Yadigar Türkel. GÜNAYDIN, ŞƏHRİYAR (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Ürəklərin işıq sacan çırağı,
Yurddaşların güman yeri, dayağı,
El-obamın solmayacaq budağı,
Şəhriyarım, böyük Türküm, günaydın!
Qardaş dərdlim, qəlbi dağlım, günaydın!

***

Günaydından ətrini allam sənin,
Sözümle könlünə od sallam sənin,
Çıxıb qulluğuna mən qallam sənin,
Bircə sənin könlün gülsün, şad olsun,
Elin, oban günü-gündən ad olsun.

***

Goşqunla göylərde guştək səkirsən,
Sözünlə pis gözü ovub tökürsən,
Gecə-gündüz el qayğısı çəkirsən,
Bahadırdır yurdum, deyib yananlar.
Bu yolda yanmağı ərdəm sananlar.

***

Ellərimiz ayrı-ayrı düşübdür,
Bizə sevinc, sizə ağrı bişibdir.
Ətinizi ağa yeyib, şişibdir.
Gün yetişər ağa, erbab yox olar,
Ana yurdum birgə olsa, tox olar!

***

Ana yurdun dönüb iki olandan,
Sevincimiz qəlbdə yara salandan,
Dilde “allah-allah” deyen yalandan,
Ağalardan kötək, qırmanc gördünüz,
“Allah bilər” deyib, ömür sürdünüz.

***

Ay qardaşım, dünya qardır, borandır,
Dünəni pis, bu gün daha yamandır.
Eloğlumun başı qatı dumandır.
Eloğluna düz yol göstər, Şəhriyar,
Düz yol geden el birləşər, bir olar.

***

Yandı qəlbin Heydər baba ağladın,
Sözlərinlə min-min ürək dağladın.
Özünü elinə bərkdən bağladın,
Qırılmasın yurdun kimi, o tellər,
Qopsa tufan, çağlasa qara sellər.

***

Heydər baba sözə tutdu əlini,
Mahnı-mahnı bitən qızıl gülünü.
Qoruyub saxladı şirin dilini.
Yaz gülü de, sən dil demə, yaz gülü,
Oxuyur üstündə xarı bülbülü.

***

Heydər baba gizlin-gizlin ağladı,
Bax deyəndə qalxdan qorxdu, saxladı.
Görəndə ağalar bunu, toxtadı.
Yoxdu qorxu, el yatmışdı Şəhriyar,
Sənin harayınla bəlkə oyanar.

***

Qəlbimizden neçə ildir qan axır,
Araz qoynumuzda qıvrılıb yaxır,
Nə könlüm qovuşur, nə gözüm baxır,
Hansı oğul de, bu dərdə dözərdi?
Azərbaycan ne çox duruş gətirdi?

***

Bir ulusuq, bölünmüşük, ayrıyıq.
Vururlar qırmancı, cörek sayırıq.
Neçin dağılmırıq, neçin yazığıq?
Günlərimiz nə pis geldi, Şəhriyar?
Haçan son üsyana olar son qerar?

***

Səslə eloğlunu, səslə qardaşım,
Qalxsın vuruşmağa toprağım, daşım.
Deyək bu şahlarla olan savaşım,
Azərbaycan, sənə oğulluğumdur!
Elinə-gününə vurğunluğumdur!

***

Gəl qaldıraq bütün eli ayağa,
Nə şah qalsın, nə bir erbab, nə ağa.
Yurdun bütün çıxsın o gözel çağa.
El birləşsin, ana, oğul bir olsun,
Bakımın günəşi Tebrizde doğsun!

***

Qaldıraq ayağa Türkü qardaşım,
Qaşdan-qaşa gəlsin, elim, soydaşım.
Qovuşsun ağ günə bütün yurddaşım,
Azərbaycan birgə olsun, da bəsdir!
Bu mənim yox, Türklər bağıran səsdir.

***

Durmaq gerek, çağır bütün elləri,
Şah tacına balta vuran əlləri,
Vursun Azərbaycan pəhləviləri.
Başlansın yurdumun birgəlik çağı,
Ucalsın göylərə Türkün bayrağı.

***

Men bir közəm atəş olub yaxmağa,
Koroğlutək yağı gözə çaxmağa,
Bircə yatan Türklər dursun ayağa,
Getsin bu ayrılıq, itilsin bizdən,
Azərbaycan birgə olduğu gündən.

 

 dekabr 2017 – yanvar 2018.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv