Aysel Əlizadə (Asif Ata Ocağının 40 illiyinə)

Mənə hind mənəvi məktəbini xatırladır. Asif Atada sanki bütün ruhani məktəblər birləşir. Buddizmə də krişnaçılığa da, zərdüşçülüyə də, sufizmə, mevlanaçılığa də rast gəlirsən, amma həm də bütün bunları aşıb özünü yaradır onun təlimi. Rastıma çıxan maraqlı adamların içində bir zaman atalı olanlar – bu mək­təbin üzvləri var. Onlar modern və zəkidilər. Azərbaycanda demək olar heç vaxt sırf bu cür məktəb ol­mayıb. Söhbət əhli-beytçilikdən və ya imamətçilikdən getmir. Söhbət insanı heç nə və heç kimlə qorxut­madan onun ruhani yüksəlişinə, aydınlanmasına çalışan idrakla ruh arasında harmonik bağ yaradan etika mək­təbindən, fəlsəfi dünyagörüşündən gedir. Çox istərdim ki, Asif Ataya münasibət ölkə səviyyəsində olsun, onu tanıyaq, tanıdaq. Belə bir filosofumuzun, mənəvi öyrətmənimizin olduğunu dünyaya çıxaraq. Bu Ocağın belə bir ciddi yaşa gəlib çıxması onun təməlinin möhkəm qoyulması anlamına gəlir. Ocaq nədi? İnsanları bir araya yığan istilik, yuva. Bu, bəlli bir topluluqda alınıb. Təbrik edir, geniş miqyas arzulayıram.

Onunla bağlı yazdığım bu şeiri də təbrikimə qatıram:

 

Bu ağılasığmaz kainatın

Kiçik bir ölkəsinin

sərhəddini açıb,

vətənimi genişləndirən

Asif Atanı axtarıram mən.

“Buralarda tək qalarsan, qəlbinə dəyən olar birdən”

– deyib öldü.

O öləndən sonra

həqiqətdən qorxmağa başladım.

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv