… Ya aran şairi, ya dağ şairi,
Həqiqət şairi, ya haqq şairi,
Ya xalqın şairi, ya xalq şairi…
Deyilənə görə, şairlər ölmür.
Çiçəyə, gülaba dönənləri var,
Ağrıya, əzaba dönənləri var,
Yazıya, kitaba dönənləri var,
Deyilənə görə, şairlər ölmür.
Seçdim, irdələdim öyülənləri,
Yaxşı qalanları, yey ölənləri,
Paşam der, deyirəm deyilənləri
Deyilənə görə, şairlər öımür.