Ocaq Günsırası ilə 3 Günəş Ayı, 41-ci il (mart, 2019) Ocaqçılar, Ocaq yaxınları Asif Ata Ocağının yaranmasının 40 illiyi ilə bağlı bir araya gəldilər. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edib sözünə başladı: Bizim tədbirin önəmi sıradan bir məsələ deyil. 40 ildir Azərbaycanda Asif Ata Olayı, başqa sözlə, Ocaq adlı ruhsal hərəkatı var. Bu Olay milli düşüncə sistemi kimi oturuşsa da, milliliyi aşan bir ideyadır, bəşəridir. Bu gün sizinləAsif Atanın İdeya dünyasına baş vurmağı uyğun bildik. Bununla bağlı istəyirəm qısaca bir hesabat verəm. Bu hesabatı vermək mənim borcumdur. Genel olaraq, biz bu gün Asif Atanın düşüncəsi, yolu nə deməkdirsə, onu topluma sunmağa borcluyuq. Toplumumuz da öyrənməyə, düşünməyə borcludur. Mən belə düşünürəm. Çünkü Asif Atanın yaratdığı düşüncə sistemi, ideya Asif Atanın özüylə bağlı deyil. Asif Atanın kimliyi ilə bağlı (tərcümeyi-halını) dönə-dönə yazıb yayınlamışıq. Ona görə bununla bağlı geniş danışmayacam, qısa deyəcəm. Asif Ata Moskvada eyitim alıb. Oxuduqca, düşündükcə millətinin varlığını, kimliyini arayıb, öyrənməyə çalışıb. Heç yerdə buna rast gəlməyəndə özü bunu yaratmağın gərəkliyini anlayıb. Ancaq bu, ədəbiyatlar oxumaqla olan bir şey deyil. İnsanın özünün içində milli sevgi, milli təpər, axtarış olmalıdır, öz kimliyini anlaya, anlada bilsin. Asif Ata öyrənmələri, axtarışları sonucunda belə düşüncəyə gəlir, Azərbaycan dünyanın böyük bir dəyəridir. Azərbaycan türk milləti böyük millətdir. Bu böyüklüyü “Azərbaycanımız – Azərbaycanlığımız dəyər sistemi” kimi işləyib ortaya qoydu. Bəşəriyyətin inam dünyagörüşünün yaranması olayı ilk oluşumunu türklərdən başlayıb. Göy Tanrıçılıq düşüncəsi (15 min il tarixi var), Zərdüştçülük dünyagörüşü, Xızır məsələsi olub Azərbaycanda. Bilqamıs türkə xas bir olaydır. Eloğlum İsa Mehdioğlunun düşüncələrinə görə Bilqamıs əslində türkün peyğəmbəri anlamı daşıyır. “Bilqamıs” sözü hamısını bilən anlamındadır. Hamısını bilən peyğəmbərdir. Bu gələnək bizə ərəblərdən, semitlərdən gəlməyib, qədimdən gəlib. Bilqamısın davamında atalıq, dədəlik faktımız var. Onun da, bildiyiniz kimi, minilliklər tarixi var. Bu da Dədə Qorqudla başlayan bir məsələdir. Dədə Qorqud yalnız bir şəxsiyyət olmayıb, Dədə Qorqudluq olayı ayrı-ayrı şəxslərdə özünü göstərib. Ayrı-ayrı dövrlərdə dədəlik kürsüsünə qalxan böyük şəxsiyətlərimiz olub, onlar öz toplumuna yol göstərib, öz toplumunu yönləndirib. Asif Ata ideyası da belə Minilliklərə dayanan düşüncələrə bağlıdır, günümüzə, çağımıza qədər gəlib çıxıb, Asif Atada özünün yeni anlamını tapıb. O yeni anlamla da Asif Ata milli, bəşəri dünyagörüş ortaya qoyubdur. Asif Atanın bu düşüncəyə gəlməsi sıradan bir olay deyil, sıradan bir gəliş də deyil, asan başa gəlməyib. Sovetlər imperiyasının içində belə bir düşüncəyə gəlmək ölümü gözünün altına almaq demək idi. Bu elə bir məsələdir, deyə bilməzdin bu bir ədəbiyat olayıdır, demokratiya məsələsidir. Ona görə öz ideyalarını birdən-birə üzə çıxara bilməyib, zaman-zaman ortaya gətirib.
Mən Asif Atanın təqibindən danışmaq istəmirəm, o, hansı faciələri yaşayıbdı. İnsanlığın ölümünə, ayaqlanmasına yönəlik hər cür addımlar Asif Ataya qarşı atılıb. Özü də deyirdi, Asif Ataya “adamyeyən”dən başqa hər sözü, hər şeyi dedilər. Bu açıdan baxanda, ayaqda durmaq Onun üçün asan olmayıb. Qohum-qardaşı, kimi-kimsəsi onu istəyindən, düşüncələrindən geri çağırıb. Hamısı basqı göstərib. Hamısı deyib Azərbaycanın dərdi sənə qalmayıb. Mən Asif Ata qədər əzab görməmişəm, ancaq bu söz mənə də deyilib. Borçalıda, Talıblıda mənə də deyiblər səndən də hünərli oğullar var. Niyə sən ortalığa çıxmısan? Sənəmi qalıb? Bilirsinizmi, mən dönə-dönə başa salmışam, heç kimin ayağından çəkmirəm, heç kimin qabağına sipər olmuram. Biz də istəyirik oğullar olsun. Biz də istəyirik Azərbaycanın oğulları irəli dursun. Bundan ötrü Asif Ata var. Asif Ata Azərbaycanın oğullarını dışlamaqdan ötrü deyil, onların üzərində yüksəlməkdən ötrü deyil, oğullarını yüksəltməkdən ötrüdür. Ancaq bunu biz deyirik. İndi bunu anlatmaq olduqca çətindir. Yad düşüncələrlə yüklənmiş bir toplumumuza belə bir şeyləri inandırmaq olduqca ağır məsələdir, bunu gözəl bilirsiniz. Millətimizin şüuru işğal olunub. Millətimizin şüurunun işğalından üzü bu yana bütün varlığımız da işğal olunub, coğrafiyamız da. İşğal oluna-oluna da gedirik. Ona görə Asif Ata hələ 70-ci illərdə, özünün düşüncələrini ortaya gətirəndə, dilə gətirəndə “Etik-estetik tərbiyə klubu” yaratmışdı. “Mütləqə İnam beşliyi”nin ilk əsərləri əldən-ələ gəzir, çap olunub öyrənilirdi. Bunu şər bilirdi, o çağlardan da Asif Atanın ciddi izlənilməsi, təqibləri başlandı, yaxın çevrəsində olan insanların hamısı ondan uzaqlaşdı. O çağlarda Ata belə deyirdi: biz düşünürdük, özümüz hakimiyətə gələcəyik, istədiyimiz şəkildə milli dövlətimizi yaradacağıq. İstədiyimiz kimi onu yönləndirəcəyik. Dünyada onun yerini bəlli edəcəyik. Ancaq nə yazıqlar, insanlarımıza güvənmək özünü doğrultmurdu. Mən insanlarımızın sürətlə uzaqlaşdığını, sürətlə çevrəmizi boşaltdıqlarını görəndən sonra bu düşüncəyə gəldim, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. İnsanlarımızın beyni, şüuru böyüməlidir, dəyişməlidir. Milli kimlik formalaşmalıdır. Bu da asan bir məsələ deyil. Buna ağır zəhmətlər gərəkdir. Doğrudan da, ölümü gözünün altına alan oğullar gərək meydana çıxsın. Ona görə o, Ocaqlaşma yolu tutdu. Ona görə o çağlar da, bizim çağımızda da Asif Ata haqqında olmazın şeylər dedilər.
Asif Ata Ocağının 40 illiyinə yönəlik, amaldaşımız Göylü ayrı-ayrı insanlara üz tutub, düşüncələrinizi bildirin, yazın deyib. Bir soydaşımız da yazır, rejim basqı altında Asif Atanı sarsıtdı, o da havalanıb özünü peyğəmbər elan elədi. Bunu çağımızda olan Azərbaycan yazarlarının biri deyir. Mən bununla bağlı yazı yazmışam, basına da çıxaracam. Mənim hədəfim bu cür düşünən insanlarla cırmaqlaşmaq deyil, mənim hədəfim odur, bu cür düşünən adamlara düşüncənin nə demək olduğunu göstərim. Asif Atayla bağlı düşüncənin nə demək olduğunu anladım. Asif Atayla bağlı elə demək yazarlıq deyil, bataqlıqdır. Biz həmişə vurğu eləmişik, Asif Ata özünü semit peyğəmbərliyi anlamında elan eləməyib, Onun peyğəmbərliyi yeni İnam Yaradıcısı anlamı daşıyır. Biz peyğəmbərlik sözünün fəlsəfi mənasına dayanırıq. Yeni dünyabaxış yaradıb, yeni İnam yaradıb, İnamın fəlsəfəsini yazıb, ortaya gətirib. Bu faktdır, zəhmət çəkib öyrənsinlər. Zəhmət çəkin, oturaq üz-üzə, aydınlaşdıraq. Mənə sübut eləsinlər, Asif Ata nəyisə düz deməyib.
Əgər Asif Ata havalanıbsa, onda onun onlarca davamçıları da havalanıb. O havalanıbsa, bizə nə gəlmişdi, onun ətəyindən tuturduq. Öz yurdunda, öz soydaşlarının bu cür düşüncəsi ortaya gəlirsə, görün nə qədər ağır işlər getməlidir. Bilmək gərək, Asif Ata ruhaniyat yaradıb. Ruhaniyatın milli özülləri var. Ruhaniyat – toplumun İnsanlıq qanunlarıyla yaşaması deməkdir. Asif Ata İnsanlıq qanunlarının ölçüsünü yaradıb, yazıb, ortaya qoyub. Minilliklərdən süzülüb gələn qan yaddaşımızda nə varsa, onlardan bəhrələnib, sistemləşdirib, onlardan daha yüksək bir ölçünü ortaya gətirib, millətini mənəvi işğaldan qurtarsın deyə. Millətinin millət olmasını sağlaya bilsin deyə. Millət elə-belə, gəlin gedək Qarabağı alaq deməklə olmur. Millətin başlanğıcı şüurdur. Millətin başlanğıcı idrakdır, mənəviyatdır, ruhaniyatdır. Asif Atanı bu xətdə araşdırmaq gərəkdir. Bu bizim bəxtimizə düşən bir məsələdir. Bunu çıraqla axtarsan da, heç yerdə tapa bilməzsən. Hansı bir millətin əlinə düşsəydi Asif Ata, görün onu necə göylərə qaldırırdı. Görün onun milləti bəşəriyətə dərs deyirdi, demirdi. Bizim, bu cür böyük ideyalara dayanıb bəşəriyyətə dərs demək, öz varlığını sübut eləmək olanaqlarımız var. Nəsimini mollalaşdırmağa çalışırlar. Nəsimidən siyasətçi düzəldirlər. Xalq Nəsimini olduğu kimi öyrənmir, öz böyüklüyünü dərk eləsin. Nəsimidə sənin milli kimliyin gizlənib. Çıxart onu. Burda oturan İlqar İsmayıloğlunun qardaşı uşaqları Asif Atanın Nəsimiylə, Babəklə bağlı sözlərini əzbərdən deyirlər. Xalqın içində bu cür iş getməlidir, doğrudan da, bu işləri dərk eləyən, apara bilən insanlar gərəkdir. Asif Atanı bizim ixtiyarımıza buraxmaq düz deyil. Asif Ataya yiyə çıxmaq gərəkdir, onun düşüncə sisteminə yiyə çıxmaq gərəkdir. Millət eləməlidir bunu. 3-5 adam eləməli deyil.
Vurğu eləyirəm, Asif Ataanın düşüncəsinə dayanıb biz Nəsimini qurtara bilərik, Babəki qurtara bilərik, Qorqud sistemini qurtara bilərik. Qorqudu ərəb dünyagörüşünün qoltuğuna qısırlar. 7-ci yüzilə qısırlar. Dədə Qorqud olayının 3 min ildən çox yaşı var. Dədə Qorqud kitabının yazıya alındığı dövr Dədə Qorqudluğun tarixi deyil. “Atalıq” ideyası xristianlığa türkdən gedib. Bunu ciddi öyrənmək gərəkdir. Azərbaycanda özünü filosof sayanlar var. Bəlkə də heç fəlsəfədən sorağı yoxdur. Deyirlər, Asif Ata xristianlıqdan götürüb “Ata” sözünü. Bunun belə olmadığını zəhmət çəkin, oxuyun, araşdırın.
Dediyim kimi, bu cür böyük dəyərlərimizi qurtarmasaq, milləti qurtara bilməyəcəyik. Millətin qurtuluşu böyük şəxsiyətlərindədir, böyük dəyərlərindədir. Onların qədrini bilmək gərəkdir. Onları balacaların ixtiyarına buraxmaq gərək deyil.
Babəkin milli-mənəvi kimliyini özgələşdirməkdən ötrü adı Həsəndir-filan deyirlər. Bilmək gərək, o çağlarda başqa adlar yox idi. Bu gün bizə də həmin adları qoyurlar. Mən öz cismani adımdan imtina etmişəm. Ərəb-fars adları ilə dolub adlarımız. Bu gün Güney Azərbaycanda fars rejimi imkan vermir doğduğuna türk adı qoyasan. Güney Azərbaycandan bir böyük çıxsa, sabah deyəcəksiz, bunun adı Məmməd-filan imiş. Tarixçi olanlar bu cür yanaşmamalıdırlar məsələyə. Asif Ataya da o cür yanaşırlar. Biz Asif Atanı da çox çətinliklə qorumuşuq. Şəxsən mən Soylu olaraq, Borçalının Kəpənəkçi köyündən çıxmış dərin mədəniyyəti olmayan, dərin dünyagörüşü olmayan birisi idim. İnstitutda oxuya-oxuya dünyagörüşüm balaca idi, dar idi. Mən bilmirdim millət nədir, millətin böyüklüyü nədir. Mən bilmirdim vətən böyüklüyü nə deməkdir. Mə bilmirdim dəyər böyüklüyü nə deməkdir. Bu gün də bizim toplumumuz geneldə bunu bilmir. Belə bir çətin vaxtda, Asif Atanı tapandan sonra da, Asif Atanı itirəndən sonra da mən dərin deyildim. Çətinliklər qarşısında gedirdik, bilik adamları ilə üz-üzə gəlirdik. Bizi danmağa çalışırdılar, bizi sapdırmağa çalışırdılar. Bizi etkiləməyə çalışırıdılar. Əgər çaşmamışıqsa, bu bizim fədakarlığımızın etkisindən olub. Möhtəşəm idrak adamları olmamışıq. Dözdük, dayandıq, Asif Atanı qoruya bildik.
Atanı 97-ci ildə itirdik. Ocaq günsırası ilə 19-cu ildə. Atanın 62 yaşı vardı. Bu gün Asif Ata Ocağı 40 yaşındadır. 19 il Asif Ata Ocağını yaşatdı, 21 il də biz onun Ocağını davam elədik. Biz onun arxasından çəkilmədik. Bu illər içində hər cür söz-söhbətlə qarşılaşdıq. Hər cür dedi-qoduyla qarşılaşdıq. Hər cür basqıyla qarşılaşdıq. Mən özüylədöyüş gündəliyi yazırdım. Özüylədöyüş gündəliyimdə qüsurlarımı, yanlışlarımı yazmışam həmişə. Bunu da mənə qarşı qullanıblar. “İnam sorağında” kitabımda yazdıqlarımı mənə qarşı qullanıblar. Bölgələrdə elə, çevrəmizdə belə. Öz qohumlarımızın içində də biz basqılarla qarşılaşmışıq. Məndən 7 yaş böyük bacıma əl qaldırmışam, anama yumruq qıcamışam. Mən anamı çox sevən adamam. Anam üçün hər cür zəhmətə də qatlaşmışam. Onu ölümün ağzından alıb əzab-əziyyətini də çəkmişəm sevə-sevə. Mənim üçün atam da, anam da dəyərdir. Ancaq anama əl qıcamışam Asif Ata haqqında artıq-əskik dediyinə görə. Demişəm, anam olmasaydın sənə əl qaldırardım. Mənim qohumum-filanım başlanğıcda bunu başa düşməyə bilər, anlamaya bilər. Yeniliyi kim asan qarşılayıb ki? Biz hakimiyyət istəmirik, hakimiyyət nümayəndəsi deyilik. Söz yox, bizim bu gün sonu görünməyən işimizi asan anlamazlar. Bizim işimiz insanlarımıza üfürülmüş görünə bilər. Gərək titullar olsun, yüksək görəv olsun… Məni uzaqlaşdırmağa çalşırdılar. Asif Ata haqqında mənim evimin içində artıq-əskik deyirdilər. Dözə bilmirdim, sarsıldırdılar. Niyə bu byük şəxsiyyət haqqında ağzına gələni deyirsən, niyə ayaqlayırsan məni?! Mən ağlımı itirməmişəm, dəli deyiləm. Dəlixanadan qaçmamışam. Niyə sən məni alçaldırsan, aşağılayırsan. Bir düşüncən olsun, görürsən mən bunu sevirəm. Tutaq, heç bunun dəyərini dərk eləmirəm, ancaq sevirəm. Sevgiyə sayğı duymaq gərəkdir. Bizim toplumumuzda sevgiyə də sayğı yoxdur.
Borçalıya gedəndə, öz kəndimdə uşaqları öyrədirdilər, lağ edirdilər tində durub, burda belə deyirdilər. Elə məqamlar olub. Ancaq buna baxmayaraq, biz Azərbaycanı bölgə-bölgə gəzib ideyaları çatdırmağa çalışımışıq. Ocaq ədəbiyyatlarını gecə-gündüz yazmışıq makinalarda, sonra kompüterdə yazmışıq. Atanın əlyazılarını sistemləşdirmişik, üzünü artırmışıq. Dövlət arxivinə vermişik. Bir sözlə, balalarımızın boğazından kəsib bu addımları atmışıq. Hamınız bilirsiniz, burda heç bir gəlirimiz, qazancımız yoxdur, umacağımız da yoxdur. Azərbaycanın 50-yədək rayonlarında olmuşuq. Bəzi rayonlada bir neçə yol olmuşuq. Kəndlərdə olmuşuq. Yüzlərlə görüşlər keçirmişik, yüzlərlə də qapılar bağlanıb üzümüzə. Hədələr gəlib üstümüzə. Qovublar. Oxullara getmişik, oxullarda, elə olub, qapını üzümüzə bağlayıblar. Bölgə televiziyalarına getmişik, radiolara getmişik, Sumqayıtda, Bakıda çoxsaylı görüşlər keçirmişik. Bilirdik, vaxt gələcək, qapılar üzümüzə bağlanacaq. 2000-ci il dönəmində, ondan sonra bilirsiniz, mümkün deyildi gedib qapını açmaq. Ancaq yenə bu gün də, biz olanaq qazanıb görüşlər keçiririk. Minlərlə ədəbiyyat paylamışıq. Hamısını da öz xərcimizlə eləmişik. Niyə eləmişik? Əfəndiyev Asif Qasım oğlu mənim öyrətmənimdir deyə yox, bu millətin dəyəridir deyə. Atamın əmisi oğludur deyə yox. Mən Borçalıdanam, o, Qazaxdan. Qohumum, kimim, kimsəm deyil. Ancaq anladıq, Atanın yaratdığı millətin Mənəvi qurtuluş yoludur. (Xalqın siyasi qurtuluşu da mənəvi qurtuluşdan başlayır). Onun qoyduğu qanunlarla yaşamışıq, onun Ocağında özünün yaratdığı gələnəkləri yaşatmışıq. Bir sistemdir bu. Onun öz yazdıqları əsasında “Ölügötürmə qaydaları”nı yaratmışıq. Evlənmə qaydasını (onun dedikləri əsasında) yaratmışıq, kitablaşdırmışıq. Bir neçə tədbir əlavə eləmişik, Onun ölüm gününü mərasimləşdirmişik, bayramları həyata keçirmişik. Bayramların məzmununu özü yazmışdı, biz onu həyata keçirməyə başladıq, bu gün də davam edirik. İnsanlarımıza üz tuturuq, gedirik, çağırırıq, millət olmaq üçün əlimizdən gələni edirik. Heç vaxt özümüzü sırımamışıq, deməmişik. Bu qədər rayonlarda, bölgələrdə olmuşam, bilməyiblər gəlib görüş keçirən kimdir. Mən öz üstümdən xətt çəkmişəm, Asif Atanı demişəm. Mən özümü göstərməyə, özümü deməyə getməmişəm, çünkü Asif Ata dəyərdir. Mən o dəyərin xalqa çatması üçün bir əsgərəm. Mən əsgər görəvimi yerinə yetirmişəm. Ona görə biz hesab edirik, bu məsələlərlə bağlı heç olmasa, çağırışımıza, milləti düşünən soydaşlarımız arada müsbət yön verməlidirlər. Asif Ataya yiyə çıxmalıdırlar. Yenə deyirəm, bizim ixtiyarımıza buraxmamalıdırlar. Asif Ata Millətin dəyəridir.
İndi isə Ocağın ruhsal əməlləri yönündə hesabatı dinləyək.
Nurtəkin Atalı (Ataya səcdə edib Bayrağı öpür): Ata ilə görüşəndə ya söhbət edəndə, ya da yola salarkən hər dəfə deyərdi sənə inanıram. Bunu hər Evladına deyərdi. Atanın bu sözü hər dəfə məni həm fərəhləndirirdi, həm də sarsıdırdı. O çağlardan artıq 23 il keçib, anlayıram, Ata məni bu günlərə hazırlayırdı. “Sənə inanıram” deməklə sorumluluğu mənə öyrədirdi. Millətə yaramaq yönünü aşılayırdı. Ona görə də Ocağın 40 illiyi qarşısında çox fərəhliyəm, xoşbəxtəm.
Ocağın əməl-yaşam yönü
Ocağın 40 ili – Özümlü Ruhaniyat tarixinin 40 ilidir. Asif Atanın çətinlikləri, imtinaları, qurbanları bahasına başladı Ocaq. Ocağa insanlar gəldi, Ataya səcdəli yanaşmaları ilə əməl gördülər, Ocaq sorağı yaydılar.
Gələnlər də oldu, gedənlər də. Ancaq qalanlar Ocağa ömürlərini verdilər. Ocağın yaşaması üçün yaşadılar. Özünü böyütmə yolu keçmək – kimliyini, Yükünü anlamaq yönü yaratdı. Ulusal varlığın bireysəl kimliklə bağlılığı Yalansız İnamın, Oyunsuz Ruhaniyatın ideya-prinsiplərində dərk olundu.
Min illərin keşməkeşlərində yaranan “Dünya necədir, həyat nədir, insan kimdir?” sorularına bu Yolda – Ata Yolunda cavab tapmaq aydınlığa çıxdı. Özünü yaratdıqca kim olduğunu anlayırsan. Hardasan, hardan gəlib hara gedəcəksən, dünənin nədir, bugünün nə, sabahın nə olmalı? – Özünü yaratdıqca millətini tanıyırsan, bəşəri tanıyırsan. Millətin sabahının sorumluluğu yükünü daşıyırsan. Suallar cavabını tapır zaman-zaman. Suallar yolun başlanğıcı, cavablar yolun davamı olur.
Ata “Mütləqə İnam” Bitiyində yazır: “Özümü eşitdim. “Mütləqə İnam” Beşliyini (“İnsan”, “İnam”, “Ruh”, “Həyat”, “İntibah” kitablarını) yazıb qurtardım. Borana düşdü Beşlik. Çap olunmadan qadağan olundu. Bəxtiyaram. Ömür sevdam baş tutdu, arzuma çatdım. Kitablarımın, Evladlarımın Atası oldum.
Kitabları ilk növbədə azərbaycanlılar üçün yazdım. Mənim üçün Azərbaycan azərbaycanlıların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
Kitabları həm də bütün insanlar üçün yazdım.
Mənim üçün bəşər insanların cəmindən artıq, böyük, yüksək olan bir varlıqdır. İstədim ki, o, öz müqəddəs mənasına layiq olsun.
İstədim ki, insanlar yaşasınlar…”
Bu ideyalarla, düşüncələrlə yaşadı Ata. Atadan sonra bu ideyaların, düşüncələrin yaşaması sorumluluğu Ocaqçıların üzərinə düşdü.
19-cu ildə (1997) Asif Atanı itirdi Ocaq. Hər əməldə, sözdə, törəndə Atanın yönəticiliyinə, gənəşmələrinə, göstərişlərinə alışmışdı Ocaq Evladları. Atanı itirmək sarsıdıcı oldu, gözlənilməz oldu. Bu da, ilk çağlarda, Evladların bir-birini anlamasında, qəbul etməsində çətinliklər yaratdı. Bütün çətinliklərə, əngəllərə baxmayaraq, Ocaq durumdan çıxdı, bu günə qədər yaşadı, Ata Yolunun gərəkliyini baxışlara çatdırdı, xalqın içində yaydı. Bir sözlə, Atadan sonra da çox işlər gördü Ocaq. Bir yazıda bunları göstərmək çətindir. Hər bir əməl özündə Ocaqçı özündənkeçməsini, çətinliyini, gərginliyini, fərəhini, sorumluluğunu ifadə edir. Bu əməllər həm Evladları, həm də Ocağı yaşadıb, var edib, bu gün də var etməkdədir.
İndi qısaca, Ocağın 40 illiyi qarşısında, Atadan sonrakı dönəmin əməl hesabatını sunmaq istəyirik.
Ata sonevi (qəbiri) üzərində Soylu, Günev Atalıların zəhməti ilə tikili yaradıldı. Ocaqçıların yatırımı ilə, Ocaq ideyalarının simgəsi kimi, 6 sütun qaldırıldı. Sütunlar kəmərlə bir-birinə bağlandı. Hər sütunun üzərində (mərmər lövhədə) bir ideyanın adı yazıldı. Yastıqda Ocaq bayrağının simgəsi, sinə daşında Atanın görüşmək (salamlaşmaq) simgəsi, “Mütləqə İnam” bityinin şəkli işləndi. Bir sözlə, Sonev Məbədi deyək adına, bu tikili sonradan bir neçə yol yenidən quruldu (təmir edildi). Sonuncu dəfə 37-ci ildə Soylu, Günev, Güntay Atalıların maddi yatırımı, zəhməti ilə bu iş yeniləndi.
Ata öldükdən sonra ilk əməllərdən biri də Ata kitablarının makinada üzünün artırılması oldu. Bitiqlərin bütöv nüsxəsi yox idi, bəziləri əlyazma halındaydı. Soylu Atalı çap makinası alaraq, Nurtəkin, Göylü Atalılarla birlikdə, bu kitabların yazılması işinə girişdi. Hər biri 5 sayda olmaqla, kitab şəklinə salınıb kustar üsulla (əl ilə) üzlənildi. Hər kəsin oxuması üçün Ocaqçılara verildi. Sonralar bu kitablar bilgisayarda yazılıb yenidən hazırlandı, üzü artırıldı.
Asif Atanın 45 kitabı, anlamına görə, 10-luqda sıralandı. Biz bu kitabların adına əski türkcədə olan “Bitiq” sözüylə 10 qutsal Bitiq dedik. Ancaq Atanın bir sıra deyimlərini, bəlgələrini, bədii yazılarını 3 Yan Bitiqdə sıraladıq. Bu bitiqlər həm latın, həm də Ocaq-türk abe’sində hazırlanıb üzləndi, Evladlara sunuldu. Evladların evinə bu Bitiqlərin bağışlanması özəl törən keçirməklə başa gəldi – “Qutsal Onluğun Qəbul Törəni” adı altında. Bu törənin keçirilmə ideyası Soylu Atalıya xasdır. Törənə Ocaqçılarla yanaşı Ocaqdostları da qatılırlar.
Ocaq-türk abe’sinin yaranmasının gərəkliyi haqqında Ata hər zaman vurğulamış, ulusumuzun özünün yazı mədəniyəti bərpa edilməlidir deyə onun gərəkliyini söyləmişdir. Atadan sonrakı çağlarda ixtisasca filoloq, Ocaqçı olmuş İnamnur-Reyhan, Orxon-Yenisey abe’si üzərində işləyərək, Ocaq-türk abe’sini yaratmışdır. Bu abe-nin vizitləri hazırlanaraq, görüşlərdə, səfərlərdə minlərcə insana paylanmışdır. Abe-miz internet sistemində proqrama salınmışdır.
Ocaqçıların yatırımı ilə Asif Atanın Bitiqləri (300-500 sayda olmaqla) çap edilmişdir. Kitab Evlərinə verilmiş, yüzləcə insanlara bağışlanmışdır.
“Yollaşan Aqibət” Bitiyində Asif Atanın “Muğam Fəlsəfəsi” yer alıb. Çap olunduğu il, Kitab Klubunda, Ocaqsevərlərlə birlikdə Bitiyin sunulması tədbiri keçirildi. Bununla bağlı televiziyalarda, qəzetlərdə bilgi yayımlandı. Elə həmin il Quba rayon televiziyasında Soylu Atalı ilə Ocaqdostu Ağşın Ağkəmərli çıxış eləmiş, Bitiqdəki Ocaq ideyaları, Muğam fəlsəfəsi haqqında söhbət aparmışlar. Bundan sonra Quba, Şabran bölgələrinin yazarları ilə görüşmüş, onlara Amal sorağı vermiş, Ocaq ədəbiyyatları bağışlamışlar.
Asif Atanın görüşlərində, tədbirlərdə yazılmış səs kasetlərini Evladlar yazıya çevirmiş, Göylü, Nurtəkin Atalılar bilgisayarda işləmiş, Soylu Atalının redaktorluğu ilə “Ata Səsi” Bitiyi yaranmışdır. Bitiq həm latın, həm Ocaq-türk abe’sində hazırlanmışdır.
Asif Atanın ədəbi tənqid yönündə yazdığı “İnam və Şübhə” bitiyini Göylü Atalı bilgisayarda yazmış, bitiq şəklində (hər iki abe’də) başa gətirmişdir.
Soylu Atalının hazırladığı “Türkdən başlayan yeni Bəşər İnamı” bitiyi Ocaqdostu İlqar Türkoğlunun yatırımı ilə basılmışdır. Bu bitiq Asif Ata İnamı, ideyaları haqqında yığcam bilgidir. Azərbaycan, Türkiyə türkcələrində basılmış bitiq, az syda, Türkiyədə də yayılmışdır.
Asif Ata öləndə Ocağın özünəxas Yas quralı yox idi. Soylu Atalı yas quralı yönündə ilk “Gediş Yazısı”nı Asif Ata öləndə yazdı, bu quralla Asif Ata torpağa basdırıldı. Asif Atadan sonra yas, evlənmə qurallarının bitiq kimi yazılması gərəkliliyi ortaya çıxdı. Bunları, Ata ideyaları əsasında, Soylu Atalı işləyib hazırladı, Safruhun redaktorluğu ilə bitiq şəklinə salındı. Sonralar bu bitiqlər hər iki abedə (400 say olmaqla) iki yol basıldı. Həm kitab evlərinə, həm də tək-tək bireylərə bağışlandı. İstər Bakıda, Sumqayıtda, istərsə də bölgələrdə Ocaqçıların, Ocaq dostlarının yaxınlarının yasında Ocağın “Yas Quralı”nı dönə-dönə gerçəkləşdirdik. Günev Atalının Atagün Elində söz dediyi yerlərdən biri də yas yerləridir. Burada onun milli, insani yöndə söhbətlərinə önəm verilir, sorular sorulur. Son zamanlarda, özəl olaraq, belə yerlərə ardıcıl çağrılır da. Çünkü Günevin varlığında eşidilməli olanı eşidirlər, düşünürlər.
“Beşikbaşı Quralı” Asif Atanın sağlığında bir yol gerçəkləşdirildi. Evlənənlərə beşik bağışlandı, Atanın verdiyi Ruhsal Bəlgə ilə evlənmə öz içimizdə baş tutulmuş sayıldı. Atadan sonra “Beşikbaşı Quralı”nın bitiyi yazıldı. Ərkimiz çatan yerlərdə “Beşikbaşı Törəni” keçiririk. Ailə quranlara beşik bağışlanır, Ocaq Yükümlüsü Soylu Atalının yazdığı Ruhsal Bəlgə, hər iki abe’də Asif Atanın “Mütləqə İnam” Bitiqləri sunulur. Ailə yönlü, milli, insani yönlü düşüncələr dilə gətirilir, milli musiqilər səsləndirilir.
Asif Atadan sonra basın yayınlarında Soylu Atalının yazıları çıxmağa başladı. İstər gündəmlə bağlı, istərsə də Ata ideyalarından soraq verən araşdırıcı, publisistik yazılarıyla Soylu Atalı düşündürücü addımlar atdı, Ocağın mövqeyini göstərdi. Basında Ocaq səfərlərindən soraq verən bilgilər, Ocaq quralları ilə həyata keçən istər yas, istər beşikbaşı törənləri, Ocaq tədbirləri də yer almışdır. Mətbuatla işləmləri Göylü Atalı həyata keçirdi. Sonradan Nurtəkin də, başqa Ocaqçılar da bu işə qoşuldular.
www.asifataocagi.com saytında çağaşırı Atanın yazıları, Evlad yazıları, gündəmlə bağlı araşdırma yazılar, Ocağın tədbirlərini, çalışmalarını bildirən yazılar yayımlanır.
Başqa bir www.turkel-aq.org saytında isə türkçülüklə, genel olaraq millətçilliklə, bəşəriliklə bağlı yazılar yayımlanır. Soylu Atalının yaratdığı “Türkel Araşdırma Qurumu”nun söhbətləri milli dəyərlərimizin açımı, Azərbaycanın, Türk millətinin tarixindəki fəlakətlərin araşdırılması, çıxış yollarının göstərilməsi yönündədir. Güney Azərbaycanda baş verən proseslər, Türkmənçay, Gülüstan bağlaşmaları, türkün dəyərli şəxsiyyətləri (Babək, Ş.İ.Xətai, i.a.) haqqında söhbətlər tariximizə, günümüzə işıq salmaqla, düzgün dəyərləndirmə açısından önəmlidir. Bu söhbətlərə aydınlar, gənclər cəlb olunur, saytlarda, basında yayımlanır. Soylu Atalının redaktorluğu, Göylü, Nurtəkin Atalıların bilgisayar əməyi ilə bu söhbətlərdən oluşan iki üzdə (cilddə) “Özgürlüyümüz-Bütövlüyümüz-Bağımsızlığımız” bitiyi hazırlandı, arxivləşdi.
Eləcə də gənclərlə, Ocaq dostları ilə Nəimiyə, Nəsimiyə, Babəkin anım gününə həsr olunmuş tədbirlərin keçirilməsi, bu şəxsiyyətlər haqqında Ocaq düşüncəsini sunmaqla bərabər, həm də dəyərlərimizə, şəxsiyyətlərimizə verilən qiyməti ifadə edir. Bu tədbirlər zaman-zaman saytlarda yayımlandı, internet televiziyalarda bilgilər verildi.
Daha bir Ocaq yayını “Ruhani Evladlıq” adlı özəl buraxılış – 13 Yağış Ayı, 32-ci ildə (noyabr, 2010) Ocaqçıların maddi yatırımı, əməyi sonucunda basıldı.
“Ata Yolu” Özəl Buraxılışı – 12 Sərt Ayı, 35-ci ildə (dekabr, 2013), başqa sayı 15 Günəş Ayı, 38-ci ildə (mart, 2016) basılmışdır. Bu buraxılışlarda yığcam bilgi, Ocaqçı yazıları, milli-insani qonular öz əksini tapır.
37-ci ildə (2015) basılan “İnam Evi” adlı jurnalda həm Ocaqçıların, həm klassik, çağdaş araşdırmaçı, ədəbiyatçı, millətçi düşünərlərin yazıları verilmişdir.
Asif Atanın sağlığında Ata ilə canlı görüşlər keçirilirdi. Bu görüşlərin görüntüləri indi də əlimizdədir.
Atanın ölümündən sonra Soylu Atalının Sumqayıt, Bakı şəhərlərində oxullarda ardıcıl görüşləri olmuşdur. Bu görüşlərdə Ata ideyaları haqqında danışılmış, sorulara cavab verilmiş, Ocaq buraxılışları, günsıra vizitləri, Ocaq-türk abe’si, Ocaq ədəbiyatları paylanmışdır. Öncə Nurtəkinlə, Göylü Soylu Atalıya görüşlər təşkil edirdilər. Sonradan Soylu Atalının təkidi ilə özləri də görüş keçirməyə başladılar. Soylu Atalı Sumqayıt şəhərində bəzən bir oxuldakı görüşdən çıxıb başqa oxula görüşə gedirdi. Bir oxulda bir neçə yol görüş keçirilmişdir. 45-dən çox bölgədə Soylu Atalı oxullarda görüş keçirmişdir. Bölgələrdə olarkən yerli Kitab Evlərinə Asif Atanın kitabları bağışlanır, Mədəniyyət Evlərində, Diyarşünaslıq muzeylərində söhbətlər edilir, Ocaq soraqları verilirdi. Bölgəsəl qəzetlərdə də Ocaq söhbətləri aparılmış, yazılar sunulmuşdur. Bəzi bölgəsəl televiziyalarda – Mingəçevir, Quba, Yevlax, Gəncə televiziyalarında Soylu Atalı ilə müsahibələr təşkil olunmuş, efirə verilmişdir. Bir bölgəyə bir neçə yol səfərlər edilmişdir. Nurtəkinlə, Göylünün də bölgələrə ayrı-ayrılıqda səfərləri olmuşdur. Yaxın bölgələrə, Şamaxıya, Hacıqabula, Qobustana Göylü Atalının bir günlük səfəri olmuş, oxulda görüş keçirmiş, Kitab Evlərinə, Mədəniyyət evlərinə kitab bağışlamışdır. Nurtəkin Atalının Sabirabad, Quba, Göygöl bölgələrinə səfərləri, oxullarda görüşlər keçirməsi, Kitab Evində, Mədəniyyət Evində söhbətlər aparması, Ocaq ədəbiyyatları bağışlaması ilə sonuclanmışdır. Bəzən bir neçə Ocaqçının birlikdə səfəri olmuşdur. 33-cü ilin Sərt Ayında Soylu, İnamlı, Göylü, Nurtəkin Atalıların Ağstafa, Qazax, Tovuz səfərlərində Soylu Atalı Ağstafa orta oxulunda görüş keçirmiş, Göylü Atalı isə Tovuz rayonunun orta oxulunda görüş keçirmişdir. Sonra Ağstafada Ata Sonevi ziyarət olunmuşdur.
33-cü ildə “Atagün” Ailəsi yarandı. Soylu Atalının, eləcə də Ocaqçıların, bəzən Ocaq dostlarının qatqısı ilə Atagün Elində (Beyləqanda) Ailə günləri keçirilib, qonaqlar çağrılıb. Günev Atalının Elana ilə birgə Atagün Eli (Beyləqan), Ağcabədi, Füzuli bölgələrinin ayrı-ayrı kəndlərinə səfərləri olub, Ocaq soraqları yayıblar. Günev Atalının başqa bir uğuru isə Örənqalada İnam Evinin (Məbədinin) tikintisidir. İlk yol Ocaq ideyasına uyğun bir layihə ilə başa gələn bu tikili Ocağın ərdəmlik göstəricisidir. Başlanğıcda təpkilərin olmasına baxmayaraq, Günev Atalı geri addım atmadı, Ocaq onun arxasında durdu. İndi bu bölgədə Günev Atalıya qarşı sayğı artmaqdadır.
Soylu Atalı Borçalı mahalına hər gedişində insanlarla söhbətlər aparıb, kitablar bağışlayıb. İstər toplu insanlarla, istər bireysəl olaraq, dönə-dönə görüşlər keçirib.
Keçirilən görüşlərdən, söhbətlərdən, yayımlanan yazılardan dolayı Ocağı araşdırmağa başlamışlar. Bu doğaldır. Soylu Atalı bir neçə yol Dövlət Təhlükəsizlik orqanlarına çağırılmış, dindirilmiş, ancaq suçlamağa səbəb tapmamışlar. 29-cu ildə Xəzan Ayında Ağsu-Göyçay-Ucar-Mingəçevir bölgələrinə səfər zamanı da belə oldu. Ağsuda 4 oxulda görüş keçirdikdən, Kitab Evində, Tarix Diyarşünaslıq muzeyində söhbətlərdən sonra Soylu, Göylü, Nurtəkin Atalılar Göyçayda olmuşlar. Göyçayın hüquq-qoruma işçiləri onları sorğulara çəkmişdilər. Yenə də səbəb tapılmamış, sərbəst buraxılmışlar. Soylu Atalı onlara da Ocaq ədəbiyatları bağışlamışdır. Elə həmin günlərdə Ucara səfər olunmuş, orta oxullarda Nurtəkin ayrılıqda, Soylu Atalı da ayrılıqda görüşlər keçirdikdən sonra, Mingəçevirə səfər etmişlər. Orda da 9 oxulda görüş keçirilmiş, Soylu Atalının Mingəçevir televiziyasına müsahibəsi gerçəkləşmişdir.
Geneldə Soylu Atalı bir neçə yol Abşeron rayon hüquq-qoruma orqanlarına çağırılaraq dindirilmiş, araşdırma üçün evindən ədəbiyatlar götürülmüşdür. O isə, Ata ideyalarının məqsədini açıqlayaraq, özü onlara kitab bağışlamış, Atanı öyrənməyə çağırmışdır.
38-ci ildə (2016) Bakıda Göylünün təşkil etdiyi orta oxuldakı görüşdən sonra Soylu Atalı, eləcə də Göylü, Güntay, Nurtəkin Atalılar Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə çağırılıb dindirilmişlər. Onlara görüş keçirməmələrini uyarmışlar.
Son illərdə İnamlı Soylu Atalının Sabirabad, Biləsuvar bölgələrində, Laçın, Cəbrayıl bölgələrinin Bakıdakı oxullarında, eləcə də Bakıdakı orta oxullarda görüşlərini təşkil etmişdir.
Dediyimiz kimi, başqa Ocaqçıların da bölgələrə səfərləri olmuş, Mədəniyyət Evlərinə, Gənclər Mərkəzinə, muzeylərə gedərək, Ata ideyalarından söhbət aparmış, Ocaq ədəbiyatları bağışlamışlar.
Güney Azərbaycandan, Türkiyədən, Kərkükdən gələn, başqa ölkələrdə yaşayan soydaşlarımızla, aydınlarla Soylu Atalının dönə-dönə görüşləri olmuşdur, qonaqlara Ocaq ədəbiyatları bağışlanmışdır.
Ayrı-ayrı çağlarda Göylü, Nurtəkin Atalıların Türkiyəyə səfəri olmuşdur. Bu səfərdə onlar ayrı-ayrı insanlara Ocaq sorağı vermiş, ədəbiyatlar bağışlamışlar.
Bir sözlə, Atadan sonra Soylu Atalı çoxsaylı görüşlər keçirmişdir. Bütün görüşlərin sayını bir yazıda demək çətindir. Baş tutan görüşlərdən başqa alınmayan, icazə verilməyən görüşlər də var. Hər qapını döydükdə açmırlar. Ancaq heç zaman Ocaqçıların ümidi azalmayıb. Onlar bölgələrə səfərlərini, bağışladıqları Ocaq ədəbiyatlarını öz maddi yatırımları ilə həyata keçirmişlər. Uğursuzluğu saymamış, uğurla qanadlanmışlar. Hər atılan addım Ocaqçıları başqa addıma kökləyib, həvəsləndirib. Ataya layiq olduqlarını əməllərlə təsdiq etmişlər.
Atadan sonra Evlad Bitikləri də basılıb. Soylu Atalının 5 bitiyi – “İnamçı Harayı”, “İnam sorağında”, “İnsanlığın İnam Yolu”, soykökü ilə, yurdu ilə bağlı bitikləri basılmış, iki bitiyi də çapa hazırlanmışdır. Nurtəkin Atalının “Heyrətimin inciləri”, Günev Atalının “İnamlı illərimin harayı”, Ulusəs Atalının “Sabahlı İnamım” bitikləri basılmış, görüşlərdə insanlara, Kitab Evlərinə sunulmuşdur.
Asif Ata, Ocaq Bayramlarının məzmununu, anlamını yazsa da, sağlığında bayramları gerçəkləşdirmək alınmadı. 20-ci ildən başlayaraq, Soylu Atalının yaradıcılığı əsasında bayramları gerçəkləşdirməyə başladıq. Bölgələrdə də, yerli insanların qatqısı ilə, Ocaq bayramları keçirilmişdir. Tovuz, Quba, Şəmkir, Atagün Eli (Beyləqan), İsmayıllı bölgələrində keçən bayramlar insanlarımızın halını etkiləmişdir.
Ocağın 22-ci ilində Tovuzun bir sıra kənd oxullarında görüşlər olmuş, Əhmədabad kəndinin insanları ilə birgə “İnsanilik Bayramı keçirilmişdir.
Atanın ölümündən sonra gerçəkləşən başqa bir olay da “İnam Evi Günü” törənidir.
Göylü Atalının təşəbbüsü ilə “Qutsal Öyrənim Günü” tədbirləri həyata keçdi. Tədbir Atanı öyrənmək, öyrətmək istəyi ilə həm Ocaqçılar, həm də Ocaqdostlarının qatqısı ilə gerçəkləşdi. Ata Bitiqlərindən öyrənmələr, sorular-cavablarla keçən tədbir yalnız Atanı araşdırmaq deyil, həm də özünü araşdırmaq, bilmək açısından önəmlidir.
Ata ədəbiyatlarının, əlyazılarının hazırlanıb dövlət arxivinə verilməsini, gələcək soylara araşdırılma üçün, gərəkli qaynaq saymaq olar. Atanın səsi yazılmış 4-6 saatlıq diskləri də (genel sayı 70-ə yaxın idi) Dövlət Texniki arxivinə verildi.
Hər bir Ocaq tədbiri, səsdən yazıya çevrilərək, kitablaşdırılır. Soylu Atalı redaktə edəndən sonra Nurtəkin, Göylü kitab kimi hazırlayıb üzləyirlər. “Ailə Günü” kitabları, “Mərasimlər Kitabı”, “Bayramlar” Kitabı bu yöndədir. Səsdən yazıya çevirmə işlərində başqa Ocaqçıların da əməyi var.
Göylü Atalının Ocaq tarixi üçün önəmli əməllərindən biri də Ata ilə, Ocaqla bağlı, eləcə də Soylu Atalının əsərləri üstə hazırladığı filmlərdir. Bu filmlər Soylu Atalının senarisi üstə hazırlanıb. Ata ömrü, Ata ideyaları, Ocaq əməlləri haqqında ilkin bilgilər verir, genel təsəvvür yaradır.
Azərbaycan radiosunun Güney Azərbaycan şöbəsində Soylu Atalının ardıcıl çıxışları yayımlanıb. Soylu Atalı, ayrı-ayrı radio verilişlərində də, çağaşırı milli-insani söhbətləri ilə insanlarımızı düşünməyə çağırıb. İnternet televiziyalarda, ayrı-ayrı kanallarda Ata ideyalarına yönəlik söhbətlər yayımlanıb.
Beynəlxalq radiolarda – BBC, Azadlıq, eləcə də Azərbaycan respublikasında şöbəsi olan Günaz tv-də Soylu Atalının Ocaqla bağlı bilgiləri, ayrı-ayrı qonularda söhbətləri, müsahibələri yayımlanmışdır. Geneldə 40-dan çox bu sayaq verlişlər getmişdir.
Asif Atanın 80 illiyi ilə bağlı özəl törən keçirildi, bədii-texniki cəhətdən yüksək düzeydə hazırlanaraq, uğurla sonuclandı.
Ocaq Bayrağı Atanın sağlığında əl ilə 2 sayda hazırlanmışdı. Sonradan Soylu Atalının önərisi ilə Ocaq Bayrağı bir neçə yol çap edilmiş, Güntay Atalı 38-ci ildə yenidən atlas parçadan hazırlayaraq Ocağa sunmuşdur. İndi bir neçə Ocaqçının evində İnam Bayrağı vardır.
Ata görüntülərinin köhnə kassetlərdən disklərə köçürülməsi əməli Ulusəs Atalının yatırımı ilə olmuşdur. Gələcək üçün bu görüntülərin həm saxlanmasına, həm də Ocaqsevərlərə Atanın görüntüsünün paylanmasına olanaq yaratdı. Yüzdən çox fotolent (Ocaqçıların yatırımı ilə) elektron varianta keçirilmişdir, arxivdə qorunur.
Ocaq Günsırası vizit şəklində hər il basılaraq, görüşlərdə, söhbətlərdə bağışlanır.
Hər bir Ocaq tədbiri səsdən yazıya çevrilsə də, disk şəklində də arxivləşib. Bitiqlərin hazırlanması üçün Güntay kağızlar, çap qurğusu təşkil edib.
Ocaq tədbirlərinin görüntülərinin disk şəklində arxivləşməsi ardıcıl olaraq davam edir. Eləcə də sitelərdə yayımlanmaq üçün bəzi tədbirlərdən görüntülər kəsilir, saytlara yerləşdirilir. Bu işdə də Nurtəkinin əməyi davamlıdır.
Sayğılı soydaşlarımız, burada yazılanlar həyata keçən əməllərin bütöv adsırası deyil. Hər bir əməlin arxasında ömür durur. Özündənkeçmə, sevgi, ləyaqət, sorumluluq durur. Bu əməllərdir Ocağı yaşadan, Atanı yaşadan. Bu əməllərdir Ataya, Ocağa bağlılığı göstərən. Bu əməllər milli, insani varlığımızın yaşaması, qurulması, qorunması üçündür. Yol da sonsuzdur, əməllər də.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Asif Ata Ocağının 40 ilini yola saldıq. Sizinlə birlikdə olmağımdan qürur duyuram. Sizi də alqışlayıram. Toplumun mənəvi böhran keçirdiyi bir dönəmdə belə bir harayı eşitməyə gələnlər kimlərdir?! Kim olasan, belə bir harayı eşitməyə gələsən?! Deməli, bu haray sənin içində var. Asif Atanı sevənlərin hamısının işində Asif Ata harayı olub. Asif Atanı görən kimi onu çəkib. Gileylənirik, toplum böhran içindədir. Əslində toplum yarandığı gündən mənəvi böhran içindədir. Çünkü toplum yarandığı gündən nisbi düşüncələrlə yaşayıb. Dini dünyabaxışlar onu qurtarmayıb, fəlsəfi görüşlər onu qurtarmayıb. Çünkü fəlsəfədə mənanın özü yoxdur, ifadəsi var. İzhar ömürlə olur. Asif Ata ona görə İnam yaratdı. Bir var eşq haqqında söz deyəsən, bir var, Məcnun olasan. Məcnun yorulmazdır. Məcnun Leyliyə aşiq halından yorulardımı?! Yetirdi ona. Bəlli bir dövrə qədər yol getmək olar, bəlli bir dövrdə də o yükdən canını qurtarmaq olar. Bu qədər çağda, Soylu qardaşım vurğuladı, bacımız da çox geniş bilgi verdi, bu hesabata mən muğamata qulaq asan kimi qulaq asdım, çox gözəl idi. Özümün də keçdiyim, gəldiyim yollar gözümün önündə canlandı. Bu hesabat o ifadələrlə mənə hədsiz fərəh verdi. Mən nə özüm haqqında danışmıram, nə də deyilənləri təkrar eləmək istəyində deyiləm. Ancaq bir şeyi vurğulamaq gərək. Bəşərin nizamı pozulubdur. Niyə pozulubdur? Çünkü xalqların nizamı pozulub. Xalqların nizamı ona görə pozulub, bireyin halı pozulub. Birey öz halına yetməyib. Birey özü olmayıb. Özünü tanımayıb, özünə inanmayıb, özünü döyməyib. Ona görə aşiqlik yaranmayıb, Məcnunluq yaranmayıb Mənaya. Usanmaq baş verib, yorulmaq baş verib. Ayrılırsan o haldan. Başını dincəltmək istəyirsən. Çox şairlər eşidirəm, çox düşüncəli adamlar haqqında eşidirəm, deyirlər infarkt vurdu, öldü. Başa salıram, qardaş, bu dərdi anlayırlar kimsə, ancaq o dərdə qarşı savaşı yoxdursa, infakt onun bir addımlığındadır. Gec-tezi ürəyi partlayacaq. Savaşda yaranır insan. Savaşda var olur insan. Ürəyini qapsayan bəlalara qarşı savaşda yaşayır. Belə olanda inam artır, güclənir, sağlamlaşır. Bu yöndə çox danışmaq olar. Ancaq mən düşünməyi, əməli işə keçməyi hər kəsdən gözləyirəm. Bura zəhmət çəkib gəldiyiniziə görə sizə minnətdaram. Asif Ata deyirdi 40 il 40 saat da deyil ruhaniyyat tarixində. İsanın dediyi “Bir-birinizə qarşı mərhəmətli olun”, böyük düşüncə deyil, ancaq 400 il zaman gərək oldu toplumun ona gəlməsinə.
Bəşər tarixi yarandığı gündən bu günə qədər belə bir İnam tanımayıb ki Asif Ata onu ortaya qoydu. Bu din işi deyil. Din uydurur mənanı, Mütləqi. Ancaq İnam yetirir. Ocaqçıları yaşadan həmin haldı. Savaşdan usanmamaq halıdı. Mən zaman-zaman döyülmüşəm də, söyülmüşəm də. Məbədin daşlarını bir-bir geri daşıtdırıblar. Yaşadığım həyətə daşımışam. Sonra bir də geri daşımışam, tikmişəm. Ancaq o daşı daşıdanlara qarşı nifrət bəsləmədim, dəyişdim onların bir çoxunun münasibətini. Əslində bərkimişəm o halda. Fərəhlənmişəm o halda. Yolun aşiqi olmasan, Məcnunu olmasan yarı yolda qalacaqsan.
Atamız Var olsun!
Soylu Atalı: İndi məscidlərin, kilsələrin tikilib artdığı bir dönəmdə Ata Məbədini ortaya gətirmək çox böyük bir məsələdir. Günev inamla onu araya gətirdi. Bizim yardımımız az oldu. Bütün yük, demək olar, Günevin üzərində olub. Mədəbin çölü demək olar hazırdır. İçində malyar işi getməlidir, biz orda tədbir keçirəcik. Biz bunu öz sevgimizlə işlədik, özümüzəxas memarlıq düşünüb araya gətirmişik. Çalışmağımız odur, sağlığımızda, gücümüz yetərsə, birini də Bakıda araya gətirək. Heç olmasa ikisi olarsa, toplumumuz onu davam edər. Məscid Allahın evidir. Məbəd İnamın evidir. İnam İnsan varlığının özülüdür. İnsanlığın evidir. Məscidlərdə, kilsələrdə Allaha münasibət öyrədilir… Allahı anlam açısından biz danmırıq. Ancaq sunulan Allah obrazlarını yanlış sayırıq. Çünkü bizə verilən, bizə sunulan Allahlar adamabənzər qüvvələr kimidir. Düşünür, danışır, qəzəblənir, biz belə bir Allah ideyasını qəbul eləmirik. Biz Asif Atanın baxışında vurğu elədiyi kimi, Allah məsələsini Dünyanın Mənası kimi görürük, o qüdrət insanlığa bağlıdır.
Adamabənzər qüvvələrə münasibət öyrədilir məscidlərdə, kilsələrdə, sinaqoqlarda, qəzəbli hökmdar olan qüvvələrə. Allah hökmdarlaşır, Allah ordu başçısı kimi çıxış edir Tövratda. Yəni İnsana gərək olmur. İnsanlığa gərək olmur. İnsanlıqla bağlı olmur. Bu açıdan bizim məbəd haqqında içdən danışmağımızıın anlamı böyükdür. Asif Atanın “İnsanlaşın – İnsanlaşdırın!” çağırışı onun İnam Məbədində doğrulur.
Abil Ulusoy: Günaydın. Ata ilə mənim görüşlərim çox olub. Bağban (qardaşım) Ocaqçı olub. Onun araçılığıyla Atayla görüşdüm. İlk görüşümüz iki saata qədər Atanın evində oldu. Əsasən o danışırdı, mən qulaq asırdım. Aradabir suallar verirdim. O da mənim suallarımı cavablandırırdı. Dinlədikcə duydum, içimdə türkə qarşı, Azərbaycana qarşı, millətə qarşı sevgim kəsərli deyilmiş. Əslində məndə həm Azərbaycana qarşı, həm türkə qarşı əsaslı sevgi yarandı. Bunun əmələ çevrilməsi üçün oturub işləmək gərək idi. Atanın insan sevgisi, türk sevgisi, Doğuya olan münasibəti, bəşərə olan münasibəti mənə, elə ilk görüşdə, bənzərsiz gəlmişdi. Söz yox, ondan qabaqkı illərdə televiziya çıxışlarına qulaq asırdım, mətbuatdan ayrı-ayrı yazılarını oxuyurdum. O çağlar tənqidçi Asif Əfəndiyev kimi çıxışlar edirdi. Atayla ilk görüşdən sonra Araz Əlizadə ilə görüşməyə başladım. Bu görüşlər sıxlaşmağa başladı. Azərbaycanın da həmin dövrlər ictimai siyasi durumu çox xaotik, gərgin idi. Bir sistem, nizam gərək idi. Həmin sistem, nizam paylaşmalar, qruplaşmalar şəklində idi. Yeganə, düzgün olanı axtarmaq gərək idi. Yeganə düzgün yolun Asif Atanın göstərdiyi yol olduğunu artıq mən özlüymdə anlamışdım…
Ata bir dəfə görüşlərin birində demişdi, Asif Əfəndiyevin Azərbaycan xalqı qarşısında ən böyük qulluğu Asif Atanı yaratması oldu. Asif Ata dəyər sistemi yaratdı. “Azərbaycanımız-Azərbaycanlığıımız dəyər sistemi”nin yaradılması Azərbaycanın yaradılmasıdır. Parçalanmış, səpələnmiş, dağılmış bir Azərbaycanı sistem halında yığdı. Başlayırsan Zərdüştdən, gəlirsən Ocağa qədər. Mən həmişə deyirdim Ocaq bizim dəyər sistemimizin zirvəsidir. Bayaq Nurtəkin xanımın hesabatına da qulaq asdım. Hesabat Ocağın gördüyü işlərin hamısını tamamlamırdı. Ocağın gördüyü işlər daha çoxdur. Asif Atayla Azərbaycanla bağlı söhbətimiz vardı – Azərbaycanın siyasi bütövləşməsi yönündən. Dağılmış, paralanmış Azərbaycan necə bütövləşə bilər; Hansı yollarla getməlidir, Güney Azərbaycanın qarşısında hansı problemlər dayanır? Bütöv Azərbaycan məsələsinə müxtəlif yanaşmalar vardı. Ata Uluyurd Hərəkatının yaradılması gərəkliyini irəli sürdü. İctimai-siyasi bir hərəkat olan Uluyurd hərəkatı. Həmin hərəkata öndərlik etməyi məndən gözləyirdi. Sonradan Ocaqçıların birbaşa qurucu qatqısıyla biz bu hərəkatı gerçəkləşdirdik. Uluyurdun bayrağı yarandı, himni yarandı, herbi yarandı. Azərbaycan üçün milli valyuta türk sözüylə adlandırıldı. Bu günə kimi işlədilən Ocaq-Türk abesinin işlədilməsi ideya hədəfimizə çevrildi. Təbriz gələcək dövlətimiz üçün (Bütöv Azərbaycan üçün) başkənd olaraq bəndləşdirildi…
Ata bir rübaisində deyir:
Bilmirəm tarixin harasındayam,
Qədim cəfakeşlər sırasındayam,
Zəmanə insanı olmadım heç vaxt,
Dünənlə sabahın arasındayam.
Əslində doğrudan da zamanda yaşadı, ancaq zamandan üstün oldu. Ocaq bu gün də zamandan üstün yaşayır.
Asif Atanın yaşam tərzi Azərbaycan üçün də, Azərbaycanın ayrı-ayrı dəyərli ziyalıları üçün də örnəkdir. Dilə gətirməsələr də, özəllikcə Asif Atanın yaşıdları, akademik titullular, onu zamanında qəbul eləməsələr də, hamısı bəhrələnib. Asif Atanın yazılarından yararlanıblar. Görüşlərində gizli də olsa iştirak ediblər.
Asif Ata Ocağının sonrakı çalışmaları Asif Ata işinin layiqli bir davamı olub. Kim nə qədər yol getdisə, Ocaq işində hər birinin getdiyi yolu uğurlu hesab edirəm. Kimsə sona qədər gedə bildi, kimsə az getsə də, hər halda Azərbaycan üçün, Azərbaycan xalqı qarşısında göstərdikləri bəlli işlər vardı. Mən burada Asif Atanın, onun Ocağının dostu kimi danışıram. 40 il içində Ocağın zəngin bir yaşam gözümün qarşısında olubdur. Ayrı-ayrı toplantılarına qatılmışam. Mən başa düşürəm, burda səsləndirilən ayrı-ayrı düşüncə yükü insanları yorur, ancaq neyləyəsən, Ocaqçılar da Ocaq diliylə danışmalıdırlar. Buna, belə deyək, dözmək də gərəkdir. Ocaq təkcə Azərbaycanda deyil, hər yerdə yayılır. Hətta Azərbaycanın əsas məsələsi olan Güney Azərbaycanla qovuşmaq yollarını göstərməsi, Atanın türkçülüyümüzə, millətçiliyimizə daha çox yaramasını göstərir. Ata deyirdi Millətçilik – türkçülükdür. Türkçülük isə türkün özünü dünya saymasıdır. Ancaq türk də özünü dünya sayırsa, türk peyğəmbərliyini qəbul etməlidir. İnam, idrak, iradə, mənəviyyat ucalığında yaşayanı Ata özümləşən türk hesab edirdi, bu doğru bir yanaşma idi. Asif Atanın Azərbaycan xalqı üçün elədikləri, doğrudan da, həm zamanüstü bir olay idi. Deyirlər tənqidçi Asid Ata, filosof Asif Ata, deyirəm yox, peyğəmbər Asif Ata. Türk Asif Atanın timsalında öz peyğəmbərini yetirdi. Diqqətinizə görə sağ olun.
Xaliq Bahadır: Bu gün qəzetlərin sonuna çıxıblar. Basının sonuna çıxıblar. Televiziyalar da antixalq televiziyalardır. Nə görürsən Azərbaycanda baş verənlərlə bağlı, az-çox facebook-dadır. Filosof çatışmazlığı var. Bu gün Azərbaycanın toplumsal yaşamında filosof çatışmazlığı var. Başqa cür desək, Asif Ata çatışmazlığı var. Bilirsiniz, bizim Milli Elmlər Akademiyasında fəlsəfə institutu var. Orda çoxlu filosof var. Dəqiq bilmirəm sayını, ancaq çoxdur. Ortalıqda bir adam da yoxdur. Facebokda bu yaxınlarda bir diskussiya açılmışdı Asif Atayla bağlı. Orada arada-bərədə olanlar oldu. Öcəşmələr də oldu. Asif Atanı bəziləri filosof saymırlar. Face-də də özünü göstərdi. Mənə elə gəlir, o adamları qınamaq olmaz, nəyə görə. O adamlar baxırlar akademiyaya, baxırlar dövlət sisteminə, dövlət quruluşuna, düşünürlər filosof kabinetdə olmalıdır. Filosof institutda olmalıdır. Filosof akademiyada olmalıdır. Küçədə, belə deyək, toplumun arasında Asif Ata kimi, filosof olmamalıdır.
Fəlsəfə institutunda çox tanınmış bir filosof var, adnı çəkmək istəmirəm. Kitaba baxıb-baxıb, birdən acığı tutub, bu Xaliq Bahadırın dilində yazılıb. Bunu kim deyib, filosof. Xaliq Bahadırın dilində yazılan kitab nədir? Türkcə yazılmış kitabdır. Ərəb-fars sözləri yoxdur. Bunu bacarmışam, Xaliq Bahadır olaraq, bunu eləmişəm, qabaqlar çətin idi, bu gün eləmək olur. Orda mən yazıram. Mən öz dilimə yiyələnmişəm. Dilimizdən başlamalıyıq. Varlığımız dilimizdən başlayır. Bu gün dilimizi itirmişik, ərəbləşmişik, farslaşmışıq. Türkcəyə yiyələnə-yiyələnə türkləşmişik. Dilə yiyələnmək gərəkdir. Dil bu gün mənim damarlarımda qaynayır. O mənim ruhuma hopub, düşüncələrimə hopub. Olduqca gərəklidir. Asif Ata bunların hamısını bizim üçün qoyub gedib. Dillə bağlı Asif Atada başqadır. Onda başqa çağlardı. Ancaq onun yolu odur, bizə aşılayıb, sən türkləşməlisən, türklük yolunu tutmalısan, türk ideyalarına yiyələnməlisən. Bu yolla getməlisən. Sənin qurtuluşun ulus olaraq budur, mən dilimə yiyələnə-yiyələnə türkləşmişəm. Elə bilirəm dünyada məndən güclü adam yoxdur. Elə bil ayağının altında torpaqdır, özü də qutsal torpaq. Mən türkəm, dilimlə türkəm, varlığım özü türklüyə, dilə yiyələnməklə yaranıb. Dilə yiyələnə-yiyələnə düşüncəyə yiyələnirsən. Dilə yiyələnə-yiyələnə ideyalara yiyələnirsən. Özün öz içində genişlənirsən. Böyüyürsən. Asif Ata bunları bizə öz içində öyrədib. Başqa cür yol yoxdur.
Bu günlərdə yəqin bildiniz, Xocalı günündə, çağırdılar İranda Paşinyanla görüş keçirdilər. Facebookda gerçəyi yazırsan, İran haqqında yazırsan, o dəqiqə başlayırlar din düşməni. Necə toplumsunuz? Niyə susursunuz? Sən Xaliq Bahadıra nifrət elə. Paşinyanla görüşür. Şəxsən mənim əlimə girəvə düşüb ki, İranı, farsı yaman günə qoyum. İllərlə məni facebook-da söyürlər, təhqir edirlər, ancaq nəyə pis olmuşam. Qarşıya çıxan yoxdur. Mən sözümü deyirəm, ancaq mən istəyirəm bizim sözümüz çox olsun.
Bu Paşinyanla bağlı məsələdə qadınlar aktiv idilər. Qadınların aktiv olması nəyə görə xoşuma gəlir. Bu istər-istəməz kişilərdə təpər yaradır. Dünyada Xocalı günü, özünüz bilirsiniz neçə ölkələr tanıyıb. Ən çox da Latın Amerikası ölkələri maraqlıdır. İranda bu yasaqlanıb. Bu yasaqlanıb, burda bu dindarların sayı-hesabı yoxdur. Tək bu hacıların sayı neçə mindir. Birinin səsi çıxmır. Deməli, sən xainsən, deməli, sən vətəni satansan, sənin peyğəmbərin deyirdi vətən sevgisi imandandır. Heç olmasa peyğəmbəri tanı, heç olmasa peyğəmbərin dediyini elə. Niyə eləmirlər? Şpiondurlar, satqındırlar. Mən açıq yazıram onlara, siz xainsiniz, satqınsınız, şpionsunuz. Burada söhbət məndən getmir, vətəndən söhbət gedir. Vətəni də qorumayacaqsansa, sənin dinin kimə gərəkdir. Elə başlıcası odur, bu din bizim dinimiz dyil. Məni tanıyanlar bilirlər. Bu din mənim dinim deyil. Mənim dinim türklükdür, mənim dinim Göy Tanrı dinidir. Mən bu dəqiqə bir kitabımı qurtarmışam, üstündə işləyirəm türklüklə bağlı. Kitabı yazmaq üçün çoxlu kitablar oxudum. Biz elə bir dünyanı itirmişik, Göy Tanrı inancı ilə bağlı, o kitabı yazdıqca, o şeylərin içinə girdikcə, mən, inanın, az qala dəli olurdum, biz görün nəyi itimişik. Biz böyük bir dünyanı itimişik Göy Tanrı inancından uzaqlaşmaqla. Gəlib molla dünyasına çıxmışıq. Göy Tanrı dünyası hara, molla dünyası hara? İndi elə danışırlar, elə bil, Soylu bəy dedi, Nəsimi molla olub. Bütünlüklə yalandır. Nəsimiyə fətva verib öldürən də bunlar olublar. İŞİD nədir? 21-ci yüzildə baş kəsir, nələr edir? Çağımızın böyük yazıçısıydı Rafiq Tağı – fətvanı kim verdi? Bunların əl-ayağını yuyurlar, islamda belə şey yoxdu. Bunlar hamısı gözümüzün qabağında olan şeylərdir. Demək istədiyim, bu gün Asif Ata bizim üçün var. Mən Ocaqda deyiləm. Ancaq mən həmişə deyirəm, Asif Atanın günü gələcək. Asif Atanın çağı gələcək. Rejim dəyişəcək, televiziyalar dəyişəcək. Kütlə düşüncəsi belədir – televiziyadan deyilən sözün dəyəri başqadır. Mən inanıram, hakimiyyətə elə adamlar gələcək, Ocaqçı oldu-olmadı, televiziyalardan bu ideyalar yayılacaq, az bir arada Azərbaycanı bürüyəcək. Mən buna bütünlüklə inanıram, niyə görə? Bizim kökümüzdə Göy Tanrı inancı var. Türklüyün varlığı var, türklüyün ideologiyası var. Bütöv sistemli ideyası var. Biz Türklüyə gedəcəyik Asif Atayla bir yerdə. İndi heç qıcıqlanmaq gərək deyil Asif Ata geniş tanınmır. Belə də olmaldıır. Biz hansımız tanınırıq. Lovğalıq olmasın, biz bu gün pis-yaxşı Azərbaycanın qabaqda olan adamlarıyıq. Düşünən adamlarıyıq, düşünən beyinləriyik.
“Sara” televiziyası olan çağlardır. Mən özüm televiya işçisi olmuşam, televiziyaya çıxmamışam. Yalan danışmamaq üçün televiziyaya çıxmamışam. “Sara” televiziyasına çağırmışdılar məni, orda türklüklə bağlı bir xeyli dartışmalar oldu. Səhər getmişəm, göyərti almaq istəyirəm, göyərti satan məndən pul götürmədi. Deyirəm niyə götürmürsən. Deyir axşam sizin çıxışınıza qulaq asdım. Çox gözəl çıxış elədiniz… Kütlə düşüncəsidir. Biz bunu da anlamalıyıq. Anlayışla yanaşmalıyıq. Kütlə düşüncəsinə də televiziya Asif Atanı yeritməlidir. Tək Asif Atanı yox, bütövlükdə bizim yenilikçi ideyalarımızı yeritməlidir. Televiziyalar Azərbaycanı özlüyündən uzaqlaşdırmaqla məşğuldur. Türklüyündən uzaqlaşdırmaqla məşğuldur. Bunların hamısına yalnız onda son qoyulacaq. Hakimiyyət dəyişəcək. Rejim dəyişəcək. Yeni bir rejim qurulacaq. Bu ulusun öz hakimiyyəti yaranacaq, ondan sonra bizim də günümüz istər-istəməz xoş keçəcək. Sən azı biləcəksən, sənin qabağında komandir Asif Ata var. Onun ideologoyası var, onun ideyaları var. Onu daşıyan adamlar var. Bu da Azərbaycannın, ölkəmizin, dövlətimizin istər-istəməz gələcəyi deməkdir.
İlqar Türkoğlu: Mən hər birinizi salamlayıram. Bugünkü gözəl günümüzün Ata Ocağının 40 illik gününü qutlayıram. Şübhəsiz, bu 40 il içində, tam olmasa da, Nurtəkin xanım görülən işlərlə bağlı danışdı. Doğrudan da, çox böyük işlər görülüb. Bu işlərin görülməsi sıradan işlər deyil. Doğrudan da, çox böyük əməyin bahasına bu işlər başa gəlib. Günev qardaşımız çox böyük məqama toxundu – mübariz olmasan, hardasa düşünüb daşınıb axırda infarkt olacaqsan. Doğrudan da, insanı ayaqda tutran onun mübarizliyidir. Bu ağır bir prosesdir, sürəcdir. Bu yolda hər birimiz mübariz olmalıyıq. Çoxumuz bildiyimiz məqamları təkrar-təkrar danışırıq. Eybi yoxdur, qoy bilməyənlər də eşitsinlər. Məclislərdə mənim həmişə təklif xarakterli söhbətlərim olub. Uzun-uzadı danışmağı da xoşlamıram. Ocağın 40 illiyi ilsıra kimi götürülür. Milad təqvimi, İslam təqvimi, yəhudilər 7 min ildir, çinlilər 5 min ildir, hərəsi özü üçün bir təqvim yaradıblar. Doğrudan da, tarixlərinə uyğun onu qoyublar. Türkün tarixini araşdıranda 10 min illərdir. Elə bayaq xatırlandı Bilqamısla bağlı məqamlar, başqa alimlər gəldilər, Qobustan abidələrinin 10 min il tarixini araşdırdılar. Araşdırdılar, bunlar türk leksikonunda olan sözlərdir. Ona görə Ocağı, Ocağın 40 illiyini Atanın yaratdığı ideologiyanın 40 illiyi kimi qəbul olunmasını istəyirəm. Bu mənim fikrimdir, Millətin tarixinin ilsırası kimi götürülməsini doğru hesab eləmirəm. Biz heç olmasa antik türk tarixini seçib ona uyğun da ilsıra, günlərin, ayların adı gözəl seçilib, bu məqamla razılaşa bilmirəm. Soylu bəyin yazılarından mən çox şeyləri öyrənmişəm. Dilimizin saflığı ilə bağlı Xaliq bəy də gözəl məqamlara toxundu. Əslində ulus öz dilinin üstündə ayaq tutur. Bizim dilimiz fars-ərəb sözlərindən arınmasa, biz yenə də ərəbin-farsın dalınca qaçacağıq. Leksikonumuzda Soylu bəy çalışır ərəb-fars sözlərindən az istifadə eləsin. Bəs Peyğəmbər sözündən niyə asılıb? Bizim Dədə Qorqud ifadəmiz var. Atatürk Ata sözünü daha da möhtəşəm elədi. Daha da qutsallaşdırdı. Niyə biz bəzi sözlərdən imtina eləyiriksə, türkə yad olan sözü başımızın üstündə tuturuq? Peyğəmbər sözündən imtina edib ya Dədəlik, ya Atalıq. Dədəlik türkün tarixində yaşanıb. Bu gün də yaşayır. Azərbaycan bütöv olmayınca, Türk Dünyası bütöv olmayacaq. Türk Dünyasının koordinasiya mərkəzi Azərbaycan olub. Bu gün də bütün dünyanın basqıları Azərbaycanadır. Bilim adamlarına yönəlirlər, onları da hansısa formada aradan, sıradan çıxarsınlar. Bayaq uşaq sual verdi Güney Azərbaycan məsələsi ilə bağlı. Görəsən Güney Azərbaycan nə zaman öz istiqlalına qovuşa bilər? Tarixçilər Güney Azərbaycanda inqilabın, ya da nələrinsə olmasını işləyirlər, əslində boş xülyalardır. Çalışmaq gərəkdir, Güney Azərbaycanda hakimiyyətə türklər gəlsin. İnqilab da olsa, sonucsuz olacaq. Nə Batı, nə dünya ona yol verməz inqilab olsun. Şərait yaradacaqlar, sonra elə günə salacaqlar, 100 illə görülən işi tam bərbad hala gətirəcəklər. İşləmək gərəkdir orda hakimiyyətə türklər gəlsin, bu yöndə işlər görülsün. Güney Azərbaycanda Azərbaycanlıların özünün istiqlalını əldə eləməsini mən real görmürəm. Mümkünsüzdür, sadəcə orda ictimai-siyasi həyatda rol oynayıb hakimiyyətə gəlmələri. Mən Türkiyədə tədbirlərdə deyirəm, camilərdə oturub ərəbə sitayiş edirisiniz. Sizin siyasətlə məşğul olmağa vaxtınız yoxdur. Ərəb, fars, kürd, erməni gəlib sənin parlamentində oturub səni idarə edir. Sənin dövlətinin başçısı laz, erməni gürcü qarşığı bir adam sənə rəhbərlik edir. Sənsə camilərdə oturub ərəbə sitayış edirsən. Sənin siyasətlə məşğul omağa vaxtın yoxdur.
Bir adam ki Diyarbəkirdə Məsud Bərzanini dəvət edir, orda kürd bayraqlarını asdırır, çıxış eləyəndə deyir Diyarbəkirdə, Şırnaqda, bir neçə bölgələri sayır, deyir bu bölgələrimizdə kürdlərin hakimiyyəti qurulmalıdır. Bu kürdlərin haqlarıdır. Qaradəniz bölgəsini göstərir, orda kürdlərin hakimiyyəti qurulmalıdır. Sonunda müxbir yaxınlaşır, hələ baş nazir olan vaxtı, soruşur, siz dövlət başçısısınız, siz dövləti parçalamağa yönəlik çıxışlar edirsiniz, bu necə ola bilər? Cavab verir, mən sadəcə xəyallarımı söylədim. Yəni bu cür insanı hakimiyyətdə saxlamaq, şübhəsiz bu cahillikdir. Atatürk həmişə deyirdi, dindən istifadə ən əxlaqsız siyasətdir. Bu gün də çoxları hakimiyyətə gəlmək üçün, başı peyin qoxuyan adamlardan yararlanmaq üçün partiya liderlərinin sağında bir dinçi oturur, solunda bir dinçi oturur. İlqar İbrahimoğlu kimdir? İsa Qəmbərin sağında, Əli Kərimlinin solunda oturan dinçilərlə biz heç vaxt hakimiyyətə gələ bilmərik. Gördük 1918-ci ildə parlamentə dinçiləri soxmaqla. Ümumiyyətlə, hər zaman hakimiyyətdə dinçilərə yer verilməsi qandır, fəlakətdir, bunun heç vaxt sonu ola bilməz. Harda din varsa, orda qan var, fəlakət var. Bu günlərdə bir yazı yazdım, Xocalı ab-havasında.
Xocalıda qurulmuşdu oyunu,
Bölündükcə bəyə-xana vətənim.
Bir lalənin, bir fidanın toyunu,
Boyadılar bayrağına vətənin.
Qulağına səsləndikcə ağılar,
Sıralanır gözlərimdə axılar,
Başa keçib sahib olur yağılar,
Həm balına, həm yağına vətənin.
Başın üstən çəkilmədi, getmədi,
Minbir gecə min ildir ki, bitmədi,
Farsa, rusa əyildikcə yetmədi,
Çiyinlərim ayağına vətənin.
Bazar açıb top əvəzi at alar,
Düşmənini tanımayan atalar,
Xəyanətin ürəyindən atalar
Daş dəyməsin ayağına vətənin.
O tay-bu tay hələ yarı gedirəm,
Canımda can gücüm varı gedirəm,
Bir yol tutub Tura sarı egdirəm,
Ümid olub ayağına vətənin.
Ulsumuz var olsun!
Atamız Var olsun!
Rafiq Turabxanoğlu: İnsanlıq yarananda fəlsəfə yaranıb, məni həmişə fikir götürüb Tanrıçılıq, Şaman bunlar hamısı bizdən – türkdən başlayıb. Necə olub bunlar keçib qabağa. Gəlib çıxıram bizim psixologiyada yoxdur. O da erməni söhbəti qalxanda ağlaşma söhbəti çox edirik axı, düzü mənim qəlbimə toxunur, erməni kimdir, oxumağımız olmasa da, bu internet elə edib bizim xəbərimiz var da. Dünyada Avrasiyada 6 millət var, söhbət millətdən gedirsə, dünyanın yükünü daşımalıdır, təbiətən onun boynuna qoyulub, 4-5 millətdir. Qalanı da azsaylı xalqlardır. Azsaylı xalqlara da hörmət olunmalıdır. Özüm də gəncliyimdən həmişə düşünürəm, danışıram, Səttarxanlığımız filan bu necə olur alınmır. Bu erməni necə olur bizi qovalayır. Araşdıranda görürəm hamısı psixologiyadadır. Bizim türk olaraq psixologiyamızda o şey yoxdur. Böyük millət kimi də formalaşa bilmirik. Təfəkkürümüzdə sınır sözü 3 məfhumdur. Torpaq Turan, Dəniz Turan, Göy Turan. Bu üçündən başqa türk sınır tanımır. Türkdə bu yoxdur. Ancaq azsaylı xalqda bu o qədər gəlişir. Türklərdə bu yoxdur, bunu da qurmamışıq. 90-cı illərdə mən dedim, gəlin Turan mənəvi dövlətini quraq, Vatikan kimi. Beynəlxalq hüquq buna imkan verir. Bu məsələlər də elədir, dövlətçilik mümkün deyil. Dünya çapı elə düzəlib dövlət olmasan, böyük məsələləri gündəmə çıxara bilməzsən. Türk defakto böyük millətdir. De-yuro balaca-balaca xalqlardan düzəliblər. Biz nə azsaylı xalq kimi formalaşa bilmirik. Mənim hesabıma görə İran niyə qopmur bizdən. Çünkü bilir türksüz bu burulğanda gedəcək. Bunu hesablaya bilirlər, ağıllarına söz yoxdur. Erməni bizi niyə qovalayır. Beynəlxalq terror var, dünyanı idarə edir. İcraçıdan biri ermənidir, biri də yəhudilər. Nə qədər dünyada beynəlxalq terror var dünyanı idarə edən. Harda quraq, harda dövləti yıxaq planları var.
Sizin varlığınız, Asif Ataya bağlılığınız mənim qəlbimdə həmişə böyük iz buraxır. Gəlin düşünək. Bu işi siyasi məngənəyə salmaq gərəkdir. Asif Atayla bağlı Azərbaycanda çox adamlar var. Bir çıxış yolu var – hakimiyyətə gəlmək gərəkdir. Mən belə düşünürəm.
Sizə uğurlar diləyirəm.
Soylu Atalı: İlqar bəyin önəriləri ilə bağlı düşüncələrimizi bildirmək istəyərdim. Peyğəmbərlik məsələsi, İlsıranın 40 illik məsələsi. Söz yox, 40 il məsələsi Asif Atanın öz dünyagörüşünü başladığı gündən başlayaraq hesablanır. Tarix boyu yaranan sivilizasiyalar var, bu sivilizasiyalar öz yerini yeni sivilizasiyalara verir. O sivilizasiyalar sıradan çıxır. Yeni sivilizasiyalar yeni ilsırayla başlayır. Yeni sivilizasiya bəşəriyyətin yeni yaşamını, yeni gedişini özünün başladığı ildən hesablayır. Ancaq öncəki tarix danılmır. Dediyim kimi, yeni İlsıra Yeni Sivilizasiyanı hesablayır. Yəni bu sivilizasiyalar arası bir sınırdır. Yəni Yeni sivilizasiya köhnənin davamı deyil, onunla iç-içə deyil. Bizdən öncəki tarix, yenə deyirəm, necə danıla bilər?! Məsələn, mən deyirəm, Ocaq öncəsi filanıncı ildə doğulmuşam. Bu açıdan biz istəsək də, istəməsək də, sivilizasiyaların dəyişilməsi, yeni sivilizasiyaların başlaması özünün ilsırasıyla başlayır, tarixə yeni göstəriş verir, hökm verir. Bu qaçılmaz bir şeydir.
İlqar Tağı: Asif Atanın Mütləqə İnam, “İnsanlaşın – İnsanlaşdırın” ideyaları antik türk əxlaqı ilə birdir.
Soylu Atalı: Doğrudur. Ordan bəhrələnmələr var. Bəşəriyyətdə çağımızda bir az da çağımızdan qabaq mütləq yeni bir şey yoxdur. Bəşəriyyətin min illər, bəlkə bizə bəlli olmayan milyon illər düşüncələrində formalaşmış, yaranmış, zaman-zaman insan varlığında yeni məzmunda, yeni qayədə üzə çıxır. Ancaq gəlişmələr, dəyişikliklər də göz qabağındadır. Heç nə yerində saymır. Məsələn, Bilqamıs dövrünü götürək, ya Babək dövrünü götürək, biz istəsək də, istəməsək də, Babəkin gələnəyi ilə gedə bilmirik. Onlar bizim üçün bir aşama idi. Asif Ata da gələcək üçün min il bundan sonrakı üçün bir aşamadır. Asif Ata da, toplum üçün əbədi olaraq Asif Ata düşüncəsi olaraq qalmayacaq. O da gəlişəcək, o da yerini yeni gəlişmələrə verəcək. Stimul rolunu oynayacaq, zəmin rolunu oynayacaq. Bu bir gedişdir, bu bir sürəcdir. Bu bəşəriyyətin sürəcidir, bu təkcə millətin sürəci deyil.
İkinci, peyğəmbərlik sözüylə bağlı deyim. Biz hər birimiz vurğuladıq, çoxumuzun da düşüncəmizdə var. İnancı olan insanlara sayğı duyarıq. Onlarla da işimiz yox, ancaq hər biriniz bilirsiniz ki, türk şüuru İslam dünyabaxışı ilə işğal olunub. Başlıca olaraq, İslamla. Çünkü Türkiyə, Azərbaycan, Orta Asiya, Doğu Türküstan Türklüyün canıdır. Rusiyada olan, xristianlığı qəbul eləmiş türkləri demirəm, onlar da bizim parçamızdır. Ancaq bizim şüurumuz İslam dünyabaxışı ilə işğal olunub. Ərəbin gəlişi ilə işğal olunub. Bizim toplumumuz mənəviyyatının atası deyəndə Məhəmmədi görür. Yəni bütün türk toplumu. Ona peyğəmbərim deyə üz tutur. Loru desək, bu millətin qafasından Məhəmmədi qırağa çıxara bilmirəm, bilməyəcəm. Heç biriniz bilməyəcəksiniz. Bağışlayın bu deyilişə görə, hər zaman vurğu eləyirəm, paz pazla çıxır. Köhnə dünyabaxış, din məsələsi, ruhaniyyat məsələsi Yeni Ruhaniyyatla dışlana bilər. Elə-belə emosiyalarla, elə-belə etirazla, ya da elmlə yox. Elmin özünün gücü çatmır ruhaniyyatı dışlasın. Çünkü ruhaniyyat insan varlığıının bütöv üzvi hissəsidir. Ruhaniyyat insan varlığının bütöv geninə, qanına hopmuş olaydır. Nə qədər ki, peyğəmbər sözü bu toplumun şüurunda var, biz də Asif Ataya peyğəmbər sözünü işlədəcəyik. Atadır o. Ata sözü peyğəmbər sözündən üstündür. Ancaq aşama var, bu aşamanı biz keçməliyik. Neyləmək olar, peyğəmbər sözü yeni dünyabaxış yaradana deyirlər. Ata da yeni dünyabaxış yaradana deyirlər. Ona görə bu sözdən qorxmaq gərək deyil. Çoxları deyir, Ocaqçılar Asif Atanı peyğəmbər sayırlar. Əzizlərim, mən saymıram, asif Ata özü deyirdi mən peyğəmbərəm. Mən nə bilirdim o peyğəmbərdir, o mənə dedi peyğəmbərəm. O yaradıb bu dünyabaxışı.
Peyğəmbər sözü nə qədər şüurlarda hakimdir, o şüurlarda Atalıq hikməti oturmayacaq. Mən çoxları ilə söhbət eləmişəm, deyirlər çox gözəl, Məhəmməd peyğəmbərimizdir, Asif Ata da filosofumuzdur. Mən isə deyirəm, Asif Ata peyğəmbərin özüdür, Onun yaratdığı doğrudur, Onun yaratdığı ilə biz özümüz ola bilərik.
İlqar Türkoğlu: Atanın yaratdığı fəlsəfə. Adamlar deyirlər din yaradıb. Düz deyirlər də. Peyğəmbər ifadəsi çoxlarına elə düşünməyə haq verir. Peyğəmbər tamam başqa ideologiyadır.
Soylu Atalı: Əgər toplum Soyludan, İlqar Türkoğludan oluşmuş olsaydı, mən deyərdim, gəlin bu sözü qırağa qoyaq. Toplum təkcə 5-10 üzdə olan adam deyil. Toplumun əsas kütləsi var, o kütlənin beyninə ayrı şey verə bilmirəm. Biz nə edirik edək, elm hara istəyir getsin, mənim kəndimdə inək sağan, beli əlinə alıb yer belləyən bizim düşündüyümüz kimi düşünmür. Bu psixologiya ilə yaşamır. Onun şüurunda dəyişiklik aparmaq üşün aşamalar gərək olacaq. Bu aşamalar qaçılmazdır. Mən bunu ayrı cür onun şüurundan çıxara bilmyəcəm. Mümkün də deyil. Ona görə biz peyğəmbər sözünü hər yerdə də deyirik. Baxın, 100 illər təbliğat gedir bəzən, nədən ötrü gedir. İnsanlara aşılayırsan, aşılayırsan, mənim peyğəmbərim Cəbrayılın daşıdığı sözləri söyləmir. İçindən deyir. Mən peyğəmbərin fəlsəfi mənasıın götürmüşəm, yəni İnam yaradan, dünyabaxış yaradan mənasını götürmüşəm. Soraq daşıyan mənasını götürməmişəm. Başqa bir məsələ, mən istəməzdim, Ata sevərlər intellekt daşıyıcılarının etkisi ilə davransınlar. Ruhaniyatı, başqa sözlə, milləti intellekt adamları qurmurlar, könül adamları, dərin ruhani düşüncə adamları, tənələri, qınaqları saymayan fədakar insanlar qururlar. Biz Yolu – onun qurucusunun tələbləri ilə gedirik, intellekt adamlarının hər şeyi öz əqliyətçi düşüncələrinə uyğunlaşdırmaq istəklərinə boyun əyməklə yox. Zamanın tələblərinə uyğunlaşmaq tələskənliyi ilə Asif Atanın yolunu gedə bilməyəcəyik…
İlqar Türkoğlu: Bu milli ideologiyadır. Ulusun yaşaması üçün onu ayaqda tutan yad ideologiya deyil. Ərəbin, başkəsənin ideologiyası deyil. Bunun adını da tapmaq, ayrıca demək gərəkdir.
İlqar Tağı: İlqar bəy demək istəyir, peyğəmbər sözü birbaşa səmavi dinlə bağlıdır. Ancaq Asif Ata təlimi səmavi deyil, sırf intellektual, hardasa Budda təlimi kimi. Peyğəmbər deyəndə altşüurda dərhal göylər ağıla gəlir. Deyəcəklər bu da səmavidir.
Soylu Atalı: Anlayıram sizi. Bu məsələ ilə bağlı mən özüm çox düşünmüşəm. Peyğəmbər sözünü Asif Ataya biz qoymamışıq. Doğrudan da, toplumun şüurunda dəyişiklik yaratmaq üçün bu sözü necə biz başa düşürüksə, indi yəni onun fəlsəfi mənasını necə götürürüksə, Asif Atanı düşünən, onun xalqının gələcəyini düşünən insanlar toplumun içində o cür də aparacaqlar, təpkilərə baxmayaraq. Mən də istəyərəm hər şey təpkisiz qarşılansın. Ancaq təpkisiz qarşılanmayacaq. Biz istənilən filosofu, istənilən ədəbiyyatçını, şairi, yazıçını, kimisə topluma çətinlik çəkmədən verə bilirik. Ancaq İnam yaradıcısını, dünyabaxış yaradıcısını biz dəridən-qabıqdan çıxıb verə bilmirik. Bunu dini dünyabaxış şüurunda olan insanlara vermək asan olmayacaq, mən bunu bilirəm, Asif Ata bunu gözünün qabağına alıb ortaya çıxdı. Bilirdi ki, onu vermək olduqca çətindir, ancaq çətin olsa da, qurtuluş bu məsələdədir. Ona görə düşündük-daşındıq, Ocaqlaşma yolu tutduq deyə ortaya gəldi. İndi bu şüuru daşıyana kimdir təpki göstərən? Təpki göstərən ərəb dünyabaxışının daşıyıcılarıdır. Fars şüurunun daşıyıcılarıdır. Təpki göstərənlər bunlardır, indi neyləyək?! Ərəb, Fars şüurunun qarşısında nədənsə əl çəksək, onların şüurunda dəyişiklik eləmədən onların həyatını yönəldən sözü (peyğəmbər sözünü) onların ixtiyarına buraxsaq, bu sözün anlamını onların düşüncəsində dəyişməyə çalışmasaq, onda Asif Atanın işi heç yeriməyəcək, ərəb şüuru da sənin yurdundan getməyəcək.
Bu bir dünyabaxışdır, bu bir inam məsələsidir. İnsanı özündən qıraqdakı qüvvələrə bağlayanı insanı özünə bağlayanla əvəz etmək bizim hər birimizdən səbr tələb edir. Asif Ata inamın fəlsəfəsini yaradıb. Həndəsi silsilənin fəlsəfəsini yaratmayıb. İnsanın, İnsanlığın, dünyanın, dünyalığın fəlsəfəsini ortaya qoyub. Biz bu yöndən olduqca ciddi düşünmüşük. Mənim, Soylu olaraq, haqqım yoxdur, icazəm də yoxdur, bu boyda düşünb-daşınan filosofun ortaya gətirdiyi bir şeyə deyim, bu belə deyil, elədir. Mən Asif Atanın əbədiyət üçün yaratdıqlarını da, aşama üçün dediklərini də özüm üçün dərk eləməyə, anlamağa çalışıram. Asif Atanın doğru bildiklərini dəyişməyə özümdə haqq görmürəm. Bu, siyasi ideologiya deyil gündə bir dəyişiklik edəsən, bu ruhaniyat məsələsidir, onu dərk eləmədən dəyişiklik eləmək xətadır.
İlqar Türkoğlu: Soylu bəy, Atanın düşünüb daşındığını ləğv eləməkdən söhbət getmir. Sadəcə olaraq özü peyğəmbər adı işlədib, Atatürkə özü o adı götürməmişdi ki, xalq ona o adı verdi. Ataya dədə statusunu ulus verir, onun davamçıları verir, burda heç bir qəbahət yoxdur,
Soylu Atalı: Bu millət Asif Atanı qəbul elədikcə onun şüurunda Atalıq faktı bütün aydınlığıyla özünün təsdiqini tapacaq. O mövqenin üstündə də qalacaq. Bu bir aşamadır. Bu aşamaya doğru gedirik, gedəcəyik.
Dövr sizin üçün dəyişib, mənim üçün dəyişib, bizim bütövlükdə milyonlarla insanlarımız üçün dəyişməyib. Milyonlarla insanı biz düşünməliyik, onu biz özünə necə tanıdaq, necə eləyək. Söhbət ondan gedir. Yoxsa sizin üçün deyil, mənim üçün deyil. Asif Ata məni o qədər açıq düşüncəli edib, mən düşünürəm bəlkə bəzi şeylər gərək deyil. Milyonlarla insan üçün dövr dəyişməyib. Həmin din dövrüdür, həmin psixologiyadır. Həmin şüurdur. Onun şüurunu necə dəyişmək məsələsi var. Qonunu qapamaq üçün belə bir şey deyim. Biz nəyə əminik? Biz burda dediklərimizi təlqin eləmirik, sadəcə olaraq, mövqeyimizi ortaya gətiririk. Aydınlıq gətiririk mövqeyimizə. Mən Asif Atanı oxuyub düşünmüş adamam. Mən böyük ədəbiyyata da girmişəm, fəlsəfəyə də girmişəm, hamısını Asiuf Atanı özümə açmaq üçün eləmişəm. Dönə-dönə eyni məsələnin üzərinə qayıdıb çıxmışam. Bunu yazılarımda da əsaslanıdrmışam. Bu gün elm gəlişir, texnologiyalar gəlişir, iqtisadi modellər həyatımızı qapsayır. Ancaq insan xoşbəxt deyil. Bunu eləyən, düşündüyümüz reallıq olan bir sistem insanı bədbəxt gündə saxlayır. Onu istədiyi kimi yönətir. Bu reallıqlarla insanlar barışmağa, uyğunlaşmağa çalışır. Bütünlüklə siyasi şüurlar da buna gəlib ki, neyləyək bu reallıqlara uyğunlaşaq. Asif Ata reallıqlara uyğunlaşmır. Bütün məsələ odur. Asif Ata öz dünyagörüşünü yaratmaqla deyir, ölçü var, o ölçüyə can atılmasa, reallıqlarla barışılsa, onda bəşəriyyətin mənəviyatı dəyişməyəcək. Onda necə var elə gedəcək, bu isə dağıntıları yeniləyəcək. Dünyada siyasi baxımdan ən gəlişmiş, iqtisadiyyatı gəlişmiş ölkələrin toplumu belə dağılmaqdadır. Ailə dağılır, mənəviyyat dağılır, hər şey sıradan çıxır. Xalqlararası münasibətlər ən gərgin müstəviyə gəlib çıxır. Asif Ata deyir, fərd-fərd, ağac-ağac, hal-hal dəyişmək, dəyişdirmək gərək. Əgər insanlar, doğrudan da, mənəviyyatda, ruhaniyyatda, düşüncədə nisbi gedişlərlə, ona təqlin olunan, sırınan gedişlərlə barışacaqsa, onda bəşəriyyət bu durumdan heç yana çıxa bilməyəcək. İnsanlaşın-insanlaşdırın çağırışının ölçüsü var. O ölçüyə yetmənin də aşamaları var.
Allah ideyası hardan ölçüyə gəldi?! Biz deyirik insanda çox böyük potensiya, olanaqlar var. O olanaqları insan öz şüurlu həyatında üzə çıxara (aşkarlaya) bilmir, özüylə qəbrə aparır. Bunu Aif Ata filosof olaraq öyrənib ortaya gətirib. Deyir, insanın özünü aşkarlaması üçün zəmin yoxdur, ortam yoxdur, niyə yoxdur, ölçü yoxdur. Min illərdir insanlar düşünüblər, ədalət deyilən bir şey var. Mənə yarımədalət vermə. (Burda oturan insanların bir-birinə yanamasında əgər balaca bir riyakarlıq varsa belə, eybəcərlikdir). Ədalət, hardadır, vicdan hardadır, insalıq hardadır, mərifət, mədəniyyət hardadır. Bütöv deyil, ən yaxşısının içindən qaranlıq çıxır. O insan öz mahiyyətini dərk eləyə bilməyib. Öz olanaqlarını dərk eləyə bilməyib. Özü üçün Allah etalonunu yaradıb. Özündən qıraqda ölçü yaradıb, ona üz tutub, ən çətin, ağır məqamda ona üz tutub. İnsan özündə olan keyfiyyətləri Allaha verir. O keyfiyyətləri özünə çağırır. Özünə çağırır, bunu yönəldirlər ona. Axı insan nə eləyibsə, o ölçüləri tapmaq üşün bəlli bir sistem olmalıdır. Bəlli bir gediş olmaldıır. Bu da ruhaniyyata bağlıdır. Ruhaniyyat da dini anlam daşımır, söhbət insanın insani qanunlar əsasında yaşamasından gedir. Dövlətdə insani qanunlar olmayacaqsa, ruhsal etkilər olmayacaqsa, dövlətdən heç nə gözləmə. Bax, bunları öyrənmək, öyrətmək gərəkdir. Onda peyğəmbər sözünün anlamı bilinəcək. İnsan həqiqətə yetəcək, peyğəmbər sözünün türkcə qarşılığı da ağıllarda bərkiyəcək. Ən axırda ruhaniyatdakı sözlər özümləşməlidir.
Xaliq Bahadır: Asif Ata Azərbaycanda ilkin olaraq fəlsəfəni kabinetdən çıxartdı. Bu, faktdır. Fəlsəfəni yaşama gətirdi. Sizin bir görəviniz var, Ocaqçılar olaraq – Onu topluma yeritmək.
Ağşın Ağkəmərli: Hamınızı bu gün münasibətilə təbrik edirəm. Uzun müddətdir mən Ocaqla dostam. Burada dəyərli insanlarla tanış olmuşam. Mən çox uzun danışmaq istəmirəm. Deyə bilərəm Asif Ata tariximizdə, mənəviyyatımızda boşluğu dolduran bir məsələdir. Bu ardıcıllığı çox dərinə getmədən deyim, Xürrəmiliyin, Səfəviliyin, Hürufiliyin sintezi var Asif Atada. Zaman getdikcə daha da çox duydum, yeganə qurtuluş odur. İlqar bəyin fikrinə toxunmaq istərdim. Güneylə bağlı. Məncə, Güneydə yaşamayanlar, Güney Azərbaycandan araşdırmaları doğru olmayanlar yanlışlığa yol verə bilirlər. “Hakimiyyəti türklər alsın, hər şey düzələcək”. Mümkün deyil. Ya ora gedin, görün durum necədir, ya özünüz təhlil edin. Atatürkün belə fikri vardı “dövləti olmayan millət digər millətlərin yemi olur”. Bəluc xalqı Azadlıq istəyir. Əgər mən istəsəm hakimiyyətə gələm, gərək onu siləm? Ərəb istəyir, türk istəyir. Biz öz torpaqlarımıza dayanıb dövlətçiliyimizi qurmaq istəyirik. Bəluca da azadlıq istəyirik, kürdə də azadlıq istəyirik, ərəbə də. Bizim tarixi torpaqlarımıza toxunmamaq şərtilə. Burda deyilir onu eləmək gərəkdir, bunu eləmək gərəkdir. Bu belə olmaz. Yardım göstərə bilmiriksə, məncə, əngəl olmamalıyıq. Onların yetərincə imkanı vardı öz taleyini həll eləsin.
O biri məsələlərə keçmirəm. Sizə can sağlığı, uğurlar arzulayıram.
Asif Ozan: Soylu bəy, Ocaqçıları, Ocaqsevərləri ürəkdən salamlayıram. Hesab edirəm, istər Soylu bəyin, istər Ocaqçıların məhz İnam təliminin yayılmasıyla bağlı keçirdiyi hər bir tədbir tarixi olaydır. Biz illərdən, qərinələrdən sonra Azərbaycan xalqının necə bəhrələnəcəyini indidən deyə bilmərik. Ancq hər halda, onu yönləndirmək bizim haqqımızdır. Qısaca olaraq, bayaq qoyulan məsələyə münasibət bildirim. Asif Ata Mütləqə İnam fəlsəfəsini filosof, mütəfəkkir olaraq yaratdı. Ancaq biz onu milli özünüdərkimizdən, milli identifikimizdən, milli şüurumuzda onu ictimai hərəkata çevrimək istəyiriksə, biz onu rasional müstəvidən irrasional müstəviyə keçirməliyik. Çünkü kütləyə rasional müstəvidə bir biliyi verə bilməzsən. Hamıya formul şəklində bilik verə bilməzsən. Ancaq İnam sistemi belədir ki, irrasional müstəvidə hər kəs səni qəbul edə bilir. Sən onu inanc sisteminə çevirmək üçün irrasional müstəviyə ötürməlisən. Əgər mən quruda, siz sudasınızsa, bizim mübarizəmiz baş tutmayacaq. İkimizin də mübarizə aparmağımız üçün ya ikimiz də suda olmalıyıq, ya da ikimiz də quruda. Bu gün Soylu bəy artıq Mütləqə İnam fəlsəfəsini rasional müstəvidən irrasional müstəviyə keçirib, məhz onu ərəbdən gələn, rusdan gələn, farsdan gələn dünyagörüşünə paradiqmaya qarşı bir mübarizə cəbhəsinə çevirmək istəyirsə, onun irrasional müstəviyə keçirilməsi çox normal bir haldır. Göy Tanrıçılığın öz millətimizin dünyagörüşünə, milli özünüdərkinə çevirə bilmədik, biz onu irrasional müstəviyə daşıya bilmədik. İudaizm ona görə dünya dininə çevrildi ki, iudaizmi irrasional müstəviyə çevirə bildilər. Onun praktiki tədbirini, institutlaşmasını təmin edə bildilər. Xristianlıq balaca bir ortamda yarandı, ancaq dünya dininə ona görə çevrildi ki, onu irrasional müstəviyə keçirib inanc sisteminə çevirib onu rasionallıqdan uzaqlaşdırdılar. Rasioanllıqda onu mən, siz dərk edə bilərik, burda oturanlar dərk edə bilər. Ancaq kütləyə onu rasional bir bilik sistemi kimi yedizdirə bilməzsən. Oxulda öyrətmən riyaziyyatdan 50 uşağa dərs keçir, üçü qavrayır, 47-si qavramır. Çünkü bu rasional bilikdir. Rasional biliyi kütlə qavraya bilməz. O açıdan mən hesab edirəm ki, Soylu bəyin rəhbərliyi ilə, liderliyi ilə gedən proseslər son dərəcə uğurlu proseslərdir.
Mən Günev bəyin tikdiyi məbəddə olmuşam, tikintisinə baxmışam. Bu da yuxarıda vurğuladığım məsələlərin gerçək sübutudur. Praktiki həyata tətbiq eləməyin yolu budur. Məbəd elə bir rəmzdir, o məbəd mütləq şəkildə özünə müəyyən ayinlər, mərasimlər tələb edəcək. Ayinlər, mərasimlər kütlənin şüurunu proqramlaşdıracaq. Biz 21-ci yüzilin insanları professorumuz, akademikimiz belə özümüzü dərk eləmək üçün ən qədim sivilizasiyadan bu günə qədər öz milli ünvanımızı axtarırıq. Deyirik, qədim Şumer mədəniyyətində bizim izimiz var. Deyirik, bizə gəlib çatan Bilqamış dastanı (ona əvvəllər Bilqamış yazırdılar, Avropa alimləri dedilər Bilqamısdır, mənası hər şeyi bilən deməkdir) biz də baxdıq bunun “Bil”i də mənimdir, “qamıs”ı da məimdir. Xətaidə var, deyir, “qış getdi, yenə bahar gəldi, Gül açdı, laləzar gəldi. Quşlar qamsu fəğana düşdü”, yəni hamısı. Ya da Füzuli “qamu bimarina canan, dəvayi dərd edər ehsan”. Bunun “qamus”u da, “bil”i də mənimdirsə, təbii bunun etimologiyasını mənim dilimdə, mənim leksik bazamda açmaq mümkündür. Avropanın leksik bazasında açılmır bu sözün mənası. Digər tərəfdən, əgər Göy Tanrıçılığından danışırıqsa, Tanrı sözünü inanc sisteminin başında dayanan bir obraz kimi türklər daşıyıb gətirib. Tanrı sözü də Şumerdədir. Biz də sual qoyuruq, əgər qədim Şumer inancından Tanrı sözü yəhudiyə keçməyibsə, ərəbə keçməyibsə, farsa, rusa keçməyibsə, ancaq mənə keçibsə, mənim haqqım var deməyə ki, o sivilizasiyanın mənəvi varisi mənəm. Biz izimizi ondan sonrakı Zərdüştlükdə axtarırıq. Bu artıq aksiomadır, Zərdüşt nə qədər məndəndir. Əgər dünya təsdiq edirsə, Avestaçılıq elmi Avestaşünaslar təsdiq edir, Zərdüşt peyğəmbərin vətəni Muğandır. Maq sözü də kahinlərin, Maqların adından, Maqların məkanı mənasından yaranıb. O yandakı Muğan da, bu yandakı Muğan da Azərbaycan torpağıdır. Bu farsın torpağında deyil fars iddia eləsin. Əgər maqlar sənindirsə, niyə Muğanı sən yaratmadın?! Muğan məndə qalıb. Deməli, qədim Midiya Midiyanın özünüz bilirsiniz müasir, qədim fars dövlətçiliyinə heç bir özgünlüyü yoxdur. Bunu Tiaxanovdan tutmuş bütün tarixçilər təsdiq edir, Midiya dövlətçiliyi, mədəniyyəti Midiya varlığının istər klassik, istər fars dövlətçiliyi ilə heç bir özgünlüyü yoxdur. Ona görə də Midiyada yaranan bir dinin, dünyagörüşün farsa özgünlüyü yoxdur. Deməli, mən izimi orda axtarırıam. Əslində söhbət Asif Ata təlimindən gedir. Mütləqə İnam təlimindən gedir. Tarixin bütün aşamalarında əgər bilmirlər, öz kimliyini yaratmaq üçün, öz milli özünüdərkini formalaşdırmaq üçün yeni bir ideya ortaya qoymursa, o əriyib getməyə məhkumdur. Mən hesab edirəm, istər ərəbdən, istər farsdan, istər Rusiyadan, Avropadan, Amerikadan mənə eksport olunan paradiqma, təfəkkür modelləri mənim milli özünüdərkim üçün baza ola bilməz. Çünkü mənim özünüdərk qəlibimə o dəyərlər sığışa bilmir. Bunun qaşrısında mən neyləməliyəm? Bunun qarşısında, kiminsə qarşısında öz milli dəyərlərimi yaratmalıyam. Məhz bu ehtiyacı, bu zəruriyyəti çağında duyan Asif Əfəndiyev Asif Ata məqamına ona görə yüksəldi, gözəl anladı, o, yaratdığı təlimi fəlsəfə statusunda saxlasa, ən yaxşı halda Platon olacaq. Ən yaxşı halda Aristotel olaraq qalacaq. Ancaq onu inam təlimi statusuna keçirsə, bu, Azərbaycan türklərini, dünya türklərinin milli özünüdərkində icitmai hərəkata çevriləcək. Mən danışacağım qonuları tamam bir qırağa qoydum. Burdakı söhbət kontekstində edirəm, mən bilavasitə Ocaqçı deyiləm, ancaq 79-cu ildən bu günə qədər mən Asif Atanın dünyagörüşüylə bir çağda yaşayan bir insanam. 79-cu ildə mən orta oxulda oxuyurdum, əmim uşaqları, qardaşlarım universitetdə oxuyurdular, gəlib geniş söhbətlər edirdilər, məndə də maraq oyanırdı. Bakıya gələndə Asif Atanın fəaliyyətini, yaradıcılığını bütövlükdə izləmişəm. Onun görüşlərinə həmişə getmişəm. 90-cı illərdə, bunu Soylu bəy də bilir, mən işlədiyim müəssisənin qapısını bütövlükdə Ocaqçılara açdım. Polis çağırıb mənə söz atdı ki, deyəsən millətə yaxşı qulluq edirsiniz. Dedim neynirəm, gəlin oturun siz də qulaq asın.
Soylu bəy, sizə uğurlar arzulayıram. Bir millətin sabahı uğrunda özünü fəda eləyən insanlar yoxdursa, o millət tarixdə məhvə məhkumdur. Bu millət nə qədər xoşbəxtdir, bu millətin siyasi islamçılığa qarşı Babəkin simasında bir mübarizə ruhu təzahür elədi, Xürrəmdinlik yarandı. Bu millət nə qədər xoşbəxtdir, ruhsal islamçılığa qarşı Nəsiminin simasında bir türk mübarizliyi təcəssüm elədi. Sonucda Hürufilik meydana gəldi. Bu millət nə qədər xoşbəxtdir, islam qəyyumluğu, islam himayəçiliyinə qarşı Atatürkün simasında bir hərəkat yarandı, onun sonucunda Atatürk Türkiyəsi yarandı, bu gün bizim arxamız, dayağımızdır. Bu millət nə qədər xoşbəxtdir, sovet ideologiyasının maarifi tüğyan elədiyi bir vaxtda Asif Əfəndiyevin simasında ruhsal müstəvidə milli birlik uğrunda mübarizə ruhu təcəssüm elədi, sonucda İnam Ocağı formalaşdı, Mütləqə İnam fəlsəfəsi yarandı. Bu millət ölümdən qaçmağı bacarandı, özünü qorumağı bacaran, özünü təsdiq eləməyi bacaran bir millətdir. Onun yaşamaq haqqı həmişə var, olacaq.
Mən istərdim siz özünüzün təliminizi institutlaşdırasınız, mən çox arzulayıram toplumun sosial institutlaşması prosesində bu təlimi həmin prosesin nəzəri ideoloji prosesinə çevriməyi bacarasınız. Mübarizənin yolu bundan keçir. Arzulayıram bu yöndə uğurlarınız olsun. Həmişə sizinləyəm.
Xaliq Bahadır: Mən televiziya sözünü elə-belə demədim. Mənim Soylu bəylə ayrıca söhbətlərim olur. Dönə-dönə deyirəm, siz uğurlu yoldasınız. Sizin böyük uğurlarınız qabaqdadır. Bir fakt deyim. H.Əliyev sovet ideologiyasına bağlı adam idi. Məscidlərə düşmən idi, dinə düşmən idi. Gələn kimi neylədi, gedib Məkkəyə çıxdı. Bu gün az qala on min dollara çıxıb Məkkənin qiyməti. Məkkədə ildə 20 milyarddan artıq pul yığılır. Hara gedir bu pullar. Bizə qarşı. Vəhabilik və s. Demək istədiyim nədir, siz uğurlu yoldasınız. Burda balaca işləri görmək gərəkdir. Toxumlar səpilməlidir, bütün ölkə boyu. Siz də onu çox sağ olun, bilirik, böyük çətinliklə edirsiniz. Böyük əngəllərlə qarşılaşmaqla edirsiniz. Gerisindən azacıq da olsa darılmayın, düşünməyin, bunun gerisi necə olacaq. Gerisi çox yaxşı olacaq. Gerisi tək bu Azərbaycana yox, bütöv Azərbaycana olacaq.
Soylu Atalı: Təşəkkür edirəm. Sizin də mənən yanımızda olmağınız işi qabağa aparır. Bu açıdan hər birinizə təşəkkür edirəm. Zaman-zaman burda olan-olmayan aydınlarımız var. Kiminsə olanağı olmadı qatılmadı.
Bir çağlar naşı idim, Atanın ölümündən sonranı mən deyirəm. 21 ildir Asif Ata ölüb. Onun ölümünün başlanğıcında mənim içimdə həqiqi bir alov vardı. Mən təfəkkür adamı deyildim, ancaq içimdə alov vardı, fədakarlıq vardı, özümü oda-közə vururdum. Bu qədər əngəllərlə qarşılaşdıqca, inanın, çox vaxt sarsılırdım. Öz-özümə deyirdim, deyəsən biz heç düz yolda deyilik. Bu qədər xalqın içinə çıxırsan, o qədər əngəllərlə qarşılaşırsan, bəlkə Asif Atanı özümüz başa düşmürük, bəlkə Asif Atanın özü düz yolda deyil. O qədər çətinliklər yaşamışıq ki. Ancaq dönmədik, tükənmədik, qurulduq.
Həmid Ormanlı: Sizə uğurlar arzulaıram, çox maraqlı müzakirələr oldu. Get-gedə Ocağın nə dərəcədə bu missiyanı yerinə yetirdiyi daha da özünü göstərir.
Yadigar Türkel: Sizi qutlayıram. Mənə o zamanlar bir adam dedi, get akademiyada Asif Əfəndiyev var, onunla görüş. Getdim görüşdüm. Xoş bir danışığımız oldu. Düşüncə danışığı. Sonra yenə görüşdük. Yazılarımı verdim. Oxudu, qaytardı, dedi çox yaxşı düşüncə var. İdeoloji düşüncə var. Bakı dövlət universitetində toplantıya çağırdılar. Bilmirəm Ocağın toplanıtsıydı, ya nə. Tibb universitetində oxuyan, materialist düşüncəli bir adam. Toplantı mənə çox yad gəldi. Çox ideoloji gəldi. Tibb universitetində oxuyub ona bağlanan adamlar ideya filan onlara belə şey getmir. Ordan çıxandan sonra elə bağlantımız olmadı. Onun sonrakı yoldaşı mənimlə bir işlədi. Sonra Asif Əfəndiyevin televiziyada verilişi oldu. Mən sonra anladım tibb üçün doğulmamışam. Ağıl kamalın yüksəkliyi ilə deyil. 92-ci ildə sosial fəlsəfədən müdafiə etdim, kitabımı da yazmışam, çap olunub. Fəlsəfəni də öyrəndim, Aristoteli, Platonu da öyrəndim, sonra gördüm Azərbaycanda fəlsəfə yoxdur. Sovet ideolojisindən gəlmə marksist düşüncəsi vardı. Azərbaycanda filosoflara icazə verirdilər bundan nəsə yazmağa. Asif Ata fəlsəfi düşüncəni gətirən ilk alim oldu. Mən buna yüzdə yüz əminəm. Bu yaxınlarda bir qız yazmışdı Asif Əfəndiyev filosof deyil. O, fəlsəfənin nə olduğunu anlamır. Cəmil Həsənli çox fundamental kitab yazıb. 60-cı illərdə Azərbaycanda Xruşşov liberalizmi. 1000 səhifəyə yaxındır. Azərbaycanın 1 nömrəli tarixçisidir. Orda Asif Əfəndiyevin toplantıda oyanışa gətirən baxışlarını Mərkəzi Komitədə müzakirə olunması haqqında da yazıb. Bunlar informasiya xarakterli yazılardır. Sizə gələcəkdə Ocağın daha uğurlu olmasını diləyirəm. Azərbaycanda toplumsal yaşam yoxdur. Ancaq düşünürəm ideoloji baxışlarınızı bir az da gücləndirsəniz, daha böyük işlər görə bilərsiniz. Bir az ideolojisini azaldın, pərdələyin. Daha çox politikaya bağlayın. Onda işləriniz daha uğurlu gedəcək.
Soylu Atalı: Mən anlayıram sizi. Biz əgər Ocaq olaraq politikaya bağlansaq, diplomatik gedişlər eləsək, həmin gün Asif Ata da qurtarar, Ocaq da. (Gülür-N.A.)
Yasin Türksoy: Asif Ata haqqında danışarkən, birincisi, Asif Əfəndiyev kəlməsini qırağa qoymaq gərəkdir. Asif Ata haqqında danışarkən onun sovet dövründə sovet ideologiyasına qarşı yeni bir söz, yeni bir ideya, sistem qarşısına yeni bir sistem deyilməsi bilgi açısından doğrudur, ancaq Asif Atanı dərk eləmək açısından yanlışdır. Bir şəxsiyyəti araşdırmaq üçün onun Amalı, istəyi, məqsədi – nə istəyir bu adam suallarından başlayaraq təhlil eləmək gərəkdir. İstəyindən, məqsədindən, marağından. Asif Atanın istəyiylə maraqlanmaq, onun başımızın üstündəki bayrağın üzərindəki “İnsanlaşın – İnsanlaşdırın” ideyasından başlamaq olar. Asif Ata yeni bir inam sistemi, ideologiya, ruhsal yol yaratmışdı. İnsanlaşın – İnsanlaşdırın. Ruhsal cəmiyyət yaratmaq istəyir. Atanın məqsədi budur. Ruhsal toplum – xurafatsız, cəfəngiyyatsız yeni bir sistem. Təbii, din insan zəkasının, insan düşüncəsiniun məhsuludur. Ancaq insanın yaratdığı din sonda onun özünə qarşı çevrildi. İnsanı bəndələşdirdi, kölələşdirdi. Asif Ata bunlara qarşıdır. Asif Ata onlara qarşı belə bir sistem yaratdı. İnsanın özünü dərk eləyəcəyi, azad, özgür bir toplum ideyasıdı Asif Atanın fəlsəfəsi. Ruhsal yeni bir insan yetişdirmək, özgür, məqsədidir. 40 ildir Asif Atanın toplumu yürüyür, niyə Azərbaycan toplumu üçün, türk toplumu üçün müəyyənləşməyib, yayılmayıb, genişlənməyib?! Çünkü nə Azərbaycan özündə, nə də türk toplumunda siyasi hakimiyyətin olmamasından Asif Atanın ideyaları bu gün toplumumuzda yayılmayıb. Nə Azərbaycan üzrə, nə də türk Dünyasında. Yol göstərən var. Yüksək gəlişmiş mədəniyyətlər olsalar da, siyasi hakimiyyətin olmasa, onu br anda məhv edəcəklər. Yüzillərdir gələn iki çay arası mədəniyyəti götürək. Onu dağıtdılar, məhv elədilər. Çünkü siyasi hakmiyyəti yox idi. Siyasi hakimiyyətimiz olsaydı, Asif Atanı bütün Azərbaycan, türk topluma təfsilatı ilə geniş vermək olardı. Xaliq bəy onu xüsusi vurğuladı, televiziya. Hər birimizin evinə bizim icazəmiz oldu-olmadı yayılır. Televiziyamız olardı, siyasi hakimiyyətimiz olsaydı. Dövlətin siyasi hakimiyyətində dərin yapı qara qutu olmalıdır. Bu beş adam da ola bilər, lap 10 adam da ola bilər. Bu qara qutu, dərin yapı dövləti idarə eləməldir. Bu beş-on adam da sağlam, satılmayan, dəyişməyən olmalıdır. Ancaq bunların ideyası dövlətçilik, millətçilik, olmalıdır. Bu şəxslərin ideyası, yolu yörəsində Azərbaycanda siyasi hakimiyyət qurmaq olar, Asif Atanın ideyasını, amalını, nə istədiyini toplumumuza çatdırmaq olar.
Atamız Var olsun!
Soylu Atalı: Çox sağ olun, təşəkkür edin. Zəhmət çəkib gəldiniz, dinlədiniz, söz dediniz.
Çiçək Ayı, 41-ci il . Atakənd.
(aprel, 2019. Bakı).