Asif Atanın Mingəçevir görüşü (II hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik.
Asif Atanın
Mingəçevir görüşü (II hissə)
(14 saylı məktəbdə)
Sual: Xalq Cəbhəsinə və Demokratik Ziyalılar İttifaqına münasibətiniz?
Asif Ata: Məndən xoşunuz gəlsə də, gəlməsə də, mən hərəkatların heç birinə inanmıram. Onları səviyyəli bilmirəm. Düşmən çox bicdir. Ağıllı olmaq lazımdır, dahilik lazımdır. Hər halda 20 Yanvarda Xalq Cəbhəsi də Hökumətlə birləşdi və səhvə yol verdi. Qorbaçovşina da buna hazır idi. Onu axtarırdılar, gözləyirdilər. Çünki ermənilər incimişdi. Güllə atılmalı idi. Bilmək lazım idi. Qərəz, mən əsasən götür-qoy elədim.

Mən əlimdən gələni… mən neyləyə bilərdim? Mən bir şey elədim ki, televizora zəng elədim ki, qoy mən çıxış eləyim, televiziya mənə yaddır, məni sevmir, sevməyəcək də, təbiidir. Bugünkü çıxışdan da aydın oldu  ki, niyə?! Mən edə bilmədim bunu, lakin mən özüm qəti əmin oldum ki, bu səhv dəhşətli dərəcədə səhvdir. Nə hakim? Nə müdafiə? Sən erməni deyilsən. Ona atmaz, sənə atar. Sən gürcü deyilsən. Bunu niyə başa düşmədilər vaxtında ki, bunu eləmək lazım deyil.

Bir birləşmə lazımdır. Təzə bir formada, Ocaqda birləşmək lazımdır. Və xalqı belə parçalamaq lazım deyil. 60-a qədər təşkilat var. Onların hamısının arxasında şöhrətpərəstlik durur. Bax, bu gün-sabah deputatlıq uğrunda döyüşdə hamının simasını əla hiss edəcəksiniz. (Alqışlar)

 Sual: Azərbaycan öz istiqlalını necə əldə edə bilər?

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

 Asif Ata: Azərbaycan öz istiqlalını belə əldə edə bilər. Hələlik! Yenidənqurmanın şüarlarından istifadə edərək. Məsələn, başqa bir yerdə gəlib mən belə çıxış edə bilməzdim, mən bir dəfə gəldim 80-ci ildə yazılarım… neçə vaxt məni işdən çıxartdılar. Yəqin ki, bu dəfə belə olmaz. …İstifadə eləmək, xalqı ayıltmaq, bax, bu dediklərimi demək, bundan da artıq demək. Xalqı birləşdirmək və mütləq çıxmaq! Bax, ayrılmaq!

Mütləq, intəhası, ağılla, belə yox.

 Sual: Son hadisələrlə bağlı işimiz?

 Asif Ata: Bu, ümumi dərdimizdir… mən ümumi sözlər deməyəcəm. Çıxış yolunu mən belə hiss eləyirəm. Heç olmasa iki problem həll olunsun: Demoqrafik məsələ. Ermənistandan gələn azərbaycanlıları Xankəndin özündə yerləşdirmək. Vəziyyət çox pis oldu. İyirmi birinci illərdə, hətta durğunluq illərində, Dağlıq Qarabağ tamam ayrılıb, elə bil qəsdən, ağılsızcasına, bunlar məşqə başladılar, demoqrafik cəhətdən az-çox bütöv, azərbaycanlılar orda Xankənddə Dağlıq Qarabağa görə azdır. Ona görə onlar istədiklərini də eləyiblər.

Biz heç nə edə bilmirik. Bu dövrdə, bu saat demoqrafik problemi həll etməsək, orada dəyişiklik etməsək, orada heç olmasa müəyyən mənada azərbaycanlaşdırmasaq, hökumət bunu heç olmasa eləsin, qəhrəmanlıq göstərsin də. Heç olmasa bu cür qəhrəmanlıq göstərsin. Bunu biz eləyə bilmərik. Onda vəziyyət dəyişər. Onda belə azğınlaşmazlar. Onda qoyarlar ki, sən öz vətəninə gələsən. Heç olmasa, azərbaycanlı olaraq. Yoxsa indi ayrılıblar. Əməlli-başlı çəpər çəkmək, heç kim, heç kəs ora gedə bilmir. Əslində bu, elə Azərbaycandan ayrılmaqdır mahiyyətcə.

Sonra mərkəz haqqında mənim qəti fikrim. Mərkəz ən yaxşı halda qurama Ermənistan ölkəsi yaradır Dağlıq Qarabağda. Bunun arzusudur.  Həm də görürsən ki, coğrafi vəziyyətin dəyişilir.

“Perestroyka qraniçı net. Avtonomiya est avtonomiya. No seyças avtonomii net. Otkroy dver, mojno s kem uqodno sblizitsya, soedinitsya.”

Elə şey uydururlar indi yalançı, formal Azərbaycanla bağlı, bir oyuncaq (yerdən – “Cəfəngiyyat”), ay sağ ol, cəfəngiyyat – elə bir şey yaradıb.

Allah eləsin mən səhv eləyim! Mənə lazımdır ki, mən səhv eləyim, mənə lazımdır ki, mən səhv eləyim. Təəssüf ki, səhv eləməyəcəm. Hər şey ora gedir. Ali məktəbin də, keyfim istəyir o ali məktəblə də birləşə bilərəm.

Prinsip etibariylə. Çünki: “Ya suverennaya, avtonomnaya oblast. Ya sobstvennik svoey zemli. Po novomu zakonu” – elə şeylər tapırlar ki, erməni indi sevincindən bilmir ayın ha tərəfindədir. Bizdə belə bir söz var: Ala buluddadır. Çünki onun xeyrinədir. Ona görə biz özümüz iş görməliyik. İşi də mən belə hesab edirəm.

Bir az Cənubi Azərbaycan probleminə daha ciddi yanaşmaq. Nə qədər ki, bizi, Azərbaycanı Zaqafqaziya regionunda sındırıblar. Biz çox sınmışıq. İndi xüsusiylə… elə bilirsiniz gürcü… gürcü indi özünü ağa kimi aparır. Zaqafqaziyanın bir nömrəli müdiri kimi, Avropa müdiri kimi aparır. Onu biz görürük. Dünyada bizim dostumuz yoxdur.

Heç olmasa Cənubi Azərbaycan bilsin nə var, nə yox burda, heç olmasa səsini versin. 20 milyona qədərik biz orda. Təkcə Azərbaycan türkləri deyil həm də. Orda türkmənlər var, orda qacarlar var. Çoxuq biz orda.

Bax, bu iki şeydə görürəm, qalan heç nədə görmürəm. Hamısı sözdür, hamısı hay-həşirdir. Mitinqlər də heç nə vermədi, kiminsə adı çıxır. O da beş günlükdür. O qədər quru qoçular vardır ki, Xomiç vardı bizim hamımıza. Kim deyər ki, o kimdir? Bunlar hamısı su kimi bir şeydir. Bir şey qazanmadı. Bax, bu iki şeyi həll eləmək lazımdır. Lakin bu problemin həlli deyil. Problemin həlli sonradan olacaq. Biz ki, tam suveren deyirlər, nə deyirlər olacağıq, tamamilə, onu mən deyə bilmərəm on ilə olacaq, 20 ilə olacaq, onu heç kəs deyə bilməz, amma bütün güc ona həsr olunmalıdır. Biz ayılandan sonra… biz niyə Cənubi Azərbaycan məsələsini həll eləmirik. Çünki İran-SSRİ münasibətləri çərçivəsində bunu həll eləmək olmaz. İranla SSRİ ömründə Azərbaycanı verməzlər, böyütməzlər heç zaman. Hər zaman İran sənə Təbrizi verməz. Təbriz olmasa, Tehran heç nədir.

Ona görə Cənubi Azərbaycan problemi bir nömrəli məsələdir. Onda sən böyüyürsən, sən regionda tamam ayrı… tamam vəziyyət dəyişilir. Nəinki regional vəziyyət, həm də siyasi-ictimai vəziyyət tamam dəyişilir. Onda səninlə belə danışmayacaqlar. Bizlə belə danışırlar, çünki bizi zəif hesab edirlər. Səhv edirlər! Səhv edirlər.

 Sual: Asif Ata, xahiş edirik, beynəlmiləlçiliklə nasionalizmi izah edəsiniz.

 Asif Ata: Beynəlmiləlçilik – internasionalizm, demək Avropada, hamısında. Bir var nasionalnost, bir var nasionalist. Bunlar əslində bir-birinə əksdirlər. Əgər nasionalizm varsa, onda beynəlmiləlçilik yoxdur. Beynəlmiləlçilik varsa, nasionalizm yoxdur.

Lakin bizi aldatmaq üçün, çox əsərlər var, bizə deyirlər ki, nasionalizm olmayan yerdə beynəlmiləlçilik yoxdur. Nasionalizm… bir var nasional – bunları qarışdırmayın. Bir də var nasionalizm. Nasionalizm pis şeydir. Nasionalnı yaxşı şeydir. O qədər xaos yaradırlar ki. Bir tərəfdən deyirlər ki, xalqlar, millətlər özlərini hərtərəfli inkişaf elətdirsinlər, digər tərəfdən deyirlər ki, bir-birinə qovuşsunlar. Yaxşı, mən inkişaf eləyirəmsə, mən milli, yəni ki, ümumbəşərilikdən fərqli olaraq, xüsusi olaraq inkişaf edirəmsə, mənim bu inkişafım aparıb məni qovuşmağa çıxarırsa, mən niyə inkişaf eləyim axı? Belə çıxır ki, mən açılmalıyam ki, solam. Mən tapılmalıyam ki, itirəm, itəm. Dəfələrlə əsərlər var ki, xüsusi deyir ki, “mı s odnoy storonı doljnı aqetirovat za polnuyu samoopredeleni nasii, vplot do otdeleniya”. Əla! “No s druqoy storonı mı doljnı, çto eto pritol… Neobxodimo edinstva”.

Bu cür çıxarırlar. Bunu çatı kimi bizim boğazımıza salırlar.

Məncə, sualınıza cavab verdim.

Bilin ki, internasionalizm bizim üçün nə oldu, nə verdi bizə? İnternasionalizm o oldu ki, 26 Bakı Komissarı içində cəmi-cümlətanı iki azərbaycanlı var idi. Bunu verdi bizə. İntəhası, bizə nə verdi? Onu verdi ki, Mircəfər Bağırovun, yaxşı yadınızdadır sizin, onun müavini erməni oldu və anasına yazdı ki, mən “cavan türklərin” hayıfını aldım azərbaycanlılardan. Yadınızdadırmı? Qırdım hamısını. Bunu verdi bizə.

Mən hesab edirəm ki, millətçi sözündən gözəl söz yoxdur. Lakin ermənilərinki necədir?! – Ermənilərinki qəsbkarlıqdır, ermənilərinki yağılıqdır, düşmənlikdir. Orda millətçiliyin heç bir izi yoxdur. Əsli də yoxdur. Millətçi sözündən qorxmayaq. Onu qəsdən bizim gözümüzdən salıblar ki, bizim bu həqiqətlərdən başımız çıxmasın.

Kommunizmin son məqsədi odur ki, bir bəşəriyyət olsun, bir dil olsun, bir hakimiyyət olsun, bir ideologiya olsun. Bunu hamı bilir. Bir tərəfdən də millətçi. Belə olan halda, kommunizm hara, millətçi hara? Belə ola bilməz. İstəsən də, istəməsən də bir şey deyən kimi sən marksizmin əleyhinə çıxış edirsən. Nə sən başlamısan “millət, millət” elə getdi. A balam, millətin sonu yoxdur. Gec-tez on ilə birləşəcəyik də, sən də başlamısan… Bilirsinizmi, ehkam elə əxlaqsız, antixəlqi bəladır ki, sənin xəbərin olmur ki, nə vaxt haqqın əldən gedir.

Bizim içimizdə xalqı sevənlər az olmamalıdır. Bütün fəlakətlər bundadır. Ona görə deyəndə ki, bu adam kommunist olmağına baxmayaraq, həm də millətini sevirdi. Onu şərti mənada başa düşmək lazımdır. Bəli, millətini sevirdi. Amma kommunist olduğu üçün sevdiyini büruzə vermirdi. Qorxurdu ki, görəsən bu nə işdir.

Belə-belə gəldik, gəldik, bu günə düşdük.

 Sual: Azərbaycanda prezidentlik haqqında (sual çox zəif səslənir – S.A.).

Asif Ata: Ümumiyyətlə, prezidentlik nə deyən şeydir?! Prezidentlik atasızlıqdır. Atanı beş ilə seçməzlər. (Gülüş…) Azərbaycanın prezidentliyi iki dəfə… bu nə prezidentlikdir ki, sənin suverenliyin əslində yoxdur. Sən nə istəyirsən, sən nəyi təmsil eləyirsən?

Prezidentlik müəyyən, vahid dövlətin başçısı deməkdir və müstəqildir. Hanı sənin müstəqilliyin? Gülməli bir şey çıxır 15 prezident – altısı üstə… bu nə deməkdir?

Bu piramidadan xalq heç bir xeyir görməyəcək. Mənə inanın. Dövlətçilik (onun funksiyası – S.A.) nə qədər az olsa, dövlətin başında nə qədər az adam olsa, əslində dövlət o qədər yaxşı idarə olunar.  Dəhşətli dərəcədə atasızlıq yaranır. Parlament belə komissiya… Allah göstərməsin, axırı hara aparacaq bunların… əleyhinəyəm mən bunun. Bizim hamımızın… bu bizdən asılı deyil. Amma fikrimizi deməyə bizim haqqımız var. Prezidentliyi ona görə yaratdılar ki, təzələr xalqdan özünü qorumağa vasitə tapdı. Vəssalam. Vəziyyət pisləşdi. Əvvəldən hay-küylə gəlmişdilər. Yenilik, hay-həşir. Beş-on günə təzə bir dünya… indi heç nə yoxdur. Camaat çaşqındır. İndi lazımdır bunu qorumaq, dadmaq. Odur yalnız. Siyasi oyun idi. Sovet ölkəsi qətiyyən buna yetişməyib, tamamilə kal meyvədir. Lakin əlac yoxdur. Qorunmaq üçün. “samosoxraneniye”. Budur!

 Sual: Türk vəhşiliyi…(Sual eşidilmir – S.A.)

 Asif Ata: Hayıf ki, vaxtımız azdır. Çox hayıf ki, vaxtımız azdır. Görürsünüzmü, necə yaxşı suallar verirsiniz. Mənim ürəyimdəndir. Bilirdim ki, belə suallar olacaq.

Təxminən Osmanlı imperiyası yaranan, demək XV əsr deyək də, XV əsrdə, Avropada, XV əsrin sonu, XVI əsrin əvvəli. Ondan düz dörd əsr Osmanlı imperiyası yaşadı. Kimsə mənə mane olur… kimsə mənə mane olur. (Ata fikrini cəmləşdirə bilmir, hiddətlənir – S.A.). Osmanlı imperiyası yaranan gündən Avropada “vəhşi türk” konsepsiyası başlandı. Hətta Maleviç kimi yazıçı, filosof olmayan, “türk vəhşiliyi” haqqında çoxlu onun fikirləri var əsərlərində. Nədir bu “türk vəhşiliyi”? türk vəhşiliyi ona deyirlər ki, türklər Konstantinopolu İstanbullaşdırdılar, Vizantiyanı fəth etdi. Vizantiya da Qərbin sivilizasiyasının rəmzi idi. Mən bu işlə məşğul olmuşam. Mən qəti əminəm ki, Vizantiya onsuz da məhv olacaqdı. Vizantiya Rim imperiyasının kölgəsi idi. Rim imperiyası məhv olmuşdu və onun başqa bir hissəsi olan (Osmanlı imperiyasında olan) Vizantiya hədsiz dərəcədə əxlaqsızlaşmışdı. Qarışmışdı bir-birinə. Dinlər, xalqlar. Bizim vəziyyətimizdən pis bir şey yaranmışdı. Türk nəinki İstanbulu məhv eləmədi, Konstantinopol o vaxt Vizantiyanın mərkəzi idi. Türklər İstanbulu xilas elədi. Çıxartdılar iflasdan və onu İstanbullaşdırdılar. Əgər o olmasaydı, İstanbul da Vizantiyanın o biri şəhərlərinin gününə düşəcəkdi.

İkinci, demək, fikir bu idi ki, hissdən gələn fikirlərdir hamısı. Heç biri ağıldan gəlmir ki, özlərindən qat-qat qüvvətli olan, ağıllı olan, talantlı olan ermənilərə, qreklərə, Balkan ölkələrinə hakim olublar. Özləri özlərinin hakim olduqlarından çox aşağı idilər. Bunla məşğul idilər. Nədə aşağı idilər? Ticarətdə. Nədə aşağı idilər? Dəllallıqda. Bəli, türk böyük dəllal vermir. Mən bunu türkün ən böyük qələbəsi hesab edirəm. İndi son vaxta qədər bir az bu söhbət azalmışdı.

Ermənilər hər il olduğu kimi, bunu siz yaxşı bilirsiniz, daşnak partiyasının proqramını da yəqin ki, azdan-çoxdan bilirsiniz. “Türk dünyası ölməsə, erməni yaşamaz” – onların proqramında var. Onlar təzədən bunu başlayıblar. İndi elə bir “yaxşı” əsər yoxdur ki, orada bu məsələ bu və ya digər şəkildə qoyulmasın. “Yaxşı” deyəndə mən pis mənada yaxşı, yəni əllərdə gəzən, sensasiya doğuran əsərdir. Hamısı yalandır. Türk dünyasının vəhşiliyi haqqında danışan, türk dünyasının fəlakətinin böyüklüyünü dərk eləmir. Türk dünyasının böyük fəlakətidir.

Türkün iki böyük səhvi var. Daha doğrusu üç. Birinci, türk özünə peyğəmbər yetirə bilməyib, hərçəndi onun mifologiyasında da çox gözəl ünsürlər var. Peyğəmbərlik üçün onun əfsanəsində də, ondan sonra, atalar sözlərində də, onun qəhrəmanlığında da, onlar hamısı vəhy üçün gözəl materiallardır. Nə isə eləmədilər, eləmədilər! Başladılar ondan-bundan peyğəmbərlik axtarmağa. Başladılar o peyğəmbərə qulluq eləməyə əməlli-başlı. Osmanlı imperatorları oldular xəlifə. Başladılar hədsiz dərəcədə ərəbləri təqlid eləməyə.

Hərəmxana məsələsi türklərdə olmamışdı İslama qədər. Başladılar hərəmxana tikməyə. Hərəmxana murdarlıqdır. Hərəmxana qadından çox aşağıdır. Sağ olmasınlar.

Yüz arvadıola bilməz bir kişinin. Hərçəndi Süleyman kimi peyğəmbərin iki min arvadı olub. Mən qəsdən söhbəti belə gətirirəm ki, bir az gərginlik azalsın. Siz artıq yorulmusunuz. Bir az da zarafatyana.

Bir sözlə, indi, bu saat Avropada “vəhşi türk” ideyası baş qaldırır. Və “vəhşi türk” ideyasından erməi əla istifadə eləyir. Və özünü “cavan türklərə” qarşı döyüşçü adlandırırlar orda.

Burda deyirlər ki, Qarabağ üstə döyüşürük, orda deyirlər ki, “mest”, intiqam alırıq. Vəziyyət belədir.

İkinci. Türkün fəlakəti onda oldu ki, qılınca çox bel bağladı. Çox qılınc havasına oynadı. Çox belə həvəsə düşdü. hədsiz dərəcədə dünyaya sahib olmaq ideyasına düşdü. Atillalaşdı, axı dünyaya sahib olmaq olmaz. İnsan özünə sahib ola bilər, dünyaya sahib olmaq olmaz. Kim sahib olub dünyaya? Nə təhər olur ki, bu illüziyaçı dünya o qədər səfeh şeydir ki, bir nəfər deyir ki, “bəsdir!” teymurləngin sözləri yadınızdadırmı? Teymurləng deyir ki, bir nəfər bəsdir! Nə ikinci hökmdar, nə üçüncü hökmdar? Bu dünya nədir ki, onun üstündə üç hökmdar olsun? Biri bəsdir!

Bu fikir bir az irad olsa da, hər halda bir az dərin baxsaq, Teymurləngin bu ideyası türkə çox ziyan verdi. türk nə qədər döyüşdü, nəqədər qırıldı, nə qədər qırdı. əgər ona baxanda, axı döyüşdə ağılla olmalıdır. Camaat elə bilir ki, döyüşdə gərək qol olsun. Döyüşsərkərdədən o qədər beyin istəyir, dahilik istəyir. Bütün dahiliyini döyüşməyə həsr eləyir. Bilirsən, mən belə deyərdim ki, türk atın belində qılınc oynadır, ayılmır, sonra atın belindən düşəndən sonra fikirləşir, başlayır ayılmağa. Kiminlə döyüşdüm?

İldırım Bəyazidi heç kim məğlub edə bilmədi, İldırım Bəyazidi Teymurləng məğlub elədi. Teymurləng kimdir? Türk! Bəs o kimdir? Türk! Türk türkü məğlub elədi.

Səlimlə kim döyüşdü? Səlimlə türk- şah İsmayıl döyüşdü. Döyüşlər nə qədər oldu?

Səlcuqlar bir-birini qırmadılarmı?

Qəznəvini kim yıxdı? Səlcuqlar və s. o qədər misal var ki, gətirmək olar ki, bax, bu üç dərdə görə bu günə gəlib çıxmışıq ki, dünya bizim balalarımıza ağlamadı. Heç kəs bizə ağlamadı, heç kəs…

Sual: Sizə qədər öz sağlığında “Ata” təxəllüsünü ancaq Aleksandr Düma daşıyıb.

Mənə Asif Ata ona görə deyirlər ki, mən bütün yazılarımda da, çıxışlarımda da, hamısında özümü nə ailə başçısı görürəm, nə başçı görürəm, nə də elə-belə tənqidçi görürəm, elə-belə filosof görürəm, nə də ata görürəm. Mən özümü becərən görürəm. Yəni Atalıq – qayğı.

Burada pis şey yoxdur. İntəhası, onun yükü özündən çox aşağıdır. Siz də bir dəfə özünüzə “ata” deyin, görün bu nə qədər ağır işdir, sənə xalqın bir hissəsi “Ata” desin. Bu dəhşət dərəcədə ağır yükdür. Amma bu yükü mən fərəhlə daşıyıram.və birtəhər çıxmasın yekəxanalıq çıxmasın, mən özümü bu ada tam layiq bilirəm. Çünki bu ad məni məcbur edir ki, mən təmiz olum, hər mənada. Bu adməni çox gözəl səfərbər eləyir səhvlər eləməyim, bu ad mənimözümü də becərir. Amma sizə nahaq yerə elə gəlir ki, Aleksandr Düma belə getdi… bizim dəyərlərimiz var. Dədə Qorqud var… bəs siz niyə Aleksand Dümanı yada salırsınız, Dədə Qorqudu yadınıza salmırsınız.

Mən anlamıram sizi! Azərbaycanda o qədər atalar var ki, … Eybi yoxdur, bağışlayıram sizi. Günahınızı…

A.Düma heç Avropanın özündə görünmür. Onu biz böyütmüşük. Üç min nüsxə əsər yazmaq üçün dahi olmaq lazım deyil ki…

 (Sual eşidilmir – S.A.)

 Sual: Sizə səcdə qılan varmı?

Asif Ata: Mənə səcdə qılan var. Lakin onların adını mən sizə deyə bilmərəm. Çünki Şərqdə bir pünhanlıq da var, sirr də var. Əgər siz hürufiliyi yaxşı öyrənmisinizsə, hürufiliyin canı budur ki, “mən sirri-pünhan gəlmişəm”. Bütün Nəsiminin mahiyyəti bundadır: “Mən sirri-pünhan gəlmişəm!”

Vaxt olacaq onu görəcəksiniz. O qədər də az döyülük. Səcdə qılanlar var lap yerə qədər. Yerdəcəsinə. Belə səcdə olmur.

 Sual: Möhtərəm Ata, niyə türklər bir-birini qırıblar?onlara səcdə qılmaq olarmı?

 (Ata sualı axıra qədər oxumur – S.A.)

 Asif Ata: Niyə də qılmıram? Türk əlifbası, pantürkizm. Pantürkizm yarandı XIX əsrdə. əvvəl Osmanlıda, osmanlı türkiyəsində, Ziya Göyalpın əsərlərində. Çox böyük adam olub, türkçü kimi. Indi Universitet onun adınadır türkiyədə. Və ikinci bizim əlibəy Hüseynzadəmiz. O, çox böyük həvəslə pantürkizmi bizdə əvvəl, 20-ci ilə qədər bizdə, bolşeviklərgələndən sonra sərgüzəştli ömrü olub onun. əvvəl gedib Türkiyəyə. Türkiyədə kamal Atatürk onu təqib eləməli olub, syasət xətrinə. Yaxşı bilirsiniz ki, Kasmal Atatürklə lenin arasında siyasi oyun gedirdi. Kamal Atatürk bu oyunu uddu. Bu da xüsusi bir söhbətdir. Çünki lenin bu fikirdə idi ki, kamal Atatürkü sosialistləşdirsin. Bu baş tutmadı. Kamal çox böyük ağıldır, çox böyük ağıl!

Biz elə bilmişik indikilər kimi…

Pantürkizmin mənası nədir? Əgər türklər birləşməsə, onlar mütləq məhv olacaqlar. Çünki imperializm var. Rus imperializmi. Çarizmin qansız imperializmi. Onlar belə məqamda birləşirlər. Ona görə bütün türklər birləşməlidirlər. Pantürkizm – türk birliyi. Necə ki, panslavyanizm oldu, ruslar, bolqarlar və s.

Lakin çox təəssüf ki, bu fikir həyata keçmədi. Çünki Stalin kimi dəhşətli rus imperatoru, Stalin rus tarixinin ən böyük imperatorudur, onun başı çox güclü idi. O, amansızcasına Türk Dünyasının belini qırdı.

Birinci, Türküstan adlanan Orta Asiyada böyük bir möhtəşəm dövlət var idi. Səhv etmirəmsə, yüz minə qədər adam var idi. Guya ki, özbəklərə dedi ki, səni mən ayırıram. Özbəksən, sən niyə qazaxla bir olasan. Qazaxa deyirdi… guya bunlara ayrı respublika yaradırdı. Bu cür türkün belini qırdı və s. və i.a.

Bu saat pantürkizmə ehtiyac çoxdur. əgər məndən soruşsanız ki, pantürkizm lazımdırmı, deyərdim mütləq lazımdır. Heç olmasa ona görə ki, 60 milyona qədər orda türk var. Hələ SSRİ-nin özündə 100-110 milyona qədər türk var, hamısı yığılsa, görün bu nə ola bilər. Və bizi narahatçılıq… görürsünüzmü ki, necə türk bir-birini qırdı. Görürsünüz ki, özbək necə ağlını itirib, türkü necə öldürdü.

Mən istərdim pantürkizm olsun. Lakin bu mənim iradəmdən asılı deyil.

Amma əqidə kimi biz onu deyək.

 Sual: gələcəkdə Oğuz türklərinin, türklərin, azərbaycanlıların, türkmənlərin vahid birlik şəklində birləşməsinə necə baxırsınız?

 Asif Ata: Mütləq olmalıdır bu. Lakin qoymayacaqlar. Dişləriylə, dırnaqlarıyla bütün imperialistlər. Imperialistlər üçün bu saat bir nömrəli problem – türk amilidir. Mən hələ burda rus tarixindən misal gətirmək istəmirəm ki, Pyotr Pervinin – birinci Pyotrun əski düşməni oydu. Hələ mən onu demirəm ki, fransızların türklərə münasibəti necə olub, hələ mən “krestonostsı” deyirlər ona, xaç… fələstinlərlər döyüşdən söhbət gedir və s. və i.a.

Belə bir vəziyyətdə, ya gərək biz birləşək, ya da bir-bir bizi ayıracaqlar, məhv edəcəklər.

Mən özbək dilində heç nə anlamıram. Mənözbək-türk dilini bilmirəm. Özbək Qazaxla tərcüməylə danışır və s. və i.a.

Bunu bilin və cavanlara… çox çətin işlər var qabaqda, dəhşətli dərəcədə.çox çətin. Elə adamlar var ki, deyir ki, yaşayırıq, cəhənnəm olsun vətən-zad. O, səhv edir. Çətin işlər var. İndi zahirən gərək sevinək də, türklər (türkiyəlilər – S.A.) bizə gəlir, biz onlara gedirik. Heç sevinmirəm. Bizə gələn kimdir? Əziz Nesin. Tutalım 20 il bundan qabaq. Əziz Nesin kim ki, Atatürkü ələ salır? Mənim nəyimə lazımdır onun o satirası ki, o mənim kamal Atatürkümü ələ salır. Nəyi var onun, kamal Atatürkü ələ salırsan. Bizə gələnlər türkün içində olan adamlar deyin o türkün əslində mahiyyətcə kənarı, çölləridir(?). türk anadoludadır, kəndlidir. Qoy o gəlsin mənim yanıma, qoy onunla söhbət eləyim. Elələrini göndərirlər ki, onlar gəlib buralarda mütilik eləyirlər.

Ona görə mən sevinmirəm. Ümumiyyətlə, əlifba məsləsi… Yaxşı yadınızda qalsın, bizim hamımızın. Kimdənsə bir əlifba götürürüksə, biz ona çevrilirik. Əlifba yalnız filoloji problem deyil, o həm də siyasi-ictimai problemdir. ərəb əlifbası bizə ərəbləşmə gətirdi. ərəbləşmə bizim sözümüzə də hopdu, ədəbiyyatımıza da hopdu. Hər sözümüzün beşiyi bir ərəb oldu. Qəribləşdik. Indi təzədən biz başlamışıq düşməyə. Farslaşmanı da bizə, fars əlifbası olmasa da, fars əlifbasını qəbul edənlərlə farslaşdıq. Sonra rus əlifbası qəbul elədik, ruslaşdıq. Biz rus xalqının əleyhinə deyilik. Farsın əleyhinə deyilik. Ancaq biz bu məsələnin müsəlmanlaşmanın əleyhinə olmayacaq, ləyaqətsiz olarıq. Ona görə indi azərbaycan dilində danışanlar o qədər azdır ki, barmaqla göstərilir. Qəribə hal yaranıb: öz dilini bilməyən azərbaycanda özünü pis hiss eləmir, amma rus dilini bilməyən özünü bədbəxt hiss edir. Belə də bir ölkə olar? Hamısı ondandır.

Ona görə əlifba gəərk özümüzdən olsun. Indi məsələn, erməni bir şey olanda deyir ki, mənim öz əlifbam var. O, öz əlifbası deyil, o Şumerdən gələn çox transformasiya olan bir şeydir. Amma hər halda onun öz əlifbası var.

Indi gərək ya latına keçək. Latına keçməklə biz avropalaşacayıq. Mütləq. Çünki əlifbanın dalınca bizə Avropa gələcək. Avropanın bizi nə günə saldığını siz özünüz bilirsiniz. Elə deyilmi? Ona görə, yaxşı olar ki, bizə dahiyanə bir neçə böyük və xalqını sevən filoloq qismət ola, və bizim Orxon-Yenisey ənənəmiz olub, türk… onun əsasında, qətiyyən tələsmədən, onu təlqin eləmədən, türk əlifbası yarada ki, biz də özümüzün əlifbası ilə yaşayaq və özgələşməyək.

Mən məsələni belə görürəm.

Əgər hətta latın dilinə keçsək belə, bu beşgünlük olsun. Tam olmasın. Lakin bilin ki, latın əlifbasına keçsək, itirəcəyik, yenə itirəcəyik.

O dövrdə beləydi, onsuz da millətlərin biri-birinə qovuşması prosesi gedir, sürətlənir, bu gün-sabah onsuz da birləşəcəyik, həm də Stalinin belə bir fikri vurğulanırdı ki, əvvəllər bir dil yox, bir neçə dil olacaq, “Zonalnıy yazıki” – SSRİ-də rus dili; Avropada tutalım, ingilis dili, tutalım Asiyada Yapon dili. Elə bil lap əməlli-başlı artıq gəlib çatıblar. Sonra üçü birləşəcəklər təzə vahid bir dil olacaq.

Elə bir mahnı yaranır ki, nə təfavütü var ki, sən… bizi elə çatıb-qatırlar ki, elə günə salırlar ki, heç ağlımızı… heç fikirləşməyə bizim vaxtımız olmur. Bu ehkam səni elə aparır düz çıxardır ora ki, əlifba elə bu təhır olsun, onsuz da hamısı gec-tez bir olacaq.

Ola bilsin ki, bütün bəşəriyyətin dili bir olacaq. Bax belə. Ona görə heç olmasa, imkan daxilində, türk əlifbası məsələsi ilə məşğul olmaq lazımdır ki, yeniləşək. Geriləşməkdən bir az çıxaq.

 Sual: Asif Ata, sizin danışığınızdan məlum olur ki, Zərdüştlük islamdan güclü və təmizdir. Onda nə üçün dinlərdə belə bir din yoxdur?

 Asif Ata: yaxşı sualdır. Elə təmiz olduğu üçün. Bilirsiniz, bəzən insan elə yüksək səviyyədə olur ki, onun arxasınca adamlar nisbətən az gedir. Elə deyilmi? Elə adam var ki, hamı ilə yaxşıdır, populyar adamdır, səviyyəsi də aşağıdır.

Çünki islam dini aldadır, yalan danışır. Elə ki, (o dünyada) bu dünyada yaxşı yaşa, o dünyada sən təzədəndən diriləcəksən və səni cənnətə göndərəcəklər, o cənnətdə sənə hürülər verəcəklər, pərilər verəcəklər, kef çəkəcəksən və camaat çoxu belə şeyi sevir.

Amma Zərdüşt heç nə demir. Səni o dünyada nə gözləyir. Zərdüşt deyir ki, sən bu dünyada işıqlan, onda sənin xaricin bundan da işıqlanacaq. Hürmüzdlə əhrimənin döyüşü sənin içində də var. O içindəki döyüşdə qələbə çal. Yəqin ki, burda yalan yoxdur deyin buna yalnız hədsiz dərəcədə təmiz adamlar riayət etməlidirlər və doğrudan da Zərdüştçülüyü çox tez verdi fars ərəbə. Deməkolar ki, heç döyüşmədilər də. Bir babəkdən başqa. Çünkio saat bildilər ki, o dünya var, keyf var, pəri var, hüri var.

Əvvəl qızışdı, amma (yerdən: arxasında da sual var).

 Sual: Bizim xalq belə dahidirsə bəs niyə..

 (Sualın davamı oxunmur – S.A.)

 Asif Ata: bax, bütün bu deyilənlər ehkam, qorxmağımız 70 ilimiz. Bir də özümüzük hardasa, bilirsiz, mənə elə gəlir ki, hardasa irsiyyət var. Hardasa biz itirmişik öz əvvəlki ağlımızı da doğrudan da nəsə var burda. Biz burda itirmişik, cılızlaşmışıq. Olur da. Ağac da görürsən ki, yarpaqların gözəlaçdığı vaxtda bir də görürsən quruyur.

 (yerdən: Siz deyirsiniz ki, islam yalan deyir. Yalan çox çəksə, qısa bir müddətə sıradan çıxır. Min dörd yüz ildir ki, Məhəmməd Peyğəmbər təkdir. İndi 1 milyard 300 milyon adam yalana inana bilməz.

 İndi mən sizin sualınıza cavab verəcəyəm (yerdən: 1 milyard 300 milyon adam yanıla bilməz).

Mən deyirəm ki, yalan var. Mən demirəm ki, Quran başdan-ayağa yalandır. (Əyləşin). Quranda doğru şeylər də var. Məhəmmədin haraylarında dəhşətli böyüklük də var. Lakin əgər yalnız bu olsaydı və bu yalan olmasaydı, mən özüm də sevinərdim. Bu o yalanın özüylə yaşayır, çünki bəşər yaxşı gün görməyib. Heç kəs Məhəmmədin dediyindən yaxşı bir şey yarada bilmədi. Bizə elə gəlirdikommunizm hələ o dünyanın bu dünyasıdır – olacaq. İnsan bəs neyləsin. Yalansız necə…

 (Yerdən danışan çıxışını davam edir, amma aydın deyil ki, nə deyir – S.A.)

 İslamın yalanı var, o dünya yalanı, hüri-pəri ideyası, İslamın yaxşı cəhətləri də var. Amma islamın bu qədər yaşamasının səbəbi insanın böyüklüyü ilə bağlı deyil, kişikliyi ilə bağlıdır.

Siz öz fikrinizdə qala bilərsiniz.

 (Yerdən danışan: Asif müəllim,olar ki, öz sualıma özüm cavab verim?)

 Lazım deyil, dialoq olmasın, qurultaya oxşamasın. Qoyun mən danışım fikrimi. Qəbul edə bilərsiniz, qəbul etməyə bilərsiniz. Öz işinizdir.

 Sual: Bir halda ki, Zərdüştlük daxildən nurlanma təlimidir, bəs Sufilik? Onlar bir kökdəndirmi?

 Asif Ata: Yaxşı sualdır. Sufilik nədir? Qısa. Sufilər Xəlifətin dəhşətli vaxtında o dövrdə ki, bütün dünyanın qəşəng qızlarını həryerdən çəkib gətirirdilər saraylara, o nentila dövr ki var, əslində islamçı deyillər, onlar bicdirlər. Bunu hamı deyir, islamçıların mömin vaxtı idi. Mən indi burda tarixi sadalamaq fikrindədeyiləm. Bir qövm adamlar, ədəbi dünyanın ən dahisi Bəyazid Bistami, Ən-Sari, Əttar, Məshəti Xosrov kimi dahilər, onlar əl çəkdilər, cəmiyyətdən aralandılar. Pünhanlığa qovuşdular ki, saxlayaq öz təmizliyimizi. Onlar Allahdan istifadə eləyir. O dünya əvəzində bu dünyada çirkabdan aralandılar. Bunlar başladılar ki, 5 nəfər, 10 nəfər yığılmağabir yerə. Bunların paltarı dəridən olduğu üçün onlara sufu deməyə başladılar. Sufi – türk sözüdür, dəri deməkdir.

Onlar belə qərara gəldilər ki, özümüzün Allahını yaratmalı, o Allah vasitəsiylə özümüz Allahlaşmalı, öz Allahımıza qovuşmalıyıq. Bundan ötrü yaşayırıq. Vəəxlaq məsələsi yaratdılar.

Üç mərhələsi var əxlaqın. Birincisi, Şəriət – qanun, ikincisi – təriqət, yəni yol. Üçüncüsü, Mərifət, yəni Mənəvi Kamillik, həm də həqiqət, ikincidə birləşir.

Və doğrudan doğruya əl çəkdilər nazdan, nemətdən, vardan, dövlətdən. Və doğrudan da, təmiz adam oldular. O dərəcədə ki, onlar öləndən sonra onların tüklərinə də and içirdilər.

Sufi, əgər fəlsəfi dildə desək, insanın təmizlənməsi, addım-addım yaşılaşması vəilahi bir qüvvətə, daxildəki Allaha, kamillik şağıran Allaha qovuşmasıdır.

Muğamat elə odur. Təəssüf  ki, o kitab hələ tam hazır deyil, “Muğam fəlsəfəsi”. Yəqin ki, o gec-tez çap olunacaq. Orda (“Muğam Fəlsəfəsi”ndə – S.A.) bu məsələlər daha ətraflı verilir.

Zərdüştçülüklə bağlı bəli, həmən o işıq, həm o nur. Bilirsiz, gözəl bir əsər yazmaq olar. Hürmüzd işığı, o necə gəlir Hürmüzddən, Zərdüştdən bizim Füzulimizə.

 Şəmi-Şam firqətəm, sübhü-vüsalı neylərəm,

Olmuşam bir allahlı bir hal, özgə halı neylərəm.

 Həmin o işıq gəlib çıxır lap son vaxtlara qədər. Lakin sufilik əhvallılıq məxsusdur, onu əlbət ki, sufilik insanın Allahla təması ideyasıdır. O Allah ki, onun rüşeymi daxildədir. İnsan həyatda olsa da, onun özü ilahidir. İnsanın qəlbi ilahidir. İnsanın bədəni həyatidir. Lakin qəlbi, ağlı nəyi varsa, ilahidir. Ona görə o həsrətindədir, Allahın yəni öz bütövlüyünü. Ona görə orda həyəcan yaranır. Və bu eşq ki var Füzulidə, “eşqdə canda pünhan…” bayaq mən oxudum, ümumiyyətlə, “şəbi-hicran, yanar canan” – bunlar hamısı sufilərin Allahına olan eşqidir. İstifadə oluna bilən transformasiya vasitəsiylə gəlib şıxdı əsl eşqə. Ona görə yaxşı sualdır, – Zərdüştçülüklə Sufilik arasında bağlılıq. İkisinin də mahiyyəti birdir – İşıq. Əgər Prometeydə od hərarət rəmzidirsə, demək, Zevs allahı insanlara acıqlanmışdı qeyzlənmişdi, insanlar özlərini yaxşı aparmırdılar və onların əlindən odu almışdı. Onlar soyuğa düşüb qırılırlar. Prometey özü odu aparmalı olur və Zevs onu Qaf dağına göndərir və s. Həmin o yer Avropada maddiyyatçılıq baxımındadır.

Bizdə isə Od İşıqdır. Bunu yadınızda saxlamaq vacibdir. Bizimki daha əhəmiyyətlidir, ruhanidir.

 (Bir xanım Ataya sual vermək əvəzinə Sovet dönəmində xalqlar dostluğundan danışır. O qədər də aydın deyil – S.A.)

 Asif Ata: İcazə verin, mən sizi anladım. Mən sizi qəbul edirəm. Siz mənə qulaq asın: Türklər təklənib deyəndə mən onu da demişəm ki, pantürkizm bizə lazımdır. Yəni təklənməyimiz bədbinliyə gətirib çıxarmamalıdır. İntəhası, biz nə etməyimizi bilməliyik.

Bizi təkləyiblər. Bəs çıxış yolumuz nədədir? Çıxış yolumuz ondadır ki, biz türklərlə birləşək. Türk Avropa qatılmamalıdır.

Mən ola bilsin ki, bu məsələni ətraflı bilirəm, ona görə bunu hərətərəfli qeyd etdim. Bu bir. Ikincisi, erməni-azərbaycan münasibətləri. Mən də min dəfə istərdimki, doğrudan da qardaşlığımız qalsın. Kim istəməz? Lakin mən cavab verə bilmərəm, mən bildiyimi sizə deyə bilərəm. Mən bilirəm ki, qardaşlıq yoxdur. Ermənilərlə bizim qardaşlığımız yoxdur. Olmayacaq. Eynən də, mən sizə aşılamıram, zorla qəbul etdirmirəm.

O ki qaldı, sizin mənə Ata deməyiniz. Siz mənə Ata deməyin. Eybi yoxdur. Mən razıyam.

Mən nə istəyirəm sizə, nə yol sizə, öz yolumu… onda görürəm ki, əlimizdən gələni edək ki, türk aləmi birləşsin. Qəzetlərə, jurnallara alüdə olmayaq, həqiqətimizdən qorxmayaq, lakin mən də sizin qədər bilikliyəm. Ümidim yoxdur mənim vəzifəli adamlara, ziyalılara, lakin mənim xalqa ümidim olmasaydı, bu söhbətləri nə üçün sizinlə edərdim.

Bütün işi özümüz görməliyik. Vəzifəsizlər görməlidirlər. (xanım yerindən söylənir – S.A.). Mane olma. Ona görə deyirəm çətindir. Bədbinlik o zaman olur ki, mən burdayam ki, heç nə etmək lazım deyil, bəsdir, qurtardı. Onda olur bədbinlik.

Mən deyirəm vəziyyət çətindir, eyni zamanda mən deyirəm ki, vəziyyətdən çşıxış yolu bizim özümüzdədir. Indi bunu konkret bu saat demək olmaz ki, nə edək bu saat. Bir görüşdə hamısını demək olmaz. əgər belə hiss eləsəniz ki, ehtiyac var bunun davamını birləşdirmək, Asif Ata, Asif müəllim, nə deyirsizinsə deyir, genə mən bura gəlməyə hazıram.

 Sual: Hörmətli Asif Ata, xahiş edirəm öz həyatınızı danışın.

 Asif Ata: Görürsünüzmü, bunu hamı istəyir. Elə çıxmır ki, mən gəlib özümü burda tərif eləyim. Xahiş edirəm, əgər bunun hamı istəyirsə… çünki mənim zəhləm gedir o adamdan ki, gəlir fikir söyləmək əvəzinə özünü tərifləyir gedir. əgər bu belə deyilsə, əgər sizin belə niyyətimiz yoxdur ki, sonra mənim arxamca danışasınız ki, gəlib özünü tərifləyir, onda mən bunu qısa şəkildə yəqin ki, “pyostrasını”, yəni hadisələrin hamısını yox, ən mənalısını deyə bilərəm.

Demək, mən sizə də məsləhət görərdim ki, özünüzün nəslinizi öyrənəsiniz. Kim ki, özünün nəslini bilmir, o xalqını da deyə bilməz. Mən də öz nəslimi öyərnmişəm.

Mənim ulu babam Hacı Alı Əfəndi Qazaxın Daş Salahlı kəndindən XIX əsrdə köçüb Ermənistanın, əslində Ermənistan deyil, sonradan erməniləşən Krasnoselo rayonunun Çaykəndinə. Və oarada biz məskən salmışıq. Böyük bir tayfa gedib ora. Bu göstərir ki, mən ruhani silkinə, deyək, təbəqəsinə aidəm. Mənim babam Molla Məmməd də kənd ruhanisi idi. Şübhəsiz o, 1945-ci ildə müharibədən qayıtmadı. Anam da Qazax rayonunun özündəndir. Onun da yenə anası, atası, yəni mənim babam da hacı olub.

O dövr elə idi ki, bir-biriylə dost olurdular, sonra bir-birilərinə qızlarını verirdilər, oğlanlarını özlərinə kürəkən edirdilər. Bax, bu belə.

Bax, bu məsələnin əsas cəhəti…

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv