Ocaq haqqında danışarkən onu deyə bilərəm, tanıdığım üzvləri savadlı, mədəni, əsasən də xalqın taleyini düşünən, bəşəriyyətə sülh arzulayan, digər xalqların da mənafeyini düşünən insanlardır. Yığıncaqlarında nə qədər yüksək əxlaqi dəyərlərə sahib olduqlarını, quru pafosdan uzaq, xalqımızın tarixi, mənəviyyatı, ədəbiyyatı və bütün bunların fonunda rifahı və azadlığı üçün çaba sərf etdiklərinin şahidi olmuşam. Asif ata Ocağına uğurlar, üzvlərinə isə bir arada möhkəm birləşməyi arzu edirəm. Var olun!
Kəmalə Müslümqızı (Asif Ata Ocağının 40 illiyinə)
Mart 23rd, 2019 admin