2016-cı il dekabrın 7-də AzTVlərin birində Azərbaycan Respublikasının qurcularından biri Fətəli Xan Xoyskidən danışan veriliş verildi. Keçən il bu verilişinə baxmış dönməz azərbaycançılardan biri zəng edib, bilə-bilə buraxılan ideoloji yanlışlara görə acığını mənə tökmüşdü. Verilişə baxmadığımdan susmuş, bağışlanmaz ideoloji yanlışlara yol verirlər, nə etməli, belədir – demişdim. Verilişin builki göstərisinə demək olar, bütünlüklə baxdım. Akademik Yaqub Mahmudovla yandaşı Firdovsiyə Əhmədova bilimçitək yox, nağılsayaq, düzünə qalsa dolaşdırıcı danışırdılar…
Belə olmaz, bəylər, bəyimlər!!! Azərbaycan tarixinin ən öyünməli günlərindən, ən böyük oğullarının dövlət qurmasından danışarkən «nağıl», danışmaq, birini böyüdüb, o birini kiçiltmək, nəyisə kiminsə adına çıxmaq olmaz!!!
Yaqub Mahmudov, sən tarixçisən, akademiksən, səninlə Türkcə «kitab oxumamış» Akif Əlizadə, ya da AzTVlərdə yurddaşlara Əlidən, Həsən-Hüseyindən, Fatimeyi-Zəhradan, cənnətdən, cəhənnəmdən, Ərəblərin 1400 il qabakı «beytülmal» savaşından, düzünə qalsa bugünkü «İŞİD»çiliyindən danışıb bilimdən, kültürdən, gerçək dünyadan soyudaraq uyudan akademik Vasim Məmmədəliyev arasında ən azı metodoloji yanaşma, bilimçi üstünlüyü olmalıdır! XXI yüzlin 16-cı ilində, demokratik dövlətdə bağlanmasını anlamadığım «Azadlıq» qəzetində Nəriman Nərimanovun bağışlanmaz yanlışını göstərən bəlgələri yayımlayandan sonra, yanıt kimi, tez-tələsik Firdovsiyə Əhmədovanın dilindən əlimizdə bələgələr var, bu günlərdə yayımlayacağıq, desən də bir şey çıxmadı. Sevincimi boğduğundan dolayı, «Azadlıq» qəzetində sənə «Bu nə akademiklikdir?» yazdım. Nədəni aydındır: yurdsevər yox, yalançısınız!
Fətəli Xan verilişindəki gözə çarpan ideoloji yanlışlardan yadımda qalan 1-2-sini sayğılı oxuculara çatdırıram: 1.Niyə yalan danışır, tarixi, ulusal düşüncəni dolaşdırırsınız? Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili yox, TÜRK DİLİydi! Azərbaycan Respublikasının ikinci Ağalığı 1918-ci il iyunun 27-də siz deyəntək, Azərbaycan dilinin yox, Türk dilinin dövlət dili olduğunu bildirmişdir. 2.Azərbaycan Respublikasının «ən böyük yadigarı Bakı Dövlət Universitetidir» nə deməkdir? Azərbaycan Respublikasının ən böyük yadigarı Azərbaycan Respublikası, bir də uluslararası, eləcə də ulusal düşüncəyə yeridilmiş Azərbaycandır. Verilişin bu bölümündə də Fətəli Xan Xoyskilə bağlı bir sıra dolaşıq sözlər deyildi… Başqa bilgilər bir yana, ən azı açın «V.İ.Razumovski, A.O.Makovelski «Bakı şəhərində universitetin yaradılması». B., 2014-cı il bitiyinə baxın, oxuyun, düzünü öyrənin demirəm…
Son 28 ildə Azərbaycan Respublikası, onun qurucuları, ideolojisilə bağlı düzgün danışmağa yetən bəlgələr, qaynaqlar yayımlanıb. Ancaq biriləri bilərək ideoloji yanlışlar uydururlar. Fətəli Xan Xoyskidən bəlgəsəl çəkir, Tomsondan, Azərbaycan Parlamentindən… danışır, bu dövlətqurmanın başında duran ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadənin adını belə tutmurlar?! Bunun bir adı vardır: İDEOLOJİ SAPIQLIQ!
Akademik AzTV-nin nağılsayağında Gəncədə bir sıra «varlılar»ın Azərbaycan Ağalığına qarşı olmasını deməyi də unutmadı. Bəylər, bəyimlər, gəlin tariximizə, ata-babamıza yal pəncərəsindən baxmayaq, onların istəklərinə, gerçək güclərinə düzgün yanaşaq, düzgün danışaq, yalanlar uydurmayaq! Son 28 ildə dövlət yolu ilə, eləcə də Azərbaycan, Türkiyə, Rusiya bilimçilərinin, aydınlarının yayımladığı bəlgələr, özəlliklə də prof. Şirməmməd Hüseynovun «İstiqlal» (1918-28 mayıs-1919)» toplusunda, yuxarıda adı keçən bitiklərdə yazılanlar bu «varlıların» kim, istəklərinin nə olmasını aydınlatmışdır. Tutuşdurmaq üçün bir qaynağı da göstərirəm. Sayğılı oxucular rusca Azərbaycan qəzetindən Türk dilinə çevirib, çağdaş aydınların umud yeri «Azadlıq» qəzetinin qapadılması, işdən çıxarılmamdan sonra çap etməyə pulum olmadığından, AZADLIQ. İNFO saytına verdiyim «Azərbaycan Parlamentarizmi: yetərincə bilmədiklərimizdən»i oxuyub, bu dövlətquran bahadırların necə də «bir söz» danışdıqlarını, «dildə, düşüncədə, işdə bir» olduqlarını öyrənə bilərlər.
Öncə, Məhəmməd Əmin Rəsulzadənin yazdığına baxaq: «Tiflisin etinasızlığı, «Seym» əzası [elçiləri, üzvləri] bulunan Müsəlmanların çarəsizliyi üzündən müavinətsiz [yardımsız, yiyəsiz, arxasız] qalan, Bakı və hökumətsizlik bəlasına düçar olan sair yerlərin qaçqınları Gəncəyə doluşmuş və qəlbləri «başçılara» qarşı bir hissi-ədavətlə [acıqla, acıq duyğusu] dolmuşdu. Əksərən canı acımış olan, mümtaz [seçkin, varlı] siniflərə mənsub olan bu cəmaət yerli mütənəffizlərlə [nəfəs alan, ayaqdaduran] bərabər əhvali-ruhiyə [ortam, genəl düşüncə, ovqat] üzərində bir irtica [geriçilik, pis, kötü] təsiri hasil [yaratmış, doğurmuş] etdirmiş, «Seym» əzasına qarşı ümumi bir cərəyan [genəl axın, baxış, düşüncə] təvəllüdünə [doğurmağa, yaratmağa] çalışmışlardı. O zaman Şurayi-Millinin dəvəti və Azərbaycan hökumətinə məin və məzahir [bəlli] olaraq Gəncədə bulunan Türk komandanlığı dəxi [da] ümumu [hamını] istila [saran] edən böylə bir təsirdən azadə [uzaq] qalamamışdı».
Rusiya İmperiyası dağılmış, Erməni yağıları Rus adı altında Güneydoğu Qafqazı – Azərbaycanı bütünlüklə ələ keçirib, Türkləri soyqırıma uğratmaqda…, dirçələcək Rusun yenidən törədəcəkləri də bir başqa… Azərbaycan onu Rus-erməni-sovet-mason bolşefaşizmi dönəmində gördü. Yurdu, ulusu qoruyan, qoruyacaq bir güc yox. Buna görə də akademikin «varlı»ları olacaq çıxış, qurtuluş yolunun ancaq gardaş ulusun Osmanlı İmperiyasına qatılmaqda görürdülər. Bu, özünüqoruma içgüdüsündən doğma duyğudur. Milli Şura Gəncəyə gələndən sonra orada «Ağalığı tanımamaq» olayının olduğunu bilirik. Azərbaycan bilimçiləri bu geopolitik olayın içdənliyini açıqlarkən, «ilhaqçılığ»ın Nuru Paşa ilə Əhməd Ağaoğlunun Azərbaycanı Osmanlı dövlətinə qatmaq istəyi olduğunu göstərmişlər. Gerçəkdə isə ilhaqçılıq «ayaqda duranların» Türk ulusunu Rusun, Erməninin əlindən qurtarmaq çabasıdır: Azərbaycan qatılırdı Osmanlıya, bununla da iş bitirdi… O çağda, Milli Şuranın Gəncədəki toplantısında bir sıra acıqlı sözlər deyilsə də, bu işdə nə ömrü boyu bütün gücü ilə Azərbaycan üçün çalışmış Əhməd bəy Ağaoğlundan, nə insanların «göydən düşmüş mələk» dediyi Nuru paşadan, nə də «varlılar»dan yağı simvolu yaratmağa dəyməz!!!
Ancaq nə yaxşı DÖVLƏTQURAN BAHADIRLAR sınmadılar, Azərbaycan idealından dönməyib, 90 il sonra Azərbaycan dövlətini yenidən qurdular! Biz bu gün Azərbaycan Milli Şurasının yurdsevər bahadırlarının çağın iç-dış çətinliklərlə baxmayaraq, düzgün addım atdıqlarını anlamalıyıq! Milli Şura «ilhaqçılar»a uyub Azərbaycanı Osmanlı dövlətinə qatsaydı, sonralar ən azı aşağıdakı geopolitik çətinliklərlə qarşılaşılacaqdı: 1.«Mudros» anlaşmasına görə Birinci Dünya Savaşında yenilmiş Osmanlı dövləti «bir həftəyə Bakıdan, bir aya Azərbaycandan çıxandan» sonra Rus Ordusunun qalıqları Azərbaycanı, eləcə də bütün Güney Qafqazı tutacaq, burada savaşdan qayıdan Erməni quldurlarının gücü ilə, Rus adı altında gerçəkdə Erməni dövləti yaradılacaq, Azərbaycan Türklərinə yeni soyqırım ediləcəkdi. 2.Azərbaycan Respublikası, eləcə də Qafqaz Ellərinin bu gün Rusiya Federasiyasının Dağıstan Özərk Respublikasıdakı topraqları SSRİ-yə bağımsız politik, özərk qurumlar kimi yox, «bütöv, bölünməz Rusiya»nın bir parçasıtək birləşdiriləcəkdi. Bu da Azərbaycan Türklərinin uluslaşma prosesini daha geriyə atacaqdı. Buna görə də Azərbaycan Türklərilə Qafqaz Elləri Azərbaycan Respublikasının qurucu bahadırlarına sonsuzadək borcludurlar!
Yaqub Mahmudov istəsə, istəməsə də dövlətquran bahadırların «İrəvanı Ermənilərə bağışlaması» yalanını çeşidli yollarla düşüncələrə yeritməyə çalışanlardan olduğunudan, Ermənilərə Xoyskinin adından bir «ərdoğansayağı», «Eyy, Amerika»yabənzər çomaq yellədi. Acı da olsa, Azərbaycan Respublikasının bir sıra politikanları televiziyadan Ermənilərə tez-tez belə çomaq yelləyirlər… Mirzə Ələkbər Sabir yüz on il qabaq Erməni aydınlarına da üz tütüb: «Ey bilginlər, bu gün doğru yol çağıdır» demişdi… Ancaq bu böyüklük, akademik, professor adı ilə olan şey deyildir, bununçün yetişmək gərəkdir! Azərbaycanın dövlətquran bahadırlarını başda Yaqub Mahmudov olmaqla İrəvanı Ermənilərə verməkdə suçlayanlar düşünürlərmi, kim idi onlar, əllərində hansı güc, olanaq, olasılıq vardı? Rus dövləti dağılmışdı, Ruslar bir yana, İmperiyanın geopolitik amacına qulluq üçün Qafqaza köçürüb, üstün hüquqlar, dəstək verdiyi Ermənilər bacardıqca çox topraq ələ keçirməyə çalışırdılar…
Fətəli Xan Xoyski Azərbaycanın dövlətquran bahadırlarının başında duranlardan biridir, Azərbaycan yolunda qurban getmişdir. Ancaq ideoloq olmayan Fətəli Xanı o biri bahadırlardan üstün, «xaqanlar xaqanı»tək göstərməyə çalışmaq, bilimçiyə yaraşmır, demokratik politik quruluşun içdənliyini anlamamaqdır.
Yalan danışmayın! Qoyun Azərbaycan Türkləri Məhəmməd Əmin Rəsulzadə kimi də, Əliheydər Qarayev kimi də, Mübariz İbrahimov kimi də, Elbrus Orucov… kimi də oğullarının olduğunu bilsin!
ARDI VAR
*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir