BU GÜN, NOYABRIN 16-sı, AZERBAYCAN MİLLİ ŞURASİNİN İŞİNE YENİDEN BAŞLADIGI GÜNDÜR. BAYRAMINIZ GUTLU OLSUN!!!
Rusca «Azərbaycan» qəzetinin 2 dekabr 1918-ci il, 51-ci sayında «Azərbaycan Parlamentinin çağırılması ilə bağlı» bilgisi yayımlanmışdır. «Azərbaycan Parlamentinin açılışının ertələnməsi» alt başlıqlı bilgidə deyilir: «Azərbaycan Parlamentinin açılışı, bölgədəki elçilərin bütünlüklə gəlməməsi, eləcə də qarşıdan gələn məhəmmədan bayramı ilə bağlı dekabrın 7-nə keçirilmişdir.
Bölgələrin çoxunda seçkilər keçirilmişdir. Bilgilərə görə Polyaklar, Yəhudilər, Gürcülər, Almanlar Parlamentə qatılacaqlar.
Bakıdakı Daşnaksakan Partiyasının politikasına uymayan Yelizavetpol erməniləri də Parlamentə qatılmaq istəyirlər.
Bilgilərə görə Rus Milli Komitəsinin bildirişinin tərsinə, Azərbaycanda yaşayan Rusların yerli çıxarları düşünən bir bölümü Parlamentə qatılmaq istəyir.
Bölgələrdən alınan bilgilərə görə Azərbaycan Parlamentinin açılması toplumun geniş qatlarında böyük coşqunluq oyadır. İnsanlar seçkilərə canla-başla qatılmaqdan başqa Azərbaycanın gələcəyilə ürəkdən ilgilənirlər. Seçkilər özgürlük çağırışı altında keçir.
Nuxa bölgəsinin başçısından alınan teleqrama görə Nuxa bölgəsində yaşayanlar bu bölgəyə ancaq 2 yer verilməsini yaxşı qarşılamayıblar.
Bu bölgəbaşının bildirdiyinə görə, Nuxa kəndindən Parlamentə Abdulla bəy Əfəndiyev, bölgədənsə Qərib Məmməd Rəfi oğlu seçilib.
Alınan bilgilərə görə Parlamentə Cəbrayıl Bölgəsindən İbrahim bəy Vəzirov seçilib».
Rus dilində «Azərbaycan» qəzetinin 2 dekabr 1918-ci il, 51-ci sayında «General Tomsonun Erməni başçılarına teleqramı» bilgisi yayımlanmışdir: «Birlik Dövlətlərinin Bakıdakı Ordusunun komandanı general Tomson Ermənilərin Gəncə ilə Qazaxdakı başçılarına aşağıdakı teleqramı göndərmişdir: «Məndə Ermənilərin Gəncə ilə Qazax bölgələrində azğınlıq, quldurluq etmələrilə bağlı bilgilər vardır.
Mən, «Birlikçilər»in yetkilisitək, sizə bu pozuntuları aradan qaldırmağı, bütün ermənilərə evlərində toxtaqca oturmalarını deməyi buyururam!
Siz bu buyuruğu yerinə yetirməsəniz, ola biləcək çatışmalara görə suçlu sayılacaqsınız!».
Belə bir teleqram Cavanşir Bölgəsinin Erməni başçılarına da göndərilmişdir».
Bu yazının altında «Azərbaycan parlamentinə seçkilər» bilgişi verilmişdir: «Birinci gün, dekabrın 2-də Dumanın böyük zalında Bakı kəndindən seçiləcək 5 elçinin seçkisi keçirilmişdir. Toplantıya Bakı kəndinin başçısı P.F. İlyuşkin başçılıq edirdi. Yazılı yolla aşağıdakı 22 namizəd bəlirləndi: Q. b. Qarabəyov, A. Z. Tağıyev, A. b. Səfərəliyev, A. b. Əmirov, Əs. Əhmədov, Ə. A. Həsənov, İ. Əliyev, Ağa Aşurov, K. Qasımov, Q. A. Babayev, M. b. Sultanov, B. b. Axundov, A. b. Hacınski, M. Y. Mehdiyev, Q. Qasumov, M. b. Şərifov, İ. Tağıyev, K. Axundov, S. M. Qəniyev, M. A. Salayev, A. Eyvazov, A. D. Orucəliyev.
Ancaq bəlirlənmişlərin çoxu seçkiyə qatılmaq istəmədilər. Təkcə aşağıdakı səkkiz bəlirlənmiş: Q. Qarabəyov, A. Z. Tağıyev, A. Aşurov, A. Səfərəliyev, Ə. A. Həsənov, Ə. Əhmədov, A. b. Əmirov, İ. Əliyev seçkilərə qatıldı.
Şarlarla gizli səsvermədən aşağıdakı sonuc alındı: 1. Q. b. Qarabəyov – 31 ağ, 6 qara. 2. A. Z. Tağıyev – 27 ağ, 14 qara. 3. A. Aşurov – 23 ağ, 14 qara. 4. A. b. Səfərəliyev – 22 ağ, 15 qara. 5. Ə. A. Həsənov – 21 ağ, 16 qara. 6. A.Əhmədov – 20 ağ, 16 qara. 7. A. b. Əmirov – 18 ağ, 18 qara. 8. İ. Əliyev – 15 ağ, 22 qara.
Beləliklə, Bakı kəndinin müsəlmanlarından Azərbaycan Parlamentinə Q. b. Qarabəyov, A. Z. Tağıyev, A. Aşurov, A. b. Səfərəliyev, Ə. A. Həsənov seçildilər» [Adlar, soyadlar, titullar qəzetdəki kimi yazılıb].
Bunun altında «Polşa Milli Şurasından» bilgisi verilib: «Dekabrın 1-də Azərbaycan Parlamentinə bir elçi seçmək üçün Polşa Milli Şurasının toplantısı keçirilib. Səs birliyilə S. A. Vonsoviç seçilib. Polşa Milli Şurası elçisinə Azərbaycan Parlamentinin yaradıcı işində bacardıqca yaxşı işləməyi tapşırıb».
Bu bilginin altında «Parlamentə Gürcülərdən seçkilər» bilgisi verilib: «Birinci gün, dekabrın 1-də Azərbaycan Parlamentinə bir elçi seçmək üçün Gürcü yurddaşların toplantısı keçirilib. Səs birliyilə İv. Tsxakaya seçilib. Toplantı gecənin keçməsindən dolayı elçisinə tapşırıq oluşdura bilməmişdir. Bu iş dekabrın 2-nə qalıb».
Bundan sonra «Yerli gündəm» başlığında «Kənd başçısının buyuruğu ilə dövlət qurumlarının bütün dinlərdən olan işçiləri 3-4 dekabrda işdən azad olunurlar. Bilindiyi kimi, 3 dekabr müsəlman bayramı – Məhəmməd peyğəmbərin ölüm günü, 4 dekabr Rusların dvunadesyatıy bayramıdır… Boqoroditsı [Ardı pozulub. Svyatoy Bororodisı olmalıdır].
Sonrakı yazıların biri «Yəhudi Milli Şurası»nda adlı «Bildiriş»dir: «Bazar günü Yəhudi Milli Şurasının toplantısı keçirilmişdir. Gündəlikdə Azərbaycan Parlamentinə elçinin, okul direktorlarının, Yəhudi okullarında öyrətim dilinin seçilməsi sorunu idi. Elçi seçkisinə 20 adam qatıldı (Bund Fraksiyası səs saxladı). Doktor M. A. Quxman Yəhudi Milli Şurasından seçkiyə qatılanların 20-nin də səsilə seçildi».
Rus dilində «Azərbaycan» qəzetinin 2 dekabr 1918-ci il, 51-ci sayında «Azərbaycan Milli Şurasından» bildirişi yayımlanıb: «Azərbaycan Parlamentinin dekabrın 3-nə bəlirlənmiş açılışı Məhəmməd peyğəmbərin ölüm gününə düşdüyünə görə dekabrın 7-nə keçirilir. Milli Şuranın başçısı, M. Em. Rasulzade».
Rusca «Azərbaycan» qəzetinin 6 dekabr 1918-ci il, 53-cü sayında V.M. Tomsonun «Bakı kəndilə rayonları üçün «Danışıqsız Buyuruq»u yayımlanıb:
«I.
Bu buyuruq yeni stillə 6 dekabr 1918-ci il, saat 12-dən işləyir.
- Bu gündən Böyük Britaniya Ordu Ağalığı Bakı kəndində, eləcə də bütün bölgədə hansısa yemək-içmək şeylərini güclə almayacaqdır. Yemək-içmək şeylərinin satışı bütünlüklə özgürdür, uyğun dəyərlədir.
- Heç bir yerli ağalığın da yuxarıda göstərilən rayonda hansısa yemək-içmək şeyini güclə almaq, saxlamaq hüququ yoxdur!
Bakı kəndinin general-qubernatoru V.M.Tomson.
II.
19 noyabr 1918-ci ildə verilmiş «Buyurq»a artırmada aşağıdakı dəyişikliklər edilsin.
CƏZA: 1. Bədən cəzası ortadan qaldırılır (a paraqrafı, 2-ci düzük).
RAYONUN BƏLİRLƏNMƏSİ: 2. «Danışıqsız Buyuruq» Ağalıq poçtu orta olmaqla 15 verstdə yerləşən bütün neft ocaqlarında da keçərlidir (11-ci düzük).
Birlik Dövlətlərinin Bakıdakı Ordusunun komandanı, general-mayor V.M.Tomson.
Bakı kəndi, 5 dekabr 1918-ci il».
Bir az aşağıda «Azərbaycan Parlamentinin çağırılması ilə bağlı. Rus yurddaşların qatılması» adlı bilgi verilib: «Azərbaycan Milli Şurasına Slavyan-Rus Şurasından aşağıdakı məktub gəlmişdir. Slavyan-Rus Şurası bu il noyabrın 27-dəki toplantısında qurumun, eləcə də ona qatılmış qurumların çıxarlarını birgə qorumaq amacı ilə indi Azərbaycan Parlamentinə çevrilən Müsəlman Milli Şurasına qatılmaq qərarını almışdır. Bu qərarın alındığı Baş bakana bildirilmişdir.
Slavyan-Rus Şurası öz çıxarlarını, eləcə də kültür-eyitim maraqlarını qorumaqdan başqa, onu daha çox düşündürən başqa sorunları da işıqlandırmaq amacı ilə birgə çalışmanın gərəkliyini bildirir.
Buna görə də Şuranın Azərbaycan toprağında yaşayan üyələri onların da səsinin eşidilməsini, yaşanan olaylardan dolayı yerlərdən qaldırılan bütün sorunlarının çözülməsini, bununla da onlara dövlət quruculuğunda çalışmaq olanağının verilməsini istəyirlər.
Azərbaycan Milli Şurası dekabrın 5-dəki toplantısında bu bildirişi çəkişərək, Azərbaycan Parlamentində Slavyan-Rus Şurasına 5 elçi yeri ayırmışdır».
Rus dilindəki «Azərbaycan» qəzetinin 7 dekabr 1918-ci il, 54-cü sayında bütün səhifələrin başında, böyük hərflərlə «BU GÜN AZƏRBAYCAN PARLAMENTİ AÇILIR» sevinc bilgisi verilmişdir.
Yadigar Türkel
fəlsəfə üzərə elmlər doktoru
* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.
18 noyabr 2016-cı il