Yadigar Türkel. MƏN UYDURMA MİLLƏTLƏRİ İNKAR EDİRƏM (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 1

Milli Məclis Azərbaycan Türklərinin düşmənlərimizin yasag etdiyi gədim adını gaytarandan sonra millət gəhramanı cildinə girmək istəyən bəzi adamlar ağalarının buyuruğu ilə atalarının uydurduğu yalanları müdafiə etmək üçün gülünc antitürk kompaniyasına başladılar. Bu mənasız kompaniya hələ də davam etməkdədir.
Bizim ölkəmizdə milli mənsubug kimi çox mürəkkəb biogenetik məsələ barədə fikir yürüdərkən insanın bioloji mahiyətini unudub, əsasan mənbəşünaslığa və təxəyülə əsaslanan humanitar saha mütəxəssislərinin – tarixçi, filolog, yazıçı va s. fikirlərini əsas götürürlar. İstinad adilan Herodot, Strabon kimi Gərb tarixçiləri, müxtəlif Ərəb salnaməçilərininsə öz intellektual səviyələrinə, zamanələrinin dini-siyasi baxışlarına uyğun, hatta sayyah və tacirlərin söylədiklərinə əsasən tarix yazdıgları məlumdur. Heredot və Strabon kimi tarixçilərin səhvlərinin dəhşətlərini isə biz çəkirik. Belə “təxəyül tarixçiliyi” bu gün də davam edir. Biz belə mənbələrdən həgigət olanlarını götürməliyik.

Milli mənsubluğumuzla əlagədar son yüzillikdə olmuş mənasız mübahisələri tabiət elmləri axarına yönəltmək məgsədilə fikir verilməyən bəzi çox vacib biogenetik şərtlər barədə ümumiləşdirilmiş şəkildə “Millət” gəzetinin 09.01.93-cü il sayında çıxış etdim. Demə “Millət uydurmag cinayətdir” elmi-publisistik məgaləsi bəzi “tarix mübarizlərini” bərk gorxuya salmış, Nadir Fərəczada isə “İstiglal” gəzetinin 19 və 27.02.93-cü il saylarında “Azəri millətini inkar etmək cinayətdir” belleteristikasında mənə pantürkist damğası vurarag, özünün dediyi kimi “heç bir əxlag normasına sığmayan”, amma özünə sığışdırdığı söyüşlərlə əməllibaşlı bəzəmişdir.

“Azəri millətini inkar etmək cinayətdir” məgaləsini oxuyanda əxlag və tərbiyəmə uyğun olarag allah sizinkimilərə ağıl və elm versin desəm də, xalgımızın həyatının xeyirlə şərin, hagla nahaggın, elmlə cəhalətin mübarizəsi olduğunu nəzərə alarag, opponentin idrakından yüksəkdə duran elmi həgigətləri “özünüböyütmə idayaları” olan gənc N. Fərəczadəyə, uşag iddialı “mən belə istəyirəm, mən belə öyrənmişəm, ona görə də azərbaycanlıyam” deyən bəzi gələm sahiblərinə bildirmək gərarına gəldim. Cavab verməsək fikirlər dumanlanar, hay-küyçü, söyüşcül, millət uyduranlar özlərini haglı sanarlar.

Dövrümüz – grafomaniyadır. İdrak və təfəkkürünün hüdudlarını bilmədən hamı yazır. Müəllim təəssürata gapılıb, pul gazanmag xatirinə elmi şəkildə dərk etmək igtidarında olmadığı, fərdin və millətin həyatının çox vacib hissəsi olan, böyük elmi məktəb yaratmış alim-həkimlərin belə ehtiyatla, yüksək takt, milli əxlag normalarını gözləməklə danışmağa çalışdığı seksdən yazır. Biliyinin hüdudlarını dərk etməyən yarımoxumuş jurnalist yer üzündə həyatın əmələgəlmə səbəblərini öyrənmiş, fərdlə millətin geoevolyusion həyat proseslərindəki yerini tədgig etmiş, fizika, biologiya, fiziologiya, neyrofiziologiya, astronomiya va s. təbiət elmlərini bilən, dünya fəlsəfi fikir, din, estetika, poeziya tarixlərindən, habelə geyd edilməyən digər elmlərdən məlumatı olan ensiklopedik bilikli təbiət elmləri mütəxəssislərinin, psixiatr-həkimlərin ruh barədə (psycha – ruh, iatria – müalicə edirəm) danışmağının daha münasibliyini unudub, televiziya ekranından xalga ruh dərsi verir. Belə yaramaz!

Sovet təhsil sicteminin çatmayanlarından biri ideyalara uyub, humanitar ixtisas təhsili alanları əslində təbiət elmlərindən təcrid etmək olmuşdur. Cəmiyət həyatında matarialist təfəkkür gəbul edilsə də təhsildə təbii-elmi əsasdan məhrum edilən humanitar sahə mütəxəssislərində elmi-fəlsəfi təfəkkürdən çox bəsit sitatçılıg tərbiyə edilmişdir. Vaxt gəlcək bizim də mətbuat işçilərimiz daha çox elmi təfəkkürlə, riyazi məntiglə, ganun garşısında böyük məsyliyət hissilə yazıb yaradacaglar. Hələliksə matbuatımızda grafomaniyadır. Uydurmalar, siyasi, elmi-publisistik, mənəvi-əxlagi perversiyalar – pozğun sayıglamalar baş alıb gedir. Fərəczadə də “Millət uydurmag cinayətdir” məgaləsinin elmi həgigəti garşısında büzüşüb müəllifinə dəfələrlə hörmətli, möhtərəm sözlərilə müraciət etsə də, yazdıglarından cavanlara xas olan, özünü hamıdan ağıllı saymag xislətindən hələ də ayrıla bilməmiş elmsiz uşag olduğunu göstərir.

Müəllif təxəyülçülük “elminin” məhsulu olan fikirlərini “giymətli idayalar” sanıb, məni, respublika rəhbərlərini, başga ziyalıları – pantürkist, pantürkist bəylər, başabala pantürkistlərimiz, türkçü bəylər, şərəfsizlər, siyasi korlug, nadanlıg, hakimiyət başında olan avantüristlərin və onlara yarınmag istəyən bəzi “başabala ziyalılarımız”, “xalgın gözünün içinə gırmızı-gırmızı yalan demək heç bir əxlag normasına sığmır” – kimi perversiyalarla təhgir edir. Təfəkkür pozuntusu olan xəstə insan şəkli çəkərkən onun üstündə tank, top, altında tüstülənən sigaret, başında buynuz çəkib, sarğısını sapla dodaglarına tikə bilər. Belə hallar həm də şəxsiyət xəstəliyi adlanır. “Azəri millətini danmag cinayətdir” məgaləsinin müəllifi də guraşdırdığı perversiyalarla öz şəklini belə çəkib.

Alimlər mübahisələr zamanı opponentlərini elmi cavablarla susdururlar, təhgir, söyüş və perversiyalarla yox! Hər hansı bir cismə baxan insan onu yanlış görürsə, bu həmin cismin eybəcərliyini yox, şəxsin xəstəliyini göstərir. N. Fərəczadə də illyüziyası olduğundan “Millət uydurmag cinayətdir” məgaləsini oxuyarkən onun müəllifini belə görüb.

Mənim “Millət uydurmag cinayətdir” məgalasindəki fikirlərim yalnız təbiətdəki bioloji varlıgların hayat ganunlarına əsasən, təkcə Azərbaycanda yox, Rusiya və digər ölkələrdəki elmi tədgigatların mügayisəsi nəticəsində yaranmışdır. Belə faktları ümumiləşdirib badxahlarımıza cavab vermək bütün ziyalılarımızın borcudur!

Təbiətşünaslıg elmlərinin ən böyük kəşflərindən sayılan, müxtəlif genetika elmlərinin yaranmasında mayaka dönmüş Mendel ganunları yazılan jurnal yüz il kilsə rəflərində galsa da, bu dahiyanə kəşf nəhayət nadanlıg zülmətini yardı və böyük təbiət ganunları kimi bu gün də neçə-neçə fundamental elm sahəsinin əsas silahıdır. Bu ganunlara görə valideynlərin iki müxtəlif əlamətindən növbəti nəslə yalnız biri verilir. İtirilmiş hər hansı bir əlamət sonrakı nəsildə ¼ halda ortaya çıxır. Bütün bioloji növlərin həyat prosesləri bu ganuna uyğun şəkildə davam edir. Bütün sosial təsirlərə baxmayarag hər hansı populyasiya və ya millətin biogenetik xüsusiyətləri bu ganuna müvafigdir. Buna görə də milli-irgi məsələlərə toxunarkan hər şeydən əvvəl insanın bioloji mahiyətini öyrənib, sonra onun sosial varlığına müdaxilə etmək lazımdır. N. Fərəczadə isə bundan xəbərsiz olduğundan “Azəri millətini inkar etmak cinayətdir” cızmagarasının əvvəlindaə məni məntigsizlikdə günahlandırarag nişan verdiyi “İstiglal” gəzetində çap edilmiş “Kaspi antropoloji tipi və yaxud biz necə“türkük” yazısını elmi kəşf sayıb: “Azərbaycanlılar (özlərinin talışları, kürdləri, tatları ilə birgə) ? antropometrik və genetik xüsusiyətlərinə görə Kaspi irg tipinə aiddirlər” yazarag elmsizliyindən utanmag əvəzinə, cuşa gəlib daha böyük hökm çıxarır: “İndi də gələk müasir azərbaycanlıların irgi-genetik köklərinə. Kaspi antropoloji tipinə mənsub olan azərbaycanlılar öz sələfləri olan midiyalıların, atropatenalıların genetik xüsusiyətlərini demək olar ki, tamamilə mühafizə etmişlər. Bunu paleantoloji (?) matarialların tədgigi də sübut edir. Yəni irandilli midiyalılar, atropatenalılar hansı irgi-genetik xüsusiyatlərə malik idilərsə, bügünkü türkdilli azərbaycanlılar da həmin irgi-genetik xüsusiyətlərə malikdirlər”.

Bu sözləri oxuyan oxucunun müəllifə allahdan agıl diləməkdən başga əlacı galmır.

Cənab Fərəczadə, bu nə elmsizlikdir? Bu, sərsəm düşmən siyasətini siz nə məgsədlə yaşatmag istəyirsiniz? Sizin 5-6 millətdən ibarət yığıntı millət yaratmagdan məgsədiniz nədir? Axı bu, bioloji növlərin həyat ganunlarına ziddir. Midiyalı və Atropatenalıların genetik xüsusiyətlərini kim və necə müəyən etmişdir? Hökmünüz nə gətidir?

Mən antropometrik ölçülər deyəndə kütləvi oxucunun başa düşməsi üçün genetik verilən əlamətlərdən ayrı yazdığım, əslində isə Mendel ganunlarına uyğun növbəti nəslə ötürülən çoxsaylı əlamət və ölçüləri nəzərdə tutmuşdum, üstündə bir iki diş olan çənə şaxəsi, ya kəllə əsasında düzəldilmiş mücərrəd “tarixi irgləri” yox! Tarixçilərin “irg”lərinin əlamətlərini mövcud bioloji insan tiplərinin antropoloji ölçülərilə garışdırmayın! Sizin bioloji növlərin həyat ganunlarından, immun sistemindən, ganın tərkib elementləri, gan grupları, rezus faktor, genogeografiya, müəyən populyasiyaya xas olan genetik xəstəliklər barəda təsəvvürünüz varmı? Ağzınıza gələni niyə yazırsınız? Hansı antropometrik ölçülərə görə talışlar, kürdlər, tatlar türklərlə eynidir? Axı bu təbiət ganunlarına ziddir. Kaspi irgini də sizin kimi yarımhəgigətçi tarixçilər guraşdırıblar. Bu gün yer üzündə yaşayan, biogenetik əlamətləri az-çox öyrənilmiş xalglar içərisində Kaspi irgi yoxdur! Kaspi irgi tarixi-arxeoloji “irgdir”.

İrg biogenetik əlamətlərlə fərglənən insan tipidir. Özünüzdən millət və irg uydurmayın!

(ardı var)

P.S. gəzeti, 1 iyun 1993-cü ıl, sayı 10 (11).

SÖZARDI: P.S. gəzetinin 1993 -cü il, 11, 12-ci sayları əldə olmadığından yazının bilimsəl açıglamalar bölümü yarımçıgdır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv