AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ
1
Tarix elmləri doktoru, professor Cəmil Həsənli “Russkaya revolyusiya i Azerbaydjan. Trudnıy put k nezavisimosti 1917-1920” (Moskva, 2011, 672 s.) bitiyini yayımlayıb. Ötən illərdə Azərbaycan Türklərinin politik-ideoloji tarixindən yazılmış bu anıtı 2017-ci il sentyabrın on beşinə, BAKININ QURTULUŞU GÜNÜNƏDƏK görməməyim bir anlamda Azərbaycanın çağdaş yurddaş ideoloqlarının, bilimçilərinin, aydınlarının necə dağınıq gündə olduglarını göstərir. Düzdür, 2013-cü ildə Prof. Dr. Cəmil Həsənlinin Azərbaycan Türklərinin XX yüzildə yetirdiyi ən böyük aydınlardan biri – Əlimərdan bəy Topçubaşıdan yazdığı «Tarixi şəxsiyətin tarixi» (Bakı, 2013, 587 s.) adlı bitiyindən «Azadlıq» qəzetinin 2 sayında, eləcə də «Vətəndaş həmrəyliyi» qəzetinin 25-31 oktyabr 2013-cü il, 27-ci sayında yayımlanmış “ULUS ELÇİSİNİN YAŞAMI, YA DA ANAM, DOĞMA AZƏRBAYCAN” adlı araşdırmam çap olunub. Ancaq bu, çağdaş azərbaycançı ideoloqların durumunun dözülməzliyinin üstünü örtəmməz!
Belə yetgin tarix bilimçisinin dövlət qurumlarından dışlanması da son illerdə Azərbaycana, onun aydınlarına edilmiş böyük dönüklük, satqınlıqlardandır! Azərbaycan Respublikasının ideoloji qurumlarının başına Rusun yetidiyi dönüklər yox, dönməz azərbaycançılar seçilməlidir!
672 səhifəlik bitiyi incələdikcə AZƏRBAYCANÇILIQ yoldaşım Cəmil Həsənlidə özümü gördüm. Araşdırma sürəsində 1971-ci ilin yanvarında yazdığım ARAZ ÇAYI adlı qoşuğun əlyazması ilə qarşılaşdım. Qoşuğun Cəmil Həsənlilərə yazılmış YAŞASIN adlı son bölümünü bura uyğun görürəm:
Hə, bu dünya atını saxlayıb qalmır bir an,
böyük, gözəl gələcək haçansa yetişəcək,
təkcə ansız gedənlər qəlbləri dağ edəcək.
Eh, nə də çoxdur onlar…
istəyi düz, özü düz, sözləri düz yurddaşlar,
yurddaş olduqlarından yurdlarında batmışlar.
Ölkənin göylərində buludlar qarışanda,
sarı bülbüldən seçən bahadırlar yaşasın!
Yaşasın min acıyla yurd üçün yaşayanlar,
yurdunun göynəyini çiyninde daşıyanlar,
milyon-milyon könülde bedizlərə dönənlər
sonsuzadək yaşasın, sonsuzadək yaşasın!
2
Paris Barış Konfransında Rusiyanın dağılmasından sonra yaranan bağımsız respublikaların ekonomik yaşam gücünə də önem verilirdi. Azərbaycan Respublikasının qurucu oğulları – BAHADIRLAR ölkənin 1918-ci ilin mart soyqırımı günlərində Erməni faşistlərinin dağıtdığı ekonomisini az sürədə yenidən qurub dirçəltdilər, ABŞ, İtaliya, Gürcüstan kimi ölkələrlə ekonomik anlaşmalar bağladılar. Azərbaycan Türklərinin ekonomik, kültürəl baxımdan özgür, bağımsız yaşamaq, özünü gorumaq gücünün olduğunu Böyük Dövlətlərin elçileri də doğruladılar. Azərbaycan Respublikasının çağdaş yurdsever ideoloqu Cəmil Həsənli bu konunu da araşdırmışdır.
Rus-erməni-sovet-mason bolşefaşizmi illerində Azərbaycan Türklərinin beyninə yeridilən ən böyük ideoloji yalanlardan biri də Azərbaycanın özünü Rusiyadan ayrı ekonomik saxlaya bilməyəcəyi idi. Azərbaycanı sömürməni ört-basdır etmək üçün uydurulmuş bu, bolşefaşist-mason yalanı guya Nəriman Nərimanovun olan, onun Bakıda ucaldılmış bedizinin arxasında yazılmış “Azərbaycanın işıqlı gələcəyi sonsuzadək Rusiya ile birikdədir” (Veçnoe sçastye Azerbaydjana vseqda svyazana s Rossiey) sözərilə düşüncələrdə daşlaşdırılırdı. O çağda Azərbaycan SSR-də belə yalanlara qarşı çıxmaq çox çətin olduğundan, ilk yanıtı Azərbaycan Türklərinin ulusal ideoloqu, Azərbaycan Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzade Türkiyədən Azərbaycan Cümhuriyəti bitiyində vermişdir. (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015. Yeniden işləyib çap eden, fəlsəfə üzrə elmlər doktoru Yadigar Türkel).
Azərbaycan mənim gördüyüm 60-80-ci illerdə də sorulub aparılır, yerinə keçici-qırmızı bayraqlar verilirdi.
İllər keçdi, Rus-erməni-sovet-mason bolşefaşistlərinin totalitar Sovet dövləti dağılanda, Azərbaycan SSR-in özünü ekonomik saxlamaq gücü olan respublkalardan biri olduğunu yazdılar.
Mən 1950-60-cı illerdə insanların necə yoxsul yaşadığını görmüşəm. 1965-ci ildə 8-ci sinfi 5-lə bitirdiyimə görə yayda dayımın arvadı ile öncə Bakiya, oradan da Gəncəyə getməyə qoymuşdular. O çağda Bakının bütün yaşanmalı yerlərində Ruslar, Erməniler, Yəhudilər yaşayırdı, Türklər Nəriman Nərimanov prospektindən aşağıda “Sovetski” deyilən, eləcə də başqa gıraq-bucaqda, birqatlı, bansız, indi anılması belə əksiklik duyğusu oyadan yerlərdə yaşayırdılar. Rus ulusuna sığınıb, yaşam stratejisini onun gücünə uygun qurmuş Ermənilər Bakının az qala bütün gəlirli yerlərini tutmuşdular.
Rus-erməni-sovet-mason bolşefaşistlərinin “atalıq qayğısı” Azərbaycana, Azərbaycan Türklerinə çox baha oturdu… Sonralar Stalinin yaşamından yazılmış bir bitikdə onun ata evinin “doğusayaq yoxsul” olduğunu oxudum. Bakının “Sovetski”si də 1965-ci ildə “doğusayaq yoxsulluğ”u andırırdı.
3
İnsan biososial varlıqdır. Bilim onun yaranışını, varlığının incəliklərini bugünədək bütünlüklə açammayıb. İnsanın politik varlıq olması da çəkişilməz, dartışılmazdır. İnsanın politikliyi toplumsallığındandır. İnsan özünü qorumaq, daha yaxşı yaşamaq üçün Ərəbcə dövlət deyilən, Türk dilində nə deyildiyini bilmədiyim, yasalara, hüquqa dayanan politik quruluş – üstqurum yaratmaqla yaşamağa çalışır.
Dövlətqurma toplumun gənəl politik düşüncəsindən, başqa ulusların ona yanaşmasından – geopolitik ortamdan da asılı olur. Ulus dövləti qurar, dövlət ulusu oluşdurar, gəlişdirər, yaşadar! Ancaq 1993-cü il iyunun 15-dən sonra bilimdışı, yanlış yol tutulduğundan, SSRİ-nin “Dəmir pərdə”sinə baxanda daha özgür, daha gəlişmiş, daha açıq toplum olan Azərbaycan Respublikasında bu doğal gediş pozulmuşdur!
Tarix boyu böyüklü-kiçikli çoxlu dövlətlər qurub önəmli kültür yaratmış Azərbaycan Türklərinin bir bölümü, 1800-cü illərdə topraqları ilə birlikdə Rusiya İmperiyasının əlinə keçəndən sonra Rus strateqlərinin yeritdiyi ulusüstü politikalar onun ulusal yaddasını, ulusal kimliyini dolaşdırmışdır. Azərbaycan Türklərinin ulusal düşüncəsini dolaşdıran ən böyük olumsuzluqlardan biri də İslam dini adı altında varlığına yeridilmiş söyləncə psixologiyası, Türke bütünlüklə yad Ərəb geriçiliyidir!
Ancaq topraqlarına doldurulmuş yadların yeritdiyi bütün ulusüstü politikalarla İslam geriçiliyində batıb “ölü”yə, “diri ölü”yə çevrilmiş Azərbaycan Türklerində 1880-ci illərdən yaşamaq duyğusu güclənmiş, 1905-ci il Rus devrimindən sonra ulusal oyanış başlamış, 1917-ci ildə Rusiya İmperiyasının dağılmasından sonra yaranan geopolitik ortam TÜRK AYDINLARInı 1918-ci il mayın 28-də “Tarixi-coğrafi-siyasi Azərbaycan”ın 113,9 min kvadrat kilometrində Azərbaycan Demokratik Respublikasını yaratmağa yöneltmişdir. Azərbaycan Türkleri bütün çətinliklərə baxmayaraq, az sürədə önəmli var-yatırı, yüksək demokratik dövlətçilik kültürü, bağımsız dövlətdə yaşamaq bacarığı olan ulus oldugunu göstərmişdir.
1918-ci il mayın 28-i – Azərbaycan Respublikasının yaranması günü Azərbaycan Türklərinin politik varlığının tanıdılmasında ən böyük gün olmaqla yanaşı, indi Rusiya Federasiyasının Dağıstan Özerk Respublikasında yaşayan, 1918-ci il mayın 11-də Dağıstan Dağlılar Respublikası qurub, Azərbaycan Respublikası ile konfederasiya, ya da birlikde yaşamaq istəyən Qafqaz Elləri üçün də geopolitik yaşam stratejisinin bəlirləndiyi gündür. Oxumuş, geopolitikadan anlayan ayıq bilimçiler, aydınlar bunu bilirlər, bilməlidirlər! Azərbaycan Respublikasının Ağalığı bu kültürəl, ekonomik, geopolitik birlik yönündə çalışmalarını artırmalı, Azərbaycan Türklərini onlarla dayıoğlu, xalaoğlu olan Qafqaz Ellərilə daha içdən bağlamağa çalışmalıdır.
4
Sovet İttifaqında da Rusiya İmperiyasındakıtək Azərbaycan Respublikasınin tarixi önəmi unutdurulmuş, Azərbaycan Türklərinin ulusal düşüncəsi gerçəkdışı, yalançı ideyalarla yenidən dolaşdırılmışdı. Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsininin 1985-ci il 23 aprel plenumundan sonra SSRİ-də başlayan “Yenidənqurma – aşkarlıq” olayları yenidən yatırılmış Azərbaycan Türklərini oyatdı. Azerbaycan SSR Ali Soveti 1989-cu il sentyabrın 23-də “Azərbaycan Sovet Sosialist Respublikasının Suverenliyi Haqqında Azərbaycan SSR-in Konstitusiya Qanunu” ile Azərbaycan Sovet Sosialist Respublikasının “SSR İttifaqının tərkibində suveren sosialist dövləti” olduğunu, “Azərbaycan SSR-də bütün hakimiyətin xalqa məxsus” oldugunu bildirdi.
Azərbaycan SSR Ali Soveti 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət Müsteəqilliyini Bərpa Etmek haqqında Bəyannamə” yaydı, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Berpası Haqqında Konstitusiya Aktı” ilə Rus-erməni-sovet-mason bolşefaşistlərinin 1920-ci il aprelin 27-də dağıtdıqları Azərbaycan Demokratik Respublikasını Azərbaycan Respublikası adı ilə yenidən qurdu.
“Yenidənqurma – aşkarlıq” dönəmində politik olayların hüquq düzənlənməsi Moskvadan getdiyinə görə, yaradılan bütün politik qurumlar “moskvadangəlmə” idi. Oradansa SSRİ-ni dağıtmaq yox, “yuxarıdan aşağıya mərkəzləşmə”yə dayanan “Prezident yönətimi” yaradıldı.
Pribaltika, Ukrayna kimi respublikaları bilmirem, o çağda Azerbaycanda bu politik olaları anlaya bilen, onları daha demokratik dövlet guruluşuna yöneldecek sayğın, seçkin bir yönetici, bilimçi deyilecek politolog, hügugçu, aydın yoxdu!
Olaylar Azerbaycan Respublikasının öne çıxan yaşıl yurdseverlerinin de politik düşüncesini gabaglayırdı. Az sonra güc yolu ile devrilen Ayaz Mütellibovla Abulfaz Aliyevden sonra ağalığa keçen Haydar Aliyevin de Parlamentar Demokratik Respublika guruluşu ile bağlı geniş biliyinin olmadığı aydınlaşdı. Ancag o çağda Ayaz Mütellibovun bir az dövletgurma bacarığı, bir az erdemliyi olsaydı, ulusun ağlı başında olan yurdseverlerine arxalansaydı, Azerbaycanın, Azerbaycan Türklerinin başına sonrakı ağrı-acılar gelmeyecekdi. Ayaz Mütellibovun erdemliyi çatmadı. Belke Rus strategleri bunu bildiklerinden Hasan Hasanovu yox, Ayaz Mutallibovu seçmişdiler.
1995-ci il noyabrın 12-de, ulusun bilimçileri, hügugçuları, aydınları ile geniş çekişmeden “Ellikle sesverme” adı altında danışıglardan, “sovetsayağı” – “senli de olar, sensiz de” “sesverme”den sonra Azerbaycan Respublikasının moskvadanenme yeni anayasası uyğulandı. O çağda men “Sosial felsefe”den yenice elmler namizedi olmuşdum. Azerbaycan Ali Attestasiya Komisiyasının Politologiya grifi bele yoxdu. Politologiya içdenlikli disertasiyalara 09.00.11 – Sosial felsefe adı verilirdi.
Politik biliklerim az olsa da, “elgözüne” Anayasa “çekişmesi”ne iki yazı ile gatıldım. “Azerbaycan” gazetinde yayımlanan birinci yazıda konstitusiya yerine Çingiz Xan, Amir Teymur çağında da işledilmiş ANAYASA sözünü önerdim. Prezident Aparatının işçisi gazetin ertesi sayında mene “Konstitusiya Anayasadan önemlidir” yanıtını verdi. Bir yazı da “Vetendaş” gazetinde çap etdirib, Azerbaycan Respublikası prezidentine hakimiyetin varisliyini belirlemek hügugunun verilmesine garşı çıxıb, bu hügugun prezidente “ULUS AĞALIĞI”nı istediyi adama ötürmek olanağı sağladığını gösterirdim. O çağda sayğın “hügugçu”susuz, aydınsız Azerbaycanda “hügug yaradanlar” ancag düzüklerin yerini deyişdiler.
2003-cü ilde Azerbaycan Respublikasında olanlar sekkiz il önceki guşgularımı doğruladı. 2016-cı ilin sentyabrın 26-de keçirilen “Ellikle sesverme” ise Azerbaycan Respublikasını yönetenlerin Azerbaycan Türklerine yaraşmayan, çağdışı dövletçilik yolu tutduğunu dünyaya gösterdi.
Azerbaycan Respublikasının gurucu ideologu Mehemmed Emin Rasulzade Azerbaycan Respublikası Parlamentinin 1919-cu il yanvarın 16-da keçirilen 8-ci toplantısında demişdir: “Azerbaycanda ganuni-esasi [anayasa, konstitusiya] hele tertib verilmemişdir [yazılmamışdır, uyğulanmamışdır]. Biz parlamentarizmi gebul etmişik ve ganuni-esasiyemizin [anayasamızın] baş xettini parlamentarizm teşkil edecekdir. Madam ki, beledir, biz bu üsulun mentigi tereflerine emel etmeliyiz. Bu üzden sair teferrüatda biz parlamentarizmi gebul etmiş olan memkeketlerin [ölkelerin], ezcümle [özellikle de, daha çox da, o cümleden de] İngilterenin ganunlarından golaylıgla istifade ede bileriz.
Parlament mebusu [ulus elçisi] milleti [ulusu] temsil edir, binaen-ileyh [buna göre] o hemişe azad olmalıdır! Bir mebus eyni zamanda hökumet memuru olarsa, heç vaxt azad danışa bilmez! Bezileri deyirler bu xüsusda Azerbaycan müstesna bir mövge tutmalıdır, çünki medeni güvvemiz azdır. Men zenn etmem Azerbaycan medeni güvveden o geder mehrum olsun, Parlamente 60 mebus gönderdikde, artıg hökumet memurluğuna medeni güvvesi galmasın. Eger bunca güvvesiz isek, onda heç bize Parlament lazım deyil! (Soldan, merkezden algış).
Parlamentsiz memleket istibdad olar! Halbuki, biz Parlament ve Cümhuriyet esası ile yanaşmalı ve memleketimizi bu esas üzre idare etmeliyiz!” (Azerbaycan Xalg Cümhuriyeti (1918-1920). Parlament. I. B., 1998, 177-ci s.).
Azerbaycan Respublikası 1920-ci il aprelin 27-de Rus-ermeni-sovet-mason bolşefaşistleri dağıdana kimi o çağda Avropada olan en uygar demokratik ilkelerle yönetildi.
1990-cı illerde, kiminse SSRİde uyğulanan preziden yönetimine garşı çıxması düşünülesi, olası bir şey deyildı. Ölkede demek olar, heç kimde bununçun gereken bilik, deneyim yoxdu. Ne Azerbaycan Respublikasının ilk prezidenti Ayaz Mütellibovun, ne ikinci prezident Abulfaz Aliyevin avtoritarlıga dayanan prezident yönetimini deyişmek üçün biliyi, ne de başga olanagları olmamışdır. Bu olanag bir neçe ilden sonra Azerbaycan Respublikasının üçüncü prezidenti Heydar Aliyeve yarandı. Ancag o bunu etmedi.
Heydar Aliyev toplumun, ulusun dışına çekilib, ölkede demokratik seçki kültürü yaya, parlamentar respublikaçılıg yönetimi uyğulaya bilerdi. Bundan ötrü geniş demokratik, parlamentar dövletçilik biliyi, deneyimi, düşüncesi gerekdi. Heydar Aliyevse bu biliyi, bu deneyimi veren toplumda yox, Rusiya İmperyası adlı monarxiyanın ardı – Sovet Sosialist Respublikaları Birliyinde “yuxarıdan aşağıya sorumsuz düzen” psixologiyası ile yetişdirilmiş kadr idi.
Filosoflar sevgilide eriyib yox olmağı sevginin içdenliyi sayırlar, Mecnunun Leylide, Keremin Aslide…, sufilerin allahda itib yox oldugları kimi. O çağda Heydar Aliyevin Azerbaycan toplumu bir yana, keçmiş SSRİde tanınmışlığı ele bir düzeydeydi, o, goca aslan kimi toplumun gırağına çekilib, menim bu ulusun var-yatırında heç bir gözüm yoxdur! Başda oğlum-gızım olmagla heç kim Azerbaycan Respublikasının var-yatırına yasa dışı göz dikmesin! Kim dikerse, yargılansın ! – deye biler, Azerbaycana demokratik respublikaçılıg – seçki kültürü, çağdaş gelişmiş demokratik politik düzen getirer, Türk ulusuna Atatürk Türkiyeye atan kimi gelişmeklik gığılcımı ata bilerdi. Ancag o bunu etmedi. Heydar Aliyev özünü Azerbaycanın, Azerbaycan Türklerinin üstünde gördü, onlardan üstün tutdu. Bu da Azerbaycan Respublikasını getdikce “aile respublikası”na çevirib çağdaş demokratik dünyada yıpratdı, sayğısız etdi.
Men yurdunun eyiliyine, yaxşılığına, gözelliyine çalışan yurddaş olarag, Azerbaycanda “özelleşdirme” adı ile ulusal var-yatırın “yağmalanma”sına, zavod-fabriklerin dağıdılmasına, toplumun “dibindeki” adamlardan rüşvet alıb yüksek dövlet gurumlarının başına goyulmasına, yerliçiliyin ağlasığmaz biçime girmesine baxmayarag, 1995-ci ilin sonlarınadek Heydar Aliyeve az da olsa güvenirdim. Ancag 1995-ci il anayasası uyğulanandan sonra ölkede dövletçiliyin çağdaş demokratik respublikaçılıg ilkelerinden sapması garşısıalınmaz oldu. “Güclü prezident respublikası” deyilib, anayasa ile sorumsuz edilen Heydar Aliyev bundan sonra istediyini eledi. Bir ara Heydar Aliyevin avtoritetinden gorxub çekinen yetkililer on il ölkede olmadığından ağır ekonomik, menevi-ideoloji durumu yaxşı anlayıb çağdaş demokratik respublikaçılıg yönünde gelişdiremmeyen yaşlı prezidenti “bütleşdirib”, gurdugları avtoritar, basgıçı, gözetimsiz ortamda Azerbaycanı “yiyesiz mal” kimi bölüşdürmeye, yeyib-dağıtmağa başladılar. Azerbaycan Respublikası 2016-cı il sentyabr ayının 26-da “Ellikle sesverme” adı ile keçirilen anayasa deyişikliklerinden sonra ise demokratik respublikaçılıg ilkelerinden bütünlükle uzaglaşıb “aile monarxiyası”na çevrildi. Bu anlamda 2016-cı il sentyabrın 26-da keçirilen “Ellikle sesverme” çağdaş çoxlugçu demokratiya ilkelerine dayanan parlamentar respublika guruluşuna yad, Azerbaycan Respublikasını, Türk Ulusunu gelişmeden saxlayıb çağdışı goyacag monarxik gericilik olmuşdur, ona göre de yubadılmadan ortadan galdırılmalıdır!
Öten 110 ilde azerbaycançılıg ideologiyasının Türkçülük, İslamçılıg, Gafgazçılıg, Çağdaşlıg ideyaları oluşmuşdur. Son 25 ildeki politik olaylar azerbaycançılıg ideologiyasının yeni, DEMOKRATİK RESPUBLİKAÇILIG ilkesini doğurmuşdur .
Azerbaycan Türkleri, Azerbaycan Toplumu strateji ulusal yaşamını getdikce daha demokratik – çoxlugçu demokratiya ilkelerine uyğunlaşdırmalı, Parlament Respublikası politik guruluşuna keçmelidir!
Parlament gözetimi olmayan ölke doğrudan da monarxiya olur!
5
90-cı illerin ortalarında, Azerbaycan Respublikası ile bağlı materialları yenice öyrenirdik. Bir gün AMEA-nın Sovet düşüncesinden ayrılmamış tarixçilerinden biri Paris Barış Konfransındakı Azerbaycan Elçiliyile bağlı dedi: ”Azerbaycanın pullarını aparıb, Avropada yeyibler!”.
Dedim: ne pul?
Susdu. Sonralar doğruları öyrendikce yanlışını anladı.
Prof. Dr. Camil Hasanli “Russkaya revolyusiya i Azerbaydjan. Trudnıy put k nezavisimosti 1917-1920” bitiyinde Azerbaycan, Gürcüstan, Ermenistan respublikalarının Paris Barış Konfransındakı elçiliklerinin pulları ile bağli bilgi de verib. Onların içinde Azerbaycan Respublikası Elçiliyinin pulu en azdır, Ermenilerinki o birilerinden gat-gat çoxdur.
1918-ci il sentyabrın 15-de Bakının Rus-ermeni-sovet-mason bolşefaşistlerinden gurtuluşu tekce Azerbaycan Türklerinin yox, Gafgaz Ellerinin de varlığının gorunmasında ikinci geopolitik, ideoloji olay olmuşdur. Azerbaycan Respublikasının Paris Barış Konfransında tanınması da bu anlamda böyük politik olaydır. Bitikde Azerbaycan Respublikasının Paris Barış Konfransındakı Elçiliyinin üyelerinin ayrı partiyalardan olsalar da Azerbaycanla, Türkle, Gafgazla, Gafgaz Ellerile bağlı işleri uyum içerisinde çözmeye çalışdıgları da gösterilib.
Pr. Dok. Camil Hasanlinin dövlet ödülü verilmeli bu bitiyinde Azerbaycanla, Türkle, Gafgazla bağlı ideoloji yanlış axtardım. Tapmadım. Moskvanın “Flinta” Yayım Evinin yüksek biçimde çap etdiyi bitikde texnik yanlışlar da yoxdur. Tekce bitiyin sonundakı Azerbaycan Respublikası Parlamentinin 1920-ci il aprelin 28-deki olanüstü toplantısını Mehemmed Emin Rasulzadenin keçirmesi yanlış gedib.
1920-ci ilin 28 aprel “gara toplantı”sını Mehemmed Yusif Ceferov keçirmişdir.
Tarix elmleri doktoru, professor Camil Hasanli “Russkaya revolyusiya i Azerbaydjan. Trudnıy put k nezavisimosti 1917-1920” bitiyinile Azerbaycanan son 100 illik tarixinden ideoloji anıt yaratmışdır. O, Azerbaycan Respublikasının en deyerli tarix bilimçisi, böyük türkçüsü, dönmez azerbaycançılarındandır. Camil Hasanlinin, elece de on milyon AZERBAYCANLInın AZERBAYCAN RESPUBLİKASInın YÜZ İLLİYİ bayramını gutlayır, Azerbaycan Respublikasını ÇAĞDAŞ ÇOXLUGÇU DEMOKRATİK RESPUBLİKAya çevirmeye dönmeden çalışmag dileyirem.
YADİGAR TÜRKEL
felsefe üzre elmleri doktoru
24 yanvar 2018-ci il.
*[] Düz ayrıcdakı açıglamalar Yadigar Türkelindir.