Bu gün (14 mart) Böyük Babəkin edam olunduğu gündür. İslamın qara bayrağı altında Azərbaycanın ruhunu, mənliyini, torpağını işğal edən ərəb xilafəti, erməni feodalı Səhl ibn Sumbatın satqınlığı ilə Babəki ələ keçirmiş, Xilafətin o çağkı başkəndi Samirədə edam etdirmişdir. Mötəsimin qanlı kini Babəki sümük-sümük doğratdırdıqdan sonra onun milli kimliyini, xatirəsini təhqir etmişdir.
İslam ruhsuzluğunun etkisinə girən azərbaycanlılara bu qanlı olayı zaman-zaman unutdurmaq baş tutduğuna görə, övladlarına Samirə adı qoyur, Babəkin ruhuna arxa çevirirlər. Eləcə də, qıraq təbliğatların sonucunda, Babəkə kafirlik damğası vurur, ya da bu damğanı vuranlara seyrçi qalırlar. Babəkin Milli-Özgürlük hərəkatını xalqa anlatmaq istəyənlər isə hər zaman ərəbqafalıların söyüşünə uğramışlar. Bu gün də bu sürəc davam edir. Ancaq bununla belə, xalqımızın gözü öz faciələrinə açılmalı, öz kimliyini dərk eləmək yolunda zəhmətlər çəkilməlidir. Babəki tanımaq, tanıtmaq millətləşmə sürəcində çox böyük önəm daşıyır. Çünkü işğaldan qurtarmaq üçün özünəqayıdış gərəkdir. Bu isə dəyərləri tanımaqla, yaşatmaqla, qorumaqla gerçəkləşir.
Bu istəklə, Asif Ata Ocağı, 3 gün öncə Babək Günü təşkil eləmiş, soydaşlarımızın qatqısıyla Babəkin xatirəsi anılmış, Onun mənəvi ucalığına, eləcə də, milli-ruhsal etkisinə yönəlik düşüncələr sərgilənmişdir.
(Düşüncələr, səsin yazıya çevrilməsindən sonra, sunulacaqdır).
Böyük Babəkin anadan olmasının 1220, edam olunmasının 1180 illiyidir
Mart 14th, 2018 admin