Yadigar Türkel. MƏN UYDURMA MİLLƏTLƏRİ İNKAR EDİRƏM (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 2

Bibliyanı oxuyun. Bir vaxtlar dünyanın çox hissəsinə hakim olmuş, möhtəşəm tarixlər yaratmış Türk superetnosunun başı çox bəlalar çəkib. Neçə Türk soyu yer üzündan silinib, Türk tarixinin neçə zəngin səhifəsi itib getmiş, başgaları bu mədəniyətlərə sahib olmuşlar. İslamı gəbul edən Türkün əxlagı müəyən gədər biogenetik mahiyətindən gələn tələblərlə yox, daha çox kosmopolit siyasi təfəkkürə əsasən formalaşmağa başladı. Bu, əslində böyük bir irgin həyatında təbiətlə səsləşən sosial kataklizm idi. Bu kosmopolit təfəkkür Türkə çox vaxt babasını unutdururdu. Türk özünə müsəlman deməyə başladı. Yer üzündə İslam dinini ən çox yayan Türk olduğundan biogenetik adını unudan Türk çox zaman müsəlman adını fəxri titul kimi gəbul edirdi.

Son yüz ildə Türk dünyası ikinci dəfə özünə gayıdır. Əsrin əvvəllərində düşmənlər buna imkan vermədilər. Bu gayıdışsa ugurlu olacag! İmkan verin xalg özünə gayıtsın.

Etnograflar millətin dilini onun əsas göstəricilərindən sayırlar. Məşhur etnograf Bromley bunu inkar etməyə girişməyi “bütün istisnalara baxmayarag” mənasız bir iş saymışdır.

Ölkəmizin dilçi alimlərinin Azəri sözünün fonetik guruluşuna fikir verməmələri də N. Fərəczadə kimi təxəyülçülərin ortaya çıxmasına şərait yaradır. Azəri sözündəki son İ səsi Fars dilinin lingvistik ganunlarına xasdır. Demək bu adı bizə özgələr goymuşlar, ya da tarıx boyu azər kəlməsi sosial-siyasi təsirlər nəticəsində fonetik dəyişikliyə uğramışdır. Kimin bizi necə adlandırmağının bizim biogenetik mahiyətimizə dəxli yoxdur. Dünyanın neçə-neçə xalgını başga xalglar necə adlandırmağından asılı olmayarag onlar özlərini istədikləridək adlandırırlar.

Bu gün Azarbaycanın düşməndən gorunmasında türklərlə çiyin-çiyinə ruslar, talışlar, kürdlər, ləzgilər, tatlar və digər xalgların övladları gəhrəmanlıgla vuruşur, arxa cəbhədə əlindən gələni edirlər. Özünü hay-küylə azərbaycanpərəst adlandıranlar, Milli Məclisin Azərbaycanın Türk xalgının adını gaytarması ilə onu siz deyən kimi, “Türk dünyasına”, “İslam dünyasına”, “Gərb dünyasına” govuşdurmag, “Türkiyəyə guyrug bulamag” məgsədi güdülmür. Türkçülük – Azərbaycançılıgdır!

Mən 7,5 milyonlug vətənimizin bütün vətəndaşlarının azad və xoşbəxt yaşadığı dil və mədəniyətlərini çiçəkləndirə biləcəyi müstəgil ölkə yaradılmasının arzusundayam. Bununçün əlimdən gələni edirəm. Bəs siz nə istəyirsiniz?

P.S. gəzeti, 22 iyun 1993-cü ıl, sayı 13 (14).

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv