YADİGAR TÜRKEL. Xalqla Prezidentin arasına girməyək

AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ

Müstəqil dövlət guruculuğu qlobal dövlətçilik siyasəti və sosial təfəkkür tələb edir. Bu prosesdə mətbuat işçilərinin, xüsusilə Az.TV-nin üzərinə müəyən vəzifə düşür. Mətbuatda gədən bütün məlumatlar dəqiq olmalı, əhalini marifləndirib onda sosial şüur formalaşdırmalıdır.
Az.TV mayın 26-da başa çatmış, hakimlik etdiyim, gənclər arasında 1994-cü il boks birinciliyinin bəzi final görüşlərini iyunun 5-də (?) Azərbaycan Milli Çempionatı adı altında təgdim etdi. İdman aləmində çempionatla birinçilik müxtəlif komponentlərə görə fərgləndirilir. Təcrübəli jurnalist, aparıcı Aydın Əliyev də birincilikdən danışırdı…
Məgsədim milli sözünün varlığımıza yeridilmiş xarici təzahür, yalançı effektə uyğun yersiz işlədilməsinə münasibətimi bildirməkdir.
AXC-nin hakimiyəti dövründə Azərbaycan Televiziyasının adının garşısına eyforik şair təfəkküründəngəlmə, ingilabçılıg psixologiyasının doğurduğu, yerinə düşməmiş “milli” sözü artırıldı. Yayınlarına baxdığımız heç bir dövlətin televiziyasının adında milli sözü yoxdur. Hazırkı igtidarın mətbuat rəhbərlərinin də yersizliyinə görə gulag deşən, olmayan yerdən “gan çıxaran,” dövlət mənasında anlatmağa çalışması səhv hərəkəti müdafiə cəhdidir.
Əksər başçılar hələ də millətə gecə-gündüz sazla gurban olum, Şuşa, Şuşa demək yox, onun sosial həyatını yüksək səviyədə təmin edərək gənclərini sağlam böyüdüb, ordusunu yaradıb düşmənlərilə uzunmüddətli mübarizəyə galxmag lazım olduğunu dərk etməyiblər.
Hörmətli telejurnalist bəylər, əgər cəbhəçilər naşılıg edib xalgın aparıcı mətbuat organını həyatın mənasını, millətin, cəmiyətin nə olduğunu hələ yaxşı dərk etməmiş Səfər Alışarlının diktaturasına vermişdilərsə, Heydər Əliyev kimdən gorxur? Onun sizin təbliğatına ehtiyacı yoxdur! Əksinə, sizin təfəkkürsüz məddahlığınızla əhalini dövlət başçısından narazı salırsınız. Artıg vətənimizin sabahını uğurlu görmək istəyən ziyalılar Heydər Əliyevin ən böyük “düşməni” Səyyad Ağbabaladır – deyirlər. Girməyin xalgla başçısının arasına! Goyun xalgın ziyalıları millətin sözünü desin! 70 il goymadılar, aşındıg. Sizdəmi “konstruktiv müxalifət” yaradırsınız?
Məsələn, mən bir vətəndaştək Heydər Əliyevi ağsaggal kimi, böyük kimi, bu gün xalga lazım siyasi sabitləşdirici şəxsiyət kimi gəbul edir, prezidentin səmərəli xarici siyasi fəaliyətini giymətləndirirəm. Amma hökumət fəaliyətini çox yarıtmaz, geyri-kafi hesab edib mətbuat vasitəsilə artıg beşinci dəfədir hökuməti istefaya göndərməyi ondan xahiş edirəm.
Dərin elmi, sosial siyasi verilişlər Az.TV-dən “geyb” olub. Əvəzində “Xəbərlər” programında “inək sağmag sənəti” gən-bol öyrədilir, 5-10 yetim-yesirə onlardan çırpışdırılmış “gəpik-guruş verənlər” reklam edilir.
Gurtarın siyasətin xalgı aldatmag sənəti olduğunu həyat gayələri sayan adamlara gulluğu! Azərbaycanda siyasət gec-tez xalga xidmət sənətinə çəvriləcəkdir!
Televiziya millətin siyasətçilərinin yetişdiyi tribunadır. Özlərini müxalif hesab edən şəxsiyətlərə, partiyalara, alimlərə söz verin. Goyun xalgın siyasətçiləri yetişsin.
Baxın TRT-yə, Ostankinoya. Öyrənin. İnsanların ən böyük bəlalarından biri özünü hamıdan ağıllı sayıb ağıllılardan, biliklilərdən öyənməməkdir!
Cəmiyətdə nizamlanmayan, millətimizin, dövlətimizin məhvinə səbəb ola biləcək kəskin vəzifə, mövgə mübarizəsi gedir. Vəzifələriniz, mövgeləriniz xatirinə bu mübarizənin şiddətlənməsinə kömək edib, xalgla prezidentin arasına girib yeni hərəkatlara, təlatümlərə, gardaş gırğınlarına, torpaglarımızın işğalına səbəb olmayın!
Biz düşmənlərimizlə uzunmüddətli mübarizəyə hazırlaşmalıyıg! Belə böyük amallara xidmət etməkdənsə millətin aparıcı mətbuat organını gəldi-gedər nazirlərin, yaltag şairlərin təbliğat organına çevirməyin!

Millət gəzeti, 23 iyun 1994, № 50 (278)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv