onlarda insanilik var. Bax, buna mən inanıram. Ay doğrudan da gülür. Şairlər bunu niyə yazmırlar? Şairlər nə ilə məşğuldurlar? Ayda, göydə, yerdə, təbiətdə, qürub çağında, hamısında insan görünür. İnsanilik var orda. Elə-belə deyil bu. İnsan heyvandan daha çox göyə oxşayır. Aya oxşayır, günəşə oxşayır. Bunu metafora kimi də demək olar, bunu hərfi mənada da demək olar. Ay insanın sifətidir. Təmiz insanın sifəti. Bəlkə də onu – təmiz insanın sifətini bizim sifətimizdən qat-qat daha yaxşı verir. Bax, bunu şair gərək açsın. Günəş bizim fərəhimizdir, işığımızdır, insan işığıdır. Bəlkə də o bizim öz işığımızdan daha yaxşı verir. Bax, buna mən tam inanıram. Mən anadangəlmə panteistəm. Təbiətlə insanın vəhdətinə çox inanıram. Kəndimiz gözəl bir kənd idi, Çaykənd kəndi deyirlər. Çay axırdı, hamı yatırdı. Kimdir yatan? Çay elə bil dağa sirr danışırdı. Fəlsəfə belə yarandı. Mən qəti əmin idim ki, bu çay dağla dostdur. Bu ayrı şeydir. Bu elə-belə kletka deyil. O qar vaxtı qarın ağlığı. Hətta canavarın ulaması. Bilmirəm qulaq asmısınızmı canavarın ulamasına? Tənhalığı ondan gözəl ifadə eləyən yoxdur. Bir sözlə, insan öküzün qohumu deyil, meymunun qohumu deyil, çayın qohumudur, dağın qohumudur, göyün qohumudur və bunu obraz kimi yox, həqiqət kimi qəbul eləyin.
Nəsimi bəyin sualına cavab.
Sual: Asif Ata, sosial-ədalət probleminə münasibətiniz. Fəlakət, sosial fəlakət insanları sıxa və kommunizmə qaytara bilər.
Cavab: Yenə yaxşı sualdır. Fəlakət, köhnə fəlakətlər…
Bəli, əgər zəhmətkeş mülkiyyəti bərqərar olmasa, yenə də kəndlinin başının üstündə mülkədar dursa, yenə də fəhlənin başının üstündə kapitalist dursa, yenə sosialist inqilabı olacaq və mülkiyyət təzədən dövlətə qaytarılacaq. Yenə zəhmətkeşin olmayacaq. Bu narahatlığı mən də hiss eləyirəm.
Sual: Asif Ata, siz deyirsiz ki, insan, dünya öz mənasından yaranıb. Məna isə mücərrəd məfhumdur. İnsan, dünya mücərrəd məvhumdan necə yaranar?
Cavab: Mücərrəd deyəndə siz nəyi nəzərdə tutursunuz? Məna özü də mücərrəddir. Yəni əgər söhbət ümumidən gedirsə, hər bir ümumi özü mücərrəddir. Əslində mücərrəddən başqa heç nə yoxdur. Məsələn, xalq özü də mücərrəddir. Hər bir şəxs fərdiyyətdir. Amma xalq özü ümumidir və xalqı adam gözü ilə görə də bilmir. Çünki o mənadır. Bütün, nə məna var, hamısı ümumidir. Ona görə də, elə məna da ümumidir. Bəli, dünyada keçici nə varsa, hamısı özündən artıqdan yaranır. Ümumidən yaranıb təkcə. Və ümumi də qalır. Ona görə mücərrəd sözünün ümumi mənasından qorxmayın. Amma mücərrəd sözünün başqa bir mənası da var. Yəni cansız, yəni birtərəfli, sxematik. O başqa məsələ. Mücərrəd əgər ümumidirsə, elə var olan o mücərrəddir. Hamı ölür. Bir nəfər insan yoxdur ki, o sağ qalsın. Amma insanlıq qalır. İnsanlıq ümumidir. Elə deyilmi? İnsanlıq olmasa, heç insan təzədən, yenə olmaz. Elə gerçəkliyi saxlayan da ümumidir. Mücərrəd sözünü Marksizm belə bayağılaşdırır. O böyük sözdür, yaxşı sözdür, müsbət. Marksizmə inanmayın.
Sual: Müqəddəs Ata, insan özündən uzaqlaşdıqca heyvanı xatırladır.
Cavab: Düzdür.
Sualın davamı: Heyvanın insandan əmələ gəlməsi mümkün ola bilərmi?
Cavab: Heyvanın insandan əmələ gəlməsi yalnız məcazi mənada. Bəli, insan məxluq olan kimi heyvan olur. İnsan məxluq kimi həyata gəlir. İçimizdə başdan-ayağa nə yoxdur? Sonra adam kimi dəyişilir. O adam ki, elə məxluq olaraq qalır, o, heyvanın ən pisidir və heyvandan da pisdir. Çünki onun ağlı da var, pisdən-yaxşıdan. Heyvan bir pis eləyər. Bu, ondan daha artıq. Bunun amansızlığı dəhşətdir. Bunun amansızlığı erməni amansızlığıdır. Zəkalı heyvan heyvanların ən pisidir.
Sual: Peyğəmbərim Asif Ataya Səcdəylə! (Ötkün).
Füzulinin aşağıdakı qəzəli onun aşiqliyinin bundan artıq sayılmasını sübut etmirmi?
“Nə demək dindir ilə qarət nə üçün?
Dedi büt sevgisi bir din olmalıdır”.
Cavab: Bəli, bildinmi, bağışla.
“Dedi büt sevgisi bir din olmalıdır”.
Cavab: İki Allaha nə təhər inanmaq olar? Nə təhər iki Allaha xidmət eləyəsən? Aşiq nədir? Aşiq bütünlüklə, bütün ömür başdan-ayağa fəda verilir sevgiliyə. Harda nə qalır ki, Allaha da fəda versin. Füzuli bunu deyir və yaxşı deyir: “Dedim öz sevgilini bəs necə istərsən ona? Dedi rüsvaylığa aləmdə əmin olmam”. Rüsvaylıq da mütləq olmalıdır. Sizin Məhəmməd peyğəmbəri gətirin ki, onun əvvəli rüsvayçı olmasın. Çünki rüsvayçılıq özü də fədakarlıqdır. Sən burda özünün camaat tərəfindən ləyaqət saydığından keçirsən. Gör necə əzizdir sənin üçün o adam ki, sən guya ki, ləyaqətindən keçirsən. Yəni ki, bunların ləyaqət saydığından keçirsən. Əslində isə ləyaqətdən keçmirsən, ləyaqətə qalxırsan. Bəli, bunlar ikisi də – Füzuli də, Nizami də, hətta Nəsimi də Allahın adıyla bağlayır və Allahın adıyla qurtarırlar. Biz də Marksla başlayırıq, Marksla qurtarırıq. Ortada kim nə bacarırdı eləyirdi. Füzuli də birdən-birə dahiyanə əsərlər verirdi və ortada da, qabaqda da deyirdi ki, yaşasın Allah.
Neyləsin bəs? Mən əvvəl dissertasiya əsərimi yazanda heç bir işarə qoymamışdım Marksdan. O saat mənə qaytardılar ki, bu əsər deyil ki. Dedim, nə olub ki?
Burda aparat yoxdur.
Dedim, a bala, əsər elə aparatdan ibarətdir? Bəs fikir-zad.
Nə fikir? Aparat yoxdur. De ki, yalnız Lenin fəlsəfəsi bu məsələnin həllini göstərmişdir.
Ağzın nədir eləməyəsən. Əvvəldən yazırsan, axırda da onunla qurtarmalısan. Həmin yol da Füzulinin olub, Nəsiminin olub. Neyləsinlər?
Sual: Müqəddəs Ataya ali ehtiram! Ata, Məhəmmədin Əliyə dediyi “Əli, əgər sənin anadan doğulduğunu görməsəydim, deyərdim Allah sənsən” kəlamına münasibətiniz.
Cavab: Deməli, doğrudan da Əli çox müqəddəs adam olub. Hətta Əli ərəblərə oxşamayıb, yəni Əlidə əyyaşlıq olmayıb. Bu Məhəmməd bir az ona baxanda utanırmış. Bəlkə Məhəmməd özü də etiraf edirdi ki, insan Allah olmalıdır?! Yox, o deyil. Yalnız onun şəxsiyyəti. Əlinin şəxsiyyəti pak olub. Ömər də pak olub. Əli ondan da pak olub. Ömər də çox pak adam olub. Ömər sərkərdə kimi pak olub. O ki, qaldı xəlifələrə, o ki, qaldı Məhəmmədin özünə, daha bunu deməyə ehtiyac yoxdur.
Sual: Müqəddəs Ataya Ali Ehtiram!
Müqəddəs Ata, Məhəmmədə deyiblər ki… Mənə həmişə deyirlər ki, həyat gözəldir. Amma mən özümü dərk eləyəndən həyatda gözəl heç nə görmürəm. Xüsusilə son dövrdə. Millətimin erməni qarşısında acizliyini gördükdə lap bezikirəm…
Cavab: Mənim fikrim belədir. Dünya gözəl deyil. Dünyanın mənası gözəldir. O məna dünyanın özünü işıqlandırır. Belə. Mənim sizə göstərdiyim yol budur. Hər an, hər dəqiqə özünüzün indiki səviyyənizi ötün. Hər dəqiqə sevinciniz əvvəl nə idisə, indi bilin ki, o sevinc deyilmiş. O sevinci ötün. Kədəriniz nə idisə, o kədəri də ötün. İnamınız nə idisə, ötün. Elə gözəl yaşayacaqsız ki, onda Azərbaycana da lazım olacaqsız, Qarabağa da lazım olacaqsız. Hər yerə! Daim özünü ötmək. Bir var ümumən özünü kamillik üstə kökləmək, bu da yaxşıdır. Bir də var həmişə. Tarı həmişə çalmaq lazımdır. Bir dəfə kökləyib, çalıb elə ora qoymaq olmaz. Bax, bunu arzulayıram.
Sual: Asif Ataya iki sual: yeni peyda olmuş peyğəmbərə münasibətiniz.
Cavab: Peyğəmbər deyil ki o! Hanı onun təzə inamı? O, peyğəmbərliyə istehzadır. O, olsa-olsa yaxşı telepatdır. Olsa-olsa. Ən yaxşı halda. Telepatı da başa düşmürəm nə istəyir?
Bəlkə də kiməsə sataşmaq üçündür? Nə isə bir murdarlıqdır.
Sual: Ruh anlayışı nədir?
Cavab: Bunu dedim, – Ruh anlayışı. Ruh insanı heyvandan fərqləndirən 4 xüsusiyyətdir. Mütləq İnam. Hərçənd bu, insanda tam olmasa da, Mütləq İnam onun mahiyyətində, mənasında, ömründə var. Ona görə insan heç zaman heyvan ola bilmir. Hətta nöqsanı olan. Bayaq mən dedim ki, ən zəkalı heyvan insandır və yenə deyirəm, amma bütövlükdə götürdükdə insan heyvan ola bilmirsə, bunun səbəbi odur ki, onun İnamı da, İdrakı da, Mənəviyyatı da Mütləqdir. Bu dünya çoxdan məhv olardı, əgər onun təməli Mütləq olmasaydı. Bu qədər naqis həyat çoxdan məhv olardı, əgər o naqisin təməli kamil olmasaydı.
Səs salırsız ha. Olmaz. Bura işdir. Bura kefə gəlməmişik.
Sual: Tanrı tərəfindən göndərilən “bəla” – Atilla kim idi?
Cavab: Birdən-birə bəla olmadı. O, Metedən sonra, yəni Oğuz Atadan sonra ikinci böyükdür. Zahirən çox adi bir adam olub. Çox adi. Çox güclü iradəsi olub. Təsəvvür eləyin ki, Sibirdən düz Avstriyaya qədər gedib və fateh olub. Birinci bizim fatehimzidir. Çox dahi bir adam olacaqdı, fateh olmasaydı. Hayıf oldu onun enerjisi. Hundan sonra da məğlub oldu. Avstriyada ki, o qələbə çaldı, Avstriya prinsesasını buna guya arvad elədilər, o da onu yataqda öldürdü. Ölən gündən də həmin o imperiya dağıldı. Yenə deyirəm, başı Avstriya, ayağı Sibir. Heç nə də qalmadı. Bir hissəsi macarlaşdı, macarlar hunlarla finlərin vəhdətidir. Vəssalam. Macarların qanında Fin qanı var, Hun qanı var. Finlər də bizə yaxındır ha.
Türk aləminin birinci hədər gedən enerjisi. Türk aləminin ikinci hədər gedən enerjisi Teymur. İkisi də yeri-göyü lərzəyə saldılar, bütün bəşəri qorxutdular. Hamısını özlərinə nökər elədilər və bilmədilər ki, ağalıq özü elə nökərçilikdir. Ağalıq özü elə nökərçilikdir. Bunu bilmədilər. Bunu Cəlaləddin Rumi bildi neçə əsrdən sonra. Sufilər.
Sual: Asif Ata, idealist filosoflar haqqında qısaca məlumat verməyinizi xahiş edirəm.
Cavab: İdealizm yaranıb, lap qədimdən. Əsil fəlsəfə elə idealizmdir. İdealizm nə deyir? İdealizm deyir ki, dünya bu görünən deyil. Dünya bundan artıqdır, ideyadır. Bunsuz fəlsəfə yoxdur ki, bunsuz elm var yalnız. Elm deyir ki, bu nədirsə, mən bunu deyirəm. Fəlsəfə deyir ki, dünya özündən artqıdır. Ona görə filosof elə idealistdir. İdeya, yəni bayaqkı söhbət – ümumi, əzəli, əbədi, sonsuz nəsə var. Bu dünyadan artıq ki, bu hamısı onun ifadəsidir. Burda dünya nəinki azalmır, artır. Yəni bu dünya elə bu deyil, gözün gördüyü deyil. Bu dünya bundan artıqdır. Ən böyük idealistlər hindlərdir. Bütün hind fəlsəfəsi hamısı, bayaq dedim, başdan-ayağa idealizmdir, gözəl idealizmdir. Mən onları, necə deyim sizə, musiqi kimi oxuyuram və idealizmin özündə musiqi də var. Əgər idealizm olmasa, onda heç nə olmayacaqdı. Gerçəkliyi ötməsən, şeir yazammazsan axı. Şeir nədir? Elə sən, a bəy, yaxşısan. Şeir o deyil axı. Şeir gerçəkliyi ötməkdir. Şeir deyir ki, çay oxuyur. Çay axı oxumur. Bax, şeir onda başlayır. Çay axır, bu şeir deyil. Bunu hamı deyər. Çay axışı şeir deyil, içindəki o vəhy deyir. Musiqi də həmçinin. Yaxşı qulaq asın muğamata. O, dünyadan artıq olan bir şeydir. Bu belə.
Deməli, hind fəlsəfəsində elə bir filosof yoxdur ki, o idealist olmasın. Cayinizm, Buddizm, ondan sonra hamısı. Lakin Avropa özünü elə apardı ki, guya ki, idealizmi də bu yaradıb. Bütün Avropa fəlsəfəsi mənə görə şərhdir. Mən bunu hələ bir müsahibəmdə demişəm – “Azərbaycan” qəzetində olan müsahibəmdə. Hələ ki, mən bunu tam yazmamışam. Yazacam da, vaxtım olsa. Vaxtım yoxdur, gərək vaxt tapam. Belə çıxdı ki, idealizmi elə bunlar yaradıblar. Mən qəti əminəm ki, bütün Avropa idealizmi Platondan tutmuş, Kanta və Hegelə qədər hamısı Hind fəlsəfəsinin komentariyasıdır. Bəlkə indi bilməyiblər, bundan özlərinin fəlsəfəsini yaradıblar. Əslində elə bir söz yoxdur ki, Hinddə, ondan sonra təkrar eləməsinlər. İnanın…
Qeyd: Burda görüş qəfil bitir. Kassetin ardını tapa bilmədik – S.A.