Yadigar Türkel. MİLLƏT UYDURMAQ CİNAYƏTDİR (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Respublika Milli Məclisi millətimizin yasag edilmiş Türk adını özünə gaytardı.
Bizim ölkədə milli mənsublug kimi çox mürükküb, elmi məsələ haggında danışarkən tarixçi, filolog, yazıçı və digər humanitar sahə mütəxəssislərinin fikirlərinə əsaslanıb, təbiət elmləri sahəsində edilən tədgigatlara fikir vermirlər.
Millətin milli mənsubluğunu göstərən bioloji və sosial göstəricilər vardır. Bioloji göstəricilərə antropoloji ölçüləri və genetik xüsusiyətləri, sosial göstəricilərə dil və s. aid edirlər.Etnosları fərgləndirən antropometrik ölçülərə əsasən türkü ərəbdən, hindunu ingilisdən, rusu ispandan fərgləndirirlər. Məşhur etnograf alim V. L.  Veliçko əsrin əvvəllərində Türkiyədən Tiflisə gələn erməniləri antropoloji öyrənən həkim İ. İ. Pantyuxovun “yarımvəhşi” gəlmələrin erməni yox, erməniləşmiş kürdlər olduğunu təyin etdiyini yazmışdır.
Alimlər etnosun mənsubluğunu insanların ganını genetik öyrənməklə də müəyənləşdirirlər.
Bütün canlıların əsas bioloji xüsusiyətləri xromosomların tərkibindəki genlər vasitəsilə Mendel ganunlarına və digər çox mürəkkəb genetik gaydalara müvafig olarag növbəti nəsillərə ötürülür. Mendel ganunlarına görə valideynlərin iki müxtəlif əlamətindən növbəti nəslə yalnız biri verilir. İtirilmiş hər hansı bir əlamət sonrakı nəsildə ¼ halda ortaya çıxır. Məsələn, Erməni millətinin ganındakı “erməni xəstəliyi”, min illər ərzində yeni nəsillərə ötürüldüyündən, “erməni xəstəliyi”nin onların ganından çıxması geyri-mümkündür. Hesablamalara görə albinosluğu bir nəslin ganından çıxarmag üçün 3 min ilə gədər vaxt lazımdır.

Alimlər Grenlandiya eskimoslarını öyrənərkən onların cəmi 10 faizinin ganında şəkər olduğunu müəyənləşdirmişlər. Yalnız XIX əsrin ikinci yarısından şəkər yeməyə başlamış eskimoslar min illər ərzində şəkər yemədiklərindən organizmləri uzunmüddətli təkamül prosesində özünü korrelyasiya etmiş, nizamlamışdır deyə hüceyrələrdə həyat prosesləri fruktozasız getməyə uyğunlaşmışdır.

Bu hal elm aləmində təkamül ganununun inkarolunmaz sübutudur.

Təbiətdə monozigot ekizlər belə bir-birindən çoxlu xüsusiyətlərinə görə fərglənsələr də, xarici aləmın təbii, sosial-psixoloji, ekoloji və digər çoxsaylı təsirləri nəticəsirdə baş vermiş müəyən genetik korrelyasiyalara baxmayarag, tarix boyu özgə millətlərə garışmamağa çalışan Türklərə xas bütün əsas antropometrik, genetik əlamətlər az dəyişilmiş halda yeni nəsillərə ötürüldüyündən, Azərbaycanda, İranda, Türkiyədə, İragda yaşayan Türklər dövrümüzə genetik yaxın, mənşəcə dəyişməmiş bir xalg kimi gəlib çatmışlar. Tarixin müxtəlif dövrlərində Türk tayfalarının hansı Türk dövlətinin tərkibində olmasının heç bir mənası olmamışdır. Son min illik tariximizə nəzər salsag, bu dövlətlərin sərhədlərinin necə tez-tez dəyişdiyini aydın görərik. Zaman keçdikcə türkləri ayıran indiki sərhədlərin tamamiıə itəcəyinə və ya başga cür çəkiləcəyinə şübhə yoxdur.

Millətin dili sosial əlamət  olub genetik verilməsə də, etnograflar onu millətin əsas göstəricilərindən biri sayırlar. Məşhur etnograf Y. Bromley bu fikri inkar etmək üçün “mübahisəyə girişməyi belə bütün istisnalara baxmayarag” mənasız bir şey sayır. Əsasən Azərbaycan Respublikasında və İranda yaşayan, düşmən siyasətləri nəticəsində adı dolaşdırılmış əhalinin əsaz hissəsinin Türk olduğunu göstərmək üçün bir elmi mənbəyə də baxag. Mesopotamiyada, İran yaylasında insanın məskunlaşmasını tədgig etmiş fransız alimi Elize Reklyünün 1906-ci ildə Sankt-Peterburg şəhərində çap edilmiş “Çelovek i Zemlya” kitabında yazılmışdır: “Etnik elementin öyrənilməsi Pamirlə Mesopotamiya arasında ən gədim tarixi dövrlərdən sanki bir-birinin içində yerləşmiş Semit, Ari və dil baxımından tamamilə əks olan Turan irglərinin yaşadığını göstərir. Cemitlər yalnız Zagros dağlarının ətəklərınə gədər yerləşdikləri halda Ari və Turanlılar yaylaya (İran yaylası nəzərdə tutulur. Y.T.) sahib olmag üçün bir-biri ilə mübarizə edirdilər. Bu torpagları onlardan hansının əvvəl tutduğunu isə sübut etmək geyri-mümkündür. Haggında danışdığımız Turanlılar Xəzər dənizinin Cənub-Şərgindən İran yaylasına galxıb, Atropaten və gədim Midiya ərazilərini məskunlaşdırmışlar. Onlar Suzian vadisinin çox böyük bir hissəsini də məskunlaşdırdılar…”.

  1. Reklyünün geyd etdiyi Turanlıların Türklər olduğu və bu günə kimi vətənlərində yaşadığı məlumdur.

Ə. Firdovsi “Şahnamə” dastanında İran-Turan münasibətlərinin bəzi cəhətlərini farsların superetnik baxışlarına uyğun şəkildə gələmə almışdır.

Buna görə də müxtəlif dövrlərdə uydurulmuş azərbaycanlı, azəri, azəri türkü, Azəbaycan türkü, Türk-Azər kimi adlar heç bir biogenetik ganunlara, elmi məntigə, tarixi yaddaşa sığmır və millətimizin adını göstərə bilməz.

Azərbaycan və İran respublikalarında yaşayan əhalinin əksəriyətini təşkil edən xalgın adı Azəbaycanlı yox, Türkdür. Millətimizin dilinin adı uydurma Azəri, ya Azərbaycan türkcəsi yox, Türk dilidir.

Azərbaycan Respublikası Milli Məclisinin Türkün özünəgayıdışı dövründə dövlətçiıik simvolu olan mügəddəs Türk adını gaytarmag gərarı son dövrlərın ən böyük siyasi hadisəsidir.

 

“Millət” gəzeti, 9 yanvar 1993-cü il, № 3 (95).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv