TERMİNLƏRİMİZİ DÜZƏLDƏK, DİLİMİZİ TƏMİZLƏYƏK (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Bütün mürəkkəbliklərinə, çətinliklərinə baxmayarag xalgımızın həyatının igtisadi, siyasi, mədəni sahələrində, milli şüurumuzda müəyən dəyişikliklər gedir. Bu mənada marksist siyasi igtisadda geyri-maddi istehsal adlandırılan, fikrimizcə maddi istehsal sahəmiz adlanmalı Dövlət Sağlamlıg Sisteminndə də əsaslı islahatlar aparılmalıdır. Ancag yuxarı dövlət idarəetmə institutlarının başçılarının suçundan Azərbaycan Dövlət Sağlamlıg Sisteminin tibbi, igtisadi, inzibati, mənəvi əsasları dağıdılıb. Sağlamlıg islahatları sağlamlıg sistemi bürokratiyasının tele-radio göstərmələrilə yox, ciddi kompleks hökumət programı ilə həyata keçirilə bilər.Bu məgalədə Sağlamlıg sistemində işlənən bəzi terminlərə münasibətimizi bildirəcəyik.

20-ci əsrdə Azərbaycan alimləri Türk dilində Türk terminləri yaratmag sahəsində böyük işlər görmüşlər. Ancag müəyən siyasi, psixoloji səbəblərdən bəzən dilimizə sayğısız yanaşılmış, Türk sözlərinin yerinə yabançı terminlər gəbul edilmişdir.

Əsrin əvvəllərində ziyalılarımıza Ərəb dilinin təsiri güclü olduğundan əhalinin sağlamlığını goruyan dövlət sistemi – gövlət sağlamlıg sistemi, ya da gısaca sağlamlıg sistemi səhiyyə sistemi adlandırılmışdır.

Səhiyyə Ərəb sözüdür, Türk dilində sağlamlıg deməkdir. Buna görə də sağlamlıg sistemi demək düzgün olar. Sağlamlıg nazirliyi, sağlamlıg müəsisəsi, sağlamlıg marifi və s.

Ata-babalarımız ağ ciyərə övkə, gara ciyərə bağır, mədəyə gursag, fəgərəyə onurğa, spermatozoidə torum, ondan törəyənlərə torun (törəmə) deyərdilər. Biz isə çeşidli təsirlərə basılıb ciyər, fəgərə, nəvə deyirik.

Xalgımız difteriya xəstəliyinə boğmaca deyib. Difteriya sözünü Rus dili vasitəsilə Türk dilinə gəbul edərkən bunu nəzərə almamışlar.

Fikrimizcə, unutduğumuz bu sözləri dilimizə gaytarıb işlətsək onu zənginləşdirərik.

Sözardı: Hörmətli ziyalılarımızın səsimizə səs verəcəyinə inanırıg.

                                                         YADİGAR TÜRKEL
fəlsəfə elmləri namizədi

AZƏR ŞADLİNSKİ
tibb elmləri namizədi

 

Müxalifət gezeti, 3 aprel 1996-cı il, No 26 (426).

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv